• 9.2.4.16.
  • 9.2.4.18.
  • 9.3. İkinci pillə durulducuları. Lilayrıcılar 9.3.1.
  • 9.4. Tam oksidləşdirən aerasiya qurğuları(aerasiya müddəti uzadılmış aerotenklər) 9.4.1.
  • 9.6. Süzmə sahələri 9.6.1.
  • Məişət və tərkibinə görə ona yaxın olan istehsalat tullantı sularının yükü
  •  Aerotenklərin regeneratorların dəyişən həcmləri ilə işləyə bilməsinin mümkünlüyü nəzərə alınmalıdır. 9.2.4.13




    Download 1,74 Mb.
    bet44/404
    Sana24.03.2017
    Hajmi1,74 Mb.
    #2065
    1   ...   40   41   42   43   44   45   46   47   ...   404

    9.2.4.12. Aerotenklərin regeneratorların dəyişən həcmləri ilə işləyə bilməsinin mümkünlüyü nəzərə alınmalıdır.

    9.2.4.13. Aerotenklərdə aşağıda göstərilən aeratorların qəbuluna yol verilir:

    xırda qabarcıqlı - saxsı və plastik kütlədən hazırlanmış materiallar (filtros lövhələri, borular, diffuzorlar) və sintetik parçalar;

    orta qabarcıqlı - yarıqlı və deşikli borular;

    iri qabarcıqlı –ucu açıq borular;

    mexaniki və pnevmomexaniki.

    9.2.4.14. Regeneratorlarda və aerotenk-sıxışdırıcıların uzunluğunun birinci yarısında aeratorların sayı aerotenklərin ikinci yarısında olduğundan iki dəfə çox qəbul edilməlidir.

    9.2.4.15. Aeratorların yerləşmə dərinliyi hava üfürən avadanlığın yaratdığı təzyiqdən və paylaşdırıcı kommunikasiyalarda və aeratorlardakı itkilərdən asılı olaraq qəbul edilməlidir (maddə 7.3.8.).

    9.2.4.16. Aerotenklərin boşaldılmasının və aeratorların suyunun buraxılmasının mümkünlüyünü təmin edən tədbirlər nəzərdə tutulmalıdır.

    9.2.4.17. Ehtiyac olduqda aerotenklərdə səpələyicilərlə suvarmaqla, yaxud müvafiq kimyəvi preparatlardan istifadə etməklə köpüklənmənin qarşısını alan tədbirlər nəzərdə tutulmalıdır.

    Suvarma zamanı suyun səpələnmə intensivliyi aparılmış təcrübələrin nəticələri əsasında təyin edilməlidir.

    Köpüklənmənin qarşısını alan kimyəvi preparatlardan istifadə edilməsi sanitariya-epidemioloji xidmət və balıq ehtiyatlarının mühafizəsi orqanları ilə razılaşdırılmalıdır.

    9.2.4.18. Aktiv lilin resirkulyasiyası erliftlər və ya nasoslarla yerinə yetirilməlidir.

    9.2.4.19. Pnevmatik aerasiya sistemində 1 m3 təmizlənən suya xüsusi hava sərfi (75) düsturu ilə hesablanmalıdır.

    burada q0-1 mq OBTtam-ın azaldılması üçün hava oksigeninin xüsusi sərfi,mq (OBTtam=15-20 mq/l-ə qədər təmizlədikdə 1,1; OBTtam20 mq/l təmizlədikdə 0,9 qəbul edilməlidir);



    K- aeratorun növünü nəzərə alan əmsal (xırda qabarcıqlı aerasiya üçün aerasiya edilən zona ilə aerotenkin sahələrinin nisbətindən faz/fat asılı olaraq cədvəl 47-ə əsasən, orta qabarcıqlı və aşağı basqılılar üçün - K= 0,75 qəbul edilməlidir;

    Cədvəl 47.



    faz/fat

    0,05

    0,1

    0,2

    0,3

    0,4

    0,5

    0,75

    1

    K1

    1,34

    1,47

    1,68

    1,89

    1,94

    2

    2,13

    2,3

    Ja.maxm3/(m2.st)

    5

    10

    20

    30

    40

    50

    75

    100

    K2- aeratorların batırılma dərinliyindən ha asılı əmsal olub cədvəl 48-ə əsasən qəbul edilməlidir;

    KT-tullantı sularının temperaturunu nəzərə alan əmsal olub (76) düsturu ilə hesablanmalıdır.

    Cədvəl 48.



    ham

    0,5

    0,6

    0,7

    0,8

    0,9

    1

    3

    4

    5

    6

    K2

    0,4

    0,46

    0,6

    0,8

    0,9

    1

    2,08

    2,52

    2,92

    3,3

    Ja.minm3/(m2.st)

    48

    42

    38

    32

    28

    24

    4

    3,5

    3

    2,5

    ,                                                                        (76)

    burada Tw- yay mövsümündə suyun orta aylıq temperaturu0C;



    K3- suyun keyfiyyət əmsalıdır (şəhər tullantı suları üçün 0,85 qəbul edilməlidir); suda sintetik səthi fəal maddələr (SSFM) olduqda faz/fat nisbətindən asılı olaraq cədvəl 49-a əsasən qəbul edilməlidir,istehsalat tullantı suları üçün - təcrübələrin nəticələrinə əsasən,onlar olmadıqda K3 = 0,7 qəbul edilməsinə yol verilir;

    Ca - hava oksigeninin suda həllolma (mq/l) qabiliyyəti olub (77) düsturu ilə hesablanır.

     

    Cədvəl 49.



    faz/fat

    0,05

    0,1

    0,2

    0,3

    0,4

    0,5

    0,75

    1

    K3

    0,59

    0,59

    0,64

    0,66

    0,72

    0,77

    0,88

    0,99

    burada CT- temperaturdan və atmosfer təzyiqindən asılı olaraq oksigenin suda həllolma qabiliyyəti (məlumat kitablarından götürülür);



    ha - aeratorun batırılma dərinliyi, m;

    C0-aerotenkdə oksigenin orta miqdarıdır, mq/l; birinci yanaşmada C0=2 mq/l qəbul edilmə-sinə yol verilir və (62) və (63) düsturları nəzərə alınmaqla texniki-iqtisadi hesablamalar nəticəsində dəqiqləşdirilməlidir.

    Pnevmatik aeratorlar üçün aerasiya edilən zonanın sahəsinə onların arasındakı 0,3 m məsafə də daxil edilməlidir.

    Aerasiya intensivliyi (78) düsturu ilə hesablanmalıdır.

    burada Hat- aerotenkin işçi dərinliyi, m;



    tat - aerasiya müddətidir, st.

    Aerasiyanın hesablanmış intensivliyi K1-in qəbul edilmiş qiymətində Ja.max- dan yüksək olan hallarda aerasiya edilən zonanın sahəsi artırılmalıdır; K2-in qəbul edilmiş qiymətində Ja.min- dan kiçik olan hallarda Ja.min- in qiymətini cədvəl 48-ə əsasən qəbul edərək havanın sərfini artırmaq lazımdır.



    9.2.4.20. Mexaniki, pnevmomexaniki və şırnaqlı aeratorlar seçilən zaman onların 200C tempe-raturda və suda həll olmuş oksigen olmayan hal üçün oksigenə görə məhsuldarlığı, mayenin Kvə K3 əmsalları ilə səciyyələndirilən tələbat sürəti və kütlə əvəzetmə xassələri, maddə 9.2.4.19-a görə təyin edilən oksigen çatışmamazlığı (Ca –C0)/Canəzərə alınmalıdır.

    Aerotenklər və bioloji nohurlar üçün aeratorların sayı (79) düsturu ilə hesablanmalıdır.



    burada Wat- qurğunun həcmi, m3;



    Qma- aeratorun oksigenə görə məhsuldarlığı, kq/st (qiyməti pasport göstəricilərinə görə qəbul edilməlidir);

    tat-mayenin qurğuda qalma müddətidir, st;qalan parametrlərin izahı (75) düsturunda olduğu kimidir.

    Q e y d. Mexaniki aeratorların müəyyən edilmiş sayında onların aktiv lili asılı vəziyyətdə saxlamaq qabiliyyəti yoxlanılmalıdır. Aeratorun təsir zonası hesablama ilə təyin edilməlidir; bu zona təxmini olaraq işçi təkərin diametrinin 5-6 mislini təşkil edir.

    9.2.4.21. Oksitenklərdən sənaye müəssisələrinin oksigen qurğularından texniki oksigenin verilməsi mümkün olan hallarda istifadə edilməlidir. Təmizləyici qurğuların tərkibində oksigen stansiyası inşa edilən hallarda da onlardan istifadəyə yol verilir.

    Oksitenklər oksigendən istifadə səmərəsini 90% təmin edən mexaniki aeratorlarla, yüngül kip örtüklə, oksigenlə avtomatik qidalandırma və qaz fazasının üfürülmə sistemi ilə təchiz edilməlidir. İstehsalat tullantı sularını və onların şəhər tullantı suları ilə qarışığını təmizləmək üçün lil ayrıcılarla birləşdirilmiş oksitenklərdən istifadə edilməlidir. Oksitenkin aerasiya zonasının həcmi (62) və (63) düsturları ilə hesablanmalıdır. Oksitenkin lil qarışığında oksigenin miqdarı 6-12 mq/l, lilin dozası isə 6-10 qr/l qəbul edilməlidir.



    9.3. İkinci pillə durulducuları. Lilayrıcılar

    9.3.1. Təmizlənmiş suyu aktiv lildən (bioloji pərdədən) ayırmaq üçün ikinci pillə durulducular, asılı çöküntü layı olan şəffaflandırıcılar,flotasiya qurğuları, membran modullar və digər lilayırıcı qurğulardan istifadə etmək lazımdır. Lili qravitasiya qüvvələrinin təsiri ilə ayıran qurğuların işini intensivləşdirmək üçün nazik laylı modullardan istifadə edilməsinə yol verilir.

    9.3.2. İkinci pillə durulducunun növü (şaquli, radial,üfüqi) sutəmizləyici stansiyaların məhsul-darlığı, qurğuların planda qarşılıqlı yerləşməsi, istismar edilən vahidlərin sayı, onların yerləşdiyi meydançanın şəkli və relyefi, geoloji şəraitlərdən, qrunt sularının səviyyəsindən asılı olaraq seçilməlidir.

    9.3.3.Bütün növlərdən olan biosüzgəclərdən sonra ikinci pillə durulduculara verilən hidravlik yük (80) düsturu ilə hesablanmalıdır.

    burada u0- bioloji pərdənin hidravlik iriliyidir; tam bioloji təmizlənmədə u= 1,4 mm/s qəbul edilməlidir;



    Kset əmsalının qiyməti 8.2.4.6 maddəsinin göstərişlərinə əsasən qəbul edilməlidir.

    Durulducuların sahəsi təyin edildikdə resirkulyasiya sərfi də nəzərə alınmalıdır.



    9.3.4.Aerotenklərdən sonra bütün növ ikinci pillə durulducular aerotenkdə aktiv lilin qatılığı aiqr/l, onun indeksi Jism3/qr və şəffaflanmış suda lilin qatılığı atmq/l, nəzərə alınmaqla (81) düsturu ilə hidravlik yükə hesablanmalıdır.

    burada Kss - durulma zonasının həcmindən istifadə əmsalı, (radial duruldacalar üçün - 0,4; şaquli

    duruldacalar üçün - 0,35; ətraf buraxıcıları olan şaquli durulducular üçün - 0,5; üfüqi durulducular üçün - 0,45 qəbul edilməlidir);

    at - 10 mq/l-dən az qəbul edilməməlidir;

    ai - ≤ 15 mq/l qəbul edilməlidir.

    9.3.5. Durulducuların konstruktiv parametrləri 8.2.4.6-8.2.4.8 maddələrinin göstərişlərinə əsasən qəbul edilməlidir.

    9.3.6. Şəffaflanmış suyu toplayan suaşıranlı suyığıcının 1 m uzunluğuna yük 8-10 l/s-dən çox olmamalıdır.

    9.3.7. Asılı çöküntü layı olan şəffaflandırıcıların rejimində işləyən oksitenklər və ya aerotenkdurulducuların lilayrıcılarına aiJi parametrlərindən asılı olan hidravlik yükün cədvəl 50-ə əsasən qəbul edilməsinə yol verilir.

    Cədvəl 50.



    aiJi

    100

    200

    300

    400

    500

    600

    qms, m3/(m2.st)

    5,6

    3,3

    1,8

    1,2

    0,8

    0,7

    9.3.8. Lil qarışığını ayırmaq üçün flotasiya qurğularının hesablanması asılı maddələrin miqda-rına görətələb olunan şəffaflandırma dərəcəsindən asılı olaraq (cədvəl 51) aparılmalıdır.

    Cədvəl 51.



    Parametr

    Asılı maddələrin miqdarı, mq/l







    15

    10

    5

    Flotasiyanın davam etmə müddəti, dəqiqə............

    Havanın xüsusi sərfi, lildəki asılı maddələrin 1 kq-na litr



    40

    4


    50

    6


    60

    9


    Basqılı rezervuarlarda təzyiq 6-9 bar, doydurulma müddəti 3-4 dəq-ə qəbul edilməlidir.

    9.3.9. Radial və üfüqi durulducuların dibinə çökmüş lil mexaniki üsulla bunun üçün nəzərdə tutulmuş xüsusi çuxura sıyrılmalı, yaxud lilsoranlarla birbaşa qurğudan kənar edilməlidir. Lilsoranlardan istifadə etdikdə hər bir qəbuledici qurğu lili yığıcı nova nəql etdirmək üçün fərdi sistemə malik olmalıdır. Bioloji pərdəni kənarlaşdırmaq üçün bu tipdən olan durulducularda lilsıyırıcılardan istifadə edilməlidir.

    Şaquli durulduculardan çöküntünü öz axımı ilə kənar etmək üçün dibinin maillik bucağı 50-600 olmalıdır.



    9.4. Tam oksidləşdirən aerasiya qurğuları(aerasiya müddəti uzadılmış aerotenklər)

    9.4.1. Tam oksidləşməyə aerasiya qurğuları tullantı sularını bioloji təmizləmək üçün tətbiq edilməlidir.

    Tullantı suları qurğuya verilməzdən əvvəl ondakı iri mexaniki qarışıqların tutulması üçün tədbir görülməlidir.



    9.4.2. Aerotenklərdə tam oksidləşməyə aerasiyanın davametmə müddəti (62) düsturu ilə hesablanmalıdır, hesabatda qəbul edilməlidir:

    - OBTtam-a görə oksidləşmənin orta sürəti - 6 mq/(qr.st);

    ai- lilin dozası-3-4 qr/l;

    s- lilin küllülük dərəcəsi - 0,35.

    Havanın xüsusi sərfi (75) düsturu ilə hesablanmalıdır, hesabatda qəbul edilməlidir:



    q- 1 mq azaldılan OBTtam-a oksigenin xüsusi sərfi (mq) - 1,25;

    K1K2KTK3C- 9.2.4.19 maddəsində verilmiş göstəricilərə görə.

    9.4.3. Maksimum axında tullantı sularının durulma zonasında qalma müddəti 1,5 st-dan az olmamalıdır.

    9.4.4. kq OBTtam-a artıq aktiv lilin miqdarı 0,35 kq qəbul edilməlidir. Lilin dozası 5-6 qr/l-ə çatdıqda durulduculardan və aerotenklərdən artıq lilin kənarlaşdırılmasının nəzərdə tutulmasına yol verilir. Durulducudan kənar edilən lilin nəmliyi 98%, aerotenklərdən kənar edilən lilin nəmliyi 99,4% təşkil edir.

    9.4.5. Lil sahələrinə yük mezofil şəraitdə qıcqırdılmış çöküntülər üçün olduğu kimi qəbul edilməlidir.

    9.5. Dövretdirici (sirkulyasiyalı) oksidləşdirici kanallar

    9.5.1. Sirkulyasiyalı oksidləşdirici kanallar (SOK) ən soyuq dövr üçün hesabi qış temperaturu mənfi 250C-dən aşağı olmayan rayonlarda tullantı sularını bioloji təmizləmək üçün nəzərdə tutulmalıdırlar.

    9.5.2. Aerasiyanın davam etmə müddəti (62) düsturu ilə hesablanmalıdır; bu zaman OBTtam-a görə oksidləşmənin orta sürəti ρ - 6 mq/(qr.st) qəbul edilməlidir.

    9.5.3. Sirkulyasiyalı oksidləşdirici kanallar üçün qəbul edilməlidir:

    kanalın planda forması O-a bənzər;

    dərinlik - 1 m-ə yaxın;

    artıq aktiv lilin miqdarı -1 kq OBTtam-a 0,4 kq;

    oksigenin xüsusi sərfi - 1 mq azaldılan OBTtam-a 1,25 mq.

    9.5.4. Oksidləşdirici kanallarda tullantı sularının aerasiyasının kanalın düz sahəsinin əvvəlində qoyulmuş mexaniki aeratorlarla yerinə yetirilməsi nəzərdə tutulmalıdır.

    Aeratorların ölçüləri və iş parametrləri oksigenə görə məhsuldarlığı və kanalda suyun hərəkət sürətinə görə onların pasport göstəricilərindən təyin edilməlidir.



    9.5.5. Kanalda suyun aerator tərəfindən yaradılan hərəkət sürəti (82) düsturu ilə hesablanmalıdır.

    burada Jair- aeratorun təzyiq impulsu (xarakteristikasından asılı olaraq qəbul edilməlidir);



    lair - aeratorun uzunluğu, m;

    n1- nahamarlıq əmsalı (beton divarlar üçün n1 =0,014 qəbul edilməlidir);

    ωcc - kanalın canlı en kəsik sahəsi, m2;

    - hidravlik radiusm;

    lcc- kanalın uzunluğu, m;

    - yerli müqavimət əmsallarının cəmidir (O-a bənzər kanal üçün = 0,5 qəbul edilmə-lidir);.

    Aeratorun uzunluğu kanalın dibinin enindən az və kanalda su güzgüsünün enindən çox olma-yaraq qəbul edilməlidir; aeratorların sayı ikidən az olmamalıdır.



    9.5.6. Sirkulyasiya kanallarından tullantı su və fəal lil qarışığının ikinci pillə durulduculara axıdılması öz axımı ilə nəzərdə tutulmalıdır, maksimum sərfdə tullantı sularının ikinci pillə durulducularda qalma müddəti 1,5 st olmalıdır.

    9.5.7. İkinci pillə durulduculardan qaytarılan fəal lilin kanala fasiləsiz daxil olması, artıq lilin fasilələrlə lil sahələrinə verilməsi təmin edilməlidir.

    9.5.8. Lil sahələri mezofil şəraitdə qıcqırdılmış çöküntü yükünə hesablanmalıdır.

    9.6. Süzmə sahələri

    9.6.1. Tullantı sularını tam bioloji təmizləmək üçün süzmə sahələri, bir qayda olaraq, qumluq, qumlu torpaq və yüngül qumluca ərazilərdə layihələndirilməlidirlər.

    Tullantı suları süzmə sahələrinə verilməzdən əvvəl ən azı 30 dəq-ə müddətində çökdürülməlidir.



    9.6.2. Süzmə sahələri yerləşdiriləcək ərazinin mailliyi 0,02-yə bərabər və rəvan olmalı; yeraltı suqəbuledici qurğulardan qrunt sularının axını istiqamətdə aşağı depressiya qıfının radiusuna bərabər, lakin yüngül gillicə torpaqlarda 200 m-dən, qumlu torpaqlarda 300 m-dən və qumlarda 500 m-dən az olmayan məsafədə seçilməlidir.

    Süzmə sahələri qrunt sularının axını istiqamətinin əksinə, yeraltı suqəbuledici qurğudan yuxarıda yerləşdikdə onlarla qurğu arasındakı məsafə hidrogeoloji şəraitdən və su təchizatı mənbəyinin sanitar mühafizəsinin tələblərindən asılı olaraq qəbul edilməlidir.

    Sudaşıyıcı layların çıxış yerləri ilə sərhədlənən, həmçinin su keçirməyən layla örtülməmiş yarıqlı süxurlar və karstlar olan ərazidə süzmə sahələrinin yerləşdirilməsinə yol verilmir.

    9.6.3. Süzmə sahələrinə yönəldilən tullantı su yükü oxşar şəraitdə işləyən süzmə sahələrinin istismar təcrübəsinə əsasən qəbul edilməlidir.

    Məişət və tərkibinə görə ona yaxın olan istehsalat tullantı sularının yükünün cədvəl 52-ə əsasən təyin edilməsinə yol verilir.

    Cədvəl 52. Məişət və tərkibinə görə ona yaxın olan istehsalat tullantı sularının yükü

    Qruntlar

    Havanın orta illik temperaturu0C

    Qrunt sularının aşağıda göstərilən yerləşmə dərinliyində (m) tullantı sularının yükü, m3/(ha.sut)










    1,5

    2

    3

    Yüngül gillicə

    0 ÷ ≤ 3,5

     3,5 ÷ ≤ 6

     6 ÷ ≤ 11

     11


    -

    -

    -



    -

    55

    70

    75



    85

    60

    75

    85



    100

    Qumlu torpaq

    0 ÷ ≤ 3,5

     3,5 ÷ ≤ 6

     6 ÷ ≤ 11

     11


    80

    90

    100



    120

    85

    100


    110

    130


    100

    120


    130

    150


    Qumlar

    0 ÷ ≤ 3,5

     3,5 ÷ ≤ 6

     6 ÷ ≤ 11

     11


    120

    150


    160

    180


    140

    175


    190

    210


    180

    225


    235

    250


    Q e y d:

    1. Yüklər atmosfer yağıntılarının orta illik miqdarı 300 mm-dən 500 mm-ə qədər olan rayonlar üçün göstərilmişdir.

    2. Atmosfer yağıntılarının orta illik miqdarı 500-700 mm olan rayonlar üçün yüklər 15-25%; 700 mm-dən çox və həmçinin IIIA alt iqlim rayonu üçün 25-30% azaldılmasına yol verilir; belə hallarda yükün azalmasının maksimum qiyməti yüngül gillicə, minimum qiyməti isə qumdan ibarət qruntlarda qəbul edilməlidir.




     

    Download 1,74 Mb.
    1   ...   40   41   42   43   44   45   46   47   ...   404




    Download 1,74 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



     Aerotenklərin regeneratorların dəyişən həcmləri ilə işləyə bilməsinin mümkünlüyü nəzərə alınmalıdır. 9.2.4.13

    Download 1,74 Mb.