D Ə m I ryoln ə q L i yyatind a h ə r ə k ə t I n t ə n z I m L ə m ə s I steml ə r I




Download 1,47 Mb.
bet22/23
Sana21.03.2021
Hajmi1,47 Mb.
#13339
1   ...   15   16   17   18   19   20   21   22   23
TELERABİTƏ
MDB ölkələrinin və xariçi dövlətlərin dəmir yollarında istehsalat proseslərini müşahidə etmək üçün sənaye televiziya qurğularının müxtəlif sistemlərindən geniş istifadə olunur. Telerabitənin tətbiqi aşağıdakı əsas istiqamətləri əhatə edir.

İcmal televiziya sistemləri stansiya, ayrı-ayrı parkların, lokomotiv və vaqon depo sexlərinin təsvirlərinin ötürülməsi üçün istifadə olunur. Onlar çeşidləmə təpələri və anbar işlərinin müşahidə olunmasında, yük, poçt və baqaj vaqonlarının yüklənmə prosesinin yoxlanılmasında və sərnişin vaqonlarına sərnişinlərin minib-düşməsində istifadə olunur. Televiziya qurğuları qatarların hərəkət təhlükəsizliyini, xüsusən də avtomobil nəqliyyatının intensiv hərəkətləri olan keçidlərdə artırır və həmçinin yolun, körpülərin, tünellərin, kontakt şəbəkəsinin və s. vizual yoxlanmasını təmin edir.

Televiziya sistemləri stansiyaya qəbul olunan yük qatarlarında vaqonların nömrələrinin sayılmasında, çeşidləmə parklarından tərkiblərin göndərmə parklarına qoyulmasında istifadə olunur. Telekamera və videomaqnitofon qatar yoxlama rels zəncirinə daxil olan zaman işə düşür və müəyyən gedişdən sonra videomaqnitofon operator üçün yavaş iş rejiminə keçərək vaqon nömrələrini sayır və ya onları kompüterin yaddaşına ötürür.

Vaqonların kommersiya baxışında telerabitədən geniş istifadə olunur. Vaqonlarda damğanın vəziyyəti, yüklərin qabaritsizliyi, yükün vaqonda yerləşməsi qaydası və vaqonun texniki vəziyyəti televiziya kameraları vasitəsilə qəbul olunaraq stansiya növbətçisinin yoxlama lövhəsinə ötürülür. Videoinformasiyanı təsvir edən televiziya sistemlərinə dispetçer displey sistemi, vağzalların və sərnişin qatarlarının videoinformasiya sistemləri, televiziya-ölçmə qurğuları, rəqəmsal-televiziya trenajorları və təlim qurğuları daxildir. Dispetçer displey sistemlərinin əksəriyyəti qatarların hərəkətinin avtomatik idarəetmə sistemlərinin tərkib hissəsinə daxildir.

Son zamanlar vizual informasiyanın ötürülməsi və onun televiziya qəbulediciləri ekranlarında göstərilməsi üçün videoinformasiya sistemləri intensiv olaraq işlənir və tətbiq olunur. Belə sistemlərin köməyi ilə tədris proqramları ötürülür və video yığıncaqlar keçirilir.Maşinistlərin məşqi və təlimi özündə imitasiyalı modelləşmə sistemini birləşdirən trenajorların köməyi ilə yerinə yetirilir və bununla da lokomotivlərin idarəolunma şərtləri təmin olunur.



Download 1,47 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   23




Download 1,47 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



D Ə m I ryoln ə q L i yyatind a h ə r ə k ə t I n t ə n z I m L ə m ə s I steml ə r I

Download 1,47 Mb.