Armaturdan qəti olaraq, yalnız onun təyinatına uyğun istifadə olunmalıdır. 9. Stansiya istiləşdirmə qurğuları




Download 164.72 Kb.
bet28/34
Sana04.04.2017
Hajmi164.72 Kb.
#3177
TuriQaydalar
1   ...   24   25   26   27   28   29   30   31   ...   34
8.14. Armaturdan qəti olaraq, yalnız onun təyinatına uyğun istifadə olunmalıdır.
9. Stansiya istiləşdirmə qurğuları
9.1. İstiləşdirmə qurğusunun iş rejimi (verici və qaytarıcı boru kəmərlərindəki təzyiq və verici boru kəmərində temperatur) istilik şəbəkəsinin dispetçerinin tapşırığına müvafiq təşkil edilməlidir.

Su istilik şəbəkəsinin verici xəttində temperatur, bu şəbəkə üçün təsdiq olunmuş temperatur cədvəlinə əsasan şəbəkənin uzunluğundan, iqlim şəraitindən və digər faktorlardan asılı olaraq istilik şəbəkəsinin dispetçeri tərəfindən təyin edilməklə 12-24 saat ərzində xarici havanın orta temperaturu üzrə verilməlidir. Elektrik stansiyasının (qazanxananın) baş siyirtməsindən sonra verilən rejimə nisbətən göstəricilərin fərqi aşağıdakılardan çox olmamalıdır:



    1. istilik şəbəkəsinə daxil olan suyun temperaturu üzrə % ;

    2. verici boru kəmərlərindəki təzyiq üzrə %;

    3. qaytarıcı (əks) boru kəmərlərindəki

    4. təzyiq üzrə ,2 kqq/sm2 ( kPa).

Qaytarıcı boru kəmərlərində şəbəkə suyunun temperaturu, verici boru kəmərlərində şəbəkə suyunun sərfi, verici və qaytarıcı boru kəmərlərində sərfiyyat fərqi istilik şəbəkəsinin və istilik istehlakı sisteminin iş rejimləri ilə təmin edilir və istilik şəbəkəsinin dispetçeri tərəfindən nəzarətdə saxlanılır. Qaytarıcı boru kəmərlərində şəbəkə suyunun orta sutqalıq temperaturu qrafik üzrə veriləndən 3%- dən artıq olmamalıdır. Qaytarıcı boru kəmərlərindəki şəbəkə suyunun temperaturunun qrafikdəkinə nisbətən aşağı olması məhdudlaşdırılmır.

Verici boru kəmərlərində şəbəkə suyunun maksimal orta saatlıq sərfiyyatı, verici və qaytarıcı boru kəmərlərində şəbəkə suyunun sərfiyyat fərqi istilik təchizatı üzrə müqavilələrdə göstərilən qiymətlərdən yuxarı olmamalıdır. Verici boru kəmərlərində şəbəkə suyunun maksimal orta saatlıq sərfi, verici və qaytarıcı boru kəmərlərində sərfiyyat fərqi, qaytarıcı boru kəmərlərində şəbəkə suyunun temperaturu hesabat qiymətlərindən yuxarı olduqda istilik şəbəkəsinin dispetçeri təyin edilmiş qiymətlərin bərpası üçün tədbir görməlidir.

Elektrik stansiyasının (qazanxananın) kollektorlarında buxarın təzyiqi və temperaturu verilən parametrlərdən 5%-dən çox fərqlənməməlidir.

9.2. Hər bir şəbəkə qızdırıcısı və qızdırıcılar qrupu üçün layihə verilənləri və sınaq nəticələri əsasında aşağıdakılar təyin olunmalıdır:


    1. hesabat istilik məhsuldarlığı və ona uyğun isidici buxarın və şəbəkə suyunun parametrləri;

    2. şəbəkə suyunun qızdırılmasının maksimal temperaturu və temperatur basqısı;

    3. buxar və su tərəfində təzyiqin buraxılabilən həddi;

    4. şəbəkə suyunun hesabat sərfi və ona uyğun basqı itkisi.

Bundan başqa, sınaq nəticələri əsasında suqızdırıcı qazanlarda, boru kəmərlərində və şəbəkə suyunun hesabat sərfiyyatında istiləşdirmə qurğusunun köməkçi avadanlığındakı basqı itkisi təyin edilməlidir.

Sınaqlar, yeni quraşdırılmış istiləşdirmə qurğularında və istismar prosesində dövri olaraq (3-4 ildə 1 dəfə) keçirilməlidir.



9.3. Şəbəkə qızdırıcılarının, istilik şəbəkəsinin çıxışlarında və həmçinin istilik şəbəkələrində yerləşən qarışdırma stansiyalarında suyun temperaturunun tənzimlənməsi bir bərabərdə aparılmalı və saatda 300C-dən çox olmamalıdır.

9.4. Şəbəkə qızdırıcıları işlədikdə aşağıdakılar təmin olunmalıdır:

    1. kondensatın səviyyəsinə və səviyyənin avtomatik saxlanılması qurğusunun işinə nəzarət;

    2. kondensasiya olunmamış qazların buxar sahəsindən çıxarılması;

    3. temperatur basqısına nəzarət;

    4. şəbəkə suyunun qızmasına nəzarət;

    5. isidici buxarın keyfiyyətinə əsasən hidravliki kipliyə nəzarət.

İstilikmübadilə aparatlarının boru sistemi yoxlanmalı və lazım gəldikdə təmizlənməlidir. Təmizlənmə ildə 1 dəfədən az olmayaraq (isitmə mövsümündən qabaq) aparılmalıdır.

9.5. Ehtiyatın avtomatik qoşulması (EAQ) qurğuları işə daim hazır vəziyyətdə olmalı və enerji obyektinin texniki rəhbərinin təsdiq etdiyi qrafiklə dövri olaraq yoxlanılmalıdır.

9.6. İstilik şəbəkəsinin qidalandırıcı qurğuları, işçi rejimində onların, kimyəvi təmizlənmiş, deaerasiya olunmuş su ilə və qəza qidalandırılmasında isə qüvvədə olan normalarla müəyyənləşdirilmiş miqdarda içməli su təsərrüfatı və ya istehsalat su kəmərləri sistemlərindən qidalandırılmasını təmin etməlidir.

9.7. İstilik şəbəkəsinin, bu qaydaların 7.39-cu bəndinin tələblərinə cavab verməyən su ilə qidalandırılmasının hər bir halı, elektrik stansiyasının texniki rəhbərinin icazəsi ilə yerinə yetirilməli və su təchizatının mənbəyi və suyun miqdarı göstərilməklə əməliyyat jurnalına qeyd olunmalıdır.

Qidalandırıcı qurğuların boru kəmərlərinin texniki, dövran və ya içməli su kəməri ilə birləşmələrində iki bağlı və plomblanmış siyirtmə arasında nəzarət klapanı nəzərdə tutulmalıdır. İstilik şəbəkəsinin normal iş rejimində nəzarət klapanı açıq olmalıdır.



9.8. Qidalandırıcı-atma qurğuları, istilik şəbəkələrinin iş rejimində və şəbəkə nasosları dayandıqda bu nasosların giriş tərəfində verilmiş təzyiqi saxlamalıdır. Qaytarıcı boru kəmərlərində təzyiqin qəflətən artmasından mühafizə nəzərdə tutulmalıdır.

İstiləşdirmə qurğularında istilik şəbəkəsinin verici boru kəmərlərində və istilik istehlakı sistemlərində şəbəkə suyunun təzyiqinin qəza zamanı aşağı düşməsi mümkünlüyündə istilik təchizatı sisteminin bütün nöqtələrində şəbəkə suyunun qaynamasına qarşı mühafizə nəzərdə tutulmalıdır. Şəbəkə suyunun qaynamaması şərtinin təmin edilməsi qeyri-mümkün olduqda ehtiyat şəbəkə və ya bəsləyici nasosların öz-özünə işə salınmasına və qəza zamanı işə qoşulmasına icazə verilmir.



9.9. Ehtiyat tutumları və çən akkumulyatorları, yalnız kimyəvi təmizlənmiş, deaerasiya olunmuş və temperaturu 950C-dən yüksək olmayan su ilə doldurulmalıdır. Xəbərverici borunun buraxıcılıq qabiliyyəti çənin doldurulmasının və boşaldılmasının maksimal sürətinə uyğun olmalıdır.

İstilik izolyasiyası olmadan layihə ilə nəzərdə tutulmuş ehtiyat tutumlarının və çən -akkumulyatorların doldurulma səviyyəsinin həddi, izolyasiya ediləndən sonra, istilik izolyasiyasının kütləsinə ekvivalent hündürlüyə qədər azaldılmalıdır.

Əgər, ehtiyat tutumu və çən-akkumulyator əvəzinə 0,9 t/m3 sıxlığa hesablanmış neft məhsulları çəni istifadə olunarsa, onda çənin doldurulma səviyyəsi 10% azaldılmalıdır.

9.10. Çənlərin korroziyadan mühafizəsi normativ sənədlərin tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.

Çən-akkumulyatorların sürətlə-layvari dağılmasının qarşısının alınması üçün xarici qüvvətləndirici konstruksiyalarsız və daxili səthinin korroziyaya qarşı mühafizəsi olmadan istismarı qadağandır.

Çən-akkumulyatorların və ehtiyat tutumlarının sonrakı istismara yararlı olduğunu müəyyənləşdirmək üçün hər il, isti su təchizatı qurğularının işdən saxlandığı dövrdə, çənlərin konstruksiya və özüllərinə, boru kəmərlərinin kompensasiyaedici qurğularına və həmçinin xəbərverici borulara vizual baxış keçirilməklə akt tərtib edilməli və bu akt enerji obyektinin texniki rəhbəri tərəfindən təsdiq edilməlidir.

Çən-akkumulyatorların divar və dibinin qalınlığının təyini ilə ətraflı müayinəsi 5 ildə 1 dəfədən az olmayaraq yerinə yetirilməlidir.

Çənin divarlarının və dibinin layihə qalınlığından 20% və daha çox korroziyadan yeyilmə hallarında, yeyilmənin xarakterindən və korroziya olunan sahənin ölçüsündən asılı olmayaraq, çənin sonrakı istismarı qadağandır. Qış dövründə bu çənlərin boşaldılmasına icazə verilmir.

9.11. Quraşdırılmadan və ya təmirdən sonra çən-akkumulyatorlar və ehtiyat tutumları normativ sənədlərin tələblərinə müvafiq sınaqdan keçirilməlidir. İstismara verilmiş hər bir çən-akkumulyator və ehtiyat tutumuna pasport tərtib edilməlidir.

9.12. Çən-akkumulyatorların və ehtiyat tutumlarının istismarı aşağıdakı hallarda qadağandır:


  1. suyun səviyyəsi yuxarı həddə çatanda onun çənə verilməsinin tam kəsilməsini və həmçinin səviyyə aşağı həddə çatanda boşaldıcı nasosların işdən açılmasını təmin edən bloklamalar olmadıqda;

  2. əgər çənlər suyun səviyyəsinə nəzarət və səviyyə həddi barədə siqnal vermək üçün aparatlarla, doldurulma səviyyəsinin yolverilən həddində qoyulmuş artıq suyun tökülmə borusu və xəbərverici boru ilə təchiz olunmayıbsa.

Siqnalvermə qurğusunun elektrik sxemi, əməliyyat jurnalına qeyd edilməklə növbədə 1 dəfə yoxlanışdan keçirilməlidir.

9.13. Stansiya istiləşdirmə boru kəmərlərinin istismarı bu qaydaların 4.10. bəndinin tələblərinə uyğun təşkil olunmalıdır.

Stansiya istiləşdirmə boru kəmərlərinin korroziyaya qarşı örtüyü və istilik izolyasiyası kafi vəziyyətdə olmalıdır.

İstiləşdirmə boru kəmərləri, ayda 1 dəfədən az olmayaraq, elektrik stansiyasının boru kəmərlərinin istismarının təhlükəsizliyi üzrə məsuliyyət daşıyan işçiləri tərəfindən baxışdan keçirilməli və hər il hidravliki kipliyə görə yoxlanılmalıdır.

9.14. Əgər istilik şəbəkələrini istismar edən təşkilatlarla sənəd kimi tərtib olunmuş müqavilə yoxdursa, onda elektrik stansiyasının istiləşdirmə avadanlığının sərhədi, elektrik stansiyasının ərazisinin hasarına qədərdir.

Stansiya nəzarət-ölçü cihazları – sərfölçənlərin ölçü qurğuları (ölçü diafraqmaları), bu cihazların vericiləri, birinci bağlayıcı klapanları, impuls xətləri və cihazların özləri – onların quraşdırılma yerlərindən asılı olmayaraq elektrik stansiyasının nəzdində (ixtiyarında) olmalı və onun heyəti tərəfindən xidmət edilməlidir.




Download 164.72 Kb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Download 164.72 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Armaturdan qəti olaraq, yalnız onun təyinatına uyğun istifadə olunmalıdır. 9. Stansiya istiləşdirmə qurğuları

Download 164.72 Kb.