Rele mühafizəsi və elektrik avtomatikası




Download 135.69 Kb.
bet18/27
Sana15.03.2017
Hajmi135.69 Kb.
#80
TuriQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   27
9. Rele mühafizəsi və elektrik avtomatikası
9.1. Elektrik stansiyalarının, yarımstansiyaların və elektrik şəbəkələrinin güc elektrik avadanlıqları qısa qapanma və normal rejim pozuntularından rele mühafizəsi, avtomat açarlar və ya qoruyucularla mühafizə edilməli və elektrik avtomatikası, o cümlədən əks-qəza avtomatikası və avtomatik tənzimləmə qurğuları ilə təchiz olunmalıdır.

Rele mühafizəsi və elektrik avtomatikası (RMA), o cümlədən əks-qəza avtomatika qurğuları iş prinsipinə, tənzim qiymətlərinə, sazlanmaya və çıxış təsirlərinə görə enerjisistemin iş rejimlərinə və sxemlərinə uyğun olmalı və təyinatına, iş prinsipinə, enerjisistemin iş rejiminə və selektivlik şərtlərinə müvafiq olaraq işdən çıxarılan qurğular istisna olmaqla daim işə qoşulmuş vəziyyətdə olmalıdır.



9.2. İstismar şəraitində RMA və ikinci dövrə aparatlarının normal işi (buraxıla bilən temperatur, rütubət, titrəmə, iş parametrlərinin nominaldan fərqi və s.) təmin olunmalıdır.

9.3. RMA qurğularının bütün hallarda işləməsi və işə düşmədəki imtinaları, həmçinin onları istismar edərkən aşkara çıxan nöqsanlar RMA xidmətləri tərəfindən müəyyən edilmiş qaydada diqqətlə təhlil edilməli və nəzərə alınmalı, aşkarlanmış nöqsanlar aradan qaldırılmalıdır.

RMA qurğularının hər yanlış işləməsinə və ya işə düşmədəki imtinasına, həmçinin aparat və sxemlərdə aşkarlanan nöqsanlara dair məlumatlar idarəetməsində və ya sərəncamında həmin qurğular olan yuxarı təşkilatlara verilməlidir.



9.4. RMA panellərində və ikitərəfli xidmət şkaflarında, həmçinin pult və panellərin üz və arxa tərəflərində onların təyinatını göstərən dispetçer adlarına uyğun yazılar olmalıdır.

Panellərdə və çevrilən panelli şkaflarda quraşdırılan aparatların hər iki tərəfində yazılar və ya sxemə uyğun markalanma nişanları olmalıdır.

Müxtəlif birləşmələrə və ya bir birləşmənin müxtəlif RMA qurğularına aid olub ayrılıqda yoxlanıla bilən aparatlar yerləşən panelin üstündə aydın seçilən fərqləndirici xətlər çəkilməli və ayrı-ayrı RMA qurğularının yoxlanması zamanı çəpərlənmənin quraşdırılması imkanı təmin edilməlidir.

Operativ heyətin idarə etdiyi qurğulardakı yazılar bu qurğuların təyinatını dəqiq göstərməlidir.



9.5. Güc elektrik avadanlığı və elektrik veriliş xətləri gərginlik altında, yalnız zədələnmələrin bütün növlərindən rele mühafizəsi qoşulmaqla, saxlanıla bilər. Mühafizənin ayrı-ayrı növləri işdən çıxarıldıqda və ya nasaz vəziyyətdə olduqda, işdə qalan rele mühafizəsi qurğuları elektrik avadanlıqlarının və elektrik veriliş xətlərinin bütün növ zədələnmələrdən mühafizə edilməsini təmin etməlidir. Əgər bu şərt yerinə yetirilmirsə müvəqqəti teztəsirli mühafizə həyata keçirilməli, ehtiyat mühafizənin təsirini sürətləndirməli və ya birləşmə (avadanlıq, HX) açılmalıdır.

9.6. Teztəsirli rele mühafizəsi və açarın imtinasının ehtiyat qurğuları (AİEQ) mövcud olduqda xətlərin, şinlərin və avadanlığın təmirdən və ya gərginliksiz qaldıqdan sonra yenidən qoşulması əməliyyatları, həmçinin ayırıcılarla və hava açarları ilə aparılan əməliyyatlar, bu mühafizələrin işəqoşulmuş vəziyyətində aparılmalıdır; əgər onları işə qoşmaq mümkün deyilsə, onda ehtiyat mühafizələr sürətləndirilməli və ya heç olmasa, müvəqqəti olaraq qeyri-selektiv mühafizə quraşdırılmalıdır.

9.7. 60 V-dan yuxarı gərginlikli elektrik əlaqəli ikinci dövrələrin yerə nəzərən, həmçinin elektrik əlaqəsi olmayan müxtəlif məqsədli dövrələr (ölçmə dövrələri, operativ cərəyan, siqnalvermə dövrələri) arasındakı izolyasiya müqaviməti hər bir birləşmənin hüdudlarında 1 MOm-dan az olmamalıdır.

Ayrı mənbədən və ya bölücü transformator vasitəsi ilə qidalandırılan, 60V və aşağı işçi gərginliyə hesablanmış ikinci dövrələrin izolyasiya müqaviməti 0,5 MOm-dan az olmayaraq saxlanmalıdır.

İzolyasiyanın müqaviməti birinci halda 1000-2500V gərginlikli, ikinci halda isə 500 V gərginlikli meqaommetr ilə ölçülür. RMA qurğularının 24 V və aşağı gərginlikli mikroelektron və mikroprosessor əsaslı dövrələrinin izolyasiya müqaviməti istehsalçı zavodun göstərişləri əsasında ölçülür. İkinci dövrələrin izolyasiyası yoxlanılarkən, bu qurğuların zədələnməsinin qarşısını almaq üçün müvafiq təlimatlarda nəzərdə tutulmuş tədbirlər görülməlidir.

9.8. Quraşdırmadan sonra işə qoşulduqda və ilk profilaktik sınaq zamanı elektrik əlaqəli RMA dövrələrinin və hər bir birləşmənin bütün başqa ikinci dövrələrinin, həmçinin bir panelin hüdudunda elektrik əlaqəsi olmayan dövrələrin, 60V və bundan aşağı işlək gərginliyə hesablanmış dövrələrin elementləri istisna olmaqla, izolyasiyası 1dəq. ərzində dəyişən cərəyanlı 1000V gərginliklə yoxlanılmalıdır.

Bundan başqa, damarları arasında ciddi nəticələr verə biləcək qısa qapanma ehtimalı yüksək olan dövrələrin (qaz mühafizəsi dövrələri, operativ cərəyan mənbəyi kimi istifadə olunan kondensator dövrələri, cərəyan transformatorlarının 1A nominal cərəyanlı ikinci dövrələri və s.) nəzarət kabelinin damarları arasındakı izolyasiya da 1000V gərginliklə 1 dəqiqə ərzində yoxlanılmalıdır.

Sonrakı istismar dövründə RMA dövrələrinin izolyasiyası (60V və aşağı gərginlikli dövrələr istisna olmaqla) profilaktik bərpaetmə zamanı 1000 V gərginlikli dəyişən cərəyanla 1 dəqiqə ərzində və ya düzləndirilmiş 2500V gərginlikli cərəyanla meqaommetr və ya xüsusi qurğu vasitəsi ilə yoxlanılmalıdır.

60V və aşağı gərginlikli RMA dövrələrində izolyasiyanın sınağı bu qaydaların 9.7. bəndinə əsasən, onun ölçülməsi prosesində aparılır.



9.9. Yeni quraşdırılmış RMA qurğularında və ikinci dövrələrdə işə salınmazdan qabaq sazlama və təhvilvermə sınaqları aparılmalıdır. Yeni qurğuların istismara buraxılmasına və işə qoşulmasına icazə, müəyyən olunmuş qaydada, RMA jurnalında qeyd edilməklə verilir.

9.10. Enerji müəssisəsinin elektrotexniki laboratoriyasının (ETL) RMA xidmətində istismarda olan RMA qurğuları üçün aşağıdakı texniki sənədlər olmalıdır:

  1. pasport - protokollar;

  2. sazlama və ya yoxlama üzrə metodik göstərişlər və təlimatlar;

  3. qurğular haqda tənzim qiymətləri xəritəsi və xarakteristikalar şəklində texniki məlumatlar;

  4. işçi icra sxemləri (prinsipial, quraşdırma və ya prinsipial-quraşdırma);

  5. mürəkkəb RMA qurğularının, onların dövrələrinin işdə qalan RMA qurğularından, avadanlığın idarəetmə dövrələrindən, cərəyan və gərginlik dövrələrindən ayrılmasının ardıcıllığı, üsulu və yeri göstərilməklə yoxlamaya çıxarılması (işə daxil edilməsi) üzrə işçi proqramlar; işçi proqramlar tərtib olunan qurğuların siyahısı enerjisistemin və ya enerji obyektinin texniki rəhbəri tərəfindən təsdiq edilir.

Texniki xidmət işlərinin nəticələri pasport-protokola yazılmalıdır (lazım gələrsə, mürəkkəb RMA qurğuları üzrə ətraflı qeydlər iş jurnalında yazılmalıdır).

Bütün idarəetmə səviyyəli RMA xidmətində, bu xidmətin idarəetməsində və ixtiyarında olan qurğular barədə texniki məlumatlar – xəritələr (cədvəllər), jurnallar (xarakteristikalar), prinsipial və ya əsas quruluş sxemləri (işləmələrin texnoloji alqoritmləri) olmalıdır.



9.11. RMA qurğularının işdən çıxarılması, sazlama parametrlərinin və ya işləməsinin dəyişdirilməsi mövcud Qaydaların «Operativ-dispetçer idarəetmə» bölməsinin 4.2; 4.5; 4.6; və 4.10 bəndlərinə uyğun rəsmiləşdirilməlidir.

RMA qurğularının yanlış işləməsi təhlükəsi yarandıqda, o yuxarı operativ-dispetçer heyətin icazəsi olmadan, lakin sonradan ona xəbər verməklə (yerli təlimata müvafiq) 9.5 bəndinin tələblərinə uyğun işdən çıxarılmalıdır.



9.12. Tənzim qiymətləri operativ heyət tərəfindən dəyişdirilən RMA qurğuları istisna olmaqla rele, aparat və köməkçi RMA qurğularının yalnız RMA xidmətinin, bu qurğuları istismar edən elektrik stansiyalarının elektrik sexlərinin ETL işçiləri və ya müstəsna hallarda onların göstərişi üzrə operativ heyət tərəfindən açılmasına icazə verilir.

RMA qurğularında işləri, təlimatlandırılmış və uyğun qurğularda müstəqil işləyən heyət yerinə yetirməlidir.



9.13. İdarəetmə pultlarının, şkafların və panellərin sıxaclar sırasında (toplusunda) bilavasitə yaxınlıqda yerləşən, təsadüfi birləşmələri dövrələrin açılmasına ya da qoşulmasına, operativ cərəyan dövrələrində və ya generatorun (sinxron kompensatorun) təsirlənmə dövrəsində qısaqapanmaya səbəb ola bilən digər sıxaclar olmamalıdır.

9.14. Rele mühafizəsi və elektrik avtomatikasının idarəetmə lövhələrində və panel dövrələrində işləyərkən avadanlıqların səhvən açılmasına qarşı ehtiyat tədbirləri görülməlidir. İşlər yalnız izoləedilmiş alətlərlə görülməlidir.

Bu işlərin icra sxemləri, yoxlama protokolları və RMA qurğularının işdən çıxarılması üzrə nümunəvi və ya xüsusi işçi proqramlar olmadan yerinə yetirilməsi qadağandır.

Cərəyan və gərginlik transformatorlarının ikinci dövrələrindəki əməliyyatlar RMA qurğularının işdən açıldığı vəziyyətdə aparılmalıdır. Əks halda səhvən işləmələr yarana bilər. İşlər qurtardıqdan sonra, operativ dövrələrin, cərəyan və gərginlik dövrələrinin qoşulmasının düzgünlüyünü və sazlığını yoxlamaq lazımdır.

RMA operativ dövrələri və idarəetmə dövrələri, bir qayda olaraq, işdə sınaq yolu ilə yoxlanılmalıdır.



9.15. RMA qurğularında mühafizə olunan və ya başqa birləşmələrin səhvən açılmasına, həmçinin digər nəzərə alınmamış təsirlərə səbəb ola bilən işlər, belə ehtimallar nəzərə alınmaqla icazəli tələbnamə əsasında aparılmalıdır.

9.16. Aşağıda göstərilən işləri operativ heyət icra etməlidir:

  1. RMA panel və şkaflarında çevirgəc elementlərinin, sınaq blokları qapaqlarının vəziyyətinin düzgünlüyünə nəzarəti;

  2. idarəetmə və mühafizə dövrələrində qoruyucuların və ya avtomat açarların sazlığına nəzarəti;

  3. aparat və panellərdəki (şkaflardakı) siqnal cihazı və digər cihazların göstəricilərinə görə RMA qurğularının işinə nəzarəti;

  4. digər aparat və açarların yoxlanılmasını;

  5. yüksəktezlikli mühafizələrin siqnallarla mübadiləsini;

  6. yüksəktezlikli teleaçma qurğularının, avtomatika kanallarının alçaqtezlikli aparatlarının, əks-qəza avtomatikasının yüksəktezlikli aparatlarının nəzarət olunan parametrlərinin ölçülməsini;

  7. giriş izolyasiyasına nəzarət qurğusunun və şinlərin mühafizəsindəki qeyri-balans cərəyanların ölçülməsini;

  8. gərginlik transformatorunun açılmış üçbucaqda qeyri-balans gərginliyinin ölçülməsini;

  9. avtomatik təkrar qoşma, ehtiyatın avtomatik qoşma qurğularının və qeydetmə cihazlarının yoxlanılmasını;

  10. avtomat ossiloqrafların saatlarının qurulmasını və b. işləri

Nəzarət və yoxlamaların dövriliyi, yoxlanılan aparatların və qurğuların siyahısı, yoxlamalar zamanı aparılan əməliyyatların ardıcıllığı, həmçinin normalardan kənarlaşmalar aşkar olunduqda heyətin fəaliyyəti yerli təlimatlarla müəyyənləşdirilməlidir.

9.17. Elektrik şəbəkələrini istismar edən müəssisələrin və elektrik stansiyaların elektrotexniki laboratoriyalarının RMA xidmətlərinin heyəti vaxtaşırı bütün idarəetmə panel və pultlarını, rele mühafizəsi, elektrik avtomatikası, siqnalvermə panellərini yoxlamalı, bu halda çevirici qurğuların (kəsən açarların, idarəetmə açarlarının, üstlüklərin və s.) və sınaq bloklarının qapaqlarının vəziyyətinin düzgünlüyünə və onların elektrik avadanlığının sxeminə və iş rejiminə uyğun olmasına xüsusi fikir verməlidir.

Baxışların dövriliyini müəssisənin texniki rəhbərliyi təyin etməlidir. RMA xidməti heyətinin dövri baxışlarından asılı olmayaraq, operativ-dispetçer heyəti, ona əməliyyat aparmaq üçün icazə verilmiş RMA elementlərinin düzgün vəziyyətinə görə məsuliyyət daşımalıdır.



9.18. RMA qurğuları və ikinci dövrələr, qüvvədə olan qayda və təlimatlarda göstərilən həcmdə və vaxtlarda yoxlanmalı və sınanmalıdır.

Bu qurğuların səhvən işləməsindən və ya işədüşmə imtinasından sonra əlavə (qəzadan sonrakı) yoxlamalar aparılmalıdır.



9.19. Sıxaclar sırasına (toplusuna) birləşdirilən naqillərin və nəzarət kabellərinin damarlarının sxemə uyğun nişanlanmaları olmalıdır. Nəzarət kabellərinin uclarında, budaqlanma və kabellərlə kəsişdiyi yerlərdə, divardan, tavandan və b. keçidlərində nişanlamaları olmalıdır. Nəzarət kabellərinin boş damarlarının ucları izolə edilməlidir.

9.20. Metal örtüklü nəzarət kabellərinin zədələnməsini aradan qaldırdıqda və ya onları bir-birinə birləşdirdikdə damarların calanması kip muftalarda və ya bunun üçün düzəldilmiş qutularda icra olunmalıdır. Göstərilən muftalar və qutular qeydiyyatdan keçirilməlidir.

Polivinilxlorid və rezin örtüklü kabellər, bir qayda olaraq, birləşdirici epoksid mufta vasitəsilə və ya sıxacların keçid sıralarında (cərgələrində) birləşdirilməlidir. Bir kabelin hər 50m-də yuxarıda göstərilən birləşmələr orta hesabla bir ədəddən artıq olmamalıdır.



9.21. İzolyasiyası havanın, işığın və yağın təsiri altında dağılmaya məruz qalan nəzarət kabelləri tətbiq olunduqda, damarların sıxaclarından son uc aralanmalara qədər sahələrdə, bu dağılmanın qarşısını alan əlavə örtük olmalıdır.

9.22. Cərəyan transformatorlarının ikinci tərəf dolaqları daim rele və cihazlara bağlanmalı və ya qapanmalıdır. Cərəyan və gərginlik transformatorlarının ikinci tərəf dövrələri, habelə YT kanallarının birləşmə süzgəclərinin ikinci tərəf dolaqları torpaqlanmalıdır.

9.23. Elektrik stansiyaları və yarımstansiyalarda quraşdırılan, qəza rejimlərində avtomatik sürətlənmə ilə özüyazan cihazlar, avtomat ossiloqraflar, o cümlədən onların işəsalma elementləri, qeydedici cihazlar (ampermetr, voltmetr və ommetrlər) və RMA qurğularının işini təhlil etmək və elektrik veriliş xətlərində zədələnmə yerini müəyyənləşdirmək üçün istifadə olunan digər qurğular daim işə hazır vəziyyətdə olmalıdır. Göstərilən qurğuların işə qoşulması və işdən çıxarılması tələbnamə (sifariş) ilə icra olunur.

9.24. Operativ cərəyan dövrələrində mühafizə aparatlarının (qoruyucuların və avtomat açarların) selektiv işləmələri təmin edilməlidir.

Avtomat açarların, qoruyucuların, onların təyinatını və cərəyanını göstərən nişanları olmalıdır.



9.25. Operativ heyətin RMA qurğuları şkaflarının panellərində əməliyyatların aparılması üçün istifadə etdiyi açarlar, üstlüklər, sınaq blokları və digər çevirgəclərin vəziyyəti, onların istifadə olunan rejimlərə uyğun vəziyyət cədvəlləri vasitəsilə təyin edilməli və ya digər əyani üsullar, çətin və mürəkkəb əməliyyatlar üçün isə proqramlar tətbiq olunmalıdır.

Aparılan əməliyyatlar barədə operativ jurnalda qeydlər yazılmalıdır



9.26. Elektrik stansiyaları və yarımstansiyaların idarəetmə lövhələrində, həmçinin panellərdə və şkaflarda RMA dövrələrinin çevirgəc elementləri aydın görünən yerlərdə yerləşdirilməli və onlarda eyni tipli əməliyyatlar eyni qaydada icra olunmalıdır.

Download 135.69 Kb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Download 135.69 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Rele mühafizəsi və elektrik avtomatikası

Download 135.69 Kb.