|
Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari
|
bet | 5/27 | Sana | 15.03.2017 | Hajmi | 135,69 Kb. | | #80 | Turi | Qaydalar |
3.3. Yağqəbulediciləri, yağayırıcıları və yağyığıcıları, stasionar yanğınsöndürmə vasitələri daima saz vəziyyətdə olmalıdır.
3.4. Açıq havada quraşdırılan transformatorların çənlərində və reaktorların üzərində stansiya (yarımstansiya) nömrələri göstərilməlidir. Bu cür nömrələr transformator məntəqələrinin və kameralarının qapılarında və içərisində də olmalıdır. Birfazalı transformatorların çənlərində və reaktorlarda fazanın rəngi göstərilməlidir. Açıq havada quraşdırılan transformator və reaktorlar havanın və yağların təsirinə davamlı olan açıq rənglə boyanmalıdır.
3.5. Transformatorların (reaktorların) soyuducu qurğularının elektrik mühərriklərinin qidalanması, bir qayda olaraq iki mənbədən, yağın məcburi dövranı ilə soyudulan transformatorlar (reaktorlar) üçün isə EAQ (ehtiyatın avtomatik qoşulması) tətbiq etməklə, yerinə yetirilir.
3.6. Transformatorların yük altında gərginliyin tənzimlənməsi (YAT-yük altında tənzimləmə) qurğusu işdə avtomatik rejimdə olmalıdır. Əgər şəbəkədə gərginliyin dəyişilməsi elektrik enerjisi istehlakçılarının tələblərini təmin edən hədlər daxilindədirsə, enerjisistemin texniki rəhbərinin göstərişi ilə YAT qurğusunun qeyri-avtomatik iş rejimində istifadəsi mümkündür. Bu halda YAT qurğusunda əməliyyatlar məsafədən idarəetmə pultundan aparılır.
Gərginlik altındakı transformatorun YAT qurğusunda əllə (dəstəklə) əməliyyatın aparılması qadağandır.
|
| |