§ 3.1. Uzun xətlər və onların dalğa tənlikləri




Download 0.98 Mb.
bet35/38
Sana04.04.2021
Hajmi0.98 Mb.
#14171
1   ...   30   31   32   33   34   35   36   37   38
§ 3.1. Uzun xətlər və onların dalğa tənlikləri

İndiyə kimi toplanmış parametrli xətti dövrələrlə taniş olduq. Belə sistemlərdə nisbətən alçaq tezliklərdə, qeyd edildiyi kimi, dövrəni xarakterizə edən əsas parametrlər – müqavimət, induktivlik və tutum dövrənin uyğun elementlərində toplanmış olur. Cərəyan və gərginlik yalnız zamanın funksiyası olur

Radioelektronikada toplanmış parametrli sistemlərlə yanaşı, ifrat yüksək tezliklərdə parametrləri bütün dövrə boyunca paylanmış sistemlərdən də geniş istifadə olunur. İki naqil şəklində hazırlanmış paylanmış parametrli belə sistemlər u z u n x ə t l ə r və ya d a l ğ a d ö v r ə l ə r i adlanır. Uzun xətlərdə yayılan siqnalın dalğa uzunluğu xəttin uzunluğundan cox-cox kiçik, naqillər arasındakı məsafədən isə böyük olmalıdır. Belə sistemlərdə toplanmış parametrli sistemlərdən fərqli olaraq gərginlik və cərəyan həm zamanın, həm də koordinatın funksiyası olur.

Uzun xətlər müxtəlif konstruksiyaya malik ola bilər: məsələn, bir və iki naqilli hava xətləri, yüksək tezlikli koaksial kabellər, dalğaötürənlər və s. İki naqilli uzun xətt bir-birindən müəyyən məsafədə yerləşdirilmiş iki eyni naqildən təşkil olunur. Tək naqilli xətlərdə ikinci naqil rolunu yer oynayır. Bu xətlərin hər ikisində izolyator hava mühitidir. Koaksial kabellərdə izolyator olaraq havadan, təsirsiz qazlardan və ya bərk dielektriklərdən istifadə oluna bilər.

Uzun xətlərdən verici və qəbuledici qurğuları antena ilə birləşdirmək üçün geniş istifadə olunur. Belə uzun xətlərə f i d e r l ə r deyilir. İfrat yüksək tezlikli (İYT) gücləndiricilərdə rəqs konturları, rezonansa gətirilə bilən uzun xəttin hissələri ilə əvəz edilir. Uzun xəttin hissələrindən uzlaşdırıcı element kimi, məsələn antenanı televizorun girişi ilə birləşdirmək üçün də istifadə oluna bilər. Uzun xətlərdən həmçinin signallar arasında faza sürüşməsini yaratmaq və eləcə də onları bir-birinə nəzərən zamana görə gecikdirmək üçün istifadə olunur. Belə uzun xətt l ə n g i d i c i və ya g e c i k d i r i c i x ə t t adlanır.

Əgər xəttin vahid uzunluğuna düşən R- müqaviməti, L- induktivliyi, C- tutumu, G- naqillər arasındakı mühitin keçiriciliyi xətt boyunca sabit qalarsa, yəni bu parametrlər koordinatdan asılı olmazsa, belə xətlərə b i r c i n s u z u n x ə t l ə r deyilir. Xətdə R=0 və G=0 olduqda belə xətt i t k i s i z u z u n x ə t t adlanır. Praktikada tətbiq olunan bütün xətlərdə müəyyən itkilər mövcuddur. Amma uzun xətlər elə konstruksiyalara malikdir ki, onlarda bu itkilər çox az olur.



Uzun xətlərdə elektromaqnit dalğalarının yayılma xüsusiyyətlərini araşdıraq. Bu məqsədlə uzun xəttin sonsuz kiçik dx parçasına baxaq (şəkil 3.1a.). Bu parçada cərəyanı sabit qəbul etmək olar. Cərəyan keçən naqillər arasında induksiyalı maqnit sahəsi yarandığından dx parçasının induktivliyini dL= Ldx kimi yazmaq olar. Naqillər arasında u gərginliyi və buna uyğun olan elektrik sahəsi mövcud olduğundan dx parçasının tutumu dC= Cdx olar. Xəttin vahid uzunluğuna düşən L induktivliyi və C tutumu onun həndəsi ölçülərindən və xətti əhatə edən mühitin dielektrik və maqnit nüfuzluqlarından asılı olur. Beləliklə, dx xətt parçasını parametrləri Ldx, Cdx, Rdx, Gdx olan toplanmış parametrli ekvivalent sxemlə əvəz etmək olar (şəkil 3.1b).





Download 0.98 Mb.
1   ...   30   31   32   33   34   35   36   37   38




Download 0.98 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



§ 3.1. Uzun xətlər və onların dalğa tənlikləri

Download 0.98 Mb.