Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari




Download 135,69 Kb.
bet12/27
Sana15.03.2017
Hajmi135,69 Kb.
#80
TuriQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   27
4.29. PQ elektrik avadanlıqlarının profilaktik sınaqları elektrik avadanlıqlarının sınağının həcmi və normalarına uyğun təşkil olunmalıdır.
5. Akkumulyator qurğuları
5.1. Akkumulyator qurğuları istismar olunarkən, onların uzunmüddətli etibarlı işi, normal və qəza rejimlərində sabit cərəyan şinlərində gərginliyin lazımi səviyyəsi təmin edilməlidir.

5.2. Yeni quraşdırılmış və ya əsaslı təmirdən sonra akkumulyator batareyalarını qəbul edərkən: 10 saatlıq boşaldılma cərəyanı ilə batareyanın tutumunu, tökülən elektrolitin keyfiyyətini, doldurulma və boşaldılmanın sonunda elementlərin gərginliyini və batareyanın yerə nəzərən izolyasiya müqavimətini yoxlamaq lazımdır. Batareyalar 100% nominal tutuma malik olduqdan sonra istismara buraxıla bilər.

5.3. Akkumulyator batareyaları daimi əlavə doldurulma rejimində istismar edilməlidir. «СК» və «СН» tipli batareyalarda əlavə doldurulma gərginliyi hər element üçün, uyğun olaraq, 2,2±0,05 V və 2,18±0,04 V olmalıdır.

Əlavə doldurulma qurğusu batareyanın şinlərində gərginliyin stabilliyini nominal gərginliyin 2%-dən çox olmayaraq dəyişməsi həddində təmin etməlidir.

İşdə daimi istifadə olunmayan batareyanın əlavə elementləri ayrıca doldurulma qurğusu ilə təchiz edilməlidir.

5.4. Turşulu batareyalar yoxlayıcı boşalmalar və vaxtaşırı tarazlaşdırıcı təkrar doldurulma aparmadan istismar edilməlidir. CK tipli batareyada ildə bir dəfə 200C temperaturda bütün elementlərdə elektrolitin sıxlığının qərarlaşmış qiymətinə çatana qədər (1,2-1,21 q/sm3) hər elementə 2,3-2,35 V gərginlik verilməklə tarazlaşdırıcı doldurulma aparılmalıdır.

Doldurulma müddəti batareyanın vəziyyətindən asılı olmalı və 6 saatdan az olmamalıdır.

CH tipli batareyada tarazlaşdırıcı doldurulma elektrolitin sıxlığı 1,235-1,245 q/sm3-a çatana qədər qoruyucu lövhəciyin üzərindən (qoruyucu lövhəciyin üzərində elektrolitin səviyyəsi 20 mm-ə qədər azaldıqda) 35-40mm səviyyəyə qədər suyun əlavə edilməsindən sonra hər elementə 2,25-2,4V gərginlik verməklə aparılır.

Tarazlaşdırıcı doldurulmanın davametmə müddəti təxmini olaraq 2,25 V gərginlikdə - 30 sutka, 2,14 V gərginlikdə - 5 sutka təşkil edir.



5.5. İstilik elektrik stansiyalarında 1-2 ildə 1 dəfə batareyanın faktiki tutumunu (nominal tutum hədlərində) müəyyənləşdirmək üçün yoxlama boşaldılması aparılmalıdır.

Yarımstansiyalarda və su elektrik stansiyalarında ildə 1 dəfədən az olmayaraq təkan cərəyanları zamanı gərginliyin düşməsi üzrə batareyanın iş qabiliyyəti yoxlanmalıdır. Nəzarət boşalmaları isə zəruri hallarda aparılır. Boşaldılmanın sonunda şinlərdə gərginliyin verilmiş həddə olmasını təmin etmək üçün, elementlərin sayı kifayət olmayan hallarda, nominal tutumun 50-70%-ə qədər azaldılmasına və ya əsas elementlərin bir qisminin boşaldılmasına icazə verilir.

Boşaldılma cərəyanının qiyməti hər dəfə eyni olmalıdır. Yoxlama boşaldılmaları zamanı ölçmələrin nəticələri əvvəlki boşaldılmalardakı ölçmələrin nəticələrilə müqayisə edilməlidir. Doldurulma və boşaldılma cərəyanının qiyməti həmin batareyanın maksimal cərəyanından artıq olmamalıdır.

CK tipli batareya üçün doldurulmanın sonunda elektrolitin temperaturu 400C-dən artıq olmamalıdır. CH tipli batareya üçün maksimal doldurulma cərəyanı zamanı zamanı temperature 350C-dən yuxarı olmamalıdır.



5.6. Elektrik stansiyalarındakı akkumlyator batareyası otaqlarında çəkici-sorucu ventilyasiyası batareyaların doldurulmasına başlamazdan əvvəl qoşulmalı və doldurulma qurtardıqdan 1,5 saatdan tez olmayaraq, qazlar tam çıxarılandan sonra açılmalıdır.

Yarımstansiyalarda akkumulyator batareyalarının havadəyişmə sisteminin istismar qaydaları, konkret şəraiti nəzərə almaqla yerli təlimatla müəyyənləşdirilməlidir.

Daimi əlavə doldurulma və hər elementin 2,3V-ə qədər gərginliklə tarazlaşdırıcı doldurulma rejimlərində akkumulyator batareyaları otaqlarında ventilyasiya yerli təlimatlara uyğun təşkil edilməlidir.

5.7. Elektrik stansiyasında batareyanın qəza boşalmasından sonra onun nominal tutumunun 90% qədər doldurulması 8 saatdan çox müddətdən gec olmayaraq yerinə yetirilməlidir. Bu halda akkumulyatorlarda gərginlik hər elementdə 2,5-2,7 V-yə çata bilər.

5.8. Akkumulyator batareyalarının doldurulması və əlavə doldurulması üçün düzləndirici qurğular tətbiq edilərkən dəyişən və sabit cərəyan dövrələri ayırıcı transformator vasitəsilə əlaqələndirilməlidir.

Düzləndirici qurğular açılmaya işləyən siqnalvermə qurğusu ilə təchiz olunmalıdır.



5.9. Normal istismar şəraitində idarəetmə dövrəsi, rele mühafizəsi, siqnalvermə və avtomatika qurğuları dövrələrini qidalandıran sabit cərəyan şinlərindəki gərginliyin elektrik qəbuledicilərin nominal gərginliyindən 5% artıq saxlanmasına icazə verilir.

Bütün sabit cərəyan yığmaları və əsas dairəvi xətləri ehtiyat qidalanma mənbəyi ilə təchiz olunmalıdır.



5.10. Nominal gərginlikdən asılı olaraq akkumulyator batareyasının izolyasiya müqaviməti aşağıdakı kimi olmalıdır:
Akkumulyator batareyasının gərginliyi, V 220 110 60 48 24

İzolyasiyanın müqaviməti, kOm,

(az olmayaraq) 100 50 30 25 15

Operativ sabit cərəyan şinlərindəki izolyasiyaya nəzarət qurğusu qütblərdən birinin izolyasiya müqaviməti: 220 V-luq şəbəkədə – 20 kOm-dək, 110V-luq şəbəkədə 10 kOm-dək, 60V-luq şəbəkədə – 6 kOm-dək, 48V-luq şəbəkədə – 5 kOm-dək, 24V-luq şəbəkədə 3 kOm-dək azaldıqda siqnala işləməlidir.

İstismar şəraitində, operativ sabit cərəyan şəbəkəsinin izolyasiya müqaviməti, izolyasiyaya nəzarət qurğusunun göstərilən qiymətindən iki dəfədən az olmamalıdır.

5.11. Operativ cərəyan dövrəsində izolyasiyanın səviyyəsi yerə nisbətən azaldıqda və siqnalvermə qurğusu işə düşdükdə nasazlığın təcili ləğv edilməsi üçün tədbir görülməlidir. Bu halda, zədələnmə yerinin axtarılması istisna edilməklə, bu şəbəkədə gərginliyi çıxarmadan iş görmək qadağandır.

Mikroelektron və ya mikroprosessor RMA qurğuları tətbiq edilən enerji obyektləri üçün sabit cərəyan lövhəsində birləşmələr növbə ilə açılmaqla izolyasiya müqavimətinin azalması yerinin təyin edilməsi üsulundan istifadə etmək tövsiyə olunmur.



5.12. Turşulu akkumulyator batareyalarında elektrolitin analizi hər il nəzarət elementlərindən götürülmüş nümunələr üzrə aparılmalıdır. Nəzarət elementlərinin miqdarı batareyaların vəziyyətindən asılı olaraq, lakin 10%-dən az olmamaqla enerji müəssisəsinin texniki rəhbəri tərəfindən müəyyənləşdirilməlidir. Nəzarət elementləri hər il dəyişdirilməlidir. Yoxlama boşalmasında elektrolitin nümunələri boşalmanın sonunda götürülməlidir.

Əlavə doldurulma üçün tərkibində xlor və dəmir olmayan distilə edilmiş sudan istifadə edilməlidir.

Bu məqsəd üçün dövlət standartının distilə edilmiş suya qoyduğu tələbləri ödəyən buxar kondensatından istifadə edilməsinə icazə verilir.

Buxarlanmanı azaltmaq üçün “C” və “CK” tipli akkumulyator batareyalarının çənləri şüşə lövhələrlə və ya elektrolitlə reaksiyaya girməyən digər izolyasiya materialı ilə örtülməlidir. Bu məqsəd üçün yağdan istifadə olunması qadağandır.



5.13. Akkumulyator batareyası otağında temperatur 100C-dən aşağı olmamalıdır: daimi növbətçi heyəti olmayan yarımstansiyalarda və əgər batareyanın tutumu temperaturun aşağı düşməsi nəzərə alınmaqla seçilib və hesablanıbsa temperaturun 50C-dək enməsinə icazə verilir.

5.14. Akkumulyator batareyası otağının qapısında "Akkumulyator otağı", "Oddan təhlükəlidir", "Siqaret çəkmək qadağandır" yazıları olmalı, yaxud dövlət standartlarına uyğun müvafiq təhlükəsizlik nişanları asılmalıdır.

5.15. Akkumulyator batareyalarına baxış, enerji müəssisəsinin texniki rəhbərinin təsdiqlədiyi cədvəl üzrə aparılmalıdır. Hər elementin gərginliyi, elektrolitin sıxlığı və temperaturu ayda 1 dəfədən az olmayaraq ölçülməlidir.

5.16. Elektrik stansiyalarında və yarımstansiyalarda akkumulyator qurğularına xidmət işləri akkumlyatorçuya və ya xüsusi təlimatlandırılmış elektrik montyoruna (birləşdirilmiş ixtisasla) həvalə olunmalıdır. Hər bir akkumulyator qurğusunda baxışların nəticələrini və aparılan işlərin həcmini qeyd etmək üçün jurnal olmalıdır.

5.17. Akkumulyator qurğusuna xidmət edən heyət aşağıdakılarla təmin edilməlidir:

    1. batareyanın ayrı-ayrı elementlərinin gərginliyinə, elektrolitin sıxlığına və temperaturuna nəzarət üçün cihazlarla;

    2. xidmət təlimatına əsasən iş paltarı və xüsusi alətlərlə.

5.18. Akkumulyator qurğusunun və batareyalarının təmiri lazımi hallarda təşkil edilməlidir. Bir qayda olaraq, batareyanın əsaslı təmiri azı 15 illik istismardan sonra aparılmalıdır.

5.19. Turşulu akkumulyator batareyalarının digər növləri, həmçinin qələvi akkumulyator batareyaları istehsalçı zavod təlimatlarının tələblərinə uyğun istismar edilməlidir.

Download 135,69 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Download 135,69 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari

Download 135,69 Kb.