17.5.4. Yumanın davametmə müddəti 15-20 dəq-ə, çöküntünü yumaq üçün rezervuarların sayı ikidən az qəbul edilməməlidir. Üzən maddələri kənar etmək, qarışdırmaq və rezervuarları vaxtaşırı təmizləmək üçün qurğular nəzərdə tutulmalıdır.
Hava ilə qarışdırma nəzərdə tutulduqda yuyulan çöküntü və su qarışığının hər m3-nə 0,5 m3 hava hesablanmalıdır.
17.5.5. Yuyulmuş çöküntü və su qarışığını sıxlaşdırmaq üçün mezofil qıcqırma rejimində qarışığın onlarda 12-18 st qalmasına, termofil qıcqırma rejimində 20-24 stqalmasına hesablanmış sıxlaşdırıcılar nəzərdə tutulmalıdır.
Sıxlaşdırıcıların sayı ikidən az olmamalıdır. Sıxlaşdırıcılardan lili kənar etmək üçün plunjerli nasoslardan istifadə edilməlidir.
Xam çöküntü və əlavə edilmiş fəal lilin miqdarından asılı olaraq sıxlaşdırılmış çöküntünün nəmliyi 94-96% qəbul edilməlidir.
Sıxlaşdırıcılarda lildən ayrılmış su əlavə çirkləndirici maddələr nəzərə alınmaqla hesablanmış təmizləyici qurğulara verilməlidir.
Sıxlaşdırıcılardan çıxarılmış lil suyunda çirkləndirici maddələrin miqdarı qəbul edilməlidir: asılı maddələrə görə 1000-1500 mq/l, OBTtam-a görə 600-900 mq/l.
Sıxlaşdırıcılardan asılı maddələrin çıxarılmasının qarşısını almaq və sıxlaşdırılmış çöküntünün nəmliyini azaltmaq üçün filtratın vakuum-süzgəclərdən sıxlaşdırıcılara verilməsi, həmçinin yuma suyunun dəmir xloridin 0,1%-li məhlulu ilə əvəz edilməsi nəzərdə tutulmalıdır. Dəmir xloridin 0,1%-li məhlulunu hazırlamaq üçün bu reagentin tələb olunan ümumi miqdarının 50%-i işlədilir.
Sıxlaşdırıcılardan üzüb su səthinə qalxmış maddələri kənar etmək üçün qurğu nəzərdə tutulmalıdır.
17.5.6. Kameralı filtr-preslərə susuzlaşdırılmağa verilməzdən əvvəl birinci pillə durulducuların çöküntülərindən iri qarışıqları çıxarmaq üçün milləri arasındakı məsafə 10mm olan barmaqlıqlar, yaxud özəklərinin ölçüsü 10x10 mm olan torlu silkələyici ələklər nəzərdə tutulmalıdır.
17.5.7. Şəhər tullantı suları çöküntülərini koaqulyasiya etmək üçün dəmir xlorid, yaxud dəmir sulfatın və əhəngin 10%-li məhlullarından istifadə edilməlidir. Əhəng çöküntüyə dəmir xlorid, yaxud dəmir sulfatdan sonra daxil edilməlidir.
Reagentlərin miqdarı FeCl3 və CaO -ya görə təyin edilməlidir. Vakuum-süzmə prosesində reagentlərin dozası çöküntüdəki quru maddələrin kütləsinə %-lə qəbul edilməlidir:
birinci pillə durulducuların qıcqırdılmış çöküntüləri üçün: FeCl3 – 3-4, CaO – 8-10;
birinci pillə durulducuların yuyulmuş qıcqırdılmış çöküntüləri və artıq lilin qarışığı üçün - FeCl3 – 4-6, CaO – 12-20;
birinci pillə durulducuların xam lili üçün - FeCl3 – 1,5-3, CaO – 6-10;
birinci pillə durulducuların çöküntüləri və sıxlaşdırılmış izafi fəal lil qarışığı üçün: FeCl3 – 3-5, CaO – 9-13;
aerotenklərin sıxlaşdırılmış izafi lili üçün - FeCl3 – 6-9, CaO – 17-25.
Q e y d:
1. Reagentlərin böyük dozaları termofil rejimdə qıcqırdılmış çöküntülər üçün qəbul edilməlidir.
2. Aerob stabilləşdirilmiş çöküntüləri susuzlaşdıran zaman reagentlərin dozaları mezofil qıcqırdılmış qarışıqlarda olduğundan 30% az qəbul edilməlidir.
3. Bütün hallarda Fe2(SO4)3-ün dozası dəmir xloridlə müqayisədə 30-40% artırılmalıdır.
4.Çöküntü kameralı filtr-preslərdə susuzlaşdırılanda əhəngin dozası bütün hallarda 30% artıq qəbul edilməlidir.
17.5.8. Reagentlərin çöküntülərlə qarışdırılması qarışdırıcılarda nəzərdə tutulmalıdır. Koaqulyasiya edilmiş çöküntünün nəql etdirilməsi üçün mərkəzdənqaçma nasoslarından istifadə olunmasına yol verilmir.
17.5.9. Vakuum-süzgəclərin və filtr-preslərin süzücü parçalarının yuyulması istehsalat suyu ilə aparılmalı, həmçinin onun vaxtaşırı ingibitorlu xlorid turşusunun 8-10%-li məhlulu ilə regenerasiya edilməsi nəzərdə tutulmalıdır.
17.5.10. İngibitorlu xlorid turşusunun miqdarı 1 m2 süzmə səthinə 20%-li turşunun illik tələbatından asılı olaraq təyin edilməlidir: sıyrılan lentli vakuum-süzgəclər üçün -20 l və bütün digər növlərdən olan süzgəclər üçün 50 l.
17.5.11. Dəmir xlorid, yaxud dəmir sulfat və sulfat turşusu anbarı 20-30 günlük, əhəng anbarı isə 15 günlük ehtiyata hesablanmalıdır.
Turşu və dəmir xlorid məhlulu rezervuarlarının sayı ikidən az olmamalıdır. Reagentlər dəmir yolu sisternlərində gətirildikdə rezervuarın tutumu sisternin tutumundan az olmamalıdır.
17.5.12. Vakuum-süzgəclərin, filtr-preslərin məhsuldarlığı və şəhər tullantı sularının susuzlaşdırılmış çöküntüsünün nəmliyi cədvəl 67-ə əsasən qəbul edilməlidir.
İstehsalat tullantı sularının susuzlaşdırılmasında vakuum-süzgəclərin və filtr-preslərin məhsuldarlığı təcrübə göstəricilərinə əsasən qəbul edilməlidir.
17.5.13. Vakuum-süzülmədə vakuumun qiyməti 0,4-0,66 bar, çöküntünü çıxartmaq üçün sıxılmış havanın təzyiqi 0,2-0,3 bar qəbul edilməlidir. Vakuum-nasosların məhsuldarlığı 1 m2 süzgəc sahəsinə 0,5 m3/dəq hava sərfinə hesablanmalı, sıxılmış hava sərfi isə 1 m2 süzgəc sahəsinə 0,1 m3/dəq qəbul edilməlidir.
Cədvəl 67.
Emal edilən çöküntünün xarakteristikası
|
Süzgəcin 1 m2 sahəsindən 1 st-da götürülən quru maddənin miqdarı, kq
|
Susuzlaşdırılmış çöküntünün nəmliyi,%
|
|
|
vakuum-süzgəclərdə
|
filtr-preslərdə
|
vakuum- süzülmədən sonra
|
filtr-presləmədən sonra
|
Birinci pillə durulducuların qıcqırdılmış çöküntüsü
|
25 - 35
|
12 - 17
|
75 - 77
|
60 - 65
|
Birinci pillə durulducuların me-zofil şəraitdə qıcqırdılmış çö-küntüsü və fəal lilin qarışığı, aerob stabilləşdirilmiş fəal lil
|
20 - 25
|
10 - 16
|
78 - 80
|
62 - 68
|
Birinci pillə durulducuların ter-mofil şəraitdə qıcqırdılmış çö-küntüsü və fəal lilin qarışığı
|
17 - 22
|
7 – 13
|
78 - 80
|
62 - 70
|
Birinci pillə durulducuların xam lili
|
30 - 40
|
12 - 16
|
72 - 75
|
55 - 60
|
Birinci pillə durulducuların xam lili və sıxlaşdırılmış fəal lil qarışığı
|
20 - 30
|
5 – 12
|
75 - 80
|
62 - 75
|
Yaşayış məntəqələri aerasiya stansiyalarının sıxlaşdırılmış fəal lili
|
8 - 12
|
2 – 7
|
85 - 87
|
80 - 83
|
Q e y d. Xam lilin vakuum süzülməsi üçün barabanlı sıyrılan lentli vakuum süzgəclər nəzərdə tutulmalıdır.
|
|
Koaqulysiya edilmiş çöküntü filtr-preslərə 6 bar-dan az olmayan təzyiq altında verilməlidir;
çöküntünü qurutmaq üçün sıxılmış havanın sərfi 1 m2 süzmə sahəsinə 0,2 m3/dəq; sıxılmış havanın
təzyiqi - 6 bar-dan az olmayaraq; yuma suyunun sərfi-1 m2 süzmə sahəsinə 4 l/dəq; yuma suyunun
təzyiqi - 3 bar-dan az olmayaraq qəbul edilməlidir.
17.5.14. Çöküntüləri susuzlaşdırmaq üçün fasiləsiz işləyən və çöküntünü şnek üsulu ilə boşaldan çökdürücü üfüqi mərkəzdənqaçma aparatlarından (sentrifüqalardan) istifadəyə yol verilir.
Mərkəzdənqaçma aparatlarının ilkin çöküntüyə görə məhsuldarlığı (128) düsturu ilə hesablan-malıdır.
burada lrot , drot- rotorun müvafiq olaraq uzunluğu və diametridir, m.
Flokulyantlarla işlədikdə mərkəzdənqaçma aparatlarının məhsuldarlığı 2 dəfə az qəbul edilməlidir. Bu zaman quru maddələrin tutulma səmərəsi 90-95%-ə qədər artır.
Quru maddələrin tutulma səmərəsi və susuzlaşdırılmış çöküntünün nəmliyi cədvəl 68-ə əsasən qəbul edilməlidir.
Cədvəl 68.
Emal edilən çöküntünün səciyyəvi xüsusiyyətləri
|
Quru maddənin tutulma səmərəsi,%
|
Susuzlaşdırılmış çöküntünün nəmliyi, %
|
Birinci pillə durulducuların xam, yaxud qıcqırdılmış çöküntüsü
|
45 - 65
|
65 - 75
|
Birinci pillə durulducuların çöküntüsü və fəal lilin anaerob qıcqırdılmış qarışığı
|
25 - 40
|
65 - 75
|
Birinci pillə durulducuların çöküntüsü və fəal lilin aerob stabilləşdirilmiş qarışığı
|
25 - 35
|
70 - 80
|
Aşağıdakı küllülüyə (%) malik xam fəal lil:
28-35
38-42
44-47
|
10 - 15
15 - 25
25 - 35
|
75 - 85
70 - 80
60 - 75
|
Q e y d. Fəal lilin artıq miqdarının mərkəzdənqaçma aparatlarında çıxarılması məqsədəuyğun hesab edilir.
|
|
17.5.15. Çöküntü mərkəzdənqaçma aparatına verilməzdən əvvəl ondan qum çıxarılmalı, rotorunun diametri 0,5 m-dən kiçik olan aparatlardan əvvəl xırdalayıcılı barmaqlıq qoyulmalıdır.
17.5.16. Mərkəzdənqaçma aparatından çıxan su təmizləyici qurğulara yönəldildikdə onlara düşən yükün OBTtam-a görə artması hesaba alınmalıdır (aparatdan çıxan suda qalıq quru maddənin 1 mq-na 1 mq OBTtam hesabı ilə).
17.5.17. Təmizləyici qurğulara düşən yükü azaltmaq üçün mərkəzdənqaçma aparatından çıxan suyun ilkin təmizlənməsi nəzərdə tutulmalıdır:
birinci pillə durulducuların çöküntüsü və artıq fəal lil qarışığının aerob stabilləşdirilməsi və 3-5 st müddətində qravitasiyalı sıxlaşdırılması;
qıcqırdılmış çöküntülərin mərkəzdənqaçma aparatında sıxlaşdırılmasından alınan su üçün lil sahələri;
süni əsaslı və drenajlı sahələrin yükü azərbaycanın şimal, şimal qərb bölgələri üçün 1,5 və cənub, cənub qərb bölgələri üçün 1,6 əmsalı ilə cədvəl 69-a əsasən qəbul edilməlidir;
sıxlaşdırılmamış fəal lilin mərkəzdənqaçma aparatından keçirilməsindən alınan su aerotenkə qaytarılmalıdır.
Cədvəl 69.
Çöküntünün xarakteristikası
|
Lil sahələri
|
|
|
təbii əsas üzərində
|
təbii əsas üzərində drenajla
|
süni asfaltbeton əsas üzərində drenajla
|
durulma ilə kaskadlar və lil suyunun səthdən kənar edilməsi ilə təbii əsas üzərində
|
sıxlaşdırıcı sahələr
|
mezofil şəraitdə qıcqırdılmış bi-rinci pillə durulducuların çö-küntüsü və aktiv lil qarışığı
|
1,2
|
1,5
|
2,0
|
1,5
|
1,5
|
termofil şəraitdə qıcqırdılmış birinci pillə durulducuların çö-küntüsü və aktiv lil qarışığı
|
0,8
|
1,0
|
1,5
|
1,0
|
1,0
|
birinci pillə durulducuların qıcqırdılmış çöküntüsü və iki yaruslu durulducuların çöküntüsü
|
2,0
|
2,3
|
2,5
|
2,0
|
2,3
|
aerob stabilləşdirilmiş aktiv lil və birinci pillə durulducuların çöküntüsünün qarışığı, yaxud stabilləşdirilmiş aktiv lil
|
1,2
|
1,5
|
2,0
|
1,5
|
1,5
|
17.5.18. Kation tipli yüksək molekullu flokulyantların dozası – 2-7 kq 1 ton çöküntünün quru maddəsinə. Flokulyantların böyük dozası fəal lil mərkəzdənqaçma aparatlarından keçirildikdə, kiçik doza isə xam çöküntü üçün qəbul edilməlidir.
Susuzlaşdırılmış aktiv lilin nəmliyi 83-88%, xam lilin nəmliyi isə 70-75% qəbul edilməlidir.
Susuzlaşdırmadan alınmış su əlavə emal edilmədən təmizləyici qurğulara verilməlidir. Belə hallarda təmizləyici qurğuların həcmi artmır.
Rotorunun uzunluğunun diametrinə nisbəti 2,5-4 həddində olan mərkəzdənqaçma aparatları tətbiq edildikdə flokulyantlardan istifadə edilməlidir.
17.5.19. Ehtiyat avadanlığın miqdarı:
işləyən vakuum-filtrlər və filtr-preslərin sayı üçə qədər olduqda - 1, dörddən ona qədər olduqda - 2 ədəd;
işləyən mərkəzdənqaçma aparatlarının sayı ikiyə qədər olduqda-1, üç və daha çox olduqda - 2 ədəd qəbul edilməlidir.
17.5.20. Çöküntünün mexaniki susuzlaşdırılması layihələndiriləndə onun illik miqdarının 20%-nə hesablanmış qəza lil sahələri nəzərdə tutulmalıdır.
Qəza hallarında çöküntünü qəbul və emal etmək üçün kompleks tədbirlər nəzərdə tutulduqda və bu müvafiq texniki-iqtisadi hesablamalarla əsaslandırıldıqda ehtiyat lil sahələrindən imtina edilməsinə yol verilir. Bu tədbirlərin tərkibinə minimum ən azı 2 günlük çöküntü qəbulu üçün tutumu olan həcmlər, miqdarı ən azı 1 ədəd artırılmış susuzlaşdırıcı ehtiyat avadanlığı, susuzlaşdırma bölməsinin köməkçi qovşaqlarının ehtiyatının yaradılması (nəqletdirici avadanlıq, bunkerlər, nasoslar, kompressorlar, reagent qovşaqları və s.) daxil edilməlidir.
17.6. Lil sahələri
17.6.1. Lil sahələrinin təbii əsas üzərində drenajla, yaxud drenajsız, süni asfaltbeton əsas üzərində drenajla, durulma və lil suyunun səthdən kənarlaşdırılması ilə kaskadlı, sıxlaşdırıcı sahələr şəklində layihələndirilməsinə yol verilir.
17.6.2. Lil sahələrinə düşən çöküntünün yükü, m3/m2il, havasının orta illik temperaturu 3-60C, və ortaillik atmosfer yağıntıları 500 mm-ə qədər olan rayonlar üçün cədvəl 69-a əsasən qəbul edilməlidir.
17.6.3. Lil sahələrində qurumuş çöküntünü mexanizmlərin köməyi ilə yığmaq, yükləmək və daşımaq üçün avtomobil nəqliyyatı və mexaniki vasitələr üçün ləklərə enişləri olan yollar nəzərdə tutulmalıdır.
Qurumuş çöküntünü yığmaq və daşımaq üçün torpaq işlərində istifadə olunan mexanizmlər nəzərdə tutulmalıdır.
17.6.4. Lil sahələrinin təbii əsas üzərində layihələndirilməsinə qrunt suları lək səthindən ən azı 1,5 m dərində yerləşdikdə və yalnız lil sularının qrunta süzülməsinə icazə olan hallarda yol verilir.
Qrunt suları 1,5 m-dən az dərinlikdə yerləşdikdə onların səviyyəsi endirilməli, yaxud süni asfaltbeton əsas üzərində drenajlılil sahələri tətbiq edilməlidir.
17.6.5. Lil sahələri layihələndirildikdə qəbul edilməlidir:
ləklərin işçi dərinliyi - 0,7-1,0 m;
hasarlayıcı torpaq töküntüsünün hündürlüyü – işlək səviyyədən 0,3 m yuxarı;
torpaq töküntüsünün yuxarıda eni - 0,7 m-dən az olmayaraq, torpaq töküntüsünün təmirində mexanizmlərdən istifadə etdikdə - 1,8-2,0 m;
paylaşdırıcı boru, yaxud novların dibinin mailliyi - 0,01-dən az olmayaraq;
ləklərin sayı - 4-dən az olmayaraq.
17.6.6. Çökdürmə və lil sularının səthdən kənarlaşdırılması ilə lil sahələri layihələndirildikdə qəbul edilməlidir:
kaskadların sayı - 4-7;
hər kaskadda ləklərin sayı - 4-8;
bir ləkin faydalı sahəsi - 0,25-dən 2 ha-a qədər;
ləkin eni - 30-100 m (ərazinin mailliyi 0,004-0,08 olduqda), 50-100 m (maillik 0,01-0,04 olduqda), 60-100 m (maillik ≤ 0,01 olduqda);
maillik 0,04-dən böyük olduqda ləklərin uzunluğu-80-100 m, maillik ≤ 0,01 olduqda-100-250 m, enin uzunluğa nisbəti -1:2-1:2,5;
hasarlayıcı və yol torpaq töküntüsünün hündürlüyü - 2,5 m-ə qədər;
ləkin işlək dərinliyi-hasarlayıcı torpaq töküntüsünün hündürlüyündən 0,3 m az;
çöküntünün ləklərə buraxılması:
kaskadda 4 lək olduqda - birinci iki ləkə, 7-8 lək olduqda - birinci 3-4 ləkə;
lil suyunun ləklər arasında paylanması - şahmat qaydası ilə;
lil suyunun miqdarı - susuzlaşdırılan çöküntünün miqdarının 30-50%-i qədər.
17.6.7. Planda düzbucaq, işlək dərinliyi 2 m-ə qədər, su keçirməyən dibi və divarları olan lək-rezervuar şəkilli lil sahəsi-sıxlaşdırıcıların qəbul edilməsinə yol verilir. Çöküntüdən ayrılmış lil suyunu kənar etmək üçün uzununa divarlar boyu şiberlərlə bağlanmış deşiklər nəzərdə tutulmalıdır.
17.6.8. Meydança-sıxlaşdırıcılar layihələndiriləndə qəbul edilməlidir:
ləkin eni - 9-18 m;
lil suyu buraxıcılar arasındakı məsafə - ≤ 18 m;
qurumuş çöküntünün mexanizmlərlə toplanmasını mümkün etmək üçün enişlərin (panduslar) düzəldilməsi.
17.6.9. Lil meydançalarının sahəsi çöküntünün dondurulmasına yoxlanılmalıdır. Çöküntünü dondurmaq üçün lil meydanları sahəsinin 80%-dən istifadə etməyə yol verilir (qalan 20%-dən yazda donmuş çöküntünün əriməsi zamanı istifadə edilir). Dondurulmanın davametmə müddəti orta sutkalıq temperaturun minus 100C-dən aşağı olduğu günlərin sayı qədər qəbul edilməlidir.
Lil meydançalarına dondurma dövründə verilən çöküntünün 75%-i dondurulmuş çöküntünün miqdarı kimi qəbul edilməsinə yol verilir.
Dondurulan çöküntü layının hündürlüyü torpaq töküntüsünün hündürlüyündən 0,1 m aşağı qəbul edilməlidir. Paylaşdırıcı nov, yaxud boruların dibi donma səviyyəsindən yuxarıda olmalıdır.
17.6.10. Lil meydançalarının süni drenləmə əsası ləkin sahəsinin 10%-dən az olmamalıdır. Drenaj qurğularının konstruksiyası, yerləşdirilməsi və meydançaların ölçüləri çöküntünün mexanizmlərlə toplanması hesaba alınmaqla qəbul edilməlidir.
17.6.11. Lil meydançalarının bərk örtüyü çöküntüləri toplamaq üçün istifadə edilən mexanizmlərin növündən asılı olaraq qalınlığı 0,1 m olan çınqıl-qum hazırlığı üstündə hər birinin qalınlığı 0,015-0,025 m olan iki laydan ibarət asfaltdan və asfaltbeton, yaxud betondan inşa edilməlidir.
17.6.12. Lil meydançalarında ayrılmış lil suyunun təmizləyici qurğulara verilməsi nəzərdə tutulmalı, təmizləyici qurğular əlavə çirkləndirici maddələr və lil suyu miqdarına hesablanmalıdır. Lil suyundan əlavə çirkləndirici maddələrin miqdarı qəbul edilməlidir: qıcqırdılmış çöküntülər qurudulduqda - asılı maddələrə görə 1000-2000mq/l, OBTtam-a görə 1000-2000 mq/l (böyük qiymətlər meydança-sıxlaşdırıcılar, kiçik qiymətlər digər növdən olan lil meydançaları üçün qəbul edilir), aerob stabilləşdirilmiş çöküntülər üçün - maddə 17.4.5-in göstərişlərinə əsasən.
17.6.13. Müvafiq əsaslandırma olduqda lil meydançalarının tökmə torpaqlarda layihələndiril-məsinə yol verilir.
17.6.14. Lil meydançaları təmizləyici stansiyaların ərazisindən kənarda yerləşdikdə istismar heyəti üçün xidmət və məişət otaqları, həmçinin maddə 7.2.27-ə əsasən anbar və telefon rabitəsi nəzərdə tutulmalıdır.
17.7. Çöküntünün zərərsizləşdirilməsi, kompostlaşdırılması, termik qurudulması və yandırılması üçün qurğular
17.7.1. Çöküntü maye halında və ya lil sahələrində qurudulduqdan sonra, yaxud mexaniki susuzlaşdırıldıqdan sonra zərərsizləşdirilməlidir.
17.7.2. Xam, mezofil qıcqırdılmış və aerob stabilləşdirilmiş çöküntülərin zərərsizləşdirilməsi və dehelmintizasiyası onları 600C temperatura qədər qızdırmaq və bu temperaturda 20 dəq-dən az olmayaraq saxlamaqla həyata keçirilməlidir.
Susuzlaşdırılmış çöküntülərin zərərsizləşdirilməsi üçün çöl şəraitində onların biotermik emalının (kompostlaşdırılması) tətbiq edilməsinə yol verilir.
17.7.3. Çöküntülər doldurucularla (bərk məişət tullantıları, torf, ağac yonqarı, yarpaqlar, küləş, narınlaşdırılmış ağac qabığı), yaxud hazır kompostla qarışdırılaraq kompostlaşdırılmalıdır. Tullantı sularının susuzlaşdırılmış çöküntülərinin və bərk məişət tullantılarının komponentlərinin qarışığının nisbəti kütləyə görə 1:2, digər göstərilən doldurucularla həcmə görə - 1:1 təşkil edir, qarışığın nəmliyi isə- 60%-dən çox olmamalıdır.
17.7.4. Kompostlaşdırma prosesi torpaq töküntüsü ilə hasara alınmış asfaltbeton, yaxud beton meydançalarda mexaniki vasitələrdən istifadə etməklə təbii aerasiyada hündürlüyü 2,5-dən 3 m-ə, məcburi aerasiyada isə 5 m-ə qədər olan qalaqlar şəklində həyata keçirilməlidir.
17.7.5. Aerasiya edilən qalaqlar layihələndiriləndə nəzərdə tutulmalıdır:
hər qalağın əsasına diametri 100-200 mm olan və üstündə diametri 8-10 mm-ə bərabər deşiklər açılmış boruların döşənməsi;
çöküntünün 1 ton üzvi maddəsinə 15-25 m3/st havanın verilməsi.
17.7.6. Kompostlaşdırma prosesinin davametmə müddəti aerasiya üsulundan, çöküntünün tərkibindən, doldurucunun növündən, iqlim şəraitindən və oxşar şəraitdəki istismar təcrübəsindən, yaxud elmi-tədqiqat təşkilatlarının tövsiyələrinə əsasən qəbul edilməlidir.
Kompostlaşdırma prosesində qarışığın qarışdırılması nəzərdə tutulmalıdır.
|