|
İki çıxışı olan paylayıcı qurğuların dəhlizlərində və keçid tunellərində işıqlandırma ikitərəfli idarəetmə ilə yerinə yetirilməlidir.
12.9
|
bet | 23/27 | Sana | 15.03.2017 | Hajmi | 135,69 Kb. | | #80 | Turi | Qaydalar |
12.8. İki çıxışı olan paylayıcı qurğuların dəhlizlərində və keçid tunellərində işıqlandırma ikitərəfli idarəetmə ilə yerinə yetirilməlidir.
12.9. İşıqlanma şəbəkəsinin lövhə və yığımlarındakı bütün açarlarda (kəsən açarlarda, avtomatlarda) birləşmənin adını, qoruyucularda isə əriyicinin ərimə cərəyanının qiymətini göstərən yazılar olmalıdır.
12.10. Növbətçi heyətdə işıqlanma şəbəkəsinin sxemi, ölçülü əriyici taxmalar və bu şəbəkənin gərginliyi üçün lampalar ehtiyatı olmalıdır. Növbətçi və operativ təmir heyəti, qəza işıqlanması olduqda belə, səyyar elektrik fənərlərilə təchiz edilməlidir.
12.11. Elektrik stansiyalarında çıraqların təmizlənməsi, lampa və əriyici taxmaların dəyişdirilməsi, işıqlanma şəbəkəsinin təmiri və onlara baxış işlərini elektrik sexinin heyəti icra etməlidir. Körpülü kranları olan binalarda təhlükəsizlik tədbirlərinə riayət etməklə, onlardan, işıqlanma avadanlığına xidmət etmək üçün istifadə olunmasına icazə verilir.
Çıraqların təmizlənməsi və işlənməyən lampaların əvəz edilməsi çıraqlara rahat və təhlükəsiz yaxınlaşmanı təmin edən qurğuların köməyi ilə elektrik təhlükəsizliyi üzrə qrupu II-dən aşağı olmayan, enerji obyektlərinin texnoloji sexlərinin təlimatlandırılmış heyəti yerinə yetirə bilər.
Təmizlənmənin dövriliyi yerli şərait nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
12.12. İşıq şəbəkəsinə baxış və yoxlamalar aşağıdakı müddətlərdə aparılmalıdır:
-
qəza işıqlandırma avtomatının işinin yoxlanılması-gündüz, ayda 1dəfədən az olmayaraq;
-
işçi işıqlarını açmaqla, qəza işıqlanmasının sazlığının yoxlanılması – ildə 2 dəfə;
-
iş yerinin işıqlanmasının ölçülməsi-istismara veriləndə və sonralar, lazım gəldikdə;
-
12-42V stasionar transformatorların izolyasiyasının sınağı ildə 1 dəfə, 12-42V səyyar transformatorların və çıraqların izolyasiyasının sınağı isə ildə 2 dəfə.
Yoxlama və baxış zamanı aşkar edilmiş nasazlıqlar qısa müddət ərzində aradan qaldırılmalıdır.
12.13. Qəza, təxriyə və işçi işıqlanması şəbəkəsinin stasionar avadanlıqlarının və elektrik xətlərinin vəziyyətinin yoxlanılması, izolyasiya müqavimətinin sınağı və ölçülməsi istismara buraxılarkən, sonralar isə enerji müəssisəsinin texniki rəhbərinin təsdiqlədiyi cədvəl üzrə aparılmalıdır.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
İki çıxışı olan paylayıcı qurğuların dəhlizlərində və keçid tunellərində işıqlandırma ikitərəfli idarəetmə ilə yerinə yetirilməlidir.
12.9
|