Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari




Download 135.69 Kb.
bet17/27
Sana15.03.2017
Hajmi135.69 Kb.
#80
TuriQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   27
8. Güc kabel xətləri
8.1. Güc kabel xətlərinin istismarı zamanı onların etibarlı işinin təmin olunmasına yönəldilmiş təmir və texniki xidmət tədbirləri görülməlidir.

8.2. İstismara verilən zaman hər bir kabel xətti üçün buraxıla bilən ən böyük cərəyan yükü müəyyən edilməlidir. Əgər sahənin uzunluğu 10 m-dən az deyilsə, cərəyan yükü, trassanın ən pis istilik şəraitli sahəsi üzrə müəyyənləşdirilməlidir. Bu yüklərin artırılmasına istilik sınaqlarının nəticələri əsasında o şərtlə icazə verilir ki, damarların qızması dövlət standartları və texniki şərtlərlə müəyyən edilmiş normadan artıq olmasın. Bu halda kabellərin qızması trassanın ən pis soyudulma şəraiti olan sahələrində yoxlanılmalıdır.

8.3. Kabel qurğularında kabellərin istilik iş rejiminə, havanın temperaturuna və ventilyasiya qurğularının işinə müntəzəm nəzarət təşkil edilməlidir.

Kabel tunellərinin, kanallarının və şaxtalarının daxilində havanın temperaturu yay vaxtı havanın temperaturundan 100C-dən artıq olmamalıdır.



8.4. Əgər digər dövrlərdə yük, buraxıla bilən uzunmüddətli yükdən artıq deyilsə, qəzadan sonrakı iş rejimində cərəyana görə buraxıla bilən uzunmüddətli yükləmədən artıq ifrat yüklənməyə sutkada 6 saat olmaqla 5 sutka ərzində, lakin ildə 100 saatdan çox olmayaraq, 10kV gərginliyədək hopdurulmuş kağız izolyasiyalı kabellər üçün 30%, polietilen və polivanilxlorid plastik izolyasiyalı kabellər üçün 15%, rezin və vulkanlaşdırılmış polietilen izolyasiyalı kabellər üçün 18% icazə verilir.

15 ildən artıq istismarda olan kabellər üçün cərəyanla ifrat yüklənmə 10%-dən çox olmamalıdır.

20 və 35kV gərginlikli hopdurulmuş kağız izolyasiyalı kabellərin ifrat yüklənməsi qadağandır.

110kV və yüksək gərginlikli kabel xətlərinin ifrat yüklənməsi normativ sənədlərlə müəyyən edilməlidir.



8.5. Hər bir 110 kV və daha yüksək gərginlikli yağdoldurulmuş xətt və ya onun seksiyası üçün xəttin yerləşmə xüsusiyyətlərini nəzərə almaqla, yağ təzyiqinin buraxıla bilən dəyişilmə hədləri müəyyən edilməlidir. Bu hədlərdən kənar təzyiqlərdə kabel xətti açılmalı və yalnız pozuntuların səbəbləri aşkar edilib aradan qaldırıldıqdan sonra o, işə qoşulmalıdır.

8.6. 110 kV və daha yüksək gəginlikli yağdoldurulmuş kabel xətlərindən yağın nümunəsi və plastik izolyasiyalı kabellərin muftalarından mayenin nümunəsi, yeni xəttin işə qoşulmasından qabaq, qoşulduqdan 1 il sonra, davamında 3 ildən sonra və gələcəkdə 6 ildə 1 dəfə götürülməlidir.

8.7. 1000 V-dan yüksək gərginlikli kabel xətləri istismara verilərkən, qəbul üzrə tikinti normaları və qaydalarında, sahə qaydalarında nəzərdə tutlna sənədlərdən başqa, aşağıdakı sənədlər tərtib edilərək elektrik şəbəkələrini istismar edən müəssisəyə verilməlidir:

  1. trassa rayonunda kommunikasiyaların inkişafından asılı olaraq, 1:200 və 1:500 miqyasda çəkilmiş, birləşdirici muftaların quraşdırılma yerləri göstərilməklə trassanın icra qrafik cizgisi;

  2. çəkilişindən əvvəl xətti istismar edən müəssisə ilə, kabelin markası dəyişildikdə isə istehsalçı zavod və istismar edən müəssisə ilə razılaşdırılaraq, 110 kV və yuxarı gərginlikli kabel xətlərinin dəqiqləşdirilmiş layihəsi;

  3. 35 kV gərginlikli kabel xətləri və 6-10 kV gərginlikli kabel xətlərinin xüsusi ilə çətin trassaları üçün yollarla və digər kommunikasiyalarla kabel xəttinin kəsişdiyi yerlərdə kabel xətlərinin yandan görünüşünün qrafik cizgisi;

  4. barabanlardakı kabellərin vəziyyəti barədə akt və lazım gələrsə, nümunələrin çeşidlənməsi və baxış protokolları (xaricdə istehsal olunan kabellər mütləq çeşidlənməlidir);

  5. kabel jurnalı;

  6. kabel xəttinin bütün elementlərinin inventar siyahısı;

  7. kabellərin bütün yeraltı kommunikasiyalarla kəsişməsini və yaxınlaşmasını göstərən inşaat və yeraltı işlərin aktları;

  8. kabel muftalarının quraşdırılması aktları;

  9. kanal, blok, boru və xəndəklərin quraşdırılması üçün təhvil alınması aktları;

  10. kabel xətlərinin korroziyadan elektrokimyəvi mühafizəsi qurğularının quraşdırılması aktları və həmçinin layihəyə uyğun korroziya sınaqlarının nəticələri;

  11. kabel xətti döşənəndən sonra, onun izolyasiyasının yüksəldilmiş gərginliklə sınağının protokolu;

  12. izolyasiya müqavimətinin ölçülməsinin nəticələri;

  13. kanal və xəndəklərdə döşənmiş kabelləri örtməzdən əvvəl tərtib edilmiş baxış aktları;

  14. aşağı temperaturda döşənmədən əvvəl kabellərin barabanlarda qızdırılması barədə protokollar;

  15. yanğınsöndürmə və yanğın-siqnalvermə sisteminin stasionar avtomatik qurğularının sınanma və yoxlanma aktları.

110 kV və daha yüksək gərginlikli kabel xəttini istismara qəbul edərkən, sadalanan sənədlərdən əlavə, quraşdırma təşkilatı tərəfindən enerji müəssisəsinə verilməlidir:

  1. kabelin və əlavə doydurma aparatlarının (aşağı təzyiqli 110-220 kV-lıq xətlər üçün) icraolunma yüksəklik səviyyələri;

  2. xəttin bütün elementlərində yağın sınaq nəticələri;

  3. hopdurma sınaqlarının nəticələri;

  4. yüksək təzyiqli xətlərdə əlavə doydurma aqreqatlarının yoxlama və sınaqlarının nəticələri;

  5. təzyiqin siqnalvermə sisteminin yoxlanmasının nəticələri;

  6. döşənərkən dartılma qüvvəsi barədə aktlar;

  7. döşənmədən sonra mühafizə örtüklərinin yüksəldilmiş gərginliklə sınaqları barədə aktlar;

  8. kabellərin, muftaların və əlavə doydurma aparatlarının zavod sınaqları protokolları;

  9. muftaları avtomatik qızdıran qurğuların sınağının nəticələri;

  10. hər fazanın cərəyankeçirən damarları və ekranları üzrə cərəyanın ölçülməsinin nəticələri;

  11. kabel damarlarının işçi tutumlarının ölçülməsinin nəticələri;

  12. izolyasiyanın aktiv müqavimətinin ölçülməsinin nəticələri;

  13. uc muftaların və quyuların torpaqlama müqavimətinin ölçülməsinin nəticələri.

1000V-a qədər gərginlikli kabel xətlərini istismara təhvil verərkən: kabel jurnalı, xətlərin dəqiqləşdirilmiş layihələri, sınaq və ölçmələrin aktları və protokolları rəsmiləşdirilməli və müəssisəyə verilməlidir.

8.8. Digər idarə və təşkilatlar tərəfindən quraşdırılan və istismara verilən bütün gərginlikli kabel xətlərinin quraşdırılması və döşənilməsi istismar edəcək təşkilatın texniki nəzarəti altında icra edilməlidir.

8.9. Hər bir kabel xəttinin əsas parametrləri göstərilən pasportu, 8.7. bəndində qeyd edilən sənədlərdən ibarət qovluğu, olmalıdır.

Avtomatlaşdırılmış qeydiyyat sistemi olan müəssisələrdə pasport göstəriciləri kompyuterin yaddaşına salına bilər.

Açıq döşənmiş kabellər və həmçinin bütün kabel muftaları nişanlama birkaları ilə təchiz olunmalıdır: kabel birkalarında – xəttin əvvəlində və sonunda xəttin markası, gərginliyi, en kəsiyi sahəsi, xəttin nömrəsi və ya adı; birləşdirici muftaların birkalarında – muftanın nömrəsi, quraşdırma tarixi göstərilməlidir.

Birkalar ətraf mühitin təsirinə dayanıqlı olmalıdır.

Birkalar açıq döşənmiş kabellərdə xəttin uzununa hər 50 m-də, həmçinin trassanın döngələrində və kabelin odadavamlı arakəsmələrdən və qatlardan keçdiyi yerlərdə hər iki tərəfdən qoyulmalıdır.

8.10. Kabel qurğularında döşənmiş kabellərin sinklənməmiş metal zirehi və üzərinə kabel döşənmiş qeyri-metal örtüklü metal hissələr, həmçinin adi poladdan olan kabel qutuları müntəzəm olaraq korroziyaya qarşı yanmayan lak və rənglərlə örtülməlidir.

8.11. Elektrik stansiyalarından və daimi növbətçi heyət olan yarımstansiyalardan ayrılan məsul kabel xətlərində yükə nəzarət stasionar cihazlar vasitəsilə aparılır. Cihazların göstəriciləri sutkalıq cədvəllərə yazılır.

Daimi növbətçi heyəti olmayan yarımstansiyalarda yüklərə nəzarət kabel xəttinin maksimal yükünə uyğun saatlarda yay və ya payız-qış maksimumu dövründə ildə 1 dəfədən az olmayaraq aparılır.

Maksimum yük dövründə aparılan ölçmələrdən əlavə sxemin dəyişilməsi və ya əlavə cərəyanqəbuledicilərinin birləşdirilməsi və kabel xətlərinin iş rejiminin dəyişilməsi zamanıda ölçmələr aparılmalıdır. Müddət enerji obyektinin texniki rəhbəri tərəfindən təyin edilir.

Bu ölçülmələrin nəticələri əsasında kabel şəbəkələrinin sxemi və iş rejimi dəqiqləşdirilməlidir.

Bu bəndin tələbləri, həmçinin elektrik stansiyaları və yarımstansiyaların paylayıcı qurğularının şinlərindən ayrılan istehlakçıların kabel xətlərinə də aid edilir.

8.12. Kabel xətlərinə baxışlar aşağıdakı müddətdə (ayda) 1 dəfə aparılmalıdır:

Kabelin gərginliyi, kV

35-dək 110 - 500

Torpaqda döşənmiş kabellərin trassası.................3 1

Şəhər ərazisində təkmilləşdirilmiş

örtük altında qoyulmuş kabellərin trassası..........12 -

Dəmryolu körpülərində, şaxta, tunel və

kollektorlarda qoyulmuş kabellərin trassası..........6 3

Təzyiqin siqnalizasiyası olan yağdoydurma

məntəqələri (siqnalizasiya olmayanda –

yerli təlimatlar üzrə)..............................................- 1

Kabel quyuları......................................................24 3


1000V- dən aşağı gərginlikli kabel muftalarına baxışlar elektrik avadanlığına baxış zamanı aparılmalıdır.

Sualtı kabellərə baxış kabel xətlərini istismar edən müəssisənin texniki rəhbərinin müəyyən etdiyi müddətlərdə aparılır.

Mühəndis-texniki heyət tərəfindən kabel xətlərinə vaxtaşırı seçmə yoxlama baxışları aparılmalıdır.

Daşqın dövründə və leysandan sonra, həmçinin rele mühafizəsindən açıldıqda, kabel xəttinə növbədənkənar baxış keçirilir.

Kabel xətlərində baxış zamanı aşkar edilən pozuntular barədə nöqsan və nasazlıqlar jurnalında qeydlər edilməlidir. Pozuntular enerji obyektinin texniki rəhbəri tərəfindən təyin edilən müddətdə aradan qaldırılmalıdır.

8.13. Daimi operativ xidmətçiləri olan elektrik stansiyaları və yarımstansiyalarda, tunel, şaxta, kabel mərtəbələrinə və xəndəklərinə baxışlar ayda 1 dəfədən az olmayaraq, daimi operativ xidmətçiləri olmayan elektrik stansiyası və yarımstansiyalarda isə enerji obyektinin texniki rəhbərin müəyyən etdiyi müddətlərdə aparılmalıdır.

8.14. Kabel qurğularında quraşdırılan, yanğın siqnalı və avtomatik yanğınsöndürmə qurğularının istismarı və onlara texniki nəzarət müəyyən olunmuş qaydada aparılmalıdır.

8.15. Kabel otaqlarında hər hansı müvəqqəti və köməkçi qurğuların (emalatxanalar, alətxanalar, anbarlar və s.) quraşdırılması, həmçinin orada hər hansı material və avadanlığın saxlanılması qadağandır.

8.16. Elektrikləşdirilmiş rels nəqliyyatı və ya dağıdıcı xassəli torpaq olan sahələrdə kabel xətti yalnız onun korroziyaya qarşı mühafizəsi yerinə yetirildikdən sonra istismara qəbul oluna bilər.

Bu sahələrdəki kabel xətlərində azan cərəyanlar ölçülməli və kabel şəbəkəsinin (ya da onun ayrı-ayrı sahələrinin) potensiallar diaqramı və torpaq korroziya laylarının xəritələri tərtib olunub vaxtaşırı dəqiqləşdirilməlidir. Bütün yeraltı kommunikasiyalar üçün korroziyaya qarşı birgə mühafizə təşkil olunmuş şəhərlərdə potensial diaqramların çıxarılması tələb edilmir.

Azan cərəyan zonalarında, güc kabellərinin boru kəmərlərinə və katod mühafizəsi olan rabitə kabellərinə yaxınlaşdığı yerlərdə, həmçinin korroziyadan mühafizə qurğuları ilə təchiz edilmiş kabel sahələrində kabellərin potensialları ölçülməlidir. Şlanq mühafizə örtüklü kabellərdə korroziyaya qarşı örtüyün vəziyyətinə güc kabel xətlərinin istismarı üzrə təlimatlara və elektrik avadanlıqlarının sınaq həcm və normalarına uyğun nəzarət edilməlidir.

8.17. Enerji müəssisələri şəhər tramvay, metropoliteni və elektrikləşdirilmiş dəmir yolları idarələri və xidmətləri tərəfindən dövlət standartlarına uyğun azan cərəyanların təsirini azaltmaq üçün tədbirlərin yerinə yetirilməsinə nəzarət etməlidir.

Elektrokorroziya, torpaq və ya kimyəvi korroziya nəticəsində kabel xətlərində metal örtüklərin dağılması təhlükəsi aşkar edildikdə, onun qarşısının alınması üçün tədbir görülməlidir. Muftalara bitişik alüminium örtüklü sahələrin korroziyaya uğramasının qarşısının alınması məqsədilə onların normativ sənədlərə uyğun mühafizəsi təmin edilməlidir.

Quraşdırılan mühafizə qurğularının işinə müntəzəm müşahidə təşkil edilməlidir.

8.18. Kabel trassasının qazılması və ya onların yaxınlığında torpaq işləri istismarçı müəssisənin yazılı icazəsilə aparıla bilər.

Qazıntı işlərinin aparılmasından əvvəl istismarçı müəssisə heyətinin nəzarəti altında kabel trassasında yoxlama qazıntı aparılmalıdır.



8.19. Xüsusi yerqazan maşınlarla kabel xətlərinin qazılması, habelə külüng, ling və qırıcı çəkiclər tətbiq etməklə kabellərin üstündəki torpağın yumşaldılması mühafizə örtüyünün və ya siqnal lentinin qoyulması dərinliyindən artıq olmamaqla, yaxud kabelə qədər ən azı 25 sm torpaq qatı qalmış dərinlikdə aparılır. Yerdə qalan torpaq qatı əllə kürək vasitəsilə kənarlaşdırılır.

Qazıntı, kabellərin çəkilməsi və ya təmiri ilə bağlı olmayan işlərin aparılması zamanı 1m-dən az məsafədə yerqazan texnikanın, kabel trassasından 5m-dən az məsafədə isə zərbə və titrəyişlə torpaq qazan mexanizmlərin tətbiq edilməsinə icazə verilmir.

Partlayış işlərinin aparılması üçün əlavə texniki şərtlər verilməlidir.

8.20. Elektrik şəbəkələrini istismar edən müəssisələr ərazisindən kabel trassası keçən rayonun təşkilatlarına və əhalisinə, bu trassaların yaxınlığında torpaq işlərinin aparılması qaydaları barədə müntəzəm xəbərdarlıq etməlidir.

8.21. Kabel xətlərində elektrik avadanlıqlarının sınaq həcm və normalarına uyğun olaraq sabit cərəyanlı yüksəldilmiş gərginliklə vaxtaşırı profilaktik sınaqlar aparılmalıdır.

Təmir işlərindən və ya kabel xətləri trassalarının açılması ilə əlaqədar olaraq qazılmalardan sonra növbədənkənar sınaqların keçirilməsinin zəruriliyi enerji müəssisəsinin, elektrik şəbəkələrini istismar edən müəssisənin rəhbərliyi tərəfindən müəyyənləşdirilir.



8.22. 20-35 kV gərginlikli kağız izolyasiyalı kabellərin şaquli hissələrində elektrik deşilmələrinin qarşısını almaq üçün enerji obyektinin texniki rəhbəri tərəfindən təsdiq edilən qrafik üzrə şaquli hissələrdə izolyasiyanın qurudulma dərəcəsinə vaxtaşırı nəzarət olunmalıdır. Nəzarətin nəticələrinə görə zəruri hallarda onlar dəyişdirilməli və ya onlarda stopor (saxlayıcı) muftalar quraşdırılmalıdır.

Axmayan hopdurucu kütləsi və plastik izolyasiyası olan və ya qazdoldurulmuş kabeldən ibarət 20-35kV gərginlikli kabel xətlərində şaquli hissələrin izolyasiyasının vəziyyətinə və onların vaxtaşırı dəyişdirilməsinə əlavə müşahidə tələb olunmur.



8.23. Şlanq örtüklü zirehlənməmiş kabellərin çəkilişinə nəzarət olunmalı və onların istismarı müddətində şlanqın vəziyyətinə xüsusi fikir verilməlidir. Şlanqı cırılmış, çatlamış və zədələnmiş kabellər təmir edilməli və ya dəyişdirilməlidir.

8.24. Kabel xətlərini istismar edən müəssisələrin zədələnmə yerlərini təyin edən aparatlar, ölçmə cihazları, səyyar ölçmə və sınaq qurğuları ilə təchiz edilmiş laboratoriyaları olmalıdır.

8.25. Zədələnmiş kabel nümunələri və kabel muftaları, zədələnmənin səbəbini müəyyən etmək və qarşısını almaq məqsədilə tədbirlərin işlənməsi üçün laboratoriya tədqiqatına verilməlidir.

Download 135.69 Kb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Download 135.69 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari

Download 135.69 Kb.