|
Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari
|
bet | 2/27 | Sana | 15.03.2017 | Hajmi | 135,69 Kb. | | #80 | Turi | Qaydalar |
1.43. Generator və sinxron kompensatorlarda profilaktik sınaq və ölçmələr normativ sənədlərin tələblərinə müvafiq şəkildə aparılmalıdır.
1.44. Maşının çıxışlarında müsbət güc mövcud olduqda generatorların şəbəkədən plan üzrə açılmasına icazə verilmir.
1.45. Generatorların (generator-transfromator bloklarının) plan üzrə və qəza açılmaları zamanı dayandırılmış generatora (bu qaydaların 3.4 bəndində göstərilən müddəalar şamil olunan hidroturbin qurğularının generatorları istisna olmaqla) ozbaşına və ya səhvən gərginliyin verilməsinin qarşısının alınması üçün dərhal baş elektrik birləşmələri sxeminin sökülməsi təmin edilməlidir.
1.46. Turbo – və hidrogeneratorların, koməkçi generatorun kontakt halqalarında, həmçinin təsirləndiricinin kollektorunda dairəvi alovun yaranmasına yol verilmir.
Dairəvi alov aşkar edildikdə heyət dərhal turbini işdən açmalı, təsirlənməni çıxarmalı və generatoru şəbəkədən açmalıdır.
1.47. Qapalı hava soyudulma sisteminə malik turbogeneratorlar maşının daxilinə ətraf mühitdən çirklənmələrin düşməsinin qarşısını alan işəqoşulu və saz vəziyyətdə olan qurğularla (üfürülmə sistemi ilə, süzgəclərlə və s.) birlikdə istismar edilməlidir.
Açıq soyudulma sisteminə malik turbogeneratorlar xaricdən havanın ötürülməsi təmizləmə və maşını soyudan havanın yenidən dövranı qurğuları ilə təchiz edilməlidir.
|
| |