• Mövzu 2: İnformasiya texnologiyalarında əlaqəli tətbiqi proqramlar Müəllim: Ədalət Mahmudov
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Fakültə: Siyasi İdarəetmə




    Download 459.8 Kb.
    Pdf ko'rish
    bet1/2
    Sana24.10.2023
    Hajmi459.8 Kb.
    #90418
      1   2
    Bog'liq
    Muhazire - 2



    Azərbaycan Respublikası Prezidenti yanında
    Dövlət İdarəçilik Akademiyası
    Fakültə:
    Siyasi İdarəetmə
    Fənn
    Müasir informasiya kommunikasiya texnologiyaları 
    və informasiya təhlükəsizliyi
    Mövzu 2:
    İnformasiya texnologiyalarında əlaqəli tətbiqi 
    proqramlar
    Müəllim:
    Ədalət Mahmudov


    Mövzu № 2.
    Əlaqəli tətbiqi proqramlar. Əlaqəli tətbiqi paket proqramlar anlayışı, təyinatı və tərkibi. Obyektlərin birgə istifadə olunması.
    Verilənlərin ötürülməsinin açıq interfeysinin köməyi ilə informasiya mübadiləsinin təşkili. MS Office paketinin təyinatı və tərkibi.
    MS Office paketinin interfeysi. МS Word mətn redaktorunda yeni sənədin yaradılması. İnformasiyanın saxlanması üsulları.
    Mövcud faylın açılması və mətnin daxil edilməsi qaydaları. Mətnin fraqmentlərinin seçilməsi. Normativ tələblərə uyğun olaraq
    mətni sənəd şablonlarının yaradılması. Abzasların düzlənməsi və formatlaşdırlması. Sənəddə informasiyanın axtarılması. Sənədin
    açılmasının və verilənləri daxil edilməsinin mühafizəsi. Orfoqrafik və qrammatik səhvlərin düzəldilməsi. Avtomətnlərin
    yaradılması. Sənədin çap edilməsi xüsusiyyətləri. МS Ехсеl cədvəl prosessorunda işçi vərəqləri. Fraqmentlərin seçilməsi. Sətir və
    sütunların ölçülərinin dəyişdirilməsi. Verilənlərin daxil edilməsi və formatlaşdırılması. Seçilmiş xanaların formatlaşdırılması.
    Elektron cədvəllərdə hesablama əməliyyatları. Cədvəllərə düsturların və funksiyaların daxil edilməsi. Diaqramların qurulması.
    Siyahının analizi üçün filtrlərin istifadə edilməsi. Elektron cədvəllərdə sənədə baxış rejimi, səhifənin parametrləri və çapı. MS
    PowerPoint - təqdimatlarının hazırlanması universal sistem kimi. Proqramın təyinatı, imkanları və interfeysi. MS Power Point
    proqramında slaydın maketinin və ümumi görünüşünün seçilməsi. Təqdimatlarla işin əsas üsulları. Təqdimat slaydlarına baxış
    rejimi. Slaydlarla iş üsulları. MS Power Point proqramında slaydlara müxtəlif tip obyektlərin (rəsm, şəkil, klip) daxil edilməsi.
    Tərtibat şablonlarının və nümunələrin köməyi ilə slaydların xarici görünüşlərinin idarə olunması. Tərtibat şablonlarının və rəngli
    sxemlərin köməyi ilə slaydların redaktə olunması. Slaydların fonunun dəyişdirilməsi. MS Power Point proqramında slaydın
    elementlərinə müxtəlif hərəkətlərin (animasiyaların) əlavə edilməsi.


    Müasir dövrdə elmi- texniki əsas istiqamətlərindən biri istehsalat və
    qeyri-istehsalat sahələrinin kompüterləşdirilməsi və cəmiyyətin 
    informasiyalaşdırılmasıdır. İndi müəssisənin, təşkilatın, bankın və s. sahələrin 
    fəaliyyətini kompütersiz təsəvvür etmək olmaz. Kompüterlərdən müxtəlif 
    məqsədlər üçün istifadə olunur: qoyulan məsələni həll etmək, texnoloji və 
    təşkilati prosesləri idarə etmək, yerli, ərazi və ümumdünya informasiya bazaların 
    müraciət edib, lazımı infomasiyanı əldə etmək və s. Son illərdə kompüter 
    texnologiyasının inkişafı onu texniki bir fəndən fundamental elmə çevirmişdir. 
    Yeni informasiya texnologiyasının sürətli inkişafı və onun tətbiq sahəsinin 
    genişlənməsi kompüterin proqram təminatının intensiv inkişafı nəticəsində baş 
    verir. Kompüterin proqram təminatı dedikdə, informasiya emalının təşkili və idarə 
    edilməsi üçün istifadə olunan proqramlar kompleksi nəzərdə tutulur. Proqram 
    təminatı (PT) sistemini yerinə yetirdiyi funksiyalara görə iki hissəyə bölmək olar: 
    sistem proqram təminatı, tətbiqi proqram təminatı.


    Tətbiqi proqram təminatı istifadəçinin hər hansı məsələni həll etmək məqsədilə 
    yaradılır. Tətbiqi proqram təminatı sistem proqram təminatının xüsusən ƏS-nin 
    idarəsi altında işləyir. Tətbiqi proqram paketləri (TPP) istifadəçi tərəfindən həll 
    edilən məsələnin avtomatlaşdırılması üçün çox güclü alətdir və praktik olaraq, onu 
    informasiyanın emalında kompüterin bu və ya digər funksiya və prosedurlarının 
    necə yerinə yetirilməsini bilməkdən azad edir. Hal-hazırda öz funksional 
    imkanlarına və reallaşdırma üsullarına görə fərqlənən çox geniş spektirli TPP 
    mövcuddur. TPP –müəyyən sinif məsələlərin həlli üçün təyin olunmuş kompleks 
    proqramlardır.


    informasiyanın göndərən qurğudan qəbuledici qurğuya elektron üsulla verilməsi (bir 
    nöqtədən digər bir nöqtəyə və ya bir nöqtədən çox nöqtəyə ötürülməsi) nəzərdə tutulur. 
    Verilənlərin ötürülməsi üçün fərqli əlaqə vasitələri mövcuddur.
    Bunlar arasında ən geniş yayılan əlaqə vasitələri mis kabellər, fiber-optik xəttlər, telsiz və simsiz 
    əlaqədir. Həmçinin verilənlərin ötürülməsi üçün daşınabilən disklərdən, usb yaddaşlardan, sərt 
    disklərdən də istifadə olunur. Verilənlər aşağıdakı fiziki formalarda yadda saxlanır və ötürülür:
    Elektromaqnit dalğalar;
    Radio dalğalar;
    Mikro dalğalar;
    İnfraqırmızı dalğalar;
    Verilənlərin ötürülməsi üçün həm analoq, həm də rəqəmsal siqnallardan istifadə etmək olar. 
    Amma günümüzdə yalnız rəqəmsal siqnallardan istifadə edilir. Analoq siqnallar daimi dəyişən 
    dalğalar olduğu halda, rəqəmsal siqnallar yalnız diskret şəkildə dəyişən dalğalardır. Rəqəmsal 
    siqnallarla ötürülən məlumat müəyyən zaman aralıqlı impulslar şəklində göndərilir və qəbul edilir. 
    Bu proses modem tərəfindən həyata keçirilir. Verilənlər özü də təbiətinə görə iki yerə bölünür: 
    Analoq verilənlər (telefon danışıqları və s.);
    Rəqəmsal verilənlər (kopüterdən alınan məlumatlar və s.)
    Hər iki tip verilənin rəqəmsal siqnallara çevrilib ötürülməsi mümkündür. Bunun üçün kodek 
    avadanlıqlarından istifadə olunur. Bu avadanlıqlar bir çox modemlərin daxilində yerləşir və bir tip 
    siqnalı digərinə çevirməyə imkan verir.


    Microsoft Office proqramları haqqında
    Qlobal dünyada texnologiyanın inkişafı müxtəlif proqramların kəşf olunması ilə nəticələndi.
    1975-ci ildə təsis edilmiş Microsoft şirkəti hazırda proqram təminatı istehsalı, fərdi 
    kompüter və serverlər üçün internet texnologiyalarının hazırlanması, eyni zamanda onlara 
    xidmət göstərilməsində dünya lideridir.
    Microsoft məhsulları 80-dən çox ölkədə satılır. 2006-cı ilin fevral ayından Azərbaycanda 
    Microsoft Azərbaycan şirkəti fəaliyyət göstərir.
    Microsoft-un əsas məhsullarından biri də Microsoft Office proqramlarıdır. İlk dəfə ofis 
    proqramları 1989-cı ildə buraxıldı.


    Microsoft Office proqramları haqqında
    Sonradan bir neçə dəfə bu proqramlar müxtəlif əməliyyatlarda işləməsi üçün yeniləndi. Bu 
    proqramlara ilk dəfə hal-hazırda daxil olan proqram daxil deyildi. İndi Microsoft 
    proqramlarına yeddi proqram daxildirsə, o vaxtlar yalnız dörd proqram daxil idi. Müəyyən 
    vaxt keçdikcə əməliyyat sistemləri yeniləndikcə onlara uyğun bu proqramlar da yeniləndi və 
    panellər əlavə olundu. Bu proqramların bu günə kimi müxtəlif versiyalarıə vardır:
    Microsoft Office (MS Office).95, MS Office.2000, MS Office.2003, MS Office 2007, MS Office 
    2010.
    Hal-hazırda istifadə olunana əsasən son üç versiyadır. O biri versiyalar artıq öz əhəmiyyətini 
    itirmişdir. Microsoft Office proqramlarına daxildir:
    1) MS Office Word;
    2) MS Office Excel;
    3) MS Office PowerPoint və s.



    Download 459.8 Kb.
      1   2




    Download 459.8 Kb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Fakültə: Siyasi İdarəetmə

    Download 459.8 Kb.
    Pdf ko'rish