8.2.4.10. Çökmə zamanı sudan ayrılan çöküntünün miqdarı daxil olan Cd və şəffaflanmış sudakı Cç asılı maddələrin miqdarı nəzərə alınmaqla (51) düsturu ilə hesablanmalıdır.
burada q - tullantı sularının sərfi, m3/st;
ρor - çöküntünün nəmliyi, %;
or- çöküntünün sıxlığıdır, qr/sm3.
8.2.4.11.Yaranmış çöküntünün həcmindən və durulducuda toplanma zonasının tutumundan asılı olaraq çöküntünün boşaldılmaları arasındakı müddət təyin edilməlidir. Çöküntü hidrostatik təzyiq altında boşaldıldıqda birinci pillə durulducuların və biofiltrlərdən sonra ikinci pillə durulducuların çuxurlarının tutumu 2 gündən çox olmayan müddətdə çökən çöküntülərin həcminə bərabər, aerotenklərdən sonra ikincipillə durulducuların çuxurlarının tutumu çöküntülərin 2 st-dan çox olmayaraq qalmasına hesablanmalıdır.
Çöküntü mexaniki üsulla boşaldıldıqda onun birinci pillə durulducuların toplanma zonasının tutumu 8 st-dan çox olmayan vaxtda sudan ayrılan çöküntülərin miqdarına uyğun qəbul edilməlidir.
8.2.4.12. Sudan ayrılmış çöküntünün çuxur istiqamətində yerdəyişməsi mexaniki üsulla, yaxud dibinə müvafiq maillik (≥ 500) verməklə təmin edilməlidir.
8.2.4.13. Durulducunun çuxurundan çöküntü hidrostatik təzyiqin təsiri altında özüaxımlı, tərkibində böyük miqdarda asılı maddələr olan suları nəql etdirən nasoslar, hidroelevatorlar, erliftlər, çalovlu elevatorlar, qreyferlər və digər vasitələrlə kənar edilməlidir.
Məişət tullantı suları durulducularından çöküntülər kənar edildikdə hidrostatik basqı birinci pillə durulducularda -0,15 bar-dan, ikinci pillə durulducular və biofiltrlərdən sonra –0,12 bar-dan və aerotenklərdən sonra - 0,09 bar-dan az olmamalıdır.
İkinci pillə durulducular üçün hidrostatik basqının hündürlüyünün dəyişdirilməsinin mümkün-lüyünün nəzərdə tutulması tövsiyə edilir.
Çöküntünü kənar edən boruların diametri 200 mm-dən az qəbul edilməməlidir.
8.2.4.14.Hidrostatik təzyiq altında özüaxımlı üsulla birinci pillə durulduculardan kənar edilən şəhər məişət tullantı sularının çöküntülərinin nəmliyi 95-96%, nasoslarla kənar edilən çöküntülərinin nəmliyi 94-95% qəbul edilməlidir.
8.2.4.15.Durulduculardan çöküntünün fasiləsiz, yaxud fasilələrlə kənar edilməsinə yol verilir.
Fasilələrlə kənarlaşdırılmada iki əməliyyat arasındakı müddət toplanan çöküntünün həcmindən və toplanma zonasının tutumundan asılı olaraq, lakin 2 gündən şox olmamaq şərtilə qəbul edilməlidir.
Çöküntü mexaniki üsulla kənar edildikdə birinci pillə durulducularda onun toplanma zonasının tutumu 8 st-dan çox olmayan müddətdə çökən çöküntünün miqdarına bərabər qəbul edilməlidir.
8.2.4.16. Üzüb su səthinə çıxan çirkləndirici maddələri tutmaq və kənar etmək üçün sutoplayıcı elementlər qarşısında yarım batırılmış arakəsmələr nəzərdə tutulmalıdır. Arakəsmə suya 0,3 m-dən az olmayaraq batırılmalıdır.
Durulducunun kənar divarları su səthindən ən azı 0,3 m yuxarı qaldırılmalıdır.
8.2.4.17. Su qəbul edən novlar nazik divarlı suaşıranlarla təchiz edilməlidir. Suaşıran nova elə bəkidilməlidir ki, onu hündürlük istiqamətində tənzimləmək mümkün olsun. Suaşıran kənar düz, yaxud üçbucaq kəsikli ola bilər. Suaşıranın 1 m uzunluğuna su sərfi 10l/s-dən çox olmamalıdır.
8.2.5. İki yaruslu durulducular və şəffaflandırıcı-çürüdücülər
8.2.5.1. İki yaruslu durulducular tək və ya cütləşdirilmiş olmaqla qəbul edilə bilərlər. Durul-ducular cütləşdirilmiş qəbul edildikdə çökdürücü novlarda tullantı suyunun hərəkət istiqamətini dəyişdirməyin mümkünlüyü təmin edilməlidir.
8.2.5.2.İki yaruslu durulducular 8.2.4.2.-8.2.4.4., 8.2.4.10.-8.2.4.17 maddələrinin göstərişlərinə əsasən layihələndirilməlidirlər. Layihələndirmədə aşağıdakı hesabi parametrlər qəbul edilməlidir:
çöküntünün üzüb çıxması üçün su güzgüsünün sərbəst səthi - durulducunun planda sahəsinin 20%-dən az olmayaraq;
qonşu çökdürücü novların divarları arasındakı məsafə - ≥ 0,5 m;
çökdürücü novun divarlarının üfüqə görə mailliyi - ≥ 500; divarların biri digərini ən azı 0,15 m örtməlidir;
çökdürücü novun dərinliyi - 1,2-2,5 m, nov yarığının eni - 0,15 m;
nov yarığından septik kamerada çöküntü səviyyəsinə qədər neytral layın hündürlüyü - 0,5 m;
septik kameranın konus şəkilli dibinin mailliyi - ≥ 300;
kənar edilən çöküntünün nəmliyi - 90%;
çöküntünün külsüz maddəsinin parçalanması - 40%;
asılı maddələrin tutulma səmərəsi- 40-50%.
8.2.5.3.İki yaruslu durulducunun septik kamerasının tutumu cədvəl 38-ə əsasən hesablanmalıdır.
8.2.5.4. Havanın orta illik temperaturu 3,50C-yə, qədər olduqda məhsuldarlığı 500 m3/sut-ya qədər olan iki yaruslu durulducular isidilən otaqlarda yerləşdirilməlidir;havanın orta illik temperaturu 3,5-60C həddində, məhsuldarlığı ≤100 m3/sut olan iki yaruslu durulducular isidilməyən otaqlarda yerləşdirilməlidir.
Cədvəl 38.
Tullantı sularının qış aylarında orta temperaturu, 0C
|
6
|
7
|
8,5
|
10
|
12
|
15
|
20
|
Septik kameranın tutumu, l/nəf.-il
|
110
|
95
|
80
|
65
|
50
|
30
|
15
|
Q e y d:
1. İki yaruslu durulducuların septik kameralarının tutumu onlara aerotenklərdən və yüksək yüklənmiş biosüzgəclərdən lil tam təmizlənməyə verildikdə 70% və damcılı biosüzgəclərdən və aerotenklərdən sonrakı durulduculardan lil natamam təmizlənməyə verildikdə 30% artırılmalıdır.
2. Tullantı suları təmizlənmək üçün süzmə sahələrinə verildikdə iki yaruslu durulducuların septik kameralarının tutumunu 20% - ə qədər azaltmağa yol verilir.
|
|
8.2.5.5. Şəffaflandırıcılar-çürüdücülər çürüdücünün daxilində konsentrik yerləşdirilmiş təbii aerasiyalı şəffaflandırıcılardan ibarət olmaqla layihələndirilməlidirlər.
8.2.5.6. Şəffaflandırıcılar daxili flokulyasiya kameralı, paylaşdırıcı fincanda və şəffaflandırıcıda su səviyyələrinin fərqi hesabına yaranan təbii havalandırılan olmaqla şaquli durulducular şəklində layihələndirilməlidirlər.
Şəffaflandırıcılar layihələndirilərkən aşağıdakı parametrlər qəbul edilməlidir:
şəffaflandırıcının diametri - ≤ 9 m;
şəffaflandırıcıda və paylaşdırıcı fincanda su səviyyələrinin fərqi - kommunikasiyalardakı basqı itkiləri nəzərə alınmamaqla 0,6 m;
flokulyasiya kamerasının tutumu - tullantı suyunun onda 20 dəq-dən çox qalmamasınahesablanmalıdır;
flokulyasiya kamerasının dərinliyi - 4-5 m;
çökmə zonasında suyun hərəkət sürəti - 0,8-1,5 mm/s,mərkəzi boruda- 0,5-0,7 m/s;
flokulyasiya kamerasının aşağı kəsiyinin diametri – orta sürətin 8-10 mm/s qiymətlərinə hesablanmalıdır;
flokulyasiya kamerasının aşağı kənarı ilə lil sahəsindəki çöküntü səthi arasındakı məsafə -≥0,6 m;
şəffaflandırıcının dibinin mailliyi - ≥ 500;
asılı maddələrə görə çirkləndiricilərin miqdarının azalması - ≤ 70% və OBTtam= ≤ 15%.
8.2.5.7. Çürüdücülər layihələndiriləndə qəbul edilməlidir:
çürüdücünün tutumunun ona yüklənəcək çöküntünün sutkalıq dozasına uyğunluğu - çöküntünün nəmliyindən və tullantı sularının orta qış temperaturundan asılı olaraq;
yüklənəcək çöküntünün sutkalıq dozası -cədvəl 39-a əsasən;
şəffaflandırıcının divarının xarici səthi və çürüdücünün divarının daxili səthi arasındakı halqavarı fəzanın eni - ≥ 0,7 m;
dibin mailliyi - ≥ 300;
qabığın hidromexaniki üsulla parçalanması - çöküntünün halqavarı boru kəmərinə çöküntünün səthinə 450 bucaq altında əyilmiş ucluqdan təzyiq altında verilməsi ilə.
Cədvəl 39.
Tullantı sularının, yaxud çöküntünün orta temperaturu,0C
|
6
|
7
|
8,5
|
10
|
12
|
15
|
20
|
yüklənəcək çöküntünün sutkalıq dozası, %
|
0,72
|
0,85
|
1,02
|
1,28
|
1,7
|
2,57
|
5
|
Q e y d:
1.Yükləmənin sutkalıq dozası nəmliyi 95% olan çöküntü üçün verilmişdir. Nəmliyi Por 95%-dən fərqlənən çöküntülərin yüklənmə dozası cədvəldəki qiymətin aşağıdakı nisbətdən alınan ədədə hasili ilə dəqiqləşdirilməlidir.
2. İstehsalat tullantı sularının çöküntülərinin sutkalıq yüklənmə dozası təcrübə yolu ilə təyin edilməlidir
|
|
8.2.6. Septiklər
8.2.6.1. Septiklər yeraltı süzmə sahələrinə, qum-çınqıl süzgəclərinə, süzücü xəndəklərə və süzücü quyulara daxil olan tullantı sularını mexaniki təmizləmək üçün tətbiq edilməlidirlər.
8.2.6.2. Septikin tam hesabi həcmi tullantı sularının sərfi 5 m3/sut-ya qədər olduqda 3 günlük; tullantı sularının sərfi 5 m3/sut-dan çox olduqda 2,5 günlük axımın miqdarından az olmayaraq qəbul edilməlidir.
Septiklərin göstərilən hesabi həcmləri onların ildə bir dəfədən az olmayaraq təmizlənməsi nəzərə alınaraq qəbul edilməlidir.
Tullantı sularının orta qış temperaturu 100C-dən yuxarı, yaxud kənar edilən tullantı suyunun bir nəfər sakin hesabına norması 150 l/sut-dan artıq olduqda septikin tam hesabi həcmini 15-20% azaltmağa yol verilir.
8.2.6.3. Tullantı sularının sərfindən asılı olaraq qəbul edilməlidir: bir kameralı septiklər – tullantı sularının sərfi 1 m3/sut-ya qədər, iki kameralı - 10 m3/sut-ya qədər və üç kameralı - > 10 m3/sut olduqda.
8.2.6.4.Birinci kameranın həcmi iki kameralı septiklərdə hesabi sərfin 0,75-i, üç kameralılarda - 0,5-i qədər (ikinci və üçüncü kameraların hər birinin həcmi ümumi hesabi həcmin 0,25-i qədər) qəbul edilməlidir.
Beton həlqələrdən inşa edilən septiklərdə bütün kameralar eyni həcmdə qəbul edilməlidir. Belə septiklərin həcmi 5 m3/sut-dan çox olduqda kameralar bölməsiz nəzərdə tutulmalıdır.
8.2.6.5.Septikdən çıxan tullantı sularının zərərsizləşdirilməsinə ehtiyac olduqda planda ölçüsü 0,75x1 m olan təmas kamerası nəzərdə tutulmalıdır.
8.2.6.6. Su gətirən borunun novu septikdəki suyun hesabi səviyyəsindən ən azı 0,05 m yuxarı olmalıdır. Üzən maddələri tutmaq və təbii ventilyasiyanı təmin etmək üçün qurğular nəzərdə tutulmalıdır.
8.2.6.7. Binalardan septiklərə buraxıcılar baxış quyuları vasitəsilə birləşdirilməlidir.
8.2.7. Hidrosiklonlar
8.2.7.1. Tullantı sularını asılı maddələrdən təmizləmək üçün açıq və basqılı hidrosiklonlardan istifadə olunmasına yol verilir.
8.2.7.2. Açıq hidrosiklonlardan hidravlik iriliyi 0,2 mm/s-dən böyük olan üzən və çökən iri dispersli qarışıqları və koaqulyasiyaya uğradılmış asılı maddələri sudan ayırmaq üçün istifadə edilməlidir.
Basqılı hidrosiklonlardan əsasən mineral mənşəli iri dispersli qarışıqları tullantı sularından ayırmaq üçün istifadə edilməlidir.
Hidrosiklonlardan tullantı sularını şəffaflandırmaq, çöküntüləri qatılaşdırmaq, əhəng südünü zənginləşdirmək, qumu üzvi maddələrdən, o cümlədən neft məhsullarından yumaq üçün istifadə etməyə yol verilir.
Tullantı sularını şəffaflandırmaq üçün kiçik ölçülü aparatlar daha yaxşı təmizləmə səmərəsi almağa imkan verirlər. Mineral mənşəli çöküntüləri qatılaşdırmaq üçün diametri 150 mm-dən böyük olan hidrosiklonlardan istifadə edilməlidir.
8.2.7.3. Açıq hidrosiklonlar üçün xüsusi hidravlik yük (52) düsturu ilə təyin edilməlidir.
burada u0 - tələb olunan təmizləmə səmərəsini almaq üçün sudan ayrılacaq hissəciklərin hidravlik iriliyi, mm/s;
Khs-hidrosiklonun növündən asılı olan mütənasiblik əmsalı olub daxili tərtibatsız hidro-siklonlar üçün - 0,61; konus şəkilli diafraqmalı və daxili silindrli hidrosiklonlar üçün -1,98 qəbul edilməlidir.
Mərkəzi buraxıcıları olan çoxyaruslu hidrosiklonlar üçün mütənasiblik əmsalı (53) düsturu ilə hesablanmalıdır.
burada nti - yarusların sayı;
Dhs - hidrosiklonun diametri, m;
den - buraxıcıların geniş ağızlarının yerləşdiyi çevrənin diametridir, m;
Şəffaflanmış su ətraflarından götürülən çoxyaruslu hidrosiklonlar üçün mütənasiblik əmsalı (54) düsturu ilə hesablanmalıdır.
, (54)
burada - yarus cütlərinin sayı;
dd - yarus cütlərinin orta diafraqmasının deşiyinin diametridir,m.
8.2.7.4. Bir aparatın məhsuldarlığı (55) düsturu ilə hesablanmalıdır.
, m3/st (55)
8.2.7.5. Açıq hidrosiklonlarda ayrılmış çöküntü hidrostatik təzyiqin təsiri altında, hidroelevatorlarla, yaxud mexaniki vasitələrlə fasiləsiz kənar edilməlidir.
Üzən qarışıqlar, yağlar və neft məhsulları yarım batırılmış arakəsmə ilə tutulmalıdır.
8.2.7.6. Basqılı hidrosiklonların hesablanması tutulacaq hissəciklərin iriliyi və sıxlığına əsasən aparılmalıdır.
Hidrosiklonun diametri Dh.s cədvəl 40-da verilmiş parametrlər əsasında təyin edilməlidir.
Cədvəl 40.
Dhs, mm
|
25
|
40
|
60
|
80
|
100
|
125
|
160
|
200
|
250
|
320
|
400
|
500
|
,mm
|
8-25
|
10-30
|
15-35
|
18-40
|
20-50
|
25-60
|
30-70
|
35-85
|
40-110
|
45-150
|
50-170
|
55-200
|
8.2.7.7. Basqılı hidrosiklonun əsas ölçüləri zavod-istehsalçıların verdiyi pasport əsasında seçilməlidir.
Basqılı hidrosiklonun girişində təzyiq qəbul edilməlidir:
1,5-4 bar - bir pilləli şəffaflandırma sxemlərində, çöküntü qatılaşdırılanda və şırnaq kəsilməsi ilə işləyən çoxpilləli qurğularda;
3,5-6 bar - kəsilməz şırnaqla işləyən çoxpilləli sxemlərdə.
Ehtiyat aparatların sayı qəbul edilməlidir:
tullantı sularını təmizlədikdə və abraziv xassəyə malik olmayan bərk hissəciklərdən ibarət çöküntü sıxlaşdırıldıqda – işləyən aparatların sayı 10-a qədər olduqda-1; 15-ə qədər olduqda-2; 15-dən çox olduqda hər 10 aparata bir ədəd;
abraziv xassəli bərk hissəciklərə malik tullantı sularını təmizlədikdə və çöküntüləri sıxlaşdırdıqda - aparatların ümumi sayının 25%-i qədər.
8.2.7.8. Təyin olunmuş ölçülü basqılı hidrosiklonun məhsuldarlığı (56) düsturu ilə hesablan-malıdır.
burada g- sərbəst düşmə təcili, m/s2;
- hidrosiklonda təzyiq itkisi, MPa;
den, dex- qidalandırıcı və boşaldıcı boruların diametrləridir, mm.
8.2.7.9.Tullantı sularının tələb olunan təmizlənmə səmərəsindən və çöküntünün qatılaşdırılma dərəcəsindən asılı olaraq emalı basqılı hidrosiklonlarda, şırnaqları kəsilən və kəsilməyən aparatları ardıcıl birləşdirməklə bir, iki, yaxud üç pilləli yerinə yetirmək olar.
Kənar edilən çöküntü ilə itən su miqdarını azaltmaq üçün birinci pillə hidrosiklonun şlam borusu şlam rezervuarı ilə kip birləşdirilməlidir.
Qurğunun sonrakı pillələrində istifadə olunan kiçik ölçülü hidrosiklonları doldura (zibilləyə) bilən asılı maddələrin əsas kütləsini sudan ayırmaq üçün birinci pillədə böyük ölçülü hidrosiklonlardan istifadə olunmalıdır.
8.2.8. Mərkəzdənqaçma aparatları (Sentrifuqalar)
8.2.8.1. Fasiləli və fasiləsiz işləyən sentrifuqalardan tullantı sularından, reagentlərin tətbiq edilməsi mümkün olmayan hallarda, kiçik dispersli asılı maddələri ayırmaq üçün, həmçinin çöküntüdən qiymətli məhsulları çıxarmaq və istehsalata qaytarmaq üçün istifadə edilməlidir.
Fasiləsiz işləyən sentrifuqalar sərfi 100 m3/st-a qədər olan tullantı sularını hidravlik iriliyi 0,2 mm/s (əks axınlı) və 0,05 mm/s (düz axınlı) olan hissəciklərdən təmizləmək üçün tətbiq edilməlidirlər; fasilə ilə işləyən sentrifuqalar sərfi 20 m3/st-dan çox olmayan tullantı sularını hidravlik iriliyi 0,05-0,01 mm/s olan hissəciklərdən təmizləmək üçün istifadə edilməlidir.
Mexaniki çirkləndirici maddələrin miqdarı 2-3 qr/l-dən çox olmamalıdır.
8.2.8.2. Çökdürücü sentrifuqaların növü ayırma amilinin Fr təmizləmənin maksimum səmərəsini təmin edən qiymətindən asılı olaraq seçilməlidir.
Ayırma amili Fr və təmizləmə prosesinin davamı tsf, (s)., laboratoriya şəraitində aparılmış təcrübələrin nəticələri əsasında təyin edilməlidir.
8.2.8.3. Sentrifuqanın həcmi məhsuldarlığı (57) düsturu ilə hesablanmalıdır.
burada Wsf - sentrifuqa rotoru vannasının həcmi, m3;
Ksf - sentrifuqanın həcmindən istifadə əmsalı olub 0,4-0,6 qəbul edilməlidir.
8.2.9. Flotasiya qurğuları
8.2.9.1. Flotasiya qurğuları tullantı sularının tərkibində çökdürülməsi çətin olan asılı maddələrin, SFM-in, neft məhsullarının, piylərin, yağların, qətranların və digər çirkləndiricilərin kənarlaşdırıl ması üçün istifadə edilməlidir.
8.2.9.2. Flotasiya qurğularından həmçinin aşağıdakı hallarda istifadə olunmasına yol verilir:
bioloji təmizləmədən əvvəl tullantı sularından çirkləndirici maddələri kənarlaşdırmaq üçün;
ikinci pillə durulducularda aktiv lili ayırmaq üçün;
bioloji təmizlənmiş tullantı sularını dərin təmizləmək üçün;
koaqulyant və flokulyant tətbiq etməklə fiziki-kimyəvi təmizləmə zamanı;
təmizlənmiş sulardan təkrar istifadə sxemlərində.
8.2.9.3.Basqılı, vakuum, basqısız, elektroflotasiya qurğuları tərkibində asılı maddələrin miqdarı koaqulyant daxil edildikdə yaranan bərk faza nəzərə alınmaqla 100-150mq/l-dən çox olan tullantı sularını təmizləmək üçün tətbiq edilməlidir.
SFM, neft məhsullarının və s. köpüklə ayrılması üçün asılı maddələrin miqdarı az olduqda bu məqsədlə impeller, pnevmatik və məsaməli material vasitəsilə hava qabarcıqlarının xırdalanması ilə işləyən qurğulardan istifadə edilməlidir.
8.2.9.4. Fazaların ayrılma prosesini yerinə yetirmək üçün düzbucaq (suyun üfüqi və şaquli hərəkəti ilə) və dairəvi (suyun radial və şaquli hərəkəti ilə) flotokameralardan istifadəyə yol verilir. Flotokameranın həcmi işləyən zonanın (dərinlik 1-3 m), köpüyün yaranması və toplanması zonaları (dərinlik 0,2-1 m) və çöküntü zonasının (dərinlik 0,5-1m) həcmləri cəmindən yaranır. Hidravlik yük–3-6 m3/(m2/st).Flotokameraların sayı ikidən az olmamalıdır. Bütün kameralar işləyən olmalıdır.
8.2.9.5. Asılı maddələrin tutulma dərəcəsini artırmaq üçün koaqulyantlardan və flokulyantlardan istifadəyə yol verilir. Reagentin növü və dozası emal edilən suyun fiziki-kimyəvi xassələrindən və təmizləmənin keyfiyyətinə irəli sürülən tələblərdən asılıdır.
8.2.9.6. Köpüyün (şlamın) həcmi və nəmliyi asılı və digər çirkləndirici maddələrin miqdarından və su səthində onun toplanmasının davam etmə müddətindən (fasiləsiz, yaxud fasiləli çıxarılma) asılıdır. Səthdə toplanmış çirkləndiricilərin fasiləli çıxarılması basqılı, basqısız və elektroflotasiya qurğularında tətbiq edilməlidir. Köpüyün hesabi nəmliyi qəbul edilməlidir: fasiləsiz çıxarıldıqda - 96-98%; transportyorların sıyırıcıları, yaxud fırlanan sıyırıcıların köməyi ilə fasiləli çıxarıldıqda - 94-95%; şneklər və sıyırıcı arabacıqlarla çıxarıldıqda – 92-93%. Nəmliyi 95-98% olan tutulan maddələrin 7-10%-i çökür. Nəmliyi 94-95% olan köpüyün (şlamın) həcmi (emal edilən su həcmindən faizlə) (58) düsturu ilə hesablanmalıdır.
burada Cen-təmizlənən suda həll olmayan qarışıqların miqdarıdır, qr/l.
|