Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




Download 1.74 Mb.
bet61/404
Sana24.03.2017
Hajmi1.74 Mb.
#2065
1   ...   57   58   59   60   61   62   63   64   ...   404
9.2.12.4. Süzgəclərin ümumi sahəsi (29) düsturu ilə hesablanmalıdır.

burada Q- sutəmizləyici kompleksin sutkalıq faydalı məhsuldarlığı, m3/sut.;



Tk- kompleksin sutka ərzində fəaliyyət müddəti, st;

vn- normal rejimdə hesabi süzməsürəti, m/st (düstur 31 ilə aparılan hesabatlar nəzərə alınmaqla cədvəl 20-dən qəbul edilir);

ny- normal istismar rejimində bir süzgəcin bir sutkada yuyulma sayı;

qy- süzgəcin yuyulması üçün xüsusi su sərfi, m3/m2 (maddə 9.2.12.16-nın göstərişləri nəzərə alınmaqla hesablanmalıdır);

-yuma prosesində süzgəcin dayanma vaxtı olub süzgəclər su ilə yuyulduqda 0,33 st, su və

hava ilə yuyulduqda 0,5 st qəbul edilir.



Qeyd: Hava-su qarışığı ilə yuma zamanı qy qiyməti prosesin ayrı-ayrı mərhələlərinə uyğun gələn qiymətlərin cəmi kimi təyin edilir.

Cədvəl 20. Müxtəlif materialdan süzücü yüklər üçün normal və sürətlənmiş iş rejimində süzmə sürətləri

 

Süzgəclər

Süzücü layın xarakteristikası

Süzmə sürəti, m/st







Süzücü yük materialı

Dənələrin diametrimm

Yükün eyni cinsli olmamaq əmsalı

Layın hündürlüyü,m

normal rejimdə,vn

sürətlənmiş rejimdə,

vs










ən kiçik

ən böyük

ekvivalent













Müxtəlif iriliyə malik yüklü bir laylı sürətli süzgəclər

Kvars qumu

0,5

0,7


0,8

1,2

1,6


2,0

0,7-0,8

0,8-1,0


1,0-1,2

1,8-2,0

1,6-1,8


1,5-1,7

0,7-0,8

1,3-1,5


1,8-2,0

5-6

6-8


8-10

6-7,5

7-9,5


10-12




Xırdalanmış keramzit

0,5

0,7


0,8

1,2

1,6


2,0

0,7-0,8

0,8-1,0


1,0-1,2

1,8-2,0

1,6-1,8


1,5-1,7

0,7-0,8

1,3-1,5


1,8-2,0

6-7

7-9,5


9,5-12

7-9

8,5-11,5


12-14

İki laylı sürətli süzgəclər

Kvars qumu

0,5

1,2

0,7-0,8

1,8-2

0,7-0,8

7-10

8,5-12




Xırdalanmış keramzit, yaxud antrasid

0,8

1,8

0,9-1,1

1,6-1,8

0,4-0,5







Q e y d:

1. Hesabi süzmə sürətlərinin cədvəldə göstərilən qiymətlərisu təchizatı mənbəyində suyun keyfiyyətindən, süzmədən əvvəl emal texnologiyasından və digər yerli şərtlərdən asılı olaraq qəbul edilməlidir. Su təsərrüfat-içməkli ehtiyacları üçün təmizləndikdə süzmə sürətlərinin daha kiçik qiymətləri qəbul edilməlidir.

2. Süzücü yükünün dənələrinin iriliyi 0,8-2 mm olan bir laylı sürətli süzgəclər yalnız istehsalat su təchizatında qəbul edilməlidir.

3. Süzgəc yüklərinin iriliyinin qəbul edilmişdən 10%-ə qədər kənara çıxmasına yol verilir.

4. Cədvəl 20-də göstərilməyən süzücü materiallardan istifadə etdikdə tövsiyə olunan parametrlər bu materialla aparılmış təcrübələrin, yaxud mövcud tətbiqinin nəticələrinin təhlili əsasında dəqiqləşdirilməlidirlər.

5. Dənələrin ekvivalent diametri (de) aşağıdakı düsturla hesablanmalıdır:



burada Pi- süzücü yükdə dənələrinin orta diametri di olan fraksiyaların faizlə miqdarıdır.

6. Yükün eyni cinsli olmamaq əmsalı: K = d80/d10,

burada d10-süzücü yükün ümumi kütləsinin 10%-nin ələkdən keçdiyi dənələrinin diametri, mm;

d80-süzücü yükün ümumi kütləsinin 80%-nin ələkdən keçdiyi dənələrinin diametridir, mm.

7. İki pilləli süzmə texnoloji sxemlərində süzmə sürətləri cədvəldə göstəriləndən 10-15% artıq qəbul edilməlidir.

8. Süzücü yük xırdalanmış keramzit və antrasitdən qəbul edildikdə su-hava ilə yuyulmasına yol verilmir.

 





9.2.12.5. Məhsuldarlığı 1600 m3/sut-dan çox olan sutəmizləyici komplekslərdə süzgəclərin sayı 4-dən az olmamalıdır. Məhsuldarlığı 8-10 min m3/sut-dan çox olan sutəmizləyici komplekslərdə süzgəclərin sayı (30) düsturu ilə hesablanmalı, nəticə yaxın bütöv (süzgəclərin planda yerləşdirilmə sxemindən asılı olaraq; cüt, yaxud tək) rəqəmlə qəbul edilməlidir.

Bu zaman aşağıdakı nisbət təmin olunmalıdır:



burada N1- təmirdə olan süzgəclərin sayı, (bax, maddə 9.2.12.1);



vs - sürətlənmiş rejimdə süzmə sürəti olub cədvəl 20-də göstəriləndən çox olmamalıdır.

Bir süzgəcin sahəsi 100-120 m2-dən çox qəbul edilməməlidir.



9.2.12.6. Süzgəcdə həddi basqı itkisi açıq süzgəclərdə süzgəcin növündən asılı olaraq 0,29-0,34 bar, basqılı süzgəclərdə isə 0,58-0,78 bar qəbul edilməlidir.

9.2.12.7. Açıq süzgəclərdə süzücü yükün üstündəki su layının hündürlüyü 2 m-dən az olmamalıdır; inşaat hündürlüyü suyun süzgəcdəki hesabi səviyyəsindən ən azı 0,5m yuxarı olmalıdır.

9.2.12.8. Süzgəclərin bir hissəsi yuyulmağa saxlanıldıqda fəaliyyətdə olanlarda süzmə sürəti sabit, yaxud artan qəbul edilməlidir; bu zaman süzmə sürətinin qiyməti cədvəl 20-də göstərilənlərdən (vs) artıq olmamalıdır. Süzgəclər sabit süzmə sürəti ilə işlədikdə onlardakı normal su səviyyəsinə (32) düsturu ilə hesablanmış hündürlük əlavə edilməlidir.

burada W0- eyni vaxtda yuyulan süzgəclərin işləmədiyi vaxt toplanan su həcmi, m3;



- su toplanan süzgəclərin sahələrinin cəmidir, m2.

Sürətlənmiş rejimdə boru kəmərlərində (süzgəcə suyu gətirən və süzülmüş suyu süzgəcdən aparan) suyun hərəkət sürəti 1-1,5 m/s-dən artıq olmamalıdır.

 

9.2.12.9. Böyük müqavimətli borulu paylaşdırıcı sistemlər (drenaj sistemləri) saxlayıcı laya (çınqıl, yaxud digər oxşar materiallar),yaxud bilavasitə süzücü laya çıxışla qəbul edilməlidir. İstismar zamanı paylayıcı sistemin təmizlənə bilməsinin, diametri 800 mm-dən böyük olan kollektorların təftiş edilə bilməsinin mümkünlüyü mütləq təmin edilməlidir.

9.2.12.10. Böyük müqavimətli paylaşdıran sistemləri olan süzgəclərdə saxlayıcı layı təşkil edən fraksiyaların iriliyi və laylarının hündürlüyü cədvəl 21-ə əsasən qəbul edilməlidir.

Cədvəl 21. Saxlayıcı layı təşkil edən fraksiyaların iriliyi və laylarının hündürlüyü

 

Dənələrin iriliyi, mm

Layın hündürlüyü, mm

40 – 20

Layın yuxarı sərhəddi paylıaşdırıcı borunun yuxarı səviyyəsində olmalıdır; deşiklərdən ən azı 100 mm yuxarı olmaqla

20 – 10

100 – 150

10 – 5

100 – 150

5 - 2

50 - 100

Q e y d:

1.Su-hava qarışığı ilə yumada hava boru sistemi ilə verilərsə dənələrinin iriliyi 10-5 və 5-2 mm olan layların hər birinin qalınlığı 150-200 mm qəbul edilməlidir.

2. Süzücü yükünün dənələrinin iriliyi 2 mm-dən az olan süzgəclər üçün dənələrinin iriliyi 2-1,2 mm,hündürlüyü 100 mm olan əlavə saxlayıcı lay nəzərdə tutulmalıdır.

 





9.2.12.11. Borulu drenajların qollarında nəzərdə tutulmalıdır: saxlayıcı laylar olduqda - diametri 10-12 mm olan deşiklər, saxlayıcı laylar olmadıqda - eni süzücü yük dənələrinin minimal ölçülərindən 0,1 mm az olan yarıqlar. Deşiklərin ümumi sahəsi süzgəcin işçi sahəsinin 0,25-0,5%-i, yarıqların sahəsi isə 1,5-2%-i qədər olmalıdır. Deşiklər borularda iki sırada şahmat qaydası ilə, şaquli istiqamətə görə aşağıya 450 bucaq altında düzülməlidir.

Yarıqlar borunun oxu üzrə eninə və borunun perimetri boyu ən azı iki sırada müntəzəm yerləşdirilməlidir.

Qollar arasındakı məsafə 250-350 mm, deşiklərin oxları arasındakı məsafə 150-200 mm, yarıqlar arasında 20 mm-dən az olmayaraq, qolların aşağasından süzgəcin dibinə qədər olan məsafə 80-120 mm qəbul edilməlidir. Süzgəc yuyulan zaman paylaşdırıcı boruda basqı itkisi 0,68 bar.-dan çox olmamalıdır. Paylaşdırıcı sistemdə basqı itkisi düstur (33) ilə təyin edilməlidir.

 

burada vk- kollektorun başlanğıcında sürət, m/s.;



vg.q - qol boruya girişdə orta sürət, m/s.;

- hidravlik müqavimət əmsalı olub, qiyməti maddə 9.2.9.10-nun göstərişlərinə əsasən təyin edilir.

9.2.12.12. Borulu paylaşdırıcı sistem kollektorunun en kəsik sahəsi bütün uzunluğu boyu sabit olmalıdır.Yuma zamanı suyun hərəkət sürəti kollektorun başlanğıcında 0,8-1,2 m/s, qolların başlanğıcında isə 1,6-2,0 m/s qəbul edilməlidir. Kollektorun konstruksiyası qolların üfüqi və bir-birindən eyni məsafədə yerləşdirilməsini təmin etməlidir.

9.2.12.13. Tullayıcı kanala perpendikulyar yerləşdirilmiş və üstü qalınlığı 40 mm-dən az olmayan polimerbeton lövhələrlə örtülmüş kanal şəkilli saxlayıcı laysız paylaşdırma sisteminin qəbuluna yol verilir.

9.2.12.14. Süzgəc su və hava ilə yuyulduqda başlıqlarla təchiz edilmiş paylaşdırma sistemindən istifadə etmək lazımdır; süzgəcin 1 m2 işçi sahəsindəki başlıqların sayı 35-50 ədəd həddində olmalıdır.

Yarıqlı başlıqlarda basqı itkisi (8) düsturu ilə hesablanmalıdır; suyun, yaxud su-hava qarışığının başlıqların yarıqlarında hərəkət sürəti 1,5 m/san-dən az olmamalı və müqavimət əmsalı  qəbul edilməlidir.



9.2.12.15. Süzgəci yumağa su verən boruda toplanan havanı çıxarmaq üçün üstündə bağlayıcı armatur, yaxud havanı avtomatik buraxmaq üçün qurğular quraşdırılmış, diametri 75-150 mm olan dik hava boruları nəzərdə tutulmalıdır; süzülmüş su (filtrat) kollektorunda da üstündə hava burax-maq üçün ventil, yaxud digər qurğu quraşdırılmış, diametri 50-75 mm olan dik hava boruları nəzərdə tutulmalı və onların sayı süzgəcin sahəsi ≤ 50 m2 olduqda bir, bundan çox olduqda iki ədəd (kollektorun başlanğıcında və sonunda) qəbul edilməlidir.

Yumaya su verən borular süzgəc novlarının yuxarı tilindən aşağı yerləşdirilməlidir.

Süzgəc paylaşdırıcı sistem vasitəsilə boşaldılmalı və bunun üçün üstündə siyirtmə quraşdırılmış, diametri 100-200 mm olan (süzgəcin sahəsindən asılı olaraq) xüsusi su buraxıcı boru nəzərdə tutulmalıdır.

9.2.12.16. Süzücü yükü yumaq üçün süzülmüş sudan istifadə edilməlidir. Yumanın süzgəc yükü səthinin üstündə yerləşdirilmiş paylaşdırma sistemi ilə aparılmasına yol verilir.

Kvars qumundan olan yükün su ilə yuyulma parametrləri cədvəl 22-ə əsasən qəbul edilməlidir.

Süzgəc keramzitlə yükləndikdə onun markasından asılı olaraq yuma intensivliyi 12-15 l/(s.m2) (böyük qiymətlər böyük sıxlığa malik keramzit üçündür) qəbul edilməlidir.

Cədvəl 22. Kvars qumundan ibarət yükün su ilə yuyulma parametrləri



Süzgəclər və onların süzücü yükü

Yuma intensivliyi,l/(s.m2)

Yumanın davam etmə müddəti, dəq.

Yükün nisbi genişlənmə qiyməti, %

Bir laylı sürətli süzgəclər. Yük dənələrinin diametri, D,mm:

 

 

 

0,7-0,8

12-14

6-5

45

0,8-1

14-16

6-5

30

1-1,2

16-18

6-5

25

İki laylı sürətli süzgəclər

14-16

7-6

50

Q e y d:

1.Yuma intensivliyinin böyük qiymətləri az davametmə müddətinə uyğundur.

2. Yuxarı yuma hərəkət etməyən qurğudan ibarət olduqda yuma intensivliyi 3-4 l/(s.m2), basqı isə 2,9-3,9 bar qəbul edilməlidir. Yuma müddəti 5-8 dəq-ə, onun 2-3 dəqiqəsi aşağı yuma başlayana qədər. Paylaşdırıcı borular yük səthindən 60-80 mm məsafədə hər 700-1000 mm-dən bir yerləşdirilməlidir.Paylaşdırıcı borulardakı deşiklər, yaxud taxmalar arasındakı məsafə 80-100 mm qəbul edilməlidir. Fırlanan qurğulu yuma sistemi olduqda yuma intensivliyi 0,5-0,75 l/(s.m2), basqı isə 3,8-4,4 bar qəbul edilməlidir.

 





9.2.12.17. Yuma suyunu toplayıb kənar etmək üçün yarımdairəvi, yaxud beşbucaq en kəsik sahəsinə malik novlar nəzərdə tutulmalıdır. Qonşu novların oxları arasındakı məsafə 2,2 m-dən çox olmamalıdır. Novun eni (34) düsturu ilə hesablanmalıdır.

burada qn- novun su sərfi, m3/s.;



an-novun düzbucaq sahəsinin hündürlüyünün eninin yarısına olan nisbəti,(1-1,5 qəbul edilməlidir);

Kn- əmsal: yarımdairə dibli novlar üçün 2,beşbucaq novlar üçün 2,1 qəbul edilməlidir.

Bütün novların yuxarı tilləri bir səviyyədə və tam üfüqi vəziyyətdə olmalıdır.

Novların dibi yığıcı kanala tərəf 0,01 mailliyə malik olmalıdır.

9.2.12.18. Yığıcı kanalı olan süzgəclərdə novun dibindən kanalın dibinə qədər olan məsafə (35) düsturu ilə hesablanmalıdır.

burada qkan- kanalın su sərfi, m3/s.;



Bkan- kanalın enidir, m (0,7 m-dənaz qəbul edilmir).

Q e y d. Yuma suyunu kənar edən borunun yaratdığı müqavimət nəzərə alınmaqla kanalda suyun səviyyəsi novun dibindən 0,2 m aşağı olmalıdır.

9.2.12.19. Süzücü yük səthindən novlarınyuxarı tilinə qədər olan məsafə (36) düsturuilə hesablanmalıdır.

burada Hy- süzücü layın hündürlüyü, m;



ay- süzücü yükün faizlə nisbi genişlənmə əmsalı olub cədvəl 22-ə əsasən qəbul edilməlidir.

9.2.12.20. Su-hava qarışığı ilə yuma kvars qumu ilə yüklənmiş süzgəclərdə aşağıdakı rejimdə tətbiq edilməlidir: 1-2 dəq-ə müddətində hava ilə üfürmə - havanın verilmə intensivliyi 15-20 l/(s.m2), sonra 4-5 dəq-ə müddətində hava və su ilə birlikdə yuma - havanın verilmə intensivliyi 15-20 l/(s.m2), suyun verilmə intensivliyi 3-4 l/(s.m2) və nəhayət 4-5 dəq-ə müddətində 6-8l/(s.m2) intensivliklə suyun (atılmadan) verilməsi.

Q e y d.

1. Daha iri dənəli yuklər üçün su və havanın verilmə intensivliyinin maksimum qiymətləri uyğundur.

2. Müvafiq əsaslandırmadan sonra göstəriləndən fərqlənən rejimlərin qəbuluna yol verilir.

9.2.12.21. Su-hava qarışığı ilə yuma zamanı su və hava xüsusi taxmalarla təchiz edilmiş, yaxud su və hava ayrılıqda müstəqil borulu paylaşdırıcı sistemlərlə verilməlidir.

9.2.12.22. Su-hava qarışığı ilə yuma zamanı yuma suyunu kənar etmək üçün iki maili divarın (suaşıran və əks etdirən) yaratdığı qumtutan novla təchiz edilmiş üfüqi sistem tətbiq edilməlidir.

9.2.12.23. Yuma suyu nasoslarla, yaxud çəndən verilməlidir. Kompleksdəki süzgəclərin sayından asılı olaraq yuma sistemləri bir, yaxud bir neçə süzgəcin eyni vaxtda yuyulmasına hesablanmalıdır. Yuma çəninin həcmi yumaların hesabi sayından əlavə daha bir süzgəcin yuyula bilməsini təmin etməlidir.

Süzgəci yumaq üçün tələb olunan basqı paylaçdırıcı sistemdə,yuma suyunu nəql etdirən kommunikasiyalarda və süzücü yükdəki basqı itkiləri nəzərə alınmaqla təyin edilməlidir.

Yuma çəninə su vuran nasos onun intensivləşdirilmiş rejimdə iki yuma arasındakı vaxtdan çox olmayan müddətdə dolmasını təmin etməlidir. Nasos yuma suyunu təmiz süzülmüş su rezervuarından götür-məlidir. Yuma suyunun miqdarı süzülmüş su sərfinin 50%-dən çox olmayan hallarda suyun süzülmüş su borusundan götürülməsinə yol verilir.

Süzülmüş su rezervuarında hesabi yuma sayından bir artıq yumaya tələb olunan ehtiyat su miqdarının olması nəzərdə tutulmalıdır.

Yuma suyunu gətirən və aparan boru kəmərlərində sürət 1,5-2,0 m/s qəbul edilməlidir. Yuma suyunu süzgəclərə verən və süzgəclərdən aparan borulara hava daxil olmasının mümkünlüyü tam aradan qaldırılmalıdır.

 



Download 1.74 Mb.
1   ...   57   58   59   60   61   62   63   64   ...   404




Download 1.74 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

Download 1.74 Mb.