Dərs GİRİŞ Hesablama texnikası əsasən iki mühüm komponentin birgə fəaliyyətinə əsaslanır. Bunlar




Download 1.61 Mb.
Pdf ko'rish
bet11/79
Sana14.04.2022
Hajmi1.61 Mb.
#19706
TuriDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   79
Bog'liq
SPT ƏS

GDTRIDTR sistem ünvanları, TRLDTR isə sistem seqmentləri registrləridir. Bu 
registrlərin strukturu aşağıdakı kimidir: 
47 16 15 0
GDTR 
IDTR 
GDTR qlobal, IDTR isə kəsilmələr deskriptorları cədvəllərinin göstəricilərini saxlayan 
registrlərdir. Bu registrlərdə uyğun cədvəllərin 32 mərtəbəli baza ünvanı və 16 mərtəbəli sürüşmə 
saxlanılır.
15 0 
LDTR 
TR 
 
LDTR registri – lokal deskriptorlar cədvəlinin 16 mərtəbəli selektorunu özündə saxlayır. Bu 
selektor lokal deskriptorlar cədvəli sayılan LTD –nin seqmentini təsvir edən, GDT–də olan 
göstəricidir.
TR – məsələnin vəziyyət registri, TSS (Task Segment Status) seqmentinə müraciət üçün 16 
mərtəbəli selektoru özündə saxlayırMP başqa məsələnin həllinə keçərkən TSS-də cari məsələnin 
vəziyyəti saxlanılır. 
Bu registrlərin hər biri proqram vasitəsilə dəyişdirilməsi mümkün olmayan seqment 
deskriptorları registrləri ilə əlaqədardır. 
Yaddaşın təşkili 
MP–nin verilənlər şini vasitəsi ilə müraciət edə biləcəyi fiziki yaddaşa əməli yaddaş deyilir 
(ƏY). Kompüterin yaddaşını ən aşağı səviyyədə bitlər ardıcıllığı şəklində təsvir etmək olar. 
Məntiqi sxemlərdə bitlər ilə işləmək məqsədə uyğundur. Proqram tərtibi zamanı isə bitlər ilə 
işləmək yerinə 8 bit ardıcıllığından ibarət olan baytlarla işləmək əlverişlidir. Hər bir baytın nömrəsi 
onun fiziki ünvanını təyin edir. Fiziki ünvanlar fəzasının ölçüsü MP –nin verilənlər şininin 
mərtəbələr sayı ilə təyin edilir. I486 və Pentium MP–lərində ünvan [00000000, FFFFFFFF] (yəni, 


11 
[0; 2
1
32

], 4 qiqabayt) parçasında təyin olunur. P6 MP –lərdə isə ünvan [0; 2
1
36

] (64 qb) 
parçasında təyin edilir. Ümumiyyətlə, fiziki yaddaş 8 mərtəbəli baytlara, 16 mərtəbəli sözlərə, 32 
mərtəbəli 2 qat sözlərə bölünə bilər (sözün ünvanın 2-yə, 2 qat sözün ünvanın 4-ə tam bölünən 
olması qəbul olunub).
Yaddaş tamamilə cihaz mexanizmi ilə idarə olunur. Bu o deməkdir ki, proqram özü fiziki 
ünvanı verilənlər şinində yarada bilməz. Proqram belə əməliyyatlarda tamamilə MP–dən asılıdır. 
Cihaz mexanizmi aşağıdakıları təmin edir: 
1. Maşın əmrlərində ünvanın kompakt saxlanmasını; 
2. Ünvan mexanizminin çevikliyini; 
3. Çoxməsələli sistemdə məsələnin ünvanlar fəzasının qorunmasını; 
4. Virtual yaddaşın dəstəklənməsini. 
MP–nin cihaz vasitələri əməli yaddaşdan istifadənin bir neçə modelini dəstəkləyir: 
1. Seqmentlənmiş model. Bu modeldə yaddaş proqram üçün kəsilməz yaddaş sahələrinə 
(seqmentlərinə) bölünür. Proqramın özü isə yalnız bu seqmentlərdə yerləşən verilənlərə müraciət 
edə bilər; 
 2. Səhifə modeli. Səhifə modelinə isə seqmentlənmiş yaddaş üzərinə üst qurum kimi baxa 
bilərik. Bu modeldən istifadə edərkən əməli yaddaşa hər biri 4kb-dən ibarət olan bloklar ardıcıllığı 
kimi baxılır. Səhifə modelindən əsasən virtual yaddaşın təşkilində istifadə edilir. Bu da, ƏS-ə 
proqramların işləməsi üçün fiziki yaddaşın tutumundan çox yer ayırmağa imkan verir. i486 və 
Pentium –larda virtual yaddaşın ölçüsü 4 tera bayta çatır. 
Bu modellərdən istifadənin xüsusiyyətləri və tətbiqi MP–nin aşağıdakı iş rejimlərindən 
asılıdır. 
1. Real ünvanlar rejimi. Bu rejim İ8086 MP –nin işlədiyi rejimdir. Bu rejimin Pentium –larda 
istifadə edilməsi MP –lərin uyuşan olmasından (öncədən yazılmış proqramların da yeni 
modellərdə işləyə bilməsindən) irəli gəlir.
2. Mühafizə rejimi. Bu rejim İ286 MP –sinin arxitektur ideyalarını həyata keçirməyə imkan 
verir. İ8086 MP –si (real rejim) üçün yaradılan proqramlar mühafizə rejimində işləyə bilmir. Bu 
əsasən mühafizə rejimində fiziki ünvanının formalaşması ilə əlaqədardır.
3. i8086 nın vitual rejimi. Bu rejimə yalnız MP mühafizə rejimində olduqda keçmək olar. Bu 
rejimin fərqləndirici cəhəti ondadır ki, İ8086 üçün yazılan proqramların bir neçəsi bu rejimdə eyni 
zamanda işləyə bilir. Əgər MP virtual rejimdə isə (yəni, mühafizə rejimi ilə) İ 8086 –nın real rejim 
üçün yazılan proqramlarını da işlədə bilər.
4. Sistem idarə rejimi. Pentium–larda istifadə edilən yeni rejimdir. O, ƏS–in maşından asılı 
funksiyalarının yerinə yetirilməsini (sistemin qorunması üçün aşağı enerji sərfi rejiminə keçidi) 
təmin edir. Bu rejimə keçmək üçün MP proqramlaşdırılan APIC (Advanced Programmable 
Interrupt Controller) kontrollerindən SMI siqnalını almalıdır. Bu zaman MP–nin hesablama 
mühiti dəyişməz qalır. MP–nin bu rejimdəki fəaliyyəti onun real ünvanlar rejimindəki işi kimidir.
Yaddaşın seqmentlənmə modeli 
Əvvəldə dediyimiz kimi seqlentlənmə dedikdə, cihaz vasitələri ilə təmin olunan yaddaş 
bloku daşa düşülür. Ümumiyyətlə, hər bir proqram bir neçə seqmentdən təşkil edilə bilər və 
onlara bilavasitə üç əsas: kod, verilənlər, stek və üç əlavə verilənlər seqmentləri daxildir. 
Proqramçı heç zaman bilmir ki, proqramın seqmentləri hansı fiziki ünvandan başlayacaq. 
Başlanğıc ünvanı ƏS təyin edir. ƏS proqramın seqmentlərini əməli yaddaşın müəyyən fiziki 
ünvanlarına yerləşdirərək başlanğıc ünvanları MP - nin iş rejimindən asılı olaraq müəyyən 
yerlərə yazır. Yəni, real ünvanlar rejimində olanlar uyğun seqment registerlərinə, mühafizə 
rejimində isə xüsusi sistem deskriptorları cədvəlinə yazılırlar.
Seqment daxilində proqram ünvanlara seqmentin başlanğıcına nəzərən müraciət edir. Yəni, 
0-cı ünvandan (blokun başlanğıcından) son ünvanına qədər.
Belə təyin edilən nisbi ünvan (başlanğıca nəzərən sürüşmə) effektiv ünvan adlanır. 
Seqmentləşmiş yaddaşın üç əsas təşkil modelini göstərmək olar: Ünvanlaşmanın 3 əsas modeli 
şəkil 4-də verilmişdir. Bu modellər aşağıdakılardır: 
- real rejimdə yaddaşın seqmentləşmiş modeli; 


12 
- mühafizə rejimdə yaddaşın seqmentləşmiş modeli; 
- mühafizə rejimdə yaddaşın bütöv modeli. 

Download 1.61 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   79




Download 1.61 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Dərs GİRİŞ Hesablama texnikası əsasən iki mühüm komponentin birgə fəaliyyətinə əsaslanır. Bunlar

Download 1.61 Mb.
Pdf ko'rish