Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari




Download 135,69 Kb.
bet24/27
Sana15.03.2017
Hajmi135,69 Kb.
#80
TuriQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   27
13. Elektroliz qurğuları
13.1. Elektroliz qurğularını istismar edən zaman: elektrolizlərdə cərəyan və gərginliyə, hidrogen və oksigenin təzyiqinə, aparatlarda mayenin səviyyəsinə, hidrogen və oksigen sistemləri arasındakı təzyiq fərqinə, dövran sistemində elektrolitin temperaturuna və qurutma qurğularında qazların temperaturuna, aparatlarda hidrogen və oksigenin təmizliyinə və qurğu yerləşən otaqlarda hidrogenin miqdarına nəzarət edilməlidir.

Nəzarət edilən parametrlərin normal və sərhəd qiymətləri istehsalçı zavodun təlimatları və aparılan sınaqlar əsasında müəyyən edilməli və bunlara istismar zamanı ciddi riayət olunmalıdır.



13.2. Elektroliz qurğularının texnoloji mühafizələri müəyyən edilmiş rejimdən aşağıda göstərilən kənarlaşmalar zamanı çevirici aqreqatların (mühərrik-generatorların) işdən açılmasını təmin etməlidir:

  1. hidrogen və oksigenin təzyiq tənzimləyicilərində təzyiq fərqi 200 kqq/sm2-dan (2kPa) artıq olduqda;

  2. oksigendə hidrogenin miqdarı 2% olduqda;

  3. hidrogendə oksigenin miqdarı 1% olduqda;

  4. sistemlərdə təzyiq nominaldan artıq olduqda;

  5. qütblərarası qısa qapanmalarda;

  6. yerlə birqütblü qısa qapanmalarda (mərkəzləşdirilmiş qaz ayrılması olan elektrolizlər üçün);

  7. çevirici aqreqatlarda (mühərrik-generatorlarda) dəyişən cərəyan tərəfdən gərginlik itdikdə.

Elektroliz qurğusu avtomatik açıldıqda, həmçinin dövran sistemində elektrolitin temperaturu 700C-dək qalxdıqda, elektrolizlərin və qazanalizator vericilərinin otaqlarının havasında hidrogenin miqdarı 1%-dək artanda idarəetmə lövhəsinə siqnal verilməlidir.

Siqnal alınandan 15 dəqiqədən gec olmayaraq operativ heyət qurğunun yanına gəlməlidir.

Texnoloji mühafizədən açılan qurğunun operativ heyət tərəfindən təkrar işə salınması, yalnız açılma səbəblərinin aşkarlanmasından və ləğvindən sonra həyata keçirilə bilər.

13.3. Daimi növbətçi heyəti olmayan elektroliz qurğusuna hər növbədə azı 1 dəfə baxış keçirilməlidir. Aşkar edilən qüsur və nasazlıqlar jurnalda qeyd edilməli və qısa müddətdə aradan qaldırılmalıdır.

Qurğuya baxış zamanı operativ heyət aşağıdakıları yoxlamalıdır:



  1. diferensial manometr - səviyyəölçənin göstəricilərinin işləyən elektrolizerin təzyiq tənzimləyicilərindəki suyun səviyəsinə uyğunluğunu;

  2. açılmış elektrolizerin təzyiq tənzimləyicilərində suyun səviyyələrinin vəziyyətini;

  3. işdən açılmış elektrolizerin təzyiq tənzimləyicilərindən qazların havaya çıxarılması üçün qapaqların açıq olmasını;

  4. hidrosürgülərdə suyun olmasını;

  5. qazanalizatorların vericilərində qazın sərfiyyatını (rotometr üzrə);

  6. elektrolizerdə yük və gərginliyi;

  7. elektrolizerdən çıxan qazların temperaturunu;

  8. resiverlərdə və sistemlərdə hidrogen və oksigenin təzyiqini;

  9. resiverlərdə təsirsiz qazın təzyiqini.

13.4. Avtomat qazanalizatorların sazlığını yoxlamaq üçün sutkada 1 dəfə hidrogendə oksigenin, oksigendə hidrogenin miqdarının kimyəvi analizi aparılmalıdır. Avtomat qazanalizatorların biri nasaz vəziyyətdə olarsa, müvafiq kimyəvi analiz hər 2 saatdan bir aparılmalıdır.

13.5. Hidrogenin və oksigenin təzyiq tənzimləyicilərində və resiverlərdə qoruyucu klapanlar, nominal təzyiqin 1,15 qiymətinə uyğun tənzimlənməlidir. Təzyiq tənzimləyicilərində qoruyucu klapanlar 6 ayda 1 dəfədən, resiverlərdəki qoruyucu klapanlar isə 2 ildə 1 dəfədən az olmayaraq yoxlanılmalıdır. Qoruyucu klapanlar stenddə azotla və ya təmiz hava ilə sınanmalıdır.

13.6. Hidrogen və oksigeni resiverlərə verən boru xətlərində, həmçinin duzsuzlaşdırılmış suyu (kondensatı) bəsləyici çənlərə verən boru xətlərində qaza qarşı kip əks-klapanlar quraşdırılmalıdır.

13.7. Elektrolizin qidalandırılması üçün keyfiyyətinə görə distillə olunmuş suya (duzsuzlaşdırılmış su kondensat) uyğun su tətbiq edilməlidir. Bu halda suyun xüsusi elektrik keçiriciliyi 5mkCm/sm-dan çox olmamalıdır (və ya xüsusi müqavimət-200 kOm/sm-dan az olmamalıdır).

Elektrolid hazırlamaq üçün qüvvədə olan dövlət standartlarına uyğun pulcuq şəklində texniki cəhətdən əla növ və ya ЧДА, Ч markalı hidrat-kalium oksidi (KOH) tətbiq olunmalıdır.



13.8. Elektroliz qurğularının hasil etdiyi hidrogenin təmizliyi 99,5%-dən, (СЭУ-4m və СЭУ-8m tipli elektroliz qurğularında- 99%-dən aşağı oksigenin təmizliyi isə 98,5%-dən aşağı olmamalıdır.

13.9. Elektrolizerdə elektrolitin temperaturu 800C-dən yüksək, elektrolizerin ən isti və soyuq özəklərində temperaturun fərqi isə 200C-dən artıq olmamalıdır.

13.10. Elektrik stansiyasının ehtiyacları üçün oksigen sərf edildikdə resiverlərdə onun təzyiqi oradakı hidrogenin təzyiqindən avtomatik olaraq aşağı saxlanılmalıdır.

13.11. Elektrolizerləri işə salmazdan əvvəl bütün aparat və boru xətləri azotla üfürülməlidir. Üfürülən azotun təmizliyi 97,5%-dən aşağı olmamalıdır. Üfürülüb çıxarılan qazda azotun miqdarı 97%-ə çatdıqda, üfürülmə qurtarmış hesab olunur. Elektrolizer aparatlarının karbon qazı ilə üfürülməsi qadağandır.

13.12. Hidrogen təzyiqi altında olan resiverlərə elektrolizerin birləşdirilməsi elektrolizer sistemində təzyiq artımı resiverlərdəkinə nisbətən 0,5 kqq/sm2–dan (50 kPa) az olmayanda yerinə yetirilir.

13.13. Resiverlərdən havanı və ya hidrogeni sıxışdırmaq üçün karbon qazı və ya azot tətbiq edilməlidir. Hava karbon qazı ilə o vaxtadək sıxışdırılmalıdır ki, resiverlərin üst hissəsində karbon qazının miqdarı 85%-ə, hidrogen sıxışdırılanda isə - 95%-ə çatsın.

Havanın və ya hidrogenin azotla sıxışdırılması – sıxışdırılan qazda azotun miqdarı 97%-ə çatana qədər aparılmalıdır.

Resiverlərə daxili baxış zamanı onlar qabaqcadan hava ilə o qədər üfürülməlidir ki, üfürülən qazda oksigenin miqdarı 20%-ə çatsın.

Azot və ya karbon qazının resiverlərdən hidrogenlə sıxışdırılması onların aşağı hissəsində hidrogenin miqdarı 99%-ə çatana qədər aparılmalıdır.



13.14. Elektroliz qurğusunun istismarı prosesində aşağıdakılar yoxlanılmalıdır:

  1. elektrolitin sıxlığı – ayda 1 dəfədən az olmayaraq;

  2. elektrolizerlərin özəklərindəki gərginlik – 6 ayda 1 dəfədən az olmayaraq;

  3. texnoloji mühafizələrin, xəbərdaredici və qəza siqnalvermə qurğularının işləməsi və əks klapanların vəziyyəti- 3 ayda azı 1 dəfə;

  4. hidrogendə nəmliyin miqdarı- sutkada azı 1 dəfə.

13.15. Hidrogen və ya oksigenin sorbit qurudulma qurğusu işlədikdə sorucu-quruducuların qoşulması cədvəl üzrə aparılmalıdır. Qurudulma qurudulduqdan sonra hidrogenin şeh nöqtəsinin temperaturu mənfi 50C-dən yüksək olmamalıdır.

Hidrogeni soyutma üsulu ilə qurudanda, buxarlandırıcının çıxışında hidrogenin temperaturu mənfi 50C-dən yüksək olmamalıdır.

Donun əriməsi üçün buxarlandırıcı, cədvəl üzrə vaxtaşırı açılmalıdır.

13.16. Elektroliz qurğusunu 1 saata qədər müddətə açdıqda aparatların qazın nominal təzyiqi altında saxlanılmasına icazə verilir. Bu halda oksigenin təzyiq tənzimləyicilərində təzyiq fərqinin artmasının siqnalvermə qurğusu qoşulmuş olmalıdır.

Elektroliz qurğusunu 4 saata qədər müddətə açarkən aparatlarda qazın təzyiqi 0,1-0,2kqq/sm2 (10-20kPa) qədər azaldılmalı, 4 saatdan çox müddətə açdıqda isə aparatlar və boru xətləri azotla üfürülməlidir. Aşkar edilmiş qüsurlara görə elektrolizin işdən açılması hallarında da üfürmə aparılmalıdır.



13.17. Elektroliz qurğusunda bir elektrolizer işləyən zaman və digəri ehtiyatda olduqda, ehtiyatda olan elektrolizerdə oksigeni və hidrogeni havaya buraxan klapanlar açıq olmalıdır.

13.18. Elektrolizerlərin yuyulması, onların özəklərinin dartılma gücünün yoxlanılması və armaturun təftişi 6 ayda 1 dəfə aparılmalıdır.

Yuxarıda göstərilən işləri, həmçinin araqatlarını dəyişməklə elektrolizerlərin sökülməsini, diafraqmaların və elektrodların yuyulub təmizlənməsini və qüsurlu hissələrin dəyişilməsini və s. özündə cəmləşdirən cari təmir 3 ildə 1 dəfə həyata keçirilməlidir.

Diafraqma çərçivələrində azbest parçasını dəyişməklə əsaslı təmir 6 ildə 1 dəfə aparılır.

Elektrolizerlərdən elektrolit axmayanda və texnoloji rejimin normal parametrləri saxlananda, enerji müəssisəsinin texniki rəhbərinin qərarı ilə elektroliz qurğusunun cari və əsaslı təmirlərarası işləmə müddətinin uzadılmasına icazə verilir.



13.19. Elektroliz qurğusunun boru xətləri qüvvədə olan dövlət standartlarına tələblərinə müvafiq rənglənməlidir; aparatlar qaz boru xətlərinin rənginə uyğun boyanmalıdır; resiverlər isə qaz boru xətlərinin boyağının üstünə açıq rənglə çəkilmiş həlqə şəkilli zolaqla nişanlanmalıdır.

Download 135,69 Kb.
1   ...   19   20   21   22   23   24   25   26   27




Download 135,69 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari

Download 135,69 Kb.