Birinci pillə durulducularda sıxlaşmış çöküntünün orta qatılığı 150-160 qr/l qəbul edilməlidir. 9.2.11.6




Download 1.74 Mb.
bet58/404
Sana24.03.2017
Hajmi1.74 Mb.
#2065
1   ...   54   55   56   57   58   59   60   61   ...   404
9.2.11.5.Birinci pillə durulducularda sıxlaşmış çöküntünün orta qatılığı 150-160 qr/l qəbul edilməlidir.

9.2.11.6. Bulanıqlığı 1500-20000mq/l həddində olan suları təmizləyən və məhsuldarlığı 100 min m3/sut-ya qədər olan sutəmizləyici komplekslərdə üzən suqəbuledici-şəffaflandırıcılı qurğuların tətbiqi məqsədəuyğun hesab edilir.

Suyun bulanıqlığı 20 min mq/l-dən çox olan hallarda üzən suqəbuledici-şəffaflandırıcının məhsuldarlığı 30% azaldılmalıdır.



9.2.11.7.Üzən suqəbuledici-şəffaflandırıcı planda düzbucaq şəkilli, dib çökdürücü hissəsi olmayan, lakin borulardan, yaxud lövhələrdən təşkil olunmuş nazik laylı elementlərlə təchiz edilir (şək.3) və pontonun köməyilə üzən vəziyyətdə saxlanılır.



 

Şək.3. Üzən suqəbuledici-şəffaflandırıcı:

 

1-nazik laylı elementlər bloku; 2-özəkli barmaqlıq; 3-nazik laylı elementlər;4-oynaqlı birləşmə; 5-üzən nasos stansiyası; 6-elastik birləşmə; 7-şəffaflanmış suyu toplayan kamera; 8-şəffaflanmış suyu toplayan novlar; 9-ponton

9.2.11.8. Üzən şəffaflandırıcının yol verilən məhsuldarlığı (24) düsturunda göstərilən şərtlər daxilində təyin edilir.

                                                      (24)

burada                                                                                                     (25)

düsturlarda C- suqəbuledicidən sonra çaydakı suda asılı maddələrin miqdarı, qr/m3;

C- təmizlənən suda asılı maddələrin miqdarı, qr/m3;

Q- çayın su sərfi, m3/s;

Cş - suqəbuledici ilə götürülən sudakı asılı maddələrin miqdarı, qr/m3;

Qş - mənbədən götürülən suyun miqdarıdır,m3/s.

Hesabi qiymət kimi Cş mənbədəki suda olan asılı maddələrin (C0) 30-50%-i qədər qəbul edilir.

Üzən şəffaflandırıcının sahəsi (26) düsturu ilə hesablanmalıdır.

                                                      (26)

burada β - nazik laylı elementlərin qalınlığını nəzərə alan əmsal olub 1,1-1,4 həddində qəbul edilir;



- üzənşəffaflandırıcının məhsuldarlığı, m3/st;

Α- nazik laylı kanalların maillik bucağı (45-600 həddində qəbul edilir);

vb- maili kanallarda suyun böhran hərəkət sürəti, mm/s (vb=ku0k=40-60 qəbul edilir);

u- asılı maddələrin çökmə sürətidir (aparılmış tədqiqatların nəticələri və suyun təmizlənmə dərəcəsinə irəli sürülən tələblər əsasında qəbul edilməlidir).

9.2.11.9. Nazik laylı elementlərin hesablanmasında aşağıdakı şərtlərin ödənilməsi vacibdir.

burada l,H- maili elementlərin müvafiq olaraq uzunluğu və hündürlüyü, m;



Re - Reynolds ədədi;

 - suyun kinematik özlülük əmsalıdır, mm2/s.

9.2.11.10. Suqəbuledici-şəffaflandırıcının aşağı hissəsində qoyulan barmaqlığın özəklərinin ölçüləri:30x30 sm, hündürlüyü 25-30 sm qəbul edilməlidir. İri özəkli bu barmaqlıq suyun kanallarda bərabər paylanmasına şərait yaradır. Suqəbuledici qurğu yanında barmaqlığın aşağı hissəsindən su mənbəyinin dibinə qədər olan məsafə 120 sm-dən az olmamalıdır.

9.2.11.11. Şəffaflanmış suyu toplamaq üçün üçbucaq (α = 900) suaşıranları olan novlar layihələndirilməlidir. Novların oxları arasındakı məsafə 2,5-3,0 m olmalıdır. Bir novun en kəsik sahəsi (28) düsturu ilə hesablanmalıdır.

burada Q - üzən suqəbuledici-şəffaflandırıcının məhsuldarlığı, m3/s;



n- novların sayı;

vn- novun çıxışında suyun hərəkət sürəti olub 0,5-0,6 m/s qəbul edilir.

Məhsuldarlığı 10-15 min m3/sut olan suqəbuledicilərdə şəffaflanmış suyun toplanması radial, yaxud kənar divarlarda yerləşdirilmiş novlar vasitəsilə ola bilər. Suyun müntəzəm toplanmasını təmin etmək üçün nazik laylı elementlərin yuxarı tili ilə novlardakı üçbucaq şəkilli suaşıranların aşağı tili arasındakı məsafə 35-50 sm olmalıdır.





Download 1.74 Mb.
1   ...   54   55   56   57   58   59   60   61   ...   404




Download 1.74 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Birinci pillə durulducularda sıxlaşmış çöküntünün orta qatılığı 150-160 qr/l qəbul edilməlidir. 9.2.11.6

Download 1.74 Mb.