Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari




Download 164.72 Kb.
bet29/34
Sana04.04.2017
Hajmi164.72 Kb.
#3177
TuriQaydalar
1   ...   26   27   28   29   30   31   32   33   34
9.15. İstiləşdirmə avadanlığı, istilik şəbəkələrini istismar edən təşkilatlarla razılaşdırılmış qrafikə uyğun olaraq təmir olunmalıdır.
10. İstilik şəbəkələri
10.1. İstilik şəbəkələrinin istismarı zamanı istilik təchizatı müqavilələri üzrə təyin edilmiş parametrlərlə istilikdaşıyıcılarının (su və buxar) istehlakçılara verilməsi təmin edilməlidir:

    1. verilmiş qrafikə uyğun verici boru kəmərlərində şəbəkə suyunun temperaturu;

    2. verici və qaytarıcı boru kəmərlərində şəbəkə suyunun təzyiqi;

    3. buxarın temperaturu və təzyiqi.

İstilik enerjisinin, istilikdaşıyıcılarının itkiləri, istilik enerjisinin nəqli və paylanması zamanı elektrik enerjisinin sərfi istilik şəbəkələrinin normativ energetika xarakteristikaları üzrə qiymətlərindən yuxarı olmamalıdır.

İstilik mənbələrinin faktiki gücü və magistral istilik şəbəkələrinin buraxıcılıq qabiliyyəti tükəndiyi hallarda bu xəttə yeni istehlakçıların qoşulması qadağandır.



10.2. Müvafiq təşkilatlarla tərtib olunan sənədləşdirilmiş ayrı razılaşmalar yoxdursa, istilik şəbəkələrinin xidmətetmə sərhədi olmalıdır:

  1. istilik mənbələri tərəfdən – bu qaydaların 9.14. bəndində göstərilənlərə müvafiq müəyyən edilmiş sərhədlər;

  2. istilik istehlakçısı tərəfdən – istehlakçıya gedən budaqlanmada enerji obyektinə məxsus siyirtmələr quraşdırılan kameranın divarı.

  3. İstilik şəbəkələrinin xidmət sərhədləri ikitərəfli aktla rəsmiləşdirilməlidir.

10.3. İstilik şəbəkələrini istismar edən təşkilat istehlakçıların balansında olan istilik məntəqələri, boru kəmərləri və digər avadanlığın texniki vəziyyətinə, sazlığına və həmçinin istilik məntəqələrinin işinin istismar rejimlərinə nəzarət etməlidir.

10.4. İstilik şəbəkələrini istismar edən təşkilat tərəfindən şəbəkə obyektlərinə gələn yolların, həmçinin yeraltı tikililərin üst səthlərinin yol örtüklərinin lazımi vəziyyətdə saxlanılmasına nəzarət təşkil edilməlidir.

İstilik şəbəkəsi trassasında torpaq səthinin quruluşu (planı) istilik kəmərlərinə səth sularının düşməsini istisna etməlidir.

Seksiyalara ayrılmış hər bir sahədə suyun buraxılması və kənarlaşdırılması qurğuları olmadığı təqdirdə, istilik şəbəkəsi boru kəmərlərinin istismara buraxılması qadağandır.

10.5. İstilik şəbəkəsini istismar edən təşkilat, avadanlıqlara və bağlayıcı -tənzimləyici armatura kənar şəxslərin girməsinə mane olan çəpərləmə konstruksiyalarının saz vəziyyətdə olmasını təmin etməlidir.

10.6. Kənar təşkilatlar tərəfindən, istilik şəbəkəsi boru kəmərlərinin trassasında qazıntı işlərinin aparılmasına və ya onların yaxınlığında işlərin icrasına, yalnız istilik şəbəkəsini istismar edən təşkilatın razılığı ilə və onun təyin etdiyi xüsusi şəxsin müşahidəsi altında yol verilir.

10.7. İstilik şəbəkəsini istismar edən təşkilatda aşağıdakılar tərtib edilməlidir: istilik şəbəkəsinin planı (miqyaslı); operativ və istismar (hesabat) sxemləri; hər bir magistral üzrə istilik trassasının en kəsikləri.

Bu sənədlər hər il, isidilmə mövsümü başlamazdan əvvəl istilik şəbəkəsinin faktiki vəziyyətinə uyğun olaraq dəqiqləşdirilməlidir.



10.8. İstilik şəbəkəsinin operativ sxemi və həmçinin sazlanmış avtomatika və texnoloji mühafizə qurğuları aşağıda göstərilənləri təmin etməlidir:

  1. istilik enerjisinin istifadəsi üzrə müqavilələrə müvafiq olaraq verilmiş parametrlərlə istilikdaşıyıcılarının istehlakçılara verilməsini;

  2. istilik şəbəkələrində istilikdaşıyıcısı axınlarının optimal bölünməsini (hidravliki sınaqların nəticələrinə əsasən);

  3. birləşmiş istilik şəbəkələri üçün bir neçə istilik mənbəyinin birgə və lazım gəldikdə mənbələrin ayrılıqda işləməsinə keçmək imkanını;

  4. daha qənaətli mənbələrin istifadəsinə üstünlük verilməsini.

10.9. Bütün istilik magistrallarına, kameralara (budaqlanma qovşaqlarına) vurucu, əlavə qidalandırıcı və drenaj nasos stansiyalarına, avtomatik tənzimləmə qovşaqlarına, tərpənməz dayaqlara, kompensatorlara və istilik şəbəkələrinin digər qurğularına, onların planlarda, sxemlərdə və pyezometrik qrafiklərdə göstərilən istismar nömrələri verilməlidir.

İstismar (hesabat) sxemlərində şəbəkəyə birləşmiş bütün tələbatçı sistemləri, operativ sxemlərdə isə, bundan başqa seksiyalara ayıran və bağlayıcı armaturlar da nömrələnməlidir.

Verici boru kəmərlərində (buxar kəmərlərində) quraşdırılmış armatur tək ədədlə, qaytarıcı boru (kondensat) kəmərlərindəki ona uyğun armatur isə bu ədəddən sonrakı cüt ədədlə nömrələnməlidir.

10.10. Hər bir rayon istilik şəbəkəsində qaz təhlükəli kamera və keçid kanallarının siyahısı olmalıdır. İşə başlamazdan əvvəl belə kameralarda qazın olması yoxlanılmalıdır. Qaz təhlükəli kameraların xüsusi nişanları, lyuklarının xüsusi rəngi olmalı və etibarlı bağlanmalıdır.

Bütün qaz təhlükəli kameralar və trassa sahələri istilik şəbəkələrinin operativ sxemində qeyd edilməlidir.



Qaz təhlükəli kameralara nəzarət müəyyən olunmuş qaydalara müvafiq aparılmalıdır.

10.11. İstilik şəbəkələrini istismar edən təşkilat istehlakçıya məxsus istilik şəbəkələrinin, istilik məntəqələrinin və istilik istehlakı sistemlərinin quraşdırılmasından və ya təmirindən sonra onların texniki qəbulunu yerinə yetirməlidir. Bu halda istehlakçı öz avadanlığını qüvvədə olan normativ sənədlərə müvafiq olaraq verilmiş şəbəkə, armatur və qızdırıcı cihazlar üçün buraxıla bilən maksimal təzyiqdən yüksək olmayan təzyiqlə kipliyə və möhkəmliyə görə hidravliki sınaqdan keçirməlidir.

10.12. İstilik şəbəkələrini istismar edən təşkilat, bu qaydaların 7.40 bəndinin tələblərinə müvafiq olaraq qaytarıcı boru kəmərlərində şəbəkə suyunun keyfiyyətinə daima nəzarət təşkil etməli və şəbəkə suyunun keyfiyyətini pisləşdirən abonentləri aşkar etməlidir.

10.13. Quraşdırılmadan və ya əsaslı təmirdən sonra istismara verilən istilik şəbəkələrinin boru kəmərləri aşağıdakı təmizləmələrə məruz qalmalıdır:

  1. buxar kəmərləri -buxarı havaya atmaqla üfürülməyə;

  2. istilik təchizatının qapalı sistemlərindəki su şəbəkələri və kondensat kəmərləri -hidropnevmatik yuyulmaya;

  3. istilik təchizatının açıq sistemlərindəki su şəbəkələri hidropnevmatik yuyulma və sonradan içməli su ilə təkrar yuyulmaqla dezinfeksiya edilməyə.

Dezinfeksiyadan sonra təkrar yuyulmanı, tullanan suyun göstəriciləri içməli suyun sanitariya normalarına uyğun gələnədək aparmaq lazımdır. İstilik şəbəkəsinin boru kəmərlərinin dezinfeksiyası qurğunun sanitar qaydalarına və mərkəzləşdirilmiş istisu təchizatı sisteminin istismarına müvafiq aparılmalıdır.

10.14. İstehlakçıların istilik şəbəkələrinin və istilik istehlakı sistemlərinin hidropnevmatik yuyulma aparılmadan, açıq istilik təchizatı sistemlərinin isə dezinfeksiya edilmədən qoşulması qadağandır.

10.15. İstilik şəbəkələrinin bütün yeni quraşdırılan boru kəmərləri istismara buraxılana qədər möhkəmlik və kipliyə görə hidravliki sınaqdan keçirilməlidir.

10.16. Şəbəkə boru kəmərlərinin doldurulması, yuyulması və təkrar yuyulması, dezinfeksiya edilməsi (istilik təchizatının açıq sistemləri üçün), dövran sisteminin işə qoşulması, buxar kəmərlərinin qızdırılması və üfürülməsi, su və ya buxar şəbəkələrinin işəsalınması üzrə əməliyyatlar və həmçinin şəbəkənin hər hansı bir sınağı, istilik şəbəkəsini istismar edən təşkilatın rəhbərliyi tərəfindən təsdiq edilmiş, xüsusi olaraq işlənilmiş texniki proqram üzrə məsul şəxsin rəhbərliyi altında yerinə yetirilməlidir.

10.17. İstilik şəbəkələrinin boru kəmərləri istilik istehlakı sistemlərinin işdən açılmış vəziyyətində, temperaturu 700C-dən artıq olmayan su ilə doldurulmalıdır.

10.18. İstilik şəbəkələri boru kəmərlərinin və metal konstruksiyalarının (tirlər, dayaqlar, estakadalar və s.) xarici səthləri korroziyaya qarşı davamlı örtüklə qorunmalıdır. İnşası və ya əsaslı təmiri qurtardıqdan sonra boruların və metal konstruksiyaların səthləri korroziyaya qarşı örtüksüz olduğu təqdirdə istilik şəbəkələrinin istismara verilməsi qadağandır.

10.19. İstilik şəbəkələrinin boru kəmərləri, armatur, kompensatorlar və flans birləşmələri layihəyə uyğun olaraq istilik izolyasiyası ilə örtülməlidir.

İstilik şəbəkələrində hidrofil tökmə izolyasiyanın, həmçinin boru kəmərlərinin gilizdə (qlafda) çəkilişi zamanı doldurma izolyasiyanın tətbiqi qadağandır.




Download 164.72 Kb.
1   ...   26   27   28   29   30   31   32   33   34




Download 164.72 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari

Download 164.72 Kb.