|
APQ ərazilərində ağac və kol bitkiləri olmamalıdır.
4.6
|
bet | 9/27 | Sana | 15.03.2017 | Hajmi | 135,69 Kb. | | #80 | Turi | Qaydalar |
4.5. APQ ərazilərində ağac və kol bitkiləri olmamalıdır.
4.6. APQ və QPQ kabel kanalları və yerüstü novları yanmayan tavalarla bağlanmalı, kanallardan, tunellərdən, mərtəbələrdən kabellərin çıxan yerləri və aralıqlarının ara keçidləri yanmayan materialla kipləşdirilməlidir.
Tunellər, kanallar, zirzəmilər təmiz saxlanılmalı, drenaj qurğuları isə suyun maneəsiz çəkilməsini təmin etməlidir.
4.7. Yağqəbuledicilər, yağyığıcılar, çınqıl döşəmələri, drenajlar və yağaxıdıcılar saz vəziyyətdə saxlanılmalıdır.
4.8. Yağ açarlarında, ölçü transformatorlarında və girimlərdə yağın səviyyəsi ətraf mühitin maksimal və minimal temperaturunda yağgöstəricinin uyğun şkalası həddində qalmalıdır.
Kip olmayan girimlərin yağı nəmlikdən mühafizə olunmalıdır.
|
| |