• 11. Tullantı sularının zərərsizləşdirilməsi 11.1.
  • 12. Tullantı sularının dərin təmizlənməsi üçün qurğular 12.1. Ümumi müddəalar 12.1.1.
  • Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




    Download 1,74 Mb.
    bet46/404
    Sana24.03.2017
    Hajmi1,74 Mb.
    #2065
    1   ...   42   43   44   45   46   47   48   49   ...   404

    10.5. Barbotaj qurğularında havanın xüsusi sərfiqbm3/m3, (93) düsturu ilə hesablanır.

    Burada Nb- aerasiya pillələrinin sayı;



    Ca,K- maddə 9.2.4.19-un göstərişlərinə görə qəbul edilməlidir;

    K2,K3,KT,Cex,Cs - maddə 10.3-ün göstərişlərinə görə qəbul edilməlidir.

     

    11. Tullantı sularının zərərsizləşdirilməsi



    11.1. Su obyektlərinə axıdılan, yaxud texniki məqsədlər üçün istifadə edilən bioloji təmizlənmiş (yaxud bioloji təmizləmə mümkün olmadıqda fiziki-kimyəvi təmizlənmiş) məişət tullantı suları və onların istehsalat suları ilə qarışıqları zərərsizləşdirilməlidir.

    Məişət və istehsalat tullantı suları ayrılıqda mexaniki təmizləmədən sonra birlikdə bioloji təmizləndikdə, müvafiq əsaslandırmadan sonra yalnız məişət sularının mexaniki təmizləmədən sonra zərərsizləşdirilməsinə yol verilir və bioloji təmizlənməyə yönəldilməzdən əvvəl onlarda olan xlor çıxarılmalıdır.

    Su obyektlərinə axıdılan təmizlənmiş tullantı sularının ultra-bənövşəyi şüalarla zərərsizləşdirilməsi tövsiyə olunur.

    11.2. Tullantı sularının xlor, yerində elektrolizlə istehsal olunan natrium hipoxlorid, yaxud tullantı sularının birbaşa elektrolizə uğradılması ilə zərərsizləşdirilməsinə yol verilir və bu halda zərərsizləşdirilmiş tullantı suları su obyektlərinə axıdılmazdan əvvəl xlorsuzlaşdırılmalıdır.

    11.3. Fəal xlorun hesabi dozası:

    mexanili təmizləmədən sonra – 10 qr/m3;

    durulma səmərəsi 70%-dən çox olmaqla mexanokimyəvi və natamam bioloji təmizləmədən sonra – 5 qr/m3;

    tam bioloji,fiziki-kimyəvi və dərin təmizləmədən sonra – 3 qr/m3 qəbul edilməlidir.



    Q e y d:

    1. Aktiv xlorun dozası istismar prosesində dəqiqləşdirilməlidir; zərərsizləşdirilmiş suda qalıq xlorun miqdarı 1,5 qr/m3-dən az olmamalıdır.

    2. Təmizləyici qurğuların xlor təsərrüfatı xlorun hesabi dozasını reagent anbarlarının tutumuna dəyişiklik etmədən 1,5 dəfə artırmağın mümkünlüyünü təmin etməlidir.

    11.4. Təmizləyici qurğuların xlor təsərrüfatı və elektroliz qurğuları TN və Q 2.04.02-nin göstərişlərinə əsasən layihələndirilməlidir.

    11.5. Müvafiq əsaslandırma olduqda tullantı sularının bioloji, yaxud fiziki-kimyəvi təmizlənməsindən sonra birbaşa elektroliz qurğularından istifadə edilməsinə yol verilir.

    11.6. Elektrik avadanlığı və idarəetmə dolabı isidilən otaqda yerləşdirilməli və bu otağın təmizləyici qurğuların digər otaqları ilə bloklaşdırılmasına yol verilir.

    11.7. Xloru tullantı suyu ilə qarışdırmaq üçün bütün növlərdən olan qarışdırıcılardan istifadə edilməsinə yol verilir.

    11.8. Xlor, yaxud hipoxloritin rezervuarda, yaxud aparıcı nov və boru kəmərlərində tullantı suyu ilə təmas müddəti 30 dəq-ə qəbul edilməlidir.

    11.9. Təmas rezervuarları birinci pillə durulducular kimi sıyırıcısız layihələndirilməlidir; rezervuarların sayı ikidən az olmamalıdır. Suyun hava ilə 0,5 m3/(m2st)intensivlikdə barbotaj edilməsinə yol verilir.

    11.10. Tullantı sularının bioloji nohurlardan sonra zərərsizləşdirilməsi məqsədilə tullantı suları və xlorun təmasda olması üçün bölmə ayrılmalıdır.

    11.11. Təmas rezervuarlarında sudan ayrılmış nəmliyi 98% olan çöküntünün miqdarı 1 mtullantı suyu hesabına:

    mexaniki təmizləmədən sonra - 1,5 l;

    aerotenklərdə və biosüzgəclərdə bioloji təmizləmədən sonra - 0,5 l.

     

    12. Tullantı sularının dərin təmizlənməsi üçün qurğular



    12.1. Ümumi müddəalar

    12.1.1. Dərin təmizləmə qurğuları bioloji təmizləmədən keçmiş şəhər və istehsalat tullantı sularını və onların qarışığını, həmçinin mexaniki, kimyəvi, yaxud fiziki-kimyəvi təmizləmə keçmiş istehsalat tullantı sularını su obyektlərinə axıtmazdan, yaxud istehsalatda təkrar, yaxud kənd təsərrüfatında istifadə etməzdən əvvəl daha dərin təmizləmək üçün tətbiq edilirlər.

    12.1.2. Tullantı sularını dərin təmizləmək üçün qurğu kimi müxtəlif konstruksiyalı dənəvər yüklü süzgəclər, torlu barabanlı süzgəclər, bioloji nohurlar, tullantı sularını oksigenlə doyduran qurğular və sairələrin tətbiqinə yol verilir.

    Qurğunun növü ilkin tullantı suyunun keyfiyyəti, onun təmizlənmə dərəcəsinə irəli sürülən tələblər, süzücü materialların olması və s. asılı olaraq seçilir.



    12.1.3. Bioloji nohurlar 9.10.1-9.10.18 maddələrinin göstərişlərinə əsasən layihələndirilməlidir.

    12.2. Dənəvər yüklü süzgəclər

    12.2.1.Aşağıdakı dənəvər yüklü süzgəclərin tətbiqinə yol verilir: bir laylı, iki laylı və karkas-doldurulmuş.

    Konstruksiyasından və iqlim şəraitindən asılı olaraq süzgəclər açıq havada, yaxud bina daxilində yerləşdirilə bilər. Süzgəclər açıq havada yerləşdirildikdə boru kəmərləri, bağlayıcı armatur, nasoslar və digər kommunikasiyalar keçilə bilən dəhlizlərdə yerləşdirilməlidir.



    12.2.2. Süzücü material kimi kvars qumu, çınqıl, qranit qırıqları, dənəvərləşdirilmiş domna şlakı, antrasit, keramzit, polimerlər, həmçinin tələb olunan texnoloji xassələrə, kimyəvi dayanıqlığa və mexaniki möhkəmliyə malik olan digər dənəvər materiallardan istifadə edilə bilər.

    12.2.3. Süzgəcin konstruktiv elementlərinin hesabatı bu normalar və TNvəQ 2.04.02-nin göstərişlərinə əsasən aparılmalıdır.

    12.2.4. Şəhər və tərkibi ona yaxın olan istehsalat tullantı sularını bioloji təmizləmədən sonra dərin təmizləmək üçün süzgəcin hesabi parametrləri cədvəl 57-ə əsasən qəbul edilməlidir.

    Süzgəclərin sahəsi 15%-ə bərabər yol verilən qeyri müntəzəmliyi çıxmaqla maksimum saatlıq sərfə hesablanmalıdır.

     

     



    Cədvəl 57



    Süzgəc

    Süzücü yükün parametrləri

    Yükün hündürlü-yü, m

    Aşağıdakı rejimlərdə süzmə sürəti, m/st

    Yuma intensivliyi,

    l/(s.m2)

    Yuma mərhələsinin davam etmə müddəti, dəq.

    Təmizləmə səmərəsi,

    %








    Süzücü material

    Yükün qranulometrik xarakteristikası d, mm




    normal

    intensiv







    OBTtam-a

    görə


    asılı maddələrə

    görə











    minimum

    maksimum

    ekvivalent






















    Bir laylı, xırda dənəli, süzmə yuxarıdan aşağı

    Kvars qumu

    1,2

    2

    1,5-1,7

    1,2-1,3

    6-7

    7-8

    Hava (18-20)

    2

    50-60

    70-75




    Saxlayıcı laylar-çınqıl

    2

    5

    -

    0,15-0,2

     

     

    Hava (18-20)

    və su (3-5)



     

     

     




     

    5

    10

    -

    0,1-0,15

     

     

     

     

     

     




     

     

     

     

     

     

     

    Su (7)

    6-8

     

     




     

    10

    20

    -

    0,1-0,15

     

     

     

     

     

     




     

    20

    40

    -

    0,2-0,25

     

     

     

     

     

     

    Bir laylı, iri dənəli, süzmə yuxarıdan aşağı

    Qranit qırma daş

    3

    10

    5,5

    1,2

    16

    18

    Hava (16)

    3

    35-40

    45-50

























    Hava (16) və

    4































    Su (10)

     































    Su (15)

    3







     

    Antrasit, yaxud

    1,2

    2

    -

    0,4-0,5

    7-8

    9-10

    Su (14-16)

    10-12

    60-70

    70-80

     

    keramzit

    Kvars qumu



    0,7

    1,6

    -

    0,6-0,7

     

     

     

     

     

     

     

     

    2

    5

    -

    0,15-0,25

     

     

     

     

     

     

     

    Saxlayıcı

    laylar-çınqıl



    5

    10

    -

    0,1-0,15

     

     

     

     

     

     

     

     

    10

    20

    -

    0,1-0,15

     

     

     

     

     

     

     

     

    20

    40

    -

    0,2-0,25

     

     

     

     

     

     

    Karkas-doldurmalı

    Kvars qumu

    0,8

    1

    -

    0,9

    10

    15

    Hava (14-16)

    və su (6-8)



    5-7

    70

    70-80

     

    Karkas-çınqıl

    1

    40

    -

    1,8

     

     

    Su (14-16)

    3

     

     

     

     

    40

    60

    -

    0,5

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     





    12.2.5. Dənəvər yüklü süzgəclər layihələndirildikdə nəzərdə tutulmalıdır:

    tullantı suları bioloji təmizləmədən sonra verildikdə - süzgəclərdən əvvəl (karkas-doldurulmuşlar istisna olmaqla) barabanlı torlar;

    bir laylı süzgəclər üçün hava-su qarışığı ilə yuma, iki laylı süzgəclər üçün su ilə yuma, karkas-doldurulmuş süzgəclər üçün hava-su, yaxud su ilə yuma; yuma xlorlanmamış süzülmüş su ilə aparılmalıdır;

    yuma suyu və süzgəclərin yuyulmasından alınan çirkli su rezervuarlarının tutumu - ən az iki yumaya sərf olunan su miqdarına bərabər;

    ehtiyac olduqda 9.10.18-10.5 maddələrinə əsasən süzülmüş suyun oksigenlə zənginləşdirilməsi;

    böyük müqavimətli borulu paylaşdırıcı drenaj sistemi;

    süzmə istiqaməti yuxarıdan aşağı olan süzgəclər üçün - süzücü yükün yuxarı layının hidravlik, yaxud mexaniki üsulla qarışdırılması.

    12.2.6. Dənəvər yüklü süzgəclərdə bioloji təbəqənin yaranmasının qarşısını almaq üçün daxil olan tullantı sularının 2 mq/l dozada xlorlanması və süzgəcin ildə 2-3 dəfə tərkibində 150 mq/l xlor olan su ilə 24 st təmasda olmaqla emal edilməsi nəzərdə tutulmalıdır.

    12.2.7. İstehsalat tullantı sularını dərin təmizləmək üçün süzgəclər texnoloji tədqiqatların nəticələrinə əsasən layihələndirilməlidir.

    12.3. Polimer yüklü süzgəclər

    12.3.1. “Polimer” süzgəclər istehsalat tullantı sularını onlarda dayanıqlı emulsiya vəziyyətində olmayan yağ və neft məhsullarından təmizləmək üçün tətbiq edilməlidir.

    Süzgəclərdən yağış sularının təmizlənməsində də istifadə etməyə yol verilir.



    12.3.2. “Polimer” süzgəclərə verilən tullantı sularında yağ və neft məhsullarının yol verilən miqdarı 150 mq/l-ə qədər, asılı maddələr 100 mq/l-ə qədər ola bilər. Təmizlənmiş suda bu qarışıqların miqdarı 10 mq/l-ə çatır.

    12.3.3. Süzücü yük materialı kimi iriliyi 20x20x20 mm, sıxlığı 46-50 kq/m3, layın hündürlüyü 2 m olan penopoliuretandan istifadə edilməlidir. Süzgəclərdə süzmə sürətinin 25 m/st-a qədər qəbul edilməsinə yol verilir.

    12.3.4. Süzgəclər havasının temperaturu 50C-dən aşağı olmayan binalarda yerləşdirilməlidir.

    12.4. Torlu barabanlı süzgəclər

    12.4.1. Torlu barabanlı süzgəclərin istehsalat tullantı sularını mexaniki təmizləmək, tullantı sularını dərin təmizləyən süzgəclərdən əvvəl qoymaq (barabanlı torlar) üçün, həmçinin dərin təmizləyən müstəqil qurğu kimi (mikrosüzgəclər) tətbiqinə yol verilir. Torlu barabanlı süzgəclərdə tullantı sularının təmizlənmə dərəcəsinin cədvəl 58-ə əsasən qəbul edilməsinə yol verilir.

    Cədvəl 58.



    Torlu barabanlı süzgəclər

    Çirkləndirici maddələrin miqdarının azalması, %







    asılı maddələrə görə

    OBTtam-a görə

    Mikrosüzgəclər

    Barabanlı torlar



    50 – 60

    20 – 25


    25 – 30

    5 – 10


     

    12.4.2. Barabanlı torlardan tullantı sularını mexaniki təmizləmək üçün istifadə etdikdə təmizlənən suda torun yuyulmasını çətinləşdirə biləcək maddələr (qətranlar, piylər, yağlar, neft məhsulları və s.) olmamalı, asılı maddələrin miqdarı 250 mq/l-i ötməməlidir.

    Şəhər tullantı sularını dərin təmizləmək üçün mikrosüzgəclərdən istifadə edildikdə təmizlənən suda asılı maddələrin miqdarı 40 mq/l-dən çox olmamalıdır.



    12.4.3. Torlu barabanlı süzgəclərin ehtiyat sayı cədvəl 59-a əsasən qəbul edilməlidir.

    Cədvəl 59.



    Barabanlı süzgəclər

    Sayı







    işçi

    ehtiyat

    Mikrosüzgəclər............................

    Barabanlı torlar..........................



    4-ə qədər

    4-dən çox

    6-ya qədər

    6-dan çox



    1

    2

    1



    2

    12.4.4. Torlu barabanlı süzgəclər qəbul edildikdə:

    məhsuldarlıq və konstruksiya istehsalçı zavodun verdiyi pasport göstəricilərinə, yaxud elmi-tədqiqat təşkilatlarının tövsiyələrinə əsasən seçilməlidir;

    torlu barabanlı süzgəclərdən keçmiş su ilə 1,5 bar təzyiq altında yuyulması nəzərdə tutulmalıdır;

    qurğunun hesabi məhsuldarlığının mikrosüzgəclər üçün 3-4%-nə, tullantı sularını mexaniki təmizləyən barabanlı torlar üçün 1-1,5%-nə bərabər sabit sərf;

    tullantı sularının dərin təmizlənmə sxemində barabanlı torların fasilələrlə bir gündə 8-12 dəfə, 5 dəq-ə davam etməklə və barabanlı torun hesabi məhsuldarlığının 0,3-0,5%-i miqdarında su ilə yuyulması nəzərdə tutulmalıdır.


    Download 1,74 Mb.
    1   ...   42   43   44   45   46   47   48   49   ...   404




    Download 1,74 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

    Download 1,74 Mb.