AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci




Download 0.98 Mb.
bet38/38
Sana04.04.2021
Hajmi0.98 Mb.
#14171
1   ...   30   31   32   33   34   35   36   37   38
Şəkil 3.2. Zy yük müqaviməti qoşulmuş uzun xətt .

Dalğanın xəttin sonunundan əks olunması prosesini ətraflı izah edək. Tutaq ki, çıxışına ixtiyari Zy yük müqaviməti qoşulmuş uzun xətt verilmişdir (şəkil 3.2 a).

Xəttin girişinə harmonik rəqs generatoru qoşsaq, xəttin istənilən en kəsiyində də gərginlik harmonik qanunla dəyişər.

Əgər xətdə eyni zamanda qaçan dalğa ilə yanaşı, əks olunmuş dalğa da varsa, xətdəki yekun gərginlik aşağıdakı kimi olar:

u=uq+uə (3.5)

Bu düstur durğun dalğanı təsvir edir. Xətt boyunca eyni fazaya malik olub, amplitudu x-koordinatından asılı olan dalğa d u r ğ u n d a l ğ a adlanır. Durğun dalğa ilə xətt boyunca enerji daşınmır.

Əks olunma əmsalı aşağıdakı düsturla təyin olunur:

(3.6)

(3.6) ifadəsini araşdıraq. Burada əsas üç hala baxaq:



  1. Zy = ρ olduqda kə = 0 olur. Bu halda xətdə dalğanın əks olunması yoxdur, yalnız qaçan dalğa mövcuddur. Bu vaxt qaçan dalğa bütün daşıdığı enerjisini yükə verir. Zy = ρ şərti ödəyən xətlərə yüklə u z l a ş m ı ş x ə t l ə r deyilir.

  2. Zy = (sonu açıq xətt) olduqda olur. Dalğa xəttin sonundan tam əks olunur. Bu halda hər iki dalğanın (qaçan və əks olunan dalğaların) amplitud və fazaları eynidir və xəttin sonunda gərginlik iki dəfə artır. Xəttin sonunda qaçan və əks olunan dalğalarda cərəyanın işarəsi dəyişdiyindən yekun cərəyan sıfra bərabər olur. Beləliklə, xətdə durğun dalğalar rejimi yaranır və dalğanın yayılması istiqamətində enerji daşınmır.

  3. Zy = 0 (qısa qapanmış xətt) olduqda (3.6) ifadəsindən kə = -1 alınır. Bu onu göstərir ki, dalğa xəttin sonundan əks olunduqda gərginlik öz işarəsini dəyişir və yekun gərginlik sıfra bərabər olur. Cərəyan isə işarəsini dəyişmədiyindən xəttin sonunda iki dəfə artır. Bu halda da durğun dalğalar yaranır və xətt boyunca enerji daşınmır. Deməli, 2-ci və 3-cü hallarda, yəni uzlaşmamış xətlərdə onların sonuna birləşdirilmiş yüklərə enerji ötürülə bilməz.

Qaçan və əks olunan dalğalar arasındakı münasibət kq – qaçan dalğa əmsalı, yaxud kddurğun dalğa əmsalı ilə xarakterizə edilir:

kq = 1/kd = Umin/Umax, (3.7)

burada, Umin və Umax – uyğun olaraq xətt boyunca gərginlik amplitudunun minimum və maksimum qiymətləridir. kd əmsalına kə əmsalını hesablamaq olar:



(3.8)

kd - durğun dalğa əmsalı 0-dan 1-ə kimi, kə - əksolunma əmsalı isə 1-dən ∞-a kimi dəyişir.

Download 0.98 Mb.
1   ...   30   31   32   33   34   35   36   37   38




Download 0.98 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci

Download 0.98 Mb.