NAQİL RABİTƏSİ
Dəmiryol nəqliyyatında informasiyaları ötürmək üçün radio-rabitədən, naqilli rabitədən, radiorele və peyk rabitəsindən istifadə edilir.
Qeyd olunanlardan ən geniş istifadə olunanı kabel və hava rabitəsidir. Onlar da öz növbəsində ümumi texnoloji və operativ rabitələrə bölünür. Rayon bölgüsünə görə magistral, yol şöbə, yerli və stansiya rabitəsinə ayrılır.
Ümumi texnoloji telefon rabitəsi işçilər arasinda bir və bir neçə stansiya arasında xidməti danışıqlar aparmaq üçün təyin olunur. Belə rabitə növü yerli şəbəkə əsasında formalaşır və şəhərlər arası telefon rabitəsinə qoşulur. Operativ texnoloji rabitəsi daşıma prosesinin operativliyinə xidmət edir.
Magistral rabitə dəmiryol idarələri arasında əlaqə yaratmaq üçündür. Belə rabitəyə konfrans, magistral rabitə, hərbiləşdirilmiş mühafizə və nəqliyyat polisi ilə əlaqə yaratmaq üçündür. Yol rabitəsi yol şöbələrinin və böyük həcmli stansiyaların dəmiryol idarəsi ilə rabitə əlaqəsi yaradır. Belə rabitəyə həmçinin müşavirə rabitəsi ayrı-ayrı xidmət növünün distansiyalarla əlaqəsi üçün nəzərdə tutulur. Magistral və yol rabitəsi uzaq məsafələr üçün nəzərdə tutulur. Qeyd olunanlardan əlavə qatar dispetçeri, enerji dispetçeri, dispetçer xidməti, mənzil, vaqon dispetçer, yol xətti, bilet dispetçeri və s. əlaqə rabitə növü mövcuddur. Yerli rabitə stansiya, lokomotiv və vaqon depoları işçilərinin, yol, enerji işarəvermə və rabitə distansiyası işçilərinin bir-biri ilə əlaqə yaratması üçündür.
Yerli rabitə yaratmaq üçün avtomat telefon stansiyası və yaxud əl ilə işləyən telefon stansiyası quraşdırılır. Belə stansiyalar vasitəsi ilə müəssisələrin kommutatoruna uzaq və şəhərlərarası rabitəyə çıxış yaratmaq olur.
Stansiya rabitəsi postlarla qatarların qəbulu və yola salınması həmçinin manevr işində istifadə edilir.
Hal-hazırda dəmiryol şəbəkəsində bütün rabitə xidmətinin avtomatlaşdırılması işi aparılır ki, bu da ölkənin vahid avtomatlaşdırılmış rabitə sisteminə və MDB dövlətlərinə rabitə çıxışı yaransın. Son vaxtlara qədər dəmir yolunda yazı, sərəncam və xəbərləri çatdırmaq üçün adi hərf çap edən teleqraf aparatlarından istifadə edilirdi. Hal-hazırda mətn, elan, sərəncam və xəbərləri dəmiryol şəbəkələrinə çatdırmaq üçün kompüterlərin imkanları elektron poçtun rabitə növü geniş tətbiq olunmasını tələb edir.
|