Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari




Download 164.72 Kb.
bet27/34
Sana04.04.2017
Hajmi164.72 Kb.
#3177
TuriQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   ...   34
8. Boru kəmərləri və armatur
8.1. Müdiriyyətin xüsusi sərəncamı ilə boru kəmərlərinin saz vəziyyətdə olmasına nəzarət və təhlükəsiz istismarına cavabdehlik mühəndis-texniki işçilərdən təyin edilir.

8.2. Hər bir boru kəməri üçün normativ sənədlərlə müəyyən olunmuş formada pasport təyin edilməlidir.

8.3. Əsaslı və orta təmirdən və həmçinin boru kəməri sahələrinin kəsilib təkrar qaynaqlanması ilə, armaturun dəyişilməsi, dayaqların sazlanması və istilik izolyasiyanın dəyişdirilməsilə əlaqədar olan təmirdən sonra avadanlığı işə salmazdan əvvəl aşağıdakılar yoxlanılmalıdır:

    1. müvəqqəti istifadə olunan quraşdırma və təmir qarmaqlarının, konstruksiya və ləvazimatların, taxtabəndlərin olmaması;

    2. hərəkətsiz və sürüşkən dayaqların, yaylı bərkitmələrin, boru kəmərlərin və armaturlara xidmət üçün istifadə olunan meydança və pilləkənlərin sazlığı;

    3. soyuq vəziyyətdə asqı və dayaq yaylarının dartılma ölçüsü;

    4. istilik yerdəyişməsi indikatorlarının sazlığı;

    5. qızma və digər istismar rejimlərində boru kəmərlərinin sərbəst yerdəyişməsinin mümkünlüyü;

    6. drenaj və hava xətlərinin, qoruyucu qurğuların vəziyyəti;

    7. boru kəmərlərinin üfiqi sahələrinin mailliyi ölçüləri və onların normativ sənədlərin tələblərinə müvafiqliyi;

    8. armaturun hərəkət edən hissələrinin sərbəst işləməsi;

    9. bağlayıcı armaturların idarəetmə lövhələrindəki ən kənar vəziyyət göstəricilərinin (açıq-bağlı) onun faktiki vəziyyətinə uyğunluğu;

    10. istilik izolyasiyasının sazlığı;

    11. təmir sənədlərinin (sxemlər, formulyarlar, qaynaq sənədləri, metalloqrafik müayinənin protokolları, təmirdən qəbul aktları və s.) tam komplektdə mövcudluğu.

8.4. Enerji obyektinin müdiriyyəti tərəfindən boru kəmərlərinin istismarı üzrə normativ sənədlərin əsasında bu enerji obyektində boru kəmərlərinin konkret istismar şəraitlərini nəzərə alan yerli təlimatlar hazırlanmalı və təsdiq edilməlidir. Boru kəmərlərinin və armaturun istismarında qüvvədə olan təlimatlara uyğun olaraq aşağıdakılara nəzarət edilməlidir:

    1. indikatorların göstəriciləri üzrə boru kəmərlərinin istilik yerdəyişmələrinin ölçüsünə və onların hesabat rəqəmləri ilə uyğunluğuna;

    2. boru kəmərlərinin sıxılması (əzilməsi) və yüksək titrəyişin mövcudluğuna;

    3. qoruyucu qurğuların, armatur və flans birləşmələrinin kipliyinə;

    4. işəsalınma və işdən saxlanmalarda metalın işçi temperatur rejiminə;

    5. soyuq və işçi vəziyyətində asqı və dayaqların yaylarının dartılma dərəcəsinə-2 ildə 1 dəfədən az olmayaraq;

    6. armaturun kipkəcli yerlərinin kipliyinə;

    7. tənzimləyici armaturun idarəetmə lövhələrindəki vəziyyət göstəricilərinin (VG) onun faktiki vəziyyətinə uyğunluğuna;

    8. armaturun elektrik intiqalı reduktorunda, yastıqlarda, ötürücü mexanizmlərin qovşaqlarında, şpindel - yivli oymaq vintli cütündə yağlanmanın mövcudluğuna.

8.5. Soyumamış buxar kəmərlərini işçi cisim ilə doldurduqda boru kəmərlərinin divarları və işçi cismin temperatur fərqinin, hesabat qiymətləri həddində saxlanılmasına nəzarət edilməlidir.

8.6. Drenaj sistemi boru kəmərləri qızdırıldıqda və boşaldıldıqda cismin işçi təzyiqində doymaya uyğun temperaturadək qalan nəmliyin tam çıxarılmasını təmin etməlidir.

Bunun üçün boru kəmərlərinin üfiqi sahələrinin mailliyi 0,004-dən (cismin hərəkəti istiqamətində) az olmamalıdır. Boru kəmərlərinin element və detalları dəyişiləndə, onun oxunun layihə vəziyyəti saxlanılmalıdır.

Drenaj xətlərinin çəkilməsi zamanı boru kəmərlərinin sıxılmasının qarşısını almaq üçün yerdəyişmələrinin istiqaməti nəzərə alınmalıdır.

Bir neçə boru kəmərlərinin drenaj xətləri birləşdirildikdə, onların hər birinə bağlayıcı armatur quraşdırılmalıdır.



8.7. Boru kəmərləri və armaturun quraşdırılması zamanı armatura xidmət və onun təmirinin mümkünlüyü təmin edilməlidir. Buxar kəmərlərinin istilik yerdəyişməsi indikatorları və armatur quraşdırılan yerlərdə, onlara xidmət üçün meydançalar qurulmalıdır.

8.8. Armaturda boru kəmərlərinin texnoloji sxemlərinə əsasən adları və nömrələri göstərilməli və həmçinin dəstəyin fırlanma istiqamətini göstərən göstəricilər olmalıdır.

Tənzimləyici klapanlar tənzimləyici orqanın açılma dərəcəsini göstərən göstərici ilə, bağlayıcı armatur isə "Açıqdır" və "Bağlıdır" göstəriciləri ilə təchiz edilməlidir.



8.9. Boru kəmərlərinin, armaturun və armaturu məsafədən idarəetmə elementlərinin təmiri, boru kəmərinin təmir olunan sahəsini ayıran tıxacların quraşdırılması və çıxarılması, yalnız naryad-buraxılışla aparılmalıdır.

8.10. Emalatxana şəraitində təmir olunan armaturun cəftələri, kipkəc, silfon və flans birləşmələrinin kipliyə görə sınağı işçi təzyiqin 1,25 mislində aparılmalıdır.

Boru kəmərlərindən kəsilmədən təmir olunan armaturun kipliyə görə sınağı avadanlıq işəsalındıqda, cismin işçi təzyiqində aparılmalıdır.



8.11. Boru kəmərlərinin və armaturun istilik izolyasiyası saz vəziyyətdə olmalıdır. Ətraf havanın temperaturu 250C olduqda, onun səthində temperatur 450C-dən çox olmamalıdır.

Dövri nəzarətə məruz qalan flans birləşmələrinin, armaturun və boru kəmərləri sahələrinin (qaynaq birləşmələri, axıcılığı ölçən qurğular və s.) istilik izolyasiyası çıxarılıb -taxılan olmalıdır.

Açıq havada və yağ çənlərinin, yağ kəmərlərinin, mazut kəmərlərinin yaxınlığında yerləşən boru kəmərləri istilik izolyasiyasının nəmlikdən və ya yanar neft məhsullarının hopmasından qorunması üçün metal və ya digər örtüyə malik olmalıdır. Kabel xətlərinin yaxınlığında yerləşən boru kəmərləri də metal örtüklə örtülməlidir.

İşçi cismin temperaturu ətraf havanın temperaturundan aşağı olan obyektlər korroziyadan qorunmalı, hidro və istilik izolyasiyası ilə təmin olunmalıdır.

İstilik izolyasiyası üçün boru kəmərlərində metalın korroziyasına səbəb olmayan materiallardan istifadə edilməlidir.

8.12. Mühafizə örtüyü olmayan boru kəmərlərinin izolyasiyası rənglənməlidir. Mühafizə örtüyü mövcud olduqda, onun səthinə nişanlama halqaları çəkilməlidir.

8.13. Bəsləyici boru kəmərlərində, aralıq qızdırıcı və təzə buxar kəmərlərində və həmçinin onların armaturunda zədələr, çatlar aşkar olunduqda, qəza sahəsi dərhal işdən açılmalıdır.

Əgər işdən açılmalarda, qəza sahəsini ehtiyatla əvəz etmək mümkün deyilsə, onda bu sahə ilə əlaqəsi olan avadanlıq da işdən saxlanılmalıdır.




Download 164.72 Kb.
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Download 164.72 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari

Download 164.72 Kb.