• Yazılış qaydası
  • Elektron poçt və onun proqram təMİnati elektron poçt




    Download 19,49 Kb.
    Sana22.03.2020
    Hajmi19,49 Kb.
    #8331

    ELEKTRON POÇT VƏ ONUN PROQRAM TƏMİNATI

    Elektron poçt - (Electronic Mail və ya E-Mail) hazırki dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir.

    ABŞAvropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır.

    Elektron ünvanla işləyərkən SMTPPOP3 protokollarından istifadə edilir. SMTP protokolu məktubun göndərilməsinə, POP3 protokolu isə məktubun çatdırılmasına cavabdehdir. Göndəriləcək poçt "elektron poçt qutusuna" yazılır. Bu poçt serverin daimi yaddaşında yerləşən kataloqdur və ona yalnız həmin poçt yeşiyinin abonenti daxil ola bilər. Abonent serverə müraciət edərkən poçtu oradan çıxarır, poçt yeşiyindən çıxarılan məktub serverdə saxlanılmır.

    Elektron məktubların ünvanı DNS sistemlərində qəbul olunmuş ünvanlardan fərqlənir.

    Yazılış qaydası

    abonent@ünvan - @ ("at" və ya "doq") işarəsi kompyuterə məktubun göndərildiyi server ünvanı ilə abonentin adını ayırmağa kömək edir. Burada abonent dedikdə həmin serverin məktubu köçürəcəyi şəxsi kataloq nəzərdə tutulur. Bu kataloq serverdə istifadəçinin ora daxil olana və ya saxlama müddəti qurtarana qədər qalır. Abonentin adını istifadəçi özü seçir. Sonra o poçt ünvanının qeydiyyatını keçirir və proqram təminatını nizamlayır. Bütün bu əməliyyatlardan sonra elektron ünvanla işləmək olar. Müasir dövrdə ən geniş yayılmış poçt hostinq serverləri kimi Gmail.com, Yahoo!, Hotmail tanınır. MDB məkanında isə Yandex, Mail.ru, Rambler kimi poçt servisləri məşhurdur.



    İnternet ünvanlaşdırılması: əgər e-mail elektron poçt ünvanı Internet şəbəkəsinə daxil olmuş insanların bir - biri ilə əlaqə saxlamalarına şərait yaradırsa, URL Internet-də yerləşən bütün verilənlərlə əlaqə saxlamağa imkan verir. Yəni Internet-də yerləşən hər bir fayl və ya resurs identifıkasiya edilir: URL (Uniform Resource Locators)-faylın və ya resursun Web-də yerləşdiyi ünvanı və ya yeri göstərir. URL - serverdə istifadə olunan protokolun adı ilə başlayır.

    http. HTTP (Hypertext Transport Protocol)- Internet istifadə protokoludur. HTTP Web-səhifələri Internet-dən çağırmaq üçün bir mexanizmdir. HTTP-nin əsasını URL ünvanı təşkü edir. Ünvanın əvvəlində yazılmış http:// perifeksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir. Daha sonra əlaqənin tipi göstərilir. Ən çox yayılmış tip World Wide Web (WWW)-dir. Lakin İnternetdə digər əlaqə tiplərindən də istifadə edilir: File Transfer Protocol (ftp) yə ya Gopher. Tiplərin ardınca serverin ünvanı yazilır (host).. Bu ünvanı domen ünvanı (domain adress) da adlandırırlar. Domen ünvanına domenin özü (serverin aid olduğu təşkilatın tipi) və qovşağın adı daxildir. Nəticədə sintaksis URL ünvanı bir neçə hissədən ibarətdir: protokol, host və sənədin yerləşdiyi qovluğu göstərən yol. Məsələn, URL ünvanı aşağıdakı şəkildə öla bilər:

    http - serverlə əlaqə protokolu;

    www - qovşağın tipi;

    ab - qovşağm adı;

    az - yuxarı təbəqəli dömen.

    Web-qovşaq Web-səhifə və resurslann kompleksidir ki, buna ümumi infor­masiya bloku kimi də baxmaq olar. Çox vaxt Web-qovşağın resursları bir serverə yerləşir, amma bu əsas şərt deyil.



    Brauzer: İstifadəçi Internetdə yerləşən hər hansı sənədi öz kompüterinə gətir­mək üçün xüsusi baxış proqramlarından istifädə edir. İstifadəçi ilə WWW-da yerləş­dirümiş informasiya arasında əlaqə yaradan bu proqram brauzer (browser) adla­nır. Hal hazırda çoxlu sayda brauzer proqramları mövcuddur, lakin bunlardan bir neçəsi popul­yardır: Microsoft Internet Explorer, Opera, Netscape Navigator.

    World Wİde Web-də resursun sizin kompüterə gətirilməsi aşağıdakı mərhələlərlə baş verir:

    - brauzerdə resursun tam ünvanı göstərilir;

    - brauzer sorğunu sizin kompüterin qoşulduğu serverə göndərir;

    - server həmin sorğunu URL ünvanında göstərilmiş qonşu serverə göndərir;

    - qonşu server sorğuda URL ünvanı göstərilmiş axtarılan resürsu tapır və onu sizin serverə göndərir; -

    - sizin server isə bu verilənləri kompüterinizdəki brauzerə ötürür, ilk baxışdan üzun görünən bütün bu proseş verilənlərin harada yerləşməsindən asılı olmayaraq bir neçə saniyə ərzində baş verir. Brauzerə gətirilmiş informasiyalara baxmaq, onları çap etmək və diskə köçiirmək mümkündür. Əgər Internet-dən gətirilmiş hər hansı faylı brauzerdə açmaq mümkün olmursa bu halda köməkçi proqramlardan istifadə edilir.

    Web-server - istifadəçilərin Internetdəki Web-səhifələrə daxil olmasına şərait yaradan xüsusi proqramlarla təmin olunmuş kompüterdir. Web-server informasiyaların saxlanılmasını, təşkilini və göndərilməsini təmin edir. Əgər siz şəxsi Web-server qurmaq qərarına gəlmisinizsə, bu halda daimi IP ünvanı almaqla İnternet şəbəkəsinə qoşulmaq vacibdir. Web-server Web-brauzerdən qəbul etdiyi sorğu əsasında soruşulan sənədin elektron surətini istifadəçiyə ğondərir. Belə sorğuların emal edilməsi və yerinə yetirilmə ardıcıllığı HTTP protokolu vasitəsilə yerinə yetirilir. Sənəd yüklənən zaman server həmin sənədin hər bir hissəsi ilə (mətn, ayrı-ayrı təsvirlər və multimediya obyektləri) ayrı-ayrılıqda birləşmə yaradır. Bu da Web-serverin eyni vaxtda yüzlərlə brauzerdən sorğu qəbul etməsinə imkan verir. Web-serverin əsas funksiyalarından biri sistemin təhlükəsizliyini təmin etməkdir. Web-server ona daxil olan əvvəlki sorğular haqqında heç bir informasiya saxlamır.

    Internet - provayder (Internet Service provider (ISP)) Web-səhifənin Internet-də yerləşdirilməsini təmin edir. Bu xidmət Web-hostinq (Web - hosting) adlanır.

    Hər bir Web-saytda baş səhifə və ya əsas səhifə (Home Page) adlanan Web-səhifə olur.

    Home Page dedikdə, Internet-ə daxil olarkən brauzer proqramında avtomatik açılan (peyda olan) Web-səhifə nəzərdə tutulur. Web-səhifələr HTML dilində tərtib olunurlar.

    Əgər indiyə qədər deyilənlər ümumdünya hörümçək torundakı (World Wide Web) qlobal Internet-ə aid idisə, qeyd etmək lazımdır ki, TCP/IP protokolları ilə lokal korporativ şəbəkə də qurmaq olar. Bu şəbəkədə də İnterneti-də olduğu kimi HTML səhifələri, istinadlar, URL ünvanları, Web-saytlar yerləşdirmək olar və bu şəbəkənin Internet şəbəkəsinə qoşulmağı o qədər də vacib deyil. Belə şəbəkə Intranet (İntra­şəbəkə) adlanır və Internet-dən fərqi ondan ibarətdir ki, xaricdən bu şəbəkəyə müraciət mümkün deyil. İntranetin köməyi ilə informasiya mübadiləsi təşkilat daxilində aparılır ki, bu da həm vaxta, həm də pula qənaət deməkdir.



    İntraşəbəkə qovşağına qoşulmuş kompüterlərdəki resursların bir hissəsini Internet-də yerləşdirmək mümkündür. Çünki İntranet resursları WWW-də istifadə olunan formata malikdir.
    Download 19,49 Kb.




    Download 19,49 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Elektron poçt və onun proqram təMİnati elektron poçt

    Download 19,49 Kb.