Xətti dördqütblüdən mürəkkəb siqnalların keçməsi




Download 0.98 Mb.
bet22/38
Sana04.04.2021
Hajmi0.98 Mb.
#14171
1   ...   18   19   20   21   22   23   24   25   ...   38
1. Xətti dördqütblüdən mürəkkəb siqnalların keçməsi. Bu məsələnin həllini aşağıdakı ardıcıllıqla aparmaq olar. Dördqütblünün girişinə verilən siqnalı öz spektral tərkibinə ayırıb, hər birharmonikanın ayrılıqda xətti dördqütblüdən keçməsinə baxılır.

Nəticədə çıxış siqnalı dördqutblüdən keçən bütun kompanentlərin ani qiymətlərinin toplanması yolu ilə tapılır. Bu əməliyyatlar göstərir ki, çıxış siqnalını tapmaq üçün dördqütblüdən keçən hər bir toplananın amplitud və fazasının dəyişməsini bilmək lazımdır. Qeyd edək ki, xətti sistemə baxıldığından onun girişinə amplitud, tezlik və faza ilə xarakterizə olunan harmonik siqnal verildikdə çıxışında həmin tezlikli, lakin amplitud və fazası dəyişən siqnal alınacaqdır. Siqnalın amplitud və fazasının dəyişməsi, məlum olduğu kimi, kompleks amplitudla xarakterizə olunur. Deməli, siqnal xətti dördqütblüdən keçdikdə onun yalnız kompleks amplitudu dəyişir. Buna görə də dördqütblü kompleks öturmə əmsalı ilə xarakterizə olunur. verilmiş tezlikdə ötürülmə əmsalı K(ω) çıxış gərginliyinin kompleks amplitudunun, giriş gərginliyinin kompleks amplituduna olan nisbəti ilə təsvir olunur:



(2.3)

Amplitudun dəyişməsini xarakterizə edən K əmsalı dördqütblünün xassələrindən asılı olaraq vahiddən böyük (gücləndirmə əmsalı) və ya vahiddən kiçik (zəiflətmə əmsalı) ola bilər. Siqnalın harmonik toplananları müxtəlif tezliklərə malik olduqlarından ötürmə əmsalı umumi halda tezlikdən asılı olur. K(ω) - ötürmə əmsalının tezlikdən asılılıqı sistemin a m p l i t u d – t e z l i k x a r a k t e r i s t i k a s ı, yaxud sadəcə t e z l i k x a r a k t e r i s t i k a s ı adlanır. Ötürmə əmsalı tezlikdən asılı olduqda, müxtəlif toplananların amplitudunun dəyişməsi eyni olmayacaq və çıxışdakı siqnalın forması girişdəkindən fərqlənəcəkdir. Giriş siqnalını və ötürmə əmsalını bilməklə çıxış siqnalını təyin etmək olar:



(2.4)

Faza sürüşməsinin tezlikdən asılılığı φ(ω) dördqütblünün f a z a – t e z l i k x a r a k t e r i s t i k a s ı, yaxud sadəcə f a z a x a r a k t e r i s t i k a s ı adlanır. Dördqütblüdən keçərkən siqnalın formasının hər cür dəyişməsi siqnalın t ə h r i f olunması adlanır.



Siqnalın elektrik dövrələrindən tam təhrifsiz keçməsi mümkün olmur. Real halda lazımi tezlik zolağında K(ω)- nın nisbətən sabitliyi və φ(ω) – nın təxminən xəttiliyi ilə kifayətlənmək olar ki, bu da siqnalın minimal təhrif olunmasına uyğundur. Radiorabitədə dördqütblüdən informasiyanı daşıyan faydalı siqnalı minimal təhriflə ötürmək tələbindən başqa, maneə törədən faydasız siqnalları zəiflətmək tələbi də edilir. Bu məqsədlə baxılan tezlik zolağından kənarda ötürmə əmsalı sıfra yaxın, yəni tezlik xarakteristikası ideal П-şəkilli olan dördqütblülər tələb olunur.



Download 0.98 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Download 0.98 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Xətti dördqütblüdən mürəkkəb siqnalların keçməsi

Download 0.98 Mb.