ID  İdentifikasiya  bayrağı (Identifi-  cation flag)  21  Mikroprosessorun həqiqətən cpuid




Download 1.61 Mb.
Pdf ko'rish
bet10/79
Sana14.04.2022
Hajmi1.61 Mb.
#19706
TuriDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   79
Bog'liq
SPT ƏS

ID 
İdentifikasiya 
bayrağı (Identifi- 
cation flag) 
21 
Mikroprosessorun həqiqətən cpuid təlimatını dəstəklədiyini 
göstərmək üçün istifadə edilir. Əgər proqram bu bayrağı təyin edə 
və ya təmizləyə bilirsə bu, o deməkdir ki, mikroprosessor həqiqətən 
cpuid təlimatını dəstəkləyir. 
EIP/IP(Instruction Pointer register) – əmrlər göstəricisi registri. EIP/IP registri 32/16 
mərtəbəlidir və burada cari əmrlər seqmentində növbəti icra olunacaq əmrin blokun başlanğıcına 
nəzərən sürüşdürülməsi saxlanır. Bu registrə istifadəçilər birbaşa müraciət edə bilməz, ancaq onun 
yüklənməsi və qiymətinin dəyişdirilməsi müxtəlif idarəedici (bunlara şərti və şərtsiz keçid əmrləri, 
prosedura müraciət və prosedurdan qayıtma əmrləri daxildir) əmrlərin köməyi ilə mümkündür. 


10 
İndi isə bir neçə termin haqqında qısa məlumat verək. 
Seqment – MP I8086–dan başlayaraq INTEL firması yaddaşın seqmentdərə ayrılması anlayışını 
daxil 
edib. 
Seqment 
ünvanlar 
fəzasının 
bloku 
kimi 
götürülür. 
MP
8086 –da seqmentin maksimal qiyməti 64kb, MP 386 –dan başlayaraq qalan modellər üçün 4 qb 
təyin edilib. 
Verilənlərin ünvanının təyinində aşağıdakı terminlərdən istifadə edilir. 
Nisbi ünvan – tələb olunan verilənin bazanın başlanğıcına nəzərən tutduğu yeri, yəni başlanğıca 
nəzərən sürüşməni göstərir. 
Deskriptor –veriləni təyin etmək üçün istifadə edilən verilənlər strukturudur (8 baytlıq blok).
Selektor – hər hansı bir seqmentin deskriptorunu təyin edən göstərici. Seqment registrində 
yerləşir. 
Məntiqi ünvan –selektor ilə təyin edilən baza ünvanı ilə nisbi ünvanın cəminə görə təyin edilir. 
Yaxın göstərici – 32 mərtəbəli sürüşmənin qiyməti ilə təyin edilir (nisbi ünvan). 
Uzaq göstərici – 48 mərtəbəli məntiqi ünvan. Bu göstərici iki hissədən, 16 mərtəbəli məntiqi 
seqmentdən və 32 mərtəbəli nisbi ünvandan təşkli edilir. 
Seqmentləşmiş yaddaşı idarə edən registrlər 
Bu registrlərə sistem ünvanları registrləri də deyilir. Seqmentləşmiş yaddaşı idarə edən 4 registr, 
verilənlərin strukturunu təyin edir. Bu registrlərdən istifadə edərək MP mühafizə rejimində
seqmentlərə və cədvəllərə istinad etməklə, yaddaş sahələrinə müraciəti təşkilr edir. Seqmentlərin 
və cədvəllərin ünvanları xüsusi ünvanlarda və sistem ünvanları registrlərində saxlanılır. Onlar 
mühafizə rejimində iki yerə bölünür:
1. Qlobal ünvanlar fəzası–bütün məsələlər üçün ümumidir; 
2. Lokal ünvanlar fəzası–hər məsələ üçün ayrıdır. 
Belə bölünmə MP–nin arxitekturasında aşağıdakı sistem registrlərinin olması ilə əlaqədardır. 

Download 1.61 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   79




Download 1.61 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



ID  İdentifikasiya  bayrağı (Identifi-  cation flag)  21  Mikroprosessorun həqiqətən cpuid

Download 1.61 Mb.
Pdf ko'rish