AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci




Download 0.98 Mb.
bet5/38
Sana04.04.2021
Hajmi0.98 Mb.
#14171
1   2   3   4   5   6   7   8   9   ...   38
Şəkil 1.4.Mürəkkəb idarəedici siqnalla amplituda görə modullaşmış rəqsin spektral diaqramı.

Spektroqramda ω±Ω tezlikli harmonikalar ω – daşıyıcı tezlikli rəqsə nəzərən simmetrik yerləşmiş olur və y a n t e z l i k l i r ə q s l ə r adlanır. İdarəedici siqnal mürəkkəb olduqda isə bu yan tezlikli harmonikaların sayı ω±Ωimax qədər artır və bunlar spektroqramda ω daşıyıcı tezliyə nəzərən iki „yan zolaq” kimi yerləşir (şəkil 1.4).

İdarəedici siqnal haqqında bütün məlumat bu yan zolaqlarda toplanmış olur. Yan zolaqların yuxarı və aşağı sərhəd tezlikləri fərqinə siqnalın s p e k t r a l e n i və ya t e z l i k z o l a ğ ı n ı n e n i deyilir. Amplituda görə modullaşmış yüksəktezlikli mürəkkəb radiosiqnalın spektral eni (tezlik zolağı), spektroqramdan göründüyü kimi, idarəedici siqnalın maksimal tezliyinin iki mislinə bərabər, yəni ∆ω=2Ωimax olur. Bu o deməkdir ki, informasiyanı amplituda görə modullaşmış rəqslərin köməyi ilə vermək üçün ω daşıyıcı tezliyinin ətrafında eni 2Ωi max olan tezlik zolağı ayırmaq lazımdır. Bu zolağın eni tezliyin verilmiş intervalında bir-birinə mane olmadan işləyə bilən radiostansiyaların sayını təyin edir. Deməli, praktiki olaraq, radio və televiziya stansiyalarının sayı

ifadəsindən təyin etmək olar. Radioverilişləri üçün maksimal tezlik 10 kHs, televiziya verilişləri üçün bu tezlik 6 MHs qəbul olunub.

Daşıyıcı tezlikli rəqsləri almaq üçün yüksək tezlik generatorlarından istifadə olunur.Belə generatorlardan edilən əsas tələb onun generasiya tezliyinin stabil saxlanılması məsələsidir.Bunu generatorların gücü az olduqda daha asanlıqla həyata keçirmək olur (bu tələb eyni dərəcədə qəbuledicidəki generatora da aiddir). Digər tərəfdən bir çox hallarda ötürülən radiosiqnalların kifayət qədər güclü olması tələb olunur. Buna görə də radiosiqnalların gücünün artırılması məhz generatordan sonra radiovericinin çıxış kaskadlarında qoyulmuş gücləndiricilərin köməyi ilə həyata keçirilir. Rabitə kanalının vəzifəsindən və eləcə də işçi tezlik diapazonundan və s. asılı olaraq verici qurğuların köməyi ilə fəzaya şüalandırılan güc millivatdan bir neçə meqavat intervalında dəyişə bilər.

Verici radioelektron qurğularından edilən tələblərdən biri də onların faydalı iş əmsalının (f.i.ə.) böyük olmasıdır. Bu tələb xüsusilə verilən gücün böyük qiymətlərində daha çox əhəmiyyət kəsb edir.

Radiosiqnal verici qurğunun axırıncı kaskadında gücə görə gücləndirildikdən sonra ö t ü r ü c ü x ə t l ə (buna fider də deyilir) vericinin antena sisteminə daxil olur və ondan fazaya şüalandırılır.

Fiderə qarşı qoyulan əsas tələb onun antena ilə uzlaşmasıdır, yəni bütün enerjisinin ondan antenaya az itki ilə verilə bilməsidir. Bu isə fiderdə qaçan dalğa rejimində mümkündür. Əks halda xətdə durğun dalğa yaranar ki, bu da ötürücü xəttin deşilməsinə və onda enerji itkisinin artmasına səbəb ola bilər. Ötürücü xətlərə misal olaraq, iki məftilli açıq xətti, koaksial xətti, dalğaötürəni və s. göstərmək olar.

Antenalar radioelektron qurğuların vəzifələrindən, onların gücündən, işçi dalğa uzunluğundan və başqa parametrlərindən asılı olaraq müxtəlif ölçülərə, kütləyə, konstruksiyaya və nəhayət dəyərə malik ola bilər. Öz iş prinsiplərinə görə ötürücü xətlər və antenalar əsasən xətti sistemlərə aiddir. Lakin son vaxtlar gücləndirici elementlərlə birlikdə hazırlanan xüsusi yeni sinif antenalar (aktiv antenalar) da mövcuddur ki, bunları, qeyri-xətti sistemlərə aid etmək lazımdır.

Radiosiqnallar verici və qəbuledici antenalar arasındakı fəzada yayılarkən səpilmə nəticəsində zəifləyir və həmçinin müxtəlif maneələrə - küylərə (təbii, sənaye, süni və s.) məruz qalır.

Qəbuledici qurğunun əsas vəzifələrindən biri zəif radiosiqnalları gücləndirməklə yanaşı, faydalı siqnalları küylərdən ayırmaqdır. Buna, qəbuledicinin girişinə tezliyə görə seçicilik xassələrinə malik olan rəqs konturları daxil etməklə nail olunur. Konturun seçiciliyi – ona təsir edən harmonik rəqslərdən tezliyi konturun məxsusi tezliyinə bərabər və ona yaxın olan rəqsləri ayırmaq qabiliyyətinə deyilir.

Küylərdən «təmizlənmiş» radiosiqnal yüksək tezlik gücləndiricisi vasitəsilə gücləndirildikdən sonra ya bilavasitə (siqnalları birbaşa gücləndirən qəbuledicilərdə) və ya ara tezliyə çevriləndən sonra(supergeterodin qəbuledicilərdə)d e t e k t o r a verilir.Detektorda yüksəktezlikli modullaşmış siqnaldan alçaq tezlikli faydalı siqnal ayrılır ki,bu prosesə d e t e k t ə e t m ə p r o s e s i deyilir. Bu da ən əsas radiotexniki proseslərdən biridir. Detektəetmə prosesi modullaşma prosesinin əksi olduğundan praktikada buna çox vaxt d e m o d u l l a ş m a , bu prosesi icra edən detektora isə d e m o d u l y a t o r deyirlər. Əgər detektorun girişinə şəkil1.2, c-də göstərilən modullaşmış rəqs verilərsə, onun çıxışında şəkil1.2, a-da göstərilən detektə olunmuş alçaqtezlikli siqnal alınar.

Supergeterodin radioqəbuledicidə ω daşıyıcı tezlik əvvəlcədən seçilmiş sabit ωa ara tezliyə çevrilir və əsas gücləndirilmə bu tezlikdə baş verir. Nəticədə, bu prinsiplə işləyən qəbuledicilərdə həssaslıq və seçicilik qəbul olunan bütün tezliklər diapazonlarında kifayət qədər böyük və nisbətən dəyişməz qalır.ωa ara tezliyi almaq üçün tezliyi ωg olan köməkçi avtogeneratordan (çox vaxt bu generatora geterodin deyirlər) və tezlik qarışdırıcısından istifadə olunur. Bunlar birlikdə t e z l i k ç e v i r i c i s i adlanır. ωa ara tezliyi bu tezliklərin fərqinə bərabər seçilir, yəni ωa = |ωs – ωg|<< ω.

Radiokompleksin funksional sxemindən göründüyü kimi, verici və qəbuledici qurğuların tərkibində müxtəlif tezlik diapazonlarında işləyən bir sıra elektron gücləndiriciləri vardır. Bu qurğular siqnalların formasını dəyişmədən (təhrif etmədən) amplitudlarını gücləndirməyə imkan verir. Rəqslərin gücləndirilməsi də ən vacib radiotexniki proseslərdən biridir. Siqnalların gücləndirilməsinin vacibliyini aşağıdakı müqayisədən asan görmək olar. Qəbuledicinin girişinə daxil olan radiosiqnalın gücü çox zəif, bəzən 10-14 –10-12 Wt tərtibində olur.Qəbuledici cihazın normal işləməsi üçün isə bir neçə Vatt tərtibində güc tələb olunur. Beləliklə, qəbuledici qurğuda siqnalların gücü 1012 –1014 dəfə artırılmalıdır ki, bunlar informasiya işlədicisi – osilloqraf, telefon, ucadandanışan və s. tərəfindən «tutula» bilsin.




Download 0.98 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   38




Download 0.98 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci

Download 0.98 Mb.