DİSPETÇER MƏRKƏZLƏŞMƏSİ
Daşıma prosesini dəmir yolunda operativ həll etmək məqsədi ilə dispetçer dairəsindən istifadə olunur ki, onların uzunluğu orta hesabla 250 km və stansiyaların sayı 30- a yaxın olur. Qatarların hərəkətini daha effektiv həll etmək üçün dispetçer mərkəzləşməsindən istifadə edilir.
Dispetçer mərkəzləşməsi məntəqəsində idarəetmə aparatı qurulur (şəkil 12). Aparatın üzərində yerləşən düyməciklər vasitəsilə aralıq stansiyalarına siqnallar göndərilir. Dispetçer tablo vasitəsilə marşrutların hazırlanmasına, işarələrin açılıb-bağlanmasına, qatarların hər mənzildə və stansiyalarda hərəkətinə nəzarət edir. Məntəqələrdən siqnallar lövhəyə daxil olur və nəzarət işarəverməsini işə salır və qatarqraf qatarların yerinə yetirilmiş cədvəlini qeydə alır.
Böyük həcmli stansiyalar işin həcminə və xarakterinə görə, daim rəhbərlik tələb olunduğuna görə dispetçer mərkəzləşməsinə qoşulmur. Dispetçer mərkəzləşməsi qatarburaxma prosesini artırır, qatarların təhlükəsiz hərəkətini təmin edir, hər 100 km məsafədə işçilərin sayını 50 – 60 nəfər ixtisar edir. Ştat ixtisarı stansiya növbətçisinin olmaması hesabına başa gəlir. Dispetçer mərkəzləşməsi teleidarə və teleişarəvermə kodlaşması prinsipi ilə işləyir.
Hal-hazırda dispetçer mərkəzləşməsi yeni mikroprosessorların layihələndirilməsi və istehsalı hesabına yeniləşir.
|