Dərs GİRİŞ Hesablama texnikası əsasən iki mühüm komponentin birgə fəaliyyətinə əsaslanır. Bunlar




Download 1.61 Mb.
Pdf ko'rish
bet13/79
Sana14.04.2022
Hajmi1.61 Mb.
#19706
TuriDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   79
Bog'liq
SPT ƏS

İdentifikatorlar – proqramın müəyyən obyektlərini, məsələn, əmrin kodunu, dəyişənin və 
nişanın adını işarə etmək üçün istifadə olunan simvollar ardıcıllığıdır. İdentifikatorlar bir və ya bir 
neçə simvoldan ibarət ola bilər. İdentifikatorlarda latın əlifbasının hərflərindən, rəqəmlərdən və 
_, ?, $, @ xüsusi işarələrindən istifadə oluna bilər. İdentifikatorlar rəqəmlə başlaya bilməz. 
İdentifikatorun maksimal uzunluğu 255 simvoldan çox ola bilməz, ancaq, translyator onların 
yalnız birinci 32 simvolunu qəbul edir və qalanları inkar olunur. İdentifikatorun uzunluğunu 
əmrlər sətrində /mv parametrindən istifadə etməklə tənzimləmək olar. Bundan başqa translyatora 
böyük və kiçik hərflərlə yazılmış identifikatorları fərqləndirmək və ya onu inkar etməyə imkan 
verən vasitələr də mövcuddur (susmaya görə onlar arasında fərq yoxdur). Bunun üçün əmrlər 
sətrində /mu, /ml, /mx parametrlərindən istifadə etmək olar. 
Assembler cümləsi 
Assembler dilində yazılmış proqram mikroprosessorun bütün arxitektur xüsusiyyətlərini 
(məsələn, yaddaşın təşkili, operandların ünvanlaşdırılması üsullarını, regstrlərdən düzgün istifadə 
olunması və s.) özündə əks etdirməlidir. Mikroprosessorların hər bir tipi üçün bu xüsusiyyətlər 
unikaldır. 
Assembler proqramına yaddaş seqmentləri toplusu kimi baxmaq olar. Proqram bir və ya bir 
neçə belə seqmentlərdən ibarət ola bilər. Hər bir seqment dilin cümlələr yığımından ibarət olur və 
hər bir cümlə proqram kodunun sətri kimi yerləşdirilir. 
Dörd tip Assembler cümləsi olur: 
1. Əmrlər və ya təlimatlar–maşın əmrlərinin simvolik analoqudur. Translyasiya prosesində 
assemblerin təlimatları mikroprosessorun əmrlər sisteminin uyğun əmrinə çevrilir; 


16 
2. Makroəmrlər – müəyyən qaydalar əsasında proqram mətni kimi tərtib olunaraq translyasiya 
zamanı Asseblerin başqa cümləsi ilə əvəz olunur; 
3. Direktivlər (psevdooperatorlar və ya bildiricilər) - hər hansı əməliyyatı aparmaq üçün 
assembler translyatoruna yalnız göstəriş verir. Heç bir əməliyyat aparmadığından ona 
psevdooperator deyilir. Translyasiyadan sonra direktivlər maşın əmrləri kimi saxlanılmır. 
Direktivlər Assebler dilində proqramın tərkib hissəsidir; 
4. Şərhlər sətri – proqramın əmrləri haqqında izahat verən istənilən simvollar ardıcıllığından 
(azərbaycan və rus əlifbasının simvollarından da təşkil oluna bilər) ibarət olan cümlədir. Şərhlər 
translyator tərəfindən nəzərə alınmır. Şərhlər nöqtəli vergüllə (;) başlayır. Şərhləri əmrlərin, 
makroəmrlərin, təlimatların sonunda və ya ayrıca cümlə kimi yazmaq olar. 
Assembler dilinin əmrləri ümumi şəkildə aşağıdakı kimi yazılır: 
[nişan:] mnemokod [operand_1] [,operand_2] [,operand_3] [;şərh]. 
Kvadrat mötərizə içərisində göstərilən paramettlər məcburi parametrlər deyil. Onlar 
göstərilməyə də bilər. Parametrlər ən azı, bir boşluq işarəsi ilə ayrılmalıdırlar. 
Nişan identifikator olub, cümlənin birinci baytından yazılmalıdır. Nişan iki nöqtə (:) ilə 
qurtarmalıdır. Əmrin və registerlərin adından nişan kimi istifadə etmək olmaz. Əgər əmrə 
proqramın digər hissəsindən müraciət varsa o, nişan ilə təmin olunmalıdır. 
Misal: 
AV: MOV CX, 5 ; yazılış döğrudur. 
ADC: ADC AX, BX ; yazılış döğru deyil (nişan kimi əmrin adından istifadə olunub).
Çünki açar sözlərdən nişan kimi istifadə etmək olmaz. 
Mnemokod (maşınyönlü dillərdə maşın əmrinin simvollarla yazılışı. Assembler dilində 
sadələşmiş forma) - məcburi parametr olub, maşın əmrinə uyğun mnemokodun işarəsidir. Başqa 
sözlə , mikroprosessor əmrinin adıdır. 
Operandlar – əmrin, makroəmrin və ya Asemblerin direktivlərinin hissəsi olub, üzərində 
əməliyyatlar aparılacaq obyektlərlərdir. Əmrlər operandsız (susmaya görə), bir operandlı, iki və 
üç operandlı ola bilər və operandlar bir-birindən vergüllə ayrılır. İki operandlı əmrdə birinci 
operand qəbuledici, ikinci isə mənbə adlanır və əməliyyatın icrasının nəticəsi birinci operandda 
yerləşdirilir, ikinci operandın məzmunu isə dəyişməz qalır. 
Direktivlər 
Bildiyimiz kimi direktivlər Assembler translyatorunun işini idarə edən vasitələrdən biridirlər. 
Onların köməyi ilə seqmentlər və prosedurlar təyin olunur, əmir və verilənlərə ad verilir, ehtiyyat 
yaddaş sahəsi ayrılır və s. 
Direktivin yazılışı assembler əmrinin yazılışına uyğundur:

Download 1.61 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   79




Download 1.61 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Dərs GİRİŞ Hesablama texnikası əsasən iki mühüm komponentin birgə fəaliyyətinə əsaslanır. Bunlar

Download 1.61 Mb.
Pdf ko'rish