Dəniz məməlilərinin təkamülü ssenarisinin qarşısındakı çətinliklər




Download 1.74 Mb.
bet26/209
Sana24.03.2017
Hajmi1.74 Mb.
#1343
1   ...   22   23   24   25   26   27   28   29   ...   209

"Mikrotəkamül" etirafları


Göründüyü kimi, Darvinin “növlərin mənşəyi”nin açıqlaması hesab etdiyi variasiyaların əslində belə bir məna daşımadığı genetika elminin kəşfləri ilə aşkar edildi.

Buna görə də təkamülçü bioloqlar növ daxilindəki müxtəlifləşmə ilə yeni növ əmələ gəlməsini bir-birindən fərqləndirmək və bunlar haqqında iki ayrı məfhum irəli sürməyə məcbur oldular. Növ daxilindəki müxtəlifləşməyə, yəni “variasiya”ya “mikrotəkamül” adı verdilər. Yeni növlərin əmələ gəlməsi fərziyyəsi isə “makrotəkamül” adlandırıldı.

Bu iki məfhum uzun müddət biologiya kitablarında yer aldı. Əslində isə burada yanıldıcı üslubdan istifadə edilmişdir. Təkamülçü bioloqların “mikrotəkamül” adlandırdığı variasiya nümunələrinin əslində təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi yoxdur. Çünki təkamül nəzəriyyəsi canlıların mutasiya və təbii seçmə mexanizmləri ilə yeni genetik məlumatlar qazanaraq inkişaf etdiklərini irəli sürür. Lakin variasiyalar bir az əvvəl də bildirdiyimiz kimi, heç vaxt yeni genetik məlumat əmələ gətirmir və ona görə də “təkamülə” səbəb olmurlar. Variasiyalara “mikrotəkamül” adı verilməsi təkamülçü bioloqların ideoloji təsir metodudur.

Təkamülçü bioloqların “mikrotəkamül” anlayışından istifadə edib yaratdıqları təsəvvür variasiyaların uzun zaman ərzində tamamilə yeni canlı sinifləri əmələ gətirməsi baxımından səhv məntiqdir. Belə ki, mövzu haqqında dərin məlumata malik olmayan bir çox adam “mikrotəkamül uzun zaman davam etdikdə makrotəkamülə çevrilir” kimi səthi düşüncəyə qapılırlar. Bu düşüncənin nümunələrini tez-tez görmək mümkündür. Bəzi “həvəskar” təkamülçülər “insanlarda boyun orta uzunluğu bir əsr ərzində 2 sm artmışdır, deməli, milyonlarla il ərzində hər cür təkamül baş verə bilər” kimi məntiq yürüdürlər. Lakin yuxarıda da deyildiyi kimi, boyun orta uzunluğundakı dəyişiklik kimi variasiyaların hamısı müəyyən genetik hüdudlar çərçivəsində baş verən və təkamülə dəxli olmayan proseslərdir.

Belə ki, “mikrotəkamül” adlandırdıqları variasiyaların yeni canlı sinifləri əmələ gətirmədiyini, yəni “makrotəkamülə” çevrilmədiyini dövrümüzdəki nüfuzlu təkamülçü dairələr də qəbul edir. Təkamülçü bioloqlar Cilbert, Opitz və Raff “Developmental biology” jurnalında 1996-cı ildə dərc edilən məqalələrində bu mövzunu belə açıqlayırlar:

Müasir Sintez (neodarvinist nəzəriyyə) mühüm nailiyyətdir. Ancaq 1970-ci illərdən başlayaraq çox sayda bioloq bu nəzəriyyəni təkamülü açıqlama baxımından qeyri-kafi olması ilə bağlı sorğu-suala tutmağa başladı. Genetika elmi makrotəkamülü açıqlamaq üçün qaneedici vasitə ola bilər, lakin genetik məlumatdakı mikrotəkamül xarakterli dəyişikliklər bir sürünəni bir məməliyə və ya bir balığı amfibiyaya çevirə bilməz. Mikrotəkamül sadəcə uyğun olanların həyatda qalması anlayışını bir yöndən izah edə bilər, uyğun olanların əmələ gəlməsini isə açıqlaya bilməz. Qudvinin 1995-ci ildə dediyi kimi, “növlərin mənşəyi, yəni Darvinin problemi həllini tapmamışdır”.34

“Mikrotəkamül” adlandırılan variasiyaların “makrotəkamül” iddiasını, yəni növlərin mənşəyini heç cür izah etməməsi digər təkamülçü bioloqlar tərəfindən də qəbul edilmişdir. Məşhur elm adamı Rocer Levin 1980-ci ilin oktyabrında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən məşhur elmi konfransda bu mövzuda gəldikləri nəticəni belə izah edir:

Darvin (variasiyalara əsaslanaraq) yürütdüyü məntiqdə haqlı idimi? Təkamül biologiyasının tarixindəki son 40 ilin ən mühüm konfranslarından birində iştirak edən elm adamlarının ortaya qoyduğu fikrə görə bu sualın cavabı “xeyr”dir. Çikaqo konfransındakı əsas məsələ bu idi: mikrotəkamülü təmin edən mexanizmlər makrotəkamül adlandırdığımız fenomeni açıqlaya bilərmi? Cavab məlumdur: xeyr.55

Bu həqiqət belə də xülasə edilə bilər: darvinizmin bir əsrdən artıq müddətdən bəri “təkamül dəlili” kimi göstərdiyi variasiyaların əslində “növlərin mənşəyi” ilə heç bir əlaqəsi yoxdur. İnəklər milyonlarla il boyu müxtəlif şəkildə cütləşdirilə bilər və fərqli inək cinsləri əldə edilə bilər. Amma inəklər heç vaxt başqa bir canlı növünə, məsələn, zürafəyə və ya filə çevrilməz.

Darvinin Qalapaqos adalarında gördüyü müxtəlif alacəhrələr də eyni şəkildə “təkamülə” dəlil olmayan variasiya nümunəsidir. Son illərdə aparılan müşahidələr alacəhrələrdə Darvinin nəzəriyyəsinin irəli sürdüyü kimi, hüdudsuz dəyişikliyin baş vermədiyini üzə çıxarmışdır. Habelə Darvinin 14 fərqli növ kimi müəyyən etdiyi müxtəlif alacəhrə növlərinin çoxu əslində bir-biriləri ilə cütləşən, yəni eyni növün fərdləri olan variasiyalardır. Elmi müşahidələr demək olar ki, hər təkamülçü mənbədə əfsanə kimi izah edilən “alacəhrə dimdikləri” nümunəsinin əslində “variasiya” nümunəsi olduğunu, yəni təkamül nəzəriyyəsinə dəlil olmadığını göstərir. Qalapaqos adalarına “darvinist təkamülün dəlillərini tapmaq” üçün gedən və adalardakı alacəhrə növlərini uzun illər boyu müşahidə edən Piter və Rouzmeri Qrantın məşhur elmi fəaliyyətləri adada “təkamül” baş vermədiyini sübut etməkdən başqa nəticə verməmişdir.36

Elə bu səbəbdən də Darvinin problemi, yəni “növlərin mənşəyi” təkam ülçülər üçün hələ də c avabsızdır.


Download 1.74 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   209




Download 1.74 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Dəniz məməlilərinin təkamülü ssenarisinin qarşısındakı çətinliklər

Download 1.74 Mb.