AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci




Download 0.98 Mb.
bet31/38
Sana04.04.2021
Hajmi0.98 Mb.
#14171
1   ...   27   28   29   30   31   32   33   34   ...   38
Şəkil 2.19. Rabitəli konturların sxemləri. İnduktiv (a), avtotransformator (b), daxili tutum (c), xarici tutum (d) rabitəli.

(2.18)

Burada Xr - rabitə elementinin müqaviməti, X1, X2 – uyğun olaraq birinci və ikinci konturların rabitə elementinin müqaviməti xarakteri daşıyan reaktiv müqavimətlərdir. Məsələn, transformator rabitəli konturlar üçün Xr = ωM, X1 = ωL1, X2 = ωL2 olduğunu (2.18) ifadəsində nəzərə alsaq, rabitə əmsalı



(2.19)

olar. Burada M – qarşılıqlı induksiya əmsalı, L1 və L2 – uyğun olaraq birinci və ikinci konturların induktivlikləridir. İstənilən sxemin rabitə əmsalının artırılmasını rabitə elementinin müqavimətini artırmaqla həyata keçirmək olar.

İnduktiv rabitəli konturlarda gedən prosesləri daha ətraflı araşdıraq. L1 sarğacında eyni zamanda iki səbəbdən maqnit seli yaranır: bunlardan biri birinci konturda axan i1 cərəyanın yaratdığı Ф1 = L1i1, digəri isə ikinci konturdan keçən i2 cərəyanın birincidə qarşılıqlı induksiya nəticəsində yaratdığı Ф` = Mi2 maqnit selləridir. E.h.q. mənbəyinin yaratdığı i1 cərəyanı və ikinci konturda induksiyalanan i2 cərəyanının tezlikləri bir-birinə bərabərdir.

İkinci konturun birinci kontura təsiri nəticəsində birinci konturun müqavimətinə



(2.20)

müqaviməti əlavə olunur. Bunun hesabına birinci konturun tam müqaviməti (impendansı) və uyğun olaraq ondan keçən tam cərəyan dəyişir. Əlavə olunan bu müqavimət g ə t i r i l m ə m ü q a v i m ə t adlanır. Bu müqavimət birinci konturun müqaviməti ilə əks xarakterli olur; konturun müqaviməti induktiv xarakter daşıdıqda Zgət müqaviməti tutum xarakterli olur və əksinə. Nəticədə birinci konturun reaktiv müqaviməti ikinci konturun təsiri ilə yaranan Zgət reaktiv müqaviməti ilə kompensasiya olunur, konturun müqaviməti aktiv müqavimətə çevrilir və müəyyən tezlik zolağında ötürmə əmsalı tezlikdən asılı olmur.

Qeyd etmək lazımdır ki, gətirilmə müqavimət anlayışı şərti məna daşıyır. Əslində ikinci konturdan birinci kontura hec bir müqavimət gətirilmir. Bu müqavimət yalnız ikinci konturun təsiri nəticəsində birinci konturdakı cərəyanın azalmasını xarakterizə edir.

Beləliklə, rabitəli konturlarda tək konturlara xas olan buraxma zolağı ilə konturun keyfiyyətliyi arasındakı ziddiyyət nisbətən aradan götürülür. Rabitəli konturlardan radioqəbuledicilərin giriş dövrələrində və dar zolaqlı yüksəktezlikli gücləndiricilərində geniş istifadə olunur.





Download 0.98 Mb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Download 0.98 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci

Download 0.98 Mb.