• Ümumi texnoloji rabitə
  • Magistral rabitə şəbəkəsinə
  • Yol rabitəsinə
  • Uzaq telefon rabitəsi
  • Yerli rabitədə
  • . Stansiyon telefon rabitəsinə
  • D Ə m I ryoln ə q L i yyatind a h ə r ə k ə t I n t ə n z I m L ə m ə s I steml ə r I




    Download 1,47 Mb.
    bet19/23
    Sana21.03.2021
    Hajmi1,47 Mb.
    #13339
    1   ...   15   16   17   18   19   20   21   22   23
    DƏMİRYOL NƏQLİYYATINDA RABİTƏ

    DYN – da qatarların hərəkətinin idarə olunmasında və dəmir yolunun xidmət sahələri arasında operativ əlaqələr yaratmaq məqsədilə informasiyanın ötürülməsi üçün müxtəlif rabitə növlərindən istifadə olunur. Buraya telefon, teleqraf, radio və peyk sistemli rabitələr aiddir. Əsas rabitə növünə kabel və hava xətli məftil rabitəsi aiddir. Təyinatına görə məftil rabitəsi, ümumi texnoloji və operativ texnoloji, təsir dairəsinə (rayon) görə isə magistral, yol, şöbə və yerli (stansiyon) rabitə şəbəkələrinə bölünür.

    Ümumi texnoloji rabitə müxtəlif stansiyalarda işləyən işçilər arasında xidməti telefon danışıqlarını yerinə yetirir. Belə rabitə əsasən şəhərlər arası telefon xətlərinə çıxışı olan yerli şəbəkə üçün formalaşdırılır. Operativ texnoloji rabitə daşıma prosesində operativ idarəetmə üçün istifadə olunur.

    Magistral rabitə şəbəkəsinə “Azərbaycan Dəmir Yolları” QSC ilə MDB və Baltikyanı ölkələrin, Beynəlxalq təşkilatların və eləcə də digər ölkələrin dəmiryol nazirlik və idarələri ilə rabitə əlaqələri daxildir. Magistral rabitə şəbəkəsinə magistral yığıncaq rabitəsi, yol paylayıcı magistral sərəncam rabitəsi, hərbiləşdirilmiş mühafizə idarəsinin və nəqliyyat polisinin rabitəsi və s. daxildir.

    Yol rabitəsinə “Azərbaycan Dəmir Yolları” QSC ilə Məhdud Məsuliyyətli Dəmiryol Cəmiyyətləri və iri stansiyalar arası əlaqələr yaradılır. Yol rabitəsi dəmir yolu boyunca yaradılır. Bu rabitə növünə yol yığıncaq rabitəsi, yol paylayıcı sərəncam rabitəsi, yol dispetçer rabitəsi, xidmət idarələri ilə distansiyalar arası rabitə aiddir. Magistral və yol telefon rabitəsi böyük məsafələr arası sahədə fəaliyyət göstərir və uzaq rabitə hesab olunur.

    Uzaq telefon rabitəsi dəmiryol nəqliyyatının strukturuna uyğun təşkıl olunur. Şöbə dəmiryol rabitəsi müxtəlif departamentlər və ya xidmət sahələri arasında operativ əlaqə yaradır. Şöbə rabitə sisteminə qatar dispetçer rabitəsi – QDR, enerji dispetçeri – ED, xidməti dispetçer – XD, mənzil dispetçeri – MD, vaqo dispetçeri – VD, xətti-yol dispetçeri – XYD, bilet dispetçeri – BD və digər növ rabitələr daxildir. Yerli rabitədə stansiya, vaqon və lokomotiv depoları, infrastruktur müəssisələri; elektrik təchizatı, yol distansiyaları, işarəvermə və rabitə sahələri arasında informasiya mübadiləsi aparılır. Yerli rabitəni təşkıl etmək üçün avtomatik (ATS) və ya əl ilə idarə olunan telefon stansiyası yaradılır. Yerli rabitə təkcəyerli abonentlərin bir-biri ilə olan əlaqələrini deyil, həm də onları şəhər telefon stansiyası, təşkılatların komutatorları, uzaq və şəhərlər arası rabitə ilə də əlaqələndirir. Stansiyon telefon rabitəsinə yoldəyişən və stansiyon paylayıcı rabitəsi aid olub, qatarların qəbulu və yola salınması, eləcə də manevr işlərində istifadə olunur

    Hal-hazırda bütün növ rabitələrin avtomatlaşdırılması işləri aparılır ki, bu da abonentə lazımı məntəqə ilə özü birbaşa əlaqə saxlamağa şərait yaradır. Rabitənin yol və şəbəkə qovşaqları ölkənin və MDB ölkələrinin Vahid avtomatlaşdırılmış rabitə şəbəkəsinin kanallarına çıxış imkanları yaradır. Son zamanlar Azərbaycan Dəmir Yolunda mikrosxemlər əsasında elektron ATS – ri yaradılır. Bu ATS – rin əsas üstünlüyü ondan ibarətdir ki, qabariti kiçik olub, etibarlığı, işə yararlığı, səs-küyün olmaması və aşağı maya dəyərinə malikdir. Yazılı məlumatları və sərəncamları ötürmək üçün hərf çap edən teleqraf aparatından istifadə etməklə teleqraf rabitəsindən istifadə olunur.


    Download 1,47 Mb.
    1   ...   15   16   17   18   19   20   21   22   23




    Download 1,47 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    D Ə m I ryoln ə q L i yyatind a h ə r ə k ə t I n t ə n z I m L ə m ə s I steml ə r I

    Download 1,47 Mb.