PQ-də şinin kontakt birləşmələrinin temperaturuna təsdiqlənmiş cədvəl üzrə nəzarət təşkil olunmalıdır. 4.10




Download 135,69 Kb.
bet10/27
Sana15.03.2017
Hajmi135,69 Kb.
#80
TuriQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   27
4.9. PQ-də şinin kontakt birləşmələrinin temperaturuna təsdiqlənmiş cədvəl üzrə nəzarət təşkil olunmalıdır.

4.10. 3kV və yüksək gərginlikli paylayıcı qurğular ayırıcı, aralayıcı, komplekt PQ-in (KPQ) sürüşən arabacıqları və torpaqlama bıçaqları ilə səhv əməliyyatlar aparılması ehtimalının qarşısını almaq üçün bloklama qurğuları ilə təchiz olunmalıdır. Plomblanma qurğuları olan bloklama qıfılları, daim plomblanmalıdır.

Bloklanma qurğularının həcmi və sxemi: müvafiq səviyyəli dispetçer idarəetmə orqanının dispetçerinin sərəncamında olan PQ üzrə enerjisistemin texniki rəhbərinin, digər PQ-lərdə - enerji obyektinin texniki rəhbərinin qərarı ilə müəyyən edilir.



4.11. Çəpəri olmayan dayaq transformator yarımstansiyalarında, dövrədəyişən (çevirici) məntəqələrdə və digər qurğularda ayırıcıların intiqalı və alçaq gərginlikli şkaflar qıfıllanmalıdır.

Xidmətetmə meydançasındakı stasionar nərdivanlar ayırıcılarla bloklanmalı, həmçinin qıfıllanmalıdır.



4.12. 3kV və yüksək gərginlikli PQ-da torpaqlanmanı qoymaq üçün, bir qayda olaraq, stasionar torpaqlayıcı bıçaqlar tətbiq olunmalıdır. Bu cür torpaqlayıcı bıcaqları fəaliyyətdə olan elektrik qurğularında quraşdırmaq mümkün olmadıqda torpaqlanma üçün səyyar torpaqlayıcılarından istifadə etmək olar.

Torpaqlayıcı bıçaqların intiqallarının dəstəkləri qırmızı rənglə, bıçaqlar isə, bir qayda olaraq, qara rənglə boyalanmalıdır.



4.13. PQ-da səyyar torpaqlayıcılar, bədbəxt hadisədən zərərçəkənlərə ilk yardım göstərmək üçün vasitələr, mühafizə və yanğına qarşı vasitələr olmalıdır. Operativ səyyar briqadaların (OSB) xidmət etdiyi PQ üçün səyyar torpaqlayıcılar, ilk yardım və mühafizə vasitələri OSB-də ola bilər.

Açarların və ayırıcıların yuxarı hissələri 2m və daha artıq hündürlükdə yerləşən idarəetmə şkafları stasionar xidmətetmə meydançasına malik olmalıdır.



4.14. QPQ kameralarının daxili divarlarında və qapılarında, APQ avadanlıqlarında, KPQ-nin xarici və daxili üz hissələrində, yığımlarda, həmçinin lövhə panellərinin üz və əks tərəfində onların dispetçer adlarını və birləşmələrinin vəzifəsini göstərən yazılar olmalıdır.

PQ qapılarında elektrik qurğularında istifadə edilən mühafizə vasitələrinin tətbiq edilməsi və sınaq qaydalarına uyğun xəbərdaredici nişanlar olmalıdır.

Qoruyucu lövhəciklərdə və (və ya) birləşmələrin əriyən qoruyucularında onların nominal ərimə cərəyanını göstərən yazılar olmalıdır.

Avadanlıqların gövdələrinin metal hissələrində fazaların rəngi göstərilməlidir.



4.15. Şəbəkədən açılmadan PQ avadanlıqlarına baxış təşkil olunmalıdır:

    1. daimi növbətçi heyəti olan obyektlərdə: sutkada 1 dəfədən az olmayaraq; gecələr-boşalmanı, taclanmanı aşkar etmək üçün ayda 1 dəfədən az olmayaraq;

    2. daimi növbətçi heyəti olmayan obyektlərdə – ayda 1 dəfədən az olmayaraq,

    3. transformator və paylaşdırıcı məntəqələrdə isə 6 ayda 1 dəfədən az olmayaraq.

Elektrik stansiyalarında hər gün cərəyan daşıyıcılara xarici baxış aparılmalıdır.

Pis hava şəraitində (qatı duman, sulu qar, sırsıra və s.) və ya güclü çirklənmə olduqda, habelə avadanlıqların qısa qapanmadan açılmasından sonra APQ-də əlavə baxışlar təşkil edilməlidir.

Nəzərə çarpan bütün nasazlıqlar qeyd olunmalı, yuxarı operativ-dispetçer və mühəndis-texniki heyətinə xəbər verilməlidir.

Nasazlıqlar qısa müddət ərzində aradan qaldırılmalıdır.

Cərəyanötürücünün örtüyünün rəngi dəyişdikdə o işdən açılmalıdır.

4.16. Açılmış hava açarlarında havanın sızması aşkar edildikdə, yalnız gərginlik açardan çıxarılandan sonra sıxılmış havanın verilməsi kəsilməlidir. Nasazlıqlar qısa müddətdə aradan qaldırılmalıdır.

4.17. Telemexanika, rabitə, rele mühafizəsi və avtomatika qurğuları aparatlarının şkafları, idarəetmə şkafları və hava açarlarının paylaşdırıcı şkafları, həmçinin PQ-da quraşdırılan yağ açarlarının, ayırıcıların, qısaqapayıcıların intiqallarının və aralayıcıların mühərrik intiqrallarının şkafları ətraf havanın temperaturu buraxıla bilən qiymətdən aşağı olduqda elektrik qızdırıcı qurğularla təchiz olunmalıdır.

Yağ açarları çənlərin dibinin və gövdələrin yağın xarakteristikasına görə ətraf havanın temperature buraxıla bilən qiymətlərdən aşağı düşdükdə işə qoşulan elektrik qızdırıcı qurğularla təchiz edilməlidir.




Download 135,69 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Download 135,69 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



PQ-də şinin kontakt birləşmələrinin temperaturuna təsdiqlənmiş cədvəl üzrə nəzarət təşkil olunmalıdır. 4.10

Download 135,69 Kb.