• 9.2.11.2.
  • Yüksək bulanıqlı suları təmizləmək üçün qurğular




    Download 1.74 Mb.
    bet57/404
    Sana24.03.2017
    Hajmi1.74 Mb.
    #2065
    1   ...   53   54   55   56   57   58   59   60   ...   404
    9.2.11. Yüksək bulanıqlı suları təmizləmək üçün qurğular

    9.2.11.1.Yüksək bulanıqlı suları təmizləmək üçün birinci və ikinci pillə durulduculardan əvvəl suyun reagentlərlə emalı ilə iki pilləli durultmadan istifadə edilməlidir.

    Birinci pillə durulducular kimi hərəkət edən fermalarda quraşdırılmış sıyırıcıları olan radial durulduculardan, yaxud zəncirli sıyırıcı mexanizmlərlə təchiz edilmiş üfüqi durulduculardan istifadə edilməlidir. Durulduculardan çöküntünü kənar etmək üçün hidravlik yuma üsulundan istifadəyə yol verilir. Əsaslandırma olduqda birinci pillə reagentsiz durultma üçün nazik laylı elementlərlə təchiz edilmiş üzən suqəbuledici-şəffaflandırıcıdan istifadəyə yol verilir.



    9.2.11.2. Birinci və ikinci pillə durulduculardan əvvəl suya daxil edilən reagentlərin növü və dozası texnoloji tədqiqatlar nəticəsində təyin edilməlidir.

    9.2.11.3.Yüksək bulanıqlı suları şəffaflandırdıqda üfüqi durulduculardakı lopa yaranan kameralar bir qayda olaraq mexaniki tipli layihələndirilməlidir. Radial durulduculardan əvvəl lopa yaranan kameranın olmasına ehtiyac yoxdur. Üfüqi durulducuları 9.2.8.1-9.2.8.10 maddələrinin göstərişlərinə əsasən layihələndirmək lazımdır.

    9.2.11.4. Radial durulduculardan yüksək bulanıqlı suların təmizlənməsində birinci pillə durulducu kimi istifadə edildikdə onların sahəsi (23) düsturu ilə hesablanmalıdır.

    burada q- hesabi sərf, m3/st;



    u- asılı maddələrin çökmə sürəti,(0,5-0,6 mm/sqəbul edilir);

    f- radial durulducunun burulğanlı zonasının sahəsi olub (m2),radiusu paylaşdırıcı qurğunun radiusundan 1 m böyük qəbul edilir.

    Mərkəzi paylaşdırıcı qurğunun aşağı hissəsi bütöv divarlı hazırlanır, yuxarı hissəsi kənar divarlar yanında su layının hündürlüyünə bərabər dərinlikdə olmalıdır; mərkəzi paylaşdırıcı qurğunun radiusu 1,5-2,5 m qəbul edilməlidir. Paylaşdırıcı qurğunun yan divarlarındakı deşiklərin sahəsi onlardan suyun 1 m/s sürətlə keçməsinə hesablanmalıdır. Deşiklərin diametri 40-50 mm qəbul edilməlidir.

    Şəffaflanmış suyun toplanması üçün kənar divarlar yanında batırılmış deşikli, yaxud maddə 9.2.9.8-ə əsasən üçbucaq şəkilli suaşıranları olan nov nəzərdə tutulmalıdır.



    Download 1.74 Mb.
    1   ...   53   54   55   56   57   58   59   60   ...   404




    Download 1.74 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Yüksək bulanıqlı suları təmizləmək üçün qurğular

    Download 1.74 Mb.