Alçaldıcı drenaj işləmədikdə istilik şəbəkələrinin istismara daxil edilməsinə icazə verilmir. 10.21




Download 164.72 Kb.
bet30/34
Sana04.04.2017
Hajmi164.72 Kb.
#3177
TuriQaydalar
1   ...   26   27   28   29   30   31   32   33   34
10.20. Alçaldıcı drenaj işləmədikdə istilik şəbəkələrinin istismara daxil edilməsinə icazə verilmir.

10.21. Keçid kanallarının və həmçinin elektrik avadanlığı quraşdırılmış iri qovşaq kameraların qüvvədə olan qaydalara uyğun elektrik işıqlandırılması olmalıdır.

Keçid kanallarında çəkici-sorucu ventilyasiya saz vəziyyətdə olmalıdır.



10.22. Flanslı armatur tətbiq edilən yerlər istisna olmaqla, istilik şəbəkələrinin bütün boru birləşmələri qaynaqlı olmalıdır. Kompensatorlar və armatur üçün pambıq və kəndir tıxaclardan istifadə etmək qadağandır.

10.23. İstilik şəbəkələrinin yerüstü çəkilişində elektrik intiqallı siyirtmələr armatur və elektrik intiqalını atmosfer yağıntılarından qoruyan və kənar şəxslərin daxil olmasını istisna edən otaqda və ya örtükdə yerləşdirilməlidir.

10.24. Tənzimləyicilər və mühafizə qurğuları, həmçinin istilik enerjisi və istilikdaşıyıcılarının uçotu cihazları ilə təchiz edilməyən istilik istehlakı sistemlərinin istilik şəbəkələrinə birləşdirilməsi qadağandır.

10.25. İstilik şəbəkələri avadanlıqlarının vəziyyətinə və onların iş rejiminə nəzarət üçün boru kəmərlərinə qrafik üzrə müntəzəm olaraq baxış keçirilməlidir.

10.26. İstilik ºəbəkəsini istismar edən təşkilat istilik şəbəkəsinin inşaat konstruksiyalarında, boru kəmərlərində və avadanlıqlarındakı qüsurları aşkar etməli, müasir cihazlardan və diaqnostika üsullarından istifadə edilməklə və həmçinin baxış yolu ilə, təzyiq altında saxlanılmaqla, istilikdaşıyıcısının maksimal temperaturunda sınaqlarla və digər üsullarla onların vəziyyətinə, istilik izolyasiyasına və korroziyadan qorunma örtüyünə nəzarət etməlidir. İstilik şəbəkələrini istismar edən təşkilat bütün avadanlıq üzrə zədələnmələrin və aşkar olunmuş qüsurların uçotunu aparmalı və onları əmələ gətirən səbəbləri təhlil etməlidir.

İstilik şəbəkəsinin boru kəmərləri və avadanlıqlarının vəziyyətinə nəzarət buxar və isti su boru kəmərlərinin təhlükəsiz istismar qaydaları nəzərə alınmaqla həyata keçirilməlidir.

İstilik şəbəkəsi avadanlıqlarının vəziyyətinə nəzarətin dövriliyini istilik şəbəkələrini istismar edən təşkilatın texniki rəhbəri təyin edir.

10.27. Su istilik şəbəkələrində və kondensat kəmərlərində şəbəkə suyunun və kondensatın analizi yolu ilə, həmçinin ən səciyyəvi nöqtələrdə (İEM və qazanxanaların çıxışlarında, magistralın uc sahələrində, iki-üç aralıq qovşaqlarında) quraşdırılan daxili korroziya indikatorları üzrə müntəzəm olaraq boru kəmərlərindəki daxili korroziyaya nəzarət təşkil edilməlidir. İşləməyən istilik şəbəkələri yalnız kimyəvi təmizlənmiş deaerasiya olunmuş su ilə doldurulmalıdır.

10.28. Doymuş buxarın buxar kəmərlərində olan kondensat, fasiləsiz olaraq, kondensatayıranlar vasitəsilə ayrılmalıdır. Əks-klapanlar quraşdırılmadığı təqdirdə kondensatayıranların ümumi kondensat kəmərinə işləməsi qadağandır.

10.29. Normal rejimdə seksiyalara ayıran siyirtmələr və bağlayıcı armatur tam açıq və ya tam bağlı vəziyyətdə olmalıdır; onlar ilə istilikdaşıyıcısının sərfinin tənzimlənməsi qadağandır.

10.30. Su istilik şəbəkəsindən istilikdaşıyıcısının orta illik itkisi saatda, istilik şəbəkəsinin və birləşmə sxemindən asılı olmayaraq ona birləşdirilmiş istilik istehlakı sistemlərinin (suqızdırıcı vasitəsilə birləşdirilmiş isti su təchizatı sistemləri istisna edilməklə) orta illik su həcminin 0,25%-indən çox olmamalıdır.

İstilikdaşıyıcısının sızma itkisini təyin edən zaman istilik kəmərlərinin və istilik istehlakı sistemlərinin plan üzrə təmiri və yeni istehlakçıların və şəbəkə qovşaqlarının qoşulması zamanı onların doldurulması üçün istifadə olunan su sərfi hesaba alınmamalıdır.



10.31. Təmirdən sonra isitmə mövsümü başlananadək istilik şəbəkələrində boru kəmərlərinin və quraşdırılmış bağlayıcı və tənzimləyici armaturların möhkəmliyə və kipliyə görə yoxlanılması məqsədi ilə hidravlik sınaq keçirilməlidir.

Sınaq təzyiqinin minimal qiyməti işçi təzyiqin 1,25 misli qədər olmalıdır. Sınaq təzyiqinin maksimal qiyməti, tərpənməyən dayaqların özünə qəbul edə bildiyi maksimal yükü nəzərə alaraq müəyyənləşdirilir.

Hər bir konkret hal üçün sınaq təzyiqinin qiymətini yuxarıda göstərilən buraxıla bilən hədlər daxilində, istilik şəbəkələrini istismar edən təşkilatın texniki rəhbəri müəyyənləşdirir.

İstilik şəbəkələrinin möhkəmliyə və kipliyə görə yoxlanışı üzrə hidravlik sınaqların və istilikdaşıyıcısının maksimal temperaturu üzrə sınaqların eyni vaxtda keçirilməsi qadağandır.



10.32. Möhkəmliyə və kipliyə görə hidravlik sınaq üçün istilik şəbəkələrinin boru kəmərləri temperature 5 0C-dən aşağı və 450C-dən yüksək olmayan su ilə doldurulmalıdır.

İstilik şəbəkəsinin sınaq təzyiqi ilə sınanması keçirilən müddətdə istilik məntəqələri və istilik istehlakı sistemləri etibarlı surətdə işdən açılmalıdır.



10.33. İstilik şəbəkələrində faktiki istilik və hidravlik itkilərin təyini, qüvvədə olan metodiki göstərişlərə uyğun olaraq, 5 ildə 1 dəfə istilik şəbəkələrini isrismar edən təşkilatın texniki rəhbəri tərəfindən təsdiq edilən qrafik üzrə yerinə yetirilməlidir.

10.34. İstilik şəbəkələrinin boru kəmərlərində xarici korroziya təhükəsinin təyin edilməsi üçün istilik şəbəkələrinin boru kəmərlərində xarici korroziyadan mühafizə üzrə nümunəvi təlimatlara müvafiq onlara müntəzəm olaraq baxış və azan cərəyanların təhlükəli təsirinin aşkar edilməsi üçün elektrik ölçmələr aparılmalıdır.

10.35. İstismar zamanı texnoloji mühafizələr daim işə qoşulmuş vəziyyətdə olmalıdır. İstilik şəbəkələri işləyən dövrdə texnoloji mühafizələrin işdən açılmasına, əməliyyat sənədlərində qeyd edilməklə istilik şəbəkələrini istismar edən təşkilatın texniki rəhbərinin icazəsi ilə yol verilir.

Texnoloji mühafizə qurğuları aşağıdakı hallarda işdən çıxarıla bilər:



  1. şəbəkələr keçid rejimlərində işlədikdə;

  2. mühafizənin aşkar nasazlığında;

  3. mühafizə dövrələrində işlədikdə;

  4. qəzaların aradan qaldırıldığı vaxtlarda;

  5. avadanlıqların təmiri dövründə.

Texnoloji mühafizə qurğularının iş qabiliyyəti dövri olaraq yerli təlimatda göstərilən müddətlərdə və həcmdə yoxlanılmalıdır.

10.36. İstilik təchizatının su sistemləri üçün istiliyin buraxılması rejiminin əsasını mərkəzi keyfiyyət tənzimləməsi qrafiki təşkil etməlidir. İstilik enerjisi mənbələri istilik şəbəkələri və istilik istehlakı sistemləri avtomatik tənzimləmə vasitələri ilə zəruri səviyyədə təchiz edildikdə, müvafiq hidravlik rejimlər hazırlandıqda istiliyin buraxılmasının keyfiyyət-miqdar və miqdar tənzimləməsi qrafiklərinin tətbiq edilməsinə icazə verilir.

İsti su təchizatı olan şəbəkənin verici boru kəmərlərində suyun minimal temperaturu:



  1. qapalı sxemlər üçün 700C-dən aşağı;

  2. isti su təchizatının açıq sxemləri üçün 600C-dən aşağı olmamalıdır.

10.37. Su istilik şəbəkələrinin hidravliki rejimləri hər il isitmə və yay mövsümləri üçün hazırlanmalıdır; açıq istilik təchizatı sistemlərinin isitmə mövsümü üçün nəzərdə tutulmuş rejimləri verici və qaytarıcı boru kəmərlərindən maksimal suayırımı olan və suayırımı olmayan hallara görə tənzimlənməlidir.

Hər isitmə mövsümü üçün istehlakçılara verilən suyun sərfinin tənzimlənməsi üzrə tədbirlər tərtib edilməlidir.

İstilik təchizatı sxemində nəzərdə tutulmuş yeni magistralların və nasos stansiyalarının qurulması ardıcıllığı birləşdirilən istilik yükünün real artımı nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bu məqsədlə istilik şəbəkəsini istismar edən təşkilatda yaxın 3-5 il üçün istilik təchizatı sisteminin hidravlik rejimi işlənib hazırlanmalıdır.

Nasos stansiyaları və əsas magistralların ayrı-ayrı sahələri sıradan çıxdığı hallarda, istehlakçıların istilik təchizatını təmin etmək üçün istilik şəbəkələrində əvvəlcədən tədbirlər nəzərdə tutulmalıdır.




Download 164.72 Kb.
1   ...   26   27   28   29   30   31   32   33   34




Download 164.72 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Alçaldıcı drenaj işləmədikdə istilik şəbəkələrinin istismara daxil edilməsinə icazə verilmir. 10.21

Download 164.72 Kb.