|
Fənn: Ərazinin mühəndis təchizatı Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: II
|
bet | 3/4 | Sana | 12.02.2024 | Hajmi | 30,49 Kb. | | #155083 |
Bog'liq \'r nin muh t\'c5. Hidrogeoloji axtarış işləri. Bu axtarışda tikinti sahəsinin yeraltı suları və ayrı-ayrı sulu təbəqələri, onların qarşılıqlı əlaqələri, suların kimyəbi tərkibləri, yeraltı suların səbiyyəsinin dəyişməsi, debiti, axım sürətləri, yağıntıların miqdarı bə yerüstü sularla əlaqələri öyrənilməlidir Bu faktorlar qurğuların dayanıqlığına çox böyük təsir göstərir. Məs, Lənkəranda qrunt suyunun qalxması bir neçə binaların çökməsinə səbəb olur.
6. Hidroqrafik tədqiqatlar. Burada ərazıdə olan su mənbələri (göllər çaylar və s) haqda məlumatlar toplanır və onların xəritəsi tərtib edilir.
7. Əlavə axtarışlar. Bu axtarışlara layihə düzəldiləcək su mənbəyindən balıq təsərrüfatından torpaq vğ bitkilərdən əvvəllər necə istifadə edılməsi haqqında məlumat toplamaq və təsərrüfatların inkişaf istiqamətlərini aydınlaşdırmaq məsələləri daxildir .
Mövzu-2
Ərazilərin (inşaat meydançalarının) şaquli planlaşdırılmasına aid məlumatlar. Küçələrin şaquli planlaşdırılması
PLAN
Şaquli planlaşdırma
Küçələrin şaquli planlaşdırılması
Yerin təbii relyefini dəyişib, inşaat meydançalarında və ya suvarılan sahələrdə tələb olunan ehtiyacları ödəyə biləcək yeni (layihə) sahə ilə əvəz edilməsinə sahənin şaquli planlaşdırılması deyilir.
İnşaat meydançasında aparılan şaquli planlaşdırma işlərinin məzmunu, üsulu və forması suvarılan sahələrin şaquli planlaşdırılmasından çox fərqlidir.
İnşaat meydançalarında və ya ayrı-ayrı kvartallarda aparılan şaquli planlaşdırmada əsas məqsəd iki məsələni həll etməkdir.
1.Tikinti meydançasına düşən qar və yağış sularını sahədən kənar etməkdir.
2.Şəhər nəqliyyatının normal işləməsinə şərait yaratmaqdır.
Şəhər və qəsəbələrin üfiqi planlaşdırılmasına aid layihə və ya sxem tərtib olunan zaman paralel olaraq territoriyanın şaquli planlaşdırılmasına aid əsas məlumat hazırlanır, yəni küçələrin meylləri küçə oxlarının kəsişdiyi nöqtənin koordinatı layihə və qara yüksəklikləri göstərilir.
Şəhər ərazisinin üfiqi və şaquli planlaşdırılması adətən 1:5000 topoqrafik plan üzərində tərtib edilir.
Kvartalların şaquli planlaşdırılmasına iad texniki layihə 1:1000 və ya 1:500 miqyaslarında olan topoqrafik plan üzərində aparılır.Bu planda horizontallar 0,25- 0,50 m keçirilir.Texniki layihədə müfəssəl olaraq səhənin bütün elementləri, yəni yaşıllıq sahəsi, küçələrdə olan körpülər, kommunikasiya xəttləri və s göstərilməlidir.
Şaquli planlaşdırmada əsas iki üsül vardır:
a) layihə horizontalları (qırmızı horizontallar) üsulu.
B) profil üsulu.
Birinci üsul şaquli planlaşdırmada əsas üsul olaraq qəbul edilmişdir.Layihə horizontalları üsulunda layihə tərtib edildikdə küçə və kvartal sahəsində qəbul edilmiş meyllərə əsasən qırmızı horizontallar çəkilir.Bu horizontallar layihə səthini verəcəkdir.
Şaqulu planlaşdırma layihə horizontalları 0,1-0,25 m, bəzən 0,5 m keçirilməsi qəbul edilmişdir.Küçələrin layihələndirilməsində qəbul olunan meyllərin hüdudu 0,005-0,08, yəni 0,5%-8% qəbul edilmişdir.
|
| |