YOLDƏYİŞƏNLƏRİN VƏ SVETOFORLARIN ELEKTRİK MƏRKƏZLƏŞMƏ QURĞUSU
Yoldəyişənlərin svetoforların EM – elektrik mərkəzləşməsi yoldəyişənlərin və svetoforların idarə olunmasının əsasını təşkil edir. EM-dən istifadə marşrutu hazırlamaq üçün (yoldəyişənlərin sayından asılı olaraq) 5 – 7 saniyə vaxt tələb edirsə, eyni əməliyyatı əl ilə yerinə yetirmək üçün 6 – 10 dəq. vaxt sərf olunur. EM aparatında yoldəyişənlərin və svetoforların asılılığı elektrik relesinin köməkliyi ilə yerinə yetirilir. Belə sistemə yoldəyişənlərin və svetoforların rele mərkəzləşməsi deyilir. Belə mərkəzləşmədən dəmir yolunun həm kiçik, həm də eyni zamanda böyük stansiyalarında istifadə olunur. Rele mərkəzləşməsinin ümumi sxemi şəkil 10-da göstərilmişdir.
Stansiya növbətçisinin iş otağında idarəetmə lövhəsi şəklində mərkəzləşdirilmiş aparat qurulmuşdur ki, həmin aparat tumblerlərlə-düyməciklərlə təchiz olunmuşdur.
Bütün elektrik aparatlar – relelər, transformatorlar, düzləndiricilər stansiyanın hər iki tərəfindəki rele köşklərində yerləşdirilmişdir. Rele mərkəzləşməsi gərginliyi alçaldıcı transformator vasitəsi ilə yüksək gərginlikli xətdən alır. Yoldəyişdiricilərin vəziyyətinin dəyişdirilməsi elektrik intiqalı vasitəsi ilə yerinə yetirilir. Qatarın qəbulu üçün icazə işarəsi giriş svetoforuna ötürülür, stansiyadan qatarı yola salmaq üçün hər bir stansiya yolunda çıxış svetoforu qurulur.
Yoldəyişənlərin, svetoforların həmçinin yoldəyişdirici sahələrin və yolların vəziyyətinə nəzarət kabel xətti ilə idarə olunur. Kiçik stansiyalarda yoldəyişənlərin və svetoforların iş prinsipi şəkil 11 – də verilmişdir. Yoldəyişənlərin və işarəvericilərin işinin idarəetmə lövhəsi vasitəsi ilə edirlər. Lövhənin yuxarı hissəsində nəzarət lampaları yerləşir ki, onlar yolun və yoldəyişdiricilərin məşğulluğunu, giriş svetoforunun açıq və ya bağlı olmasını, qatarların stansiyaya yaxınlaşmasını və ya stansiyadan uzaqlaşmasını bildirir. İri həcmli stansiyalarda marşruta sərf olunan vaxta qənaət etmək məqsədi ilə marşrut idarəetmə sistemindən istifadə edilir. Stansiya növbətçisi marşrutu hazırlamaq üçün yoldəyişdiriciləri ayrı-ayrılıqda çevirmir. Bir və ya iki düyməciyi basmaqla sayından asılı olaraq bütün yoldəyişdiriciləri marşruta müvafiq hazırlanır, giriş və çıxış svetoforu açılır. Lövhədə yolların əksi qırmızı və ağ işıqla göstərilir. Düyməciyi basan zaman əgər ağ işıq yanarsa, deməli yol boşdur. Düyməciklər hər marşrutun əvvəlində və axırında yerləşir.
|