• Şəkil 2.13.
  • § 2.6 Ardıcıl konturda məcburi rəqslər




    Download 0,98 Mb.
    bet25/38
    Sana04.04.2021
    Hajmi0,98 Mb.
    #14171
    1   ...   21   22   23   24   25   26   27   28   ...   38
    § 2.6 Ardıcıl konturda məcburi rəqslər

    Konturda sabit amplitudlu sönməyən elektromaqnit rəqsləri almaq üçün hər bir periodda onun aktiv müqavimətində baş verən enerji itkisinin yerini doldurmaq lazımdır. Bunun üçün kontura e.h.q. mənbəyi daxil edilir. Əgər konturun elementləri R, L, C e.h.q. mənbəyi ilə ardıcıl birləşdirilibsə, belə kontura e.h.q. mənbəyinə ardıcıl qoşulmuş kontur və ya sadəcə olaraq a r d ı c ı l k o n t u r deyilir. Belə konturu dördqütblü şəklində göstərmək olar (şəkil 2.13)





    Şəkil 2.13. Ardıcıl rəqs konturu

    Adətən ardıcıl kontur daxili müqaviməti kiçik olan e.h.q. mənbəyi ilə qidalanır. Buna görə də mənbəyin müqaviməti ya nəzərə alınmır, ya da o konturun R aktiv müqavimətinə daxil edilir.

    Tutaq ki, kontur elektrik hərəkət qüvvəsi e = Em cos(ωt + φ) olan xarici harmonik gərginlik generatoruna qoşulmuşdur. Rəqs konturunda enerji tutumlu reaktiv elementlər: kondensator və induktivlik sarğacı olduğundan yaranan rəqslərin amplitudu sıfırdan müəyyən stasionar qiymətinə kimi tədricən artır. Ardıcıl kontur üçün aşağıdakı ifadəni yazmaq olar:

    (2.9)

    Bu dövrədə cərəyan və e.h.q.-nin amplitudları arasında əlaqə yaradan



    (2.10)

    kompleks ifadə dövrənin t a m m ü q a v i m ə t i və ya i m p e d a n s ı adlanır. (2.11) ifadəsinin şəklini dəyişərək yazmaq olar:



    (2.12)

    Burada R - aktiv, isə reaktiv müqavimətdir. Reaktiv müqavimət 2 hissədən ibarətdir: ωL-induktiv, - tutum müqavimətləri. Bu elementlərin hər birində gərginlik və cərəyan arasındakı faza sürüşməsi -ə bərabər olduğundan reaktiv müqavimətdə enerjinin udulması baş vermir.

    Rezistorda cərəyan və gərginlik fazaca üst-üstə düşür. Buna görə də rezistorda enerji itkisi baş verir. Rezistor bu baxımdan aktiv müqavimət adlanır. Bunu dövrənin aktiv elementləri ilə qarışdırmaq olmaz. Rezistor əslində passiv elementdir. Belə müqaviməti «dissipativ» müqavimət adlandırmaq daha məqsədə uyğun olardı. Bu ifadələrdən reaktiv müqaviməti təşkil edən ωL – induktiv və 1/ωC – tutum müqavimətlərində gərginlik və cərəyan arasındakı faza sürüşməsinin -ə bərabər olduğu aydın görünür. İnduktivlik sarğacında gərginlik cərəyandan qədər irəli, kondensatorda isə qədər geri düşür. Buna görə də bu elementlərdə enerji itkisi baş vermir.





    Download 0,98 Mb.
    1   ...   21   22   23   24   25   26   27   28   ...   38




    Download 0,98 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    § 2.6 Ardıcıl konturda məcburi rəqslər

    Download 0,98 Mb.