• 17. Tullantı suları çöküntülərini emal etmək üçün qurğular 17.1. Ümumi müddəalar 17.1.1.
  • 17.2. Susuzlaşdırma, yaxud çürüdülmədən əvvəl çöküntünü sıxlaşdırmaq və qatılaşdırmaq üçün qurğular 17.2.1.
  • 17.4. Aerob stabilləşdiricilər 17.4.1.
  • 17.5. Çöküntünün mexaniki susuzlaşdırılması üçün qurğular 17.5.1.
  • Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




    Download 1,74 Mb.
    bet49/404
    Sana24.03.2017
    Hajmi1,74 Mb.
    #2065
    1   ...   45   46   47   48   49   50   51   52   ...   404

    16.3.6. Anodların ümumi səthi (119) düsturu ilə hesablanmalıdır.

    burada ian- anodda cərəyan sıxlığıdır, A/m2.

    Tullantı sularında altı valentli xrom və ağır metalların cəm miqdarı 80 mq/l-ə qədər, 80-100, 100-150 və 150-200 mq/l olduqda anodda cərəyan sıxlığı müvafiq olaraq 150, 200, 250 və 300 A/m2 qəbul edilməlidir.

    16.3.7. Bir elektrodun səthi (120) düsturu ilə hesablanmalıdır.

    burada bpl- elektrod lövhəsinin eni, m;



    hpl- elektrod lövhəsinin işlək hündürlüyüdür, m (elektrod lövhəsinin mayeyə batırılmış hündürlüyü).

    16.3.8.Elektrod lövhələrinin tələb olunan sayı (121) düsturu ilə hesablanmalıdır.

    Bir elektrod blokunda elektrod lövhələrinin ümumi sayı 30-dan çox olmamalıdır. Lövhələrin sayı bundan çox olduqda bir neçə elektrod bloku nəzərdə tutulmalıdır.



    16.3.9. Elektrokoaqulyatorun işlək həcmi (122) düsturu ilə hesablanmalıdır.

    burada b- qonşu elektrodlar arasındakı məsafədir, m.

    Tullantı sularının tərkibində bir komponent olduqda onları təmizləmək üçün lövhə şəkilli dəmirin sərfi (123) düsturu ilə hesablanmalıdır.

    burada qFe- tullantı sularındakı komponentlərdən birinin 1 qr- nı çıxarmağa lövhə şəkilli dəmirin xüsusi sərfi, qr;



    Kek - elektrod lövhələrinin qalınlığından asılı olaraq elektrod materialından istifadə əmsalı (0,6-0,8 qəbul edilməlidir);

    Qw - tullantı sularının sərfidir, m3/sut..

    Tullantı sularında bir neçə komponent olduqda və ağır metal ionlarının miqdarının cəmi altı valentli xromun miqdarının 50%-dən az olduqda dəmirin sərfi (123) düsturu ilə hesablanmalı və düstura Cen və qFe qiymətləri altı valentli xrom üçün daxil edilməlidir.

    Tullantı sularında ağır metal ionlarının miqdarının cəmi altı valentli xromun miqdarının 50%-dən çox olduqda lövhə şəkilli dəmirin sərfinin (123) düsturu ilə hesablanmış qiyməti 1,2 dəfə artırılmalı, Cen və qFe qiymətləri onların hasilinin ən böyük olduğu komponent üçün qəbul edilməlidir.

    17. Tullantı suları çöküntülərini emal etmək üçün qurğular

    17.1. Ümumi müddəalar

    17.1.1. Tullantı sularının təmizlənməsindən yaranan çöküntü (qumtutanlardan çıxarılmış qum, xam, izafi fəal lil və s.) onların istifadəsini və ya toplanmasını təmin etmək üçün emal edilməlidir. Belə hallarda çöküntüdən və onun emalından yaranan metan qazından istifadənin səmərəliliyi, istifadə olunmayan çöküntünün toplanmasının təşkili və çöküntü emal edilərkən ayrılmış suyun təmizlənməsi nəzərə alınmalıdır.

    17.1.2. Çöküntünün stabilləşdirilməsi, susuzlaşdırılması və zərərsizləşdirilməsi üsulları yerli şəraitdən (iqlim, hidrogeoloji, şəhərsalma, aqrotexniki və s.), onun fiziki-kimyəvi və istilik-fiziki xassələri, eləcə də suvermə qabiliyyəti nəzərə alınaraq təyin edilməlidir.

    17.1.3. İxtisaslaşmış elmi-tədqiqat təşkilatlarının tövsiyələri ilə müvafiq əsaslandırma olduqda susuzlaşdırılmış çöküntülərlə bərk məişət tullantılarının kanalizasiya təmizləyici qurğuları ərazisində, yaxud zibil emal edən zavodlarda birlikdə emalına yol verilir.

    17.1.4. Şəhər və tərkibi ona yaxın olan istehsalat tullantı sularının təmizlənməsindən alınan və emal olunmuş çöküntülərdən uzvi-mineral gübrə kimi istifadə olunmasının mümkünlüyü nəzərə alınmalıdır.

    17.2. Susuzlaşdırma, yaxud çürüdülmədən əvvəl çöküntünü sıxlaşdırmaq və qatılaşdırmaq üçün qurğular

    17.2.1. Sıxlaşdırıcı və qatılaşdırıcılardan fəal lilin qatılığını artırmaq üçün istifadə edilməlidir. Onlarda aerotenklərdən axıdılan lil qarışığının, həmçinin xam lillə artıq fəal lilin birlikdə sıxlaşdırılmasına yol verilir. Bu məqsədlə çökdürücü (qravitasiya) tipli (radial, şaquli, üfüqi) lilsıxlaşdırıcılardan, flotatorlardan və qatılaşdırıcılardan istifadəyə yol verilir.

    Aerob stabilləşdirilmiş çöküntüləri sıxlaşdıran qurğuların layihələndirilməsi üçün göstəricilər maddə 17.4.5-ə əsasən qəbul edilməlidir.



    17.2.2. Radial və üfüqi lilsıxlaşdırıcılar layihələndirildikdə aşağıdakılar nəzərdə tutulmalıdır:

    sıxlaşdırılmış çöküntünün ən azı 1 m hidrostatik basqı altında kənar edilməsi;

    çöküntünü kənar etmək üçün lilsorucular, yaxud lilsıyırıcılar;

    sıxlaşdırıcılarda ayrılmış suyun aerotenklərə verilməsi;

    hər ikisi işləyən olmaqla sayı ikidən az olmayanlilsıxlaşdırıcının qəbul edilməsi.

    17.2.3. Qravitasiyalı lilsıxlaşdırıcıların hesablanması üçün parametrlər cədvəl 63-ə əsasən qəbul edilməlidir.

     

    Cədvəl 63.



    Artıq fəal lilin xarakteristikası

    Sıxlaşdırılmış fəal lilin nəmliyi, %

    Sıxlaşma müddəti, st

    Şaquli lilsıxlaşdırıcının çökmə zonasında mayenin hərəkət sürəti, mm/s







    Lilsıxlaşdırıcı










    şaquli

    radial

    şaquli

    radial




    Aerotenklərdən qatılığı 1,5-3 qr/l olan lil qarışığı

    -

    97,3

    -

    5 – 8

    -

    İkinci pillə durulduculardan qatılığı 4 qr/l olan fəal lil

    98

    97,3

    10-12

    9 – 11

    ≤ 0,1

    Aerotenk-durulducuların çökmə zonasından qatılığı 4,5-6,5 qr/l olan fəal lil

    98

    97

    16

    12 – 15

    ≤ 0,1

    Q e y d: İstehsalat tullantı sularından yaranan artıq aktiv lilin sıxlaşma müddətinin onun xassəsindən asılı olaraq dəyişdirilməsinə yol verilir




    17.26.4. Flotasiya üsulu ilə aktiv lili qatılaşdırmaq üçün planda dairəvi, yaxud düzbucaq şəkilli rezervuarlardan istifadə etməklə basqılı flotasiya metodundan istifadə edilməlidir. Flotasiyalı sıxlaşdırma lil həcminin hava, yaxud duruldulmuş suyun dövr etdirilən hissəsi ilə doydurulması vasitəsilə aparılmalıdır.

    Sıxlaşdırılmış aktiv lilin nəmliyi flotatorun tipindən və lilin səciyyəvi xüsusiyyətlərindən asılı olaraq 94,5-96,5% təşkil edir.



    17.2.5.Flotasiya qurğularının sxemləri və hesablanma parametrləri elmi-tədqiqat təşkilatlarının tövsiyələri əsasında qəbul edilməlidir.

    17.3. Metantenklər

    17.3.1. Metantenklərdən şəhər tullantı sularının çöküntülərini stabilləşdirmək və metan tərkibli qaz almaq məqsədilə anaerob qıcqırtmaq üçün istifadə edilməlidir. Bu zaman çöküntünün tərkibi, qıcqırmanı ləngidə bilən və qaz ayrılmasına mane olan maddələrin olması mütləq nəzərə alınmalıdır.

    Kanalizasiya çöküntüləri ilə birlikdə digər qıcqırdılan maddələrin də (mal-qara və quş peyini, ev zibili, yeyinti sənayesinin maye üzvi tullantıları, barmaqlıqlarda tutulan maddələrin xırdalanmış üzvi komponentləri və tərkibcə onlara yaxın, toksik olmayan, üzvi mənşəli istehsalat tullantıları və s.) xırdalandıqdan sonra metantenklərə yüklənməsinə yol verilir.



    17.3.2. Çöküntüləri metantenklərdə qıcqırtmaq üçün mezofil (= 350C-yə yaxın), və ya termofil (= 50-600C) rejimin qəbul edilməsinə yol verilir. Müvafiq əsaslandırma olduqda termofil-mezofil rejimli iki fazalı qıcqırtmanın qəbuluna yol verilir. Qıcqırtma rejimi çöküntünün sonrakı emalı və istifadəsindən, alınmış bioqazdan istifadə üsulundan, sanitariya tələblərindən və istilik-texniki hesablamaların nəticələrindən asılı olaraq seçilməlidir.

    17.3.3. Metantenkə verilən çöküntü tərkibindəki iri dispersli qarışıqlardan təmizlənmək üçün millərinin arasındakı məsafə 6 mm-dən çox olmayan barmaqlıqdan keçirilməlidir.

    17.3.4. Üzvi maddələrin parçalanma sürətini və bioqaz çıxışını artırmaq üçün qıcqıldılmadan əvvəl çöküntülərin termiki (1800C-yə qədər), mexaniki, fermentativ ultrasəs dalğaları ilə emalına yol verilir.

    17.3.5. Metantenklərin tutumu sutkalıq yükləmə dozasında çöküntünün şəhər tullantı suları üçün cədvəl 64-ə əsasən qəbul edilən faktiki nəmliyinə, istehsalat tullantı sularının çöküntüləri üçün isə təcrübələrin nəticələri əsasında təyin edilmiş nəmliyə görə hesablanmalıdır; tullantı sularında anion səthi fəal maddələr olduqda sutkalıq yükləmə dozası 17.3.6 maddəsinin göstərişlərinə əsasən yoxlanılmalıdır.

    Cədvəl 64.



    Qıcqırma rejimi

    Yüklənən çöküntünün sutkalıq dozası Dmt,%, yüklənən çöküntünün

    nəmliyi % çox olmadıqda









    93

    94

    95

    96

    97

    Mezofil

    Termofil


    7

    14


    8

    16


    8

    17


    9

    18


    10

    19


     

    17.3.6. Tullantı sularında anion səthi fəal maddələr olduqda cədvəl 64-ə əsasən qəbul edilmiş sutkalıq yükləmə dozası (124) düsturu ilə yoxlanılmalıdır.

    burada Cdt- çöküntüdə səthi-fəal maddələrin miqdarı, mq/qr çöküntünün quru maddəsinə görə (təcrübələr əsasında, yaxud cədvəl 65-ə əsasən qəbul edilməlidir);



    Por- yüklənən çöküntünün nəmliyi, %;

    Dlim- sutka ərzində metantenkin işçi həcminin yol verilən həddi yükü (qr/m3) olub:

    düz alkil zəncirli alkilbenzolsulfonatlar üçün -40; digər “yumşaq” və aralıq anion SFM üçün-85; məişət tullantı sularındakı anion SFM üçün-65 qəbul edilməlidir.

    Cədvəl 65.

    Tullantı suyunda SFM miqdarı,mq/l

    Çöküntünün quru maddəsində SFM miqdarı, mq/l







    birinci pillə durulducuların çöküntüsü

    artıq fəal lil

    5

    10

    15



    20

    25

    30



    5

    9

    13



    17

    20

    24



    5

    5

    7



    7

    12

    12



    (124) düsturu ilə təyin edilmiş sutkalıq doza çöküntünün verilmiş nəmliyində cədvəl 64-də göstəriləndən az olduqda metantenkin tutumu yük dozasına görə dəqiqləşdirilməlidir; bərabər, yaxud ondan çox olduqda dəqiqləşdirmə aparılmır.

    17.3.7.Yükün dozasından asılı olaraq yüklənən çöküntünün külsüz maddəsinin parçalanması (125) düsturu ilə hesablanmalıdır.

    burada Rlim- yüklənən çöküntünün külsüz maddəsinin mümkün maksimal qıcqırması, % (düstur 126 ilə hesablanmalıdır);



    K- çöküntünün nəmliyindən asılı əmsal (cədvəl 66-a əsasən qəbul edilməlidir);

    Dmt - yüklənən çöküntünün dozasıdır (maddə 17.3.5-ə əsasən qəbul edilməlidir).

     

    Cədvəl 66.



    Qıcqırma rejimi

    Yüklənən çöküntünün aşağıdakı nəmliyində (%) Kr əmsalının qiyməti







    93

    94

    95

    96

    97

    Mezofil.

    Termofil.



    1,05

    0,455


    0,89

    0,385


    0,72

    0,31


    0,56

    0,24


    0,40

    0,17


    17.3.8. Yüklənən çöküntünün külsüz maddəsinin mümkün maksimal qıcqırması çöküntünün kimyəvi tərkibindən asılı olaraq (126) düsturu ilə hesablanmalıdır.

    burada Cfat, Cgl, Cprt-çöküntünün 1 qr külsüz maddəsində müvafiq olaraq piylərin, karbohidratların və zülalların miqdarıdır, qr.

    Çöküntünün kimyəvi tərkibi haqqında məlumat olmadıqda Rlim birinci pillə durulducuların çöküntüləri üçün-53%; artıq aktiv lil üçün-44%; çöküntü ilə aktiv lilin qarışığı üçün-qarışdırılan komponentlərin külsüz maddəyə görə orta riyazi nisbətinə əsasən qəbul edilməlidir.

    17.3.9. Qıcqırma zamanı alınan qazın çəki ilə miqdarı yüklənmiş çöküntünün 1 qr külsüz maddəsinin parçalanmasından 0,9l, alınmış bioqazın istilik törətmə qabiliyyəti isə -5500 kkal/m3 qəbul edilməlidir.

    17.3.10. Alınmış bioqazdan mühərrik yanacağı kimi istifadə edildikdə onun daxili yanma mühərrikinin işinə mənfi təsir göstərə bilən qarışıqlardan (su, asılı maddələr, hidrogen sulfid, siloksanlar və s.) təmizlənməsi nəzərdə tutulmalıdır.

    17.3.11. Metantenkdən boşaldılan çöküntünün nəmliyi yüklənən komponentlərin quru maddəyə görə nisbətindən (maddə 17.3.7-ə görə külsüz maddənin parçalanması nəzərə alınaraq) asılı olaraq qəbul edilməlidir.

    17.3.12. Metantenklər layihələndirildikdə aşağıdakılar nəzərdə tutulmalıdır:

    avadanlıq və xidmətçi otaqlar üçün partlayış və yanğına qarşı DÜİST 12.3.006-ya müvafiq olaraq təhlükəsizlik tədbirləri;

    metantenklərin qazın 0,05 bar-a qədər izafi təzyiqinə hesablanmış kip bağlı rezervuarları;

    metantenklərin sayı - ikisi də işlək olmaqla ən azı iki ədəd;

    metantenkin diametrinin hündürlüyünə nisbəti (dibindən qaz toplanan boğazın əsasına qədər) - 0,8-1 –dən çox olmamaqla;

    çöküntünün statik səviyyəsinin yerləşməsi - boğazın əsasından 0,2-0,3 m yuxarı, boğazın yuxarısı isə - çöküntünün dinamik səviyyəsindən 1,0-1,5 m yuxarı;

    qaz toplanan boğazın sahəsi - 1 sut-da 1 m2 sahəsindən 600-800 mqazın keçməsinə görə;

    qaz qapağından qazı kənar edən boruların açıq uclarının yerləşməsi - dinamik səviyyədən ən azı 2 m hündür;

    çöküntünün metantenkin yuxarı zonasına yüklənməsi və aşağı zonadan boşaldılması;

    metantenk rezervuarlarının boşaldılma sistemi - çöküntünün aşağı zonadan yuxarı zonaya verilməsinin mümkünlüyü ilə;

    bütün boru kəmərlərinin yuyulmasını təmin edən bağlamalar;

    bütün qıcqırdılan kütlənin 5-10 st müddətində qarışdırılmasını təmin edənqurğular;

    kip bağlanan qapaqlar;

    metantenklərdən sutəmizləyici stansiyanın əsas qurğuları, daxili avtomobil və dəmir yollarına qədər məsafə - ≥ 20 m, yüksək gərginlikli xətlərə qədər - dayaqların hündürlüyünün 1,5 mislindən az olmayaraq;

    metantenklərin yerləşdiyi ərazinin hasara alınması.

    17.3.13. Metantenklərdə çöküntünün qıcqırdılmasından alınan qaz təmizləyici kompleksin istilik-enerji təsərrüfatında və yaxınlıqda yerləşən obyektlərdə istifadə olunmalıdır.

    17.3.14. Metantenklərin qaz təsərrüfatı (qaz toplanan məntəqələr, qaz şəbəkəsi, qazholderlər və sairə) mövcud “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarına” uyğun olaraq layihələndirilməlidir.

    17.3.15. Təzyiqi tənzimləmək və qazı saxlamaq üçün tutumu 2-4 st-lıq qaz çıxışına və qapağın altında qazın təzyiqi 0,015-0,025 bar-a hesablanmış yaş qazholderlərdən istifadə nəzərdə tutulmalıdır.

    17.3.16. Orta illik temperaturu 60C-dən aşağı olmayan rayonlarda və lil sahələrini yerləşdirmək üçün ərazi məhdudiyyəti olduqda müvafiq əsaslandırma ilə iki pilləli metantenklərin tətbiqinə yol verilir.

    17.3.17. Birinci pillə metantenklər 17.3.1-17.3.12 maddələrinə əsasən mezofil qıcqırmaya layihələndirilməlidir.

    17.3.18. İkinci pillə metantenklər açıq rezervuarlar şəklində isidilməyən layihələndirilməlidir. Lildən ayrılmış suyu buraxmaq üçün qurğunun hündürlüyü boyu müxtəlif səviyyələrdə qurğular nəzərdə tutulmalı, çöküntü isə lil toplanan çuxurdan diametri 200 mm-dən az olmayan lil borusu ilə 2 m- dən az olmayan hidrostatik basqı altında kənarlaşdırılmalıdır.

    İkinci pillə metantenklərin tutumu 3-4%-ə bərabər sutkalıq yükləmə dozasına əsasən hesablanmalıdır.

    İkinci pillə metantenklər səthdə toplanan qabıqların kənarlaşdırılması üçün mexanizmlərlə təchiz edilməlidirlər.

    17.3.19. İkinci pillə metantenklərdən kənarlaşdırılan çöküntünün nəmliyi qəbul edilməlidir: birinci pillə durulducuların çöküntüsü qıcqırdıldıqda - 92%; çöküntü aktiv lillə birlikdə qıcqırdıldıqda - 94%.

    17.4. Aerob stabilləşdiricilər

    17.4.1. Aerob stabilləşməyə sıxlaşdırılmamış, yaxud 5 st-dan çox olmayan müddətdə sıxlaşdırılmış aktiv lilin, həmçinin onun xam çöküntü ilə qarışığının yönəldilməsinə yol verilir.

    17.4.2. Çox qatı çöküntü qarışıqlarını aerob stabilləşdirmək üçün mexaniki və pnevmomexaniki aerasiya nəzərdə tutulmalıdır.

    17.4.3. Aerob stabilləşdirmə üçün dəhlizli aerotenklər tipində qurğular nəzərdə tutulmalıdır.

    Aerasiyanın davametmə müddəti qəbul edilməlidir (sut): sıxlaşdırılmamış aktiv lil üçün - 2-5; birinci pillə durulducuların çöküntüsü və sıxlaşdırılmamış lil qarışığı üçün - 6-7; çöküntü və sıxlaşdırılmış fəal lilin qarışığı üçün-8-12 (200C temperaturda).

    Çöküntünün daha yüksək temperaturunda aerob stabilləşdirilmənin müddətini azaltmaq, aşağı temperaturunda isə artırmaq lazımdır. Temperaturun 100C dəyişməsində stabilizasiyanın davametmə müddəti 2-2,2 dəfə dəyişir.

    Çöküntünün aerob stabilləşdirilməsi 8-350C temperatur həddində aparıla bilər.

    İstehsalat tullantı sularının çöküntüləri üçün prosesin davametmə müddəti təcrübə yolu ilə təyin edilməlidir.

    17.4.4. Aerob stabilləşdirməyə hava sərfi çöküntünün qatılığından (99,5-97,5%) asılı olaraq stabilləşdiricinin 1 m3 tutumuna müvafiq olaraq 1-2 m3/st qəbul edilməlidir. Aerasiya intensivliyi 6 m3/(m2.st)-dan az olmamalıdır.

    17.4.5. Aerob stabilləşdirilmiş çöküntünün sıxlaşdırılması ayrılıqda dayanmış lilsıxlaşdırıcılarda, yaxud stabilləşdiricinin daxilində ayrılmış xüsusi zonada 5 st-dan çox olmayan bir müddətdə aparılmalıdır. Sıxlaşdırılmış çöküntünün nəmliyi 96,5-98,5% olmalıdır.

    Lilsıxlaşdırıcılarda ayrılmış su aerotenklərə yönəldilməlidir. Onun çirklənməsi OBTtam- a görə 200 mq/l, asılı maddələrə görə 100 mq/l-ə qədər qəbul edilməlidir.



    17.5. Çöküntünün mexaniki susuzlaşdırılması üçün qurğular

    17.5.1. Bütün maye çöküntülər təbii və ya mexaniki üsullarla (susuzlaşdırıcı avadanlıqdan istifadə etməklə) 82%-dən çox olmayan nəmliyə qədər susuzlaşdırılmalıdır.

    Yükü 15 min ƏES-dən çox olan tullantı sularını təmizləmə kompleksləri layihələndirildikdə çöküntülərin mexaniki üsullarla susuzlaşdırılması nəzərdə tutulmalıdır. Lil sahələrinin yalnız ehtiyat qurğular kimi nəzərdə tutulmasına yol verilir.

    Çöküntünün bir neçə təmizləyici qurğular kompleksinə xidmət edən səyyar qurğularda susuzlaşdırılmasına yol verilir. Belə hallarda maye çöküntünü toplamaq üçün həcmi kifayət qədər olan tutumlar layihələndirilməlidir. Bu tutumlarda çöküntünün qıcqırması və suvermə qabiliyyətinin korlanmasının qarşısını alan tədbirlər nəzərdə tutulmalıdır.

    17.5.2. Şəhər tullantı sularının mexaniki susuzlaşdırılmaya məruz qalacaq çöküntüsü ilkin emal edilməlidir - sıxlaşdırılmalı, yuyulmalı (qıcqırdılmış çöküntü üçün), kimyəvi reagentlərlə koaqul-yasiya edilməlidir. İstehsalat tullantı suları çöküntülərinin ilkin emala ehtiyacı olması təcrübə yolu ilə təyin edilməlidir.

    17.5.3. Qıcqırdılmış çöküntünün vakuum-süzgəclərdə, yaxud filtr-preslərdə susuzlaşdırılmasından əvvəl təmizlənmiş tullantı suyu ilə yuyulması nəzərdə tutulmalıdır.

    Yuma suyunun miqdarı qəbul edilməlidir, m3/m3:

    qıcqırdılmış xam çöküntü üçün - 1-1,5;

    mezofil şəraitdə qıcqırdılmış xam lil ilə artıq aktiv lil qarışığı üçün - 2-3;

    termofil şəraitdə qıcqırdılmış xam lil ilə artıq aktiv lil qarışığı üçün - 3-4;

    Çöküntünün xüsusi müqaviməti haqqında göstəricilər olduqda yuma suyunun sərfi (127) düsturu ilə hesablanmalıdır.



    burada ror- çöküntünün xüsusi müqavimətidir, sm/qr.



    Download 1,74 Mb.
    1   ...   45   46   47   48   49   50   51   52   ...   404




    Download 1,74 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

    Download 1,74 Mb.