3.27. Transformatorların (reaktorların) profilaktik sınaqları normativ sənədlərə və zavod təlimatlarına uyğun təşkil olunmalıdır.
4. Paylayıcı qurğular
4.1. Bütün növ nominal gərginlikli paylayıcı qurğuların (PQ) elektrik avadanlığı həm normal rejimdə, həm də qısa qapanmalarda, ifrat gərginliklərdə və normalaşdırılmış ifrat yüklənmələrdə iş şəraitlərini təmin etməlidir.
PQ-ya xidmət edən heyət elektrik avadanlıqlarının sxemi, normal və qəza şəraitində buraxıla bilən iş rejimlərinə dair göstərişlərlə təmin edilməlidir.
330 kV və yüksək gərginlikli paylayıcı qurğular daimi, səyyar və ya inventar ekran şəklində bioloji mühafizə vasitələrilə, həmçinin fərdi mühafizə vasitələrilə təchiz olunmalıdır. 330kV və yüksək gərginlikli PQ-ya xidmət edən heyət üçün açıq PQ meydançasında yerdən 1,8m hündürlükdə elektrik sahəsi gərginliyinin paylanışı xəritəsi tərtib edilməlidir.
4.2. İstismarçı təşkilat elektrik avadanlıqlarının izolyasiya sinfinin şəbəkənin nominal gərginliyinə, ifrat gərginlikdən mühafizə qurğularının isə elektrik avadanlığının izolyasiya səviyyəsinə uyğun olmasına nəzarət etməlidir.
Elektrik avadanlıqları çirklənmiş atmosferli ərazilərdə yerləşdirilərkən layihələndirmə zamanı əlavə mühafizə tədbirləri olmadan etibarlı işi təmin edən izolyasiyaya malik elektrik avadanlığı seçilməlidir.
Çirklənmiş atmosferli ərazilərdə çirklənməyə qarşı davamlı olmayan izolyasiyalı avadanlıqların istismarı zamanı izolyasiyanın etibarlı işini təmin edən tədbirlər həyata keçirilməlidir: açıq paylayıcı qurğularda (APQ) – gücləndirmə, yuyulma, təmizləmə, hidrofoblu pastalar yaxılmalıdır; qapalı paylayıcı qurğular (QPQ) – toz və zərərli qazların daxil olmasından qorunmalıdır; xarici komplekt paylayıcı qurğularında (XKPQ) – şkaflar kipləşdirilməli və izolyasiya hidrofoblu pastalarla işlənməli və əllə yaxud avtomatik idarə edilən elektrik qızdırıcı qurğular quraşdırılmalıdır..
4.3. Yay vaxtı QPQ otaqlarının içərisində havanın temperaturu 400C-dən artıq olmamalıdır. Artıq olan hallarda avadanlıqların temperaturunun aşağı salınması və ya havanın soyudulması üçün tədbir görülməlidir. Eleqaz izolyasiyalı komplekt paylayıcı qurğuların (EKPQ) otaqlarında temperature istehsalçı zavodun texniki istismar sənədlərinə uyğun olmalıdır.
4.4. QPQ otaqlarına, KPQ kameralarına heyvan və quşların girməsinin qarşısını alan tədbirlər görülməlidir. Döşəmənin örtüyü elə olmalıdır ki, sement tozunun əmələ gəlməsinə imkan yaranmasın.
EKPQ özəkləri quraşdırılan PQ otaqları, habelə onların təmiri və texniki xidməti üçün istifadə olunan otaqlar digər otaqlardan və küçədən ayrılmalıdır. Divarlar, döşəmə və tavan toz keçirməyən boya ilə rənglənməlidir. Otaqlar aşağıdan hava sorulmaqla sorucu-çəkici ventilyasiya ilə təchiz edilməlidir. Çəkivi ventilyasiyanın havası otağa tozun düşməsinin qarşısını alan süzgəclərdən keçməlidir. EKPQ otaqlarının təmizlənməsi nəm və ya vacuum üsulu ilə yerinə yetirilməlidir.
EKPQ özəkləri olan otaqlar eleqazın yol verilməz konsentrasiyası (yığılması) barəsində siqnalverən və sorucu-çəkici ventilyasiyanı işə qoşan qurğularla təchiz edilməlidir.
|