Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında «Beynəlxalq avtomobil daşımaları haqqında» Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında «Beynəlxalq avtomobil daşımaları haqqında» 2002-ci il mayın 20-də Tehran şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 2 iyul 2002-ci il
№ 352-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il tarixli № 195) («VneshExpertService» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 461) («VneshExpertService» LLC).
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında
Saziş
Bundan sonra Razılığa gələn Tərəflər adlandırılan Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,
iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirmək məqsədi ilə ölkələrinə, ölkələrindən və ölkələrinin ərazilərindən tranzitlə yük və sərnişin avtomobil daşımalarının inkişafına yardım göstərilməsini arzu edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
|