Həyatin gerçƏK




Download 1.74 Mb.
bet27/209
Sana24.03.2017
Hajmi1.74 Mb.
#1343
1   ...   23   24   25   26   27   28   29   30   ...   209

Fosillərə əsasən növlərin mənşəyi


Təkamül nəzəriyyəsinin iddiasına əsasən, yer üzündəki canlı növləri ortaq əcdaddan kiçik dəyişikliklər nəticəsində törəyiblər. Başqa sözlə, nəzəriyyəyə əsasən, canlı növləri bir-birindən kəskin fərqlərlə ayrılmır. Ancaq təbiətdə aparılan müşahidələr iddia edilən davamlı dəyişmələrin olmadığını göstərmişdir. Canlılar aləmində bir-birindən nəzərəçarpacaq dəyişikliklərlə fərqlənən müxtəlif kateqoriyaların olduğu müşahidə olunmuşdur. Onurğalılar paleontologiyası sahəsində mütəxəssis və qabaqcıl təkamülçülərdən biri olan Robert Karol bunu “onurğalıların təkamül modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı kitabında belə etiraf edir:

Bu gün dünyada demək olar ki, saysız-hesabsız növün yaşamasına baxmayaraq, bunlar bir-birindən çətinliklə fərqləndirilən ara formalardan ibarət davamlı spektr əmələ gətirmirlər. Bunun əvəzinə növlərin demək olar ki, hamısı bir-birindən səciyyəvi xüsusiyyətlərlə fərqlənən əsas qruplara aiddirlər.37

Təkamül tarixən baş verdiyi iddia edilən bir prosesdir. Bizə canlıların tarixi haqqında məlumat vərən yeganə elmi mənbə də fosillərdir. P.Qrasse bu mövzuda belə deyir:

Təbiətşünaslar unutmamalıdır ki, təkamül prosesi sadəcə fosillər vasitəsilə üzə çıxa bilər... Sadəcə paleontologiya (fosilləri öyrənən elm) təkamülə dəlil verə bilər və təkamülün inkişafını və mexanizmlərini göstərə bilər.38

Fosillər vasitəsilə bu mövzunu aydınlaşdırmaq üçün təkamül nəzəriyyəsinin iddiaları ilə fosil tapıntılarını bir-birləri ilə qarışdırmamalıyıq.

Təkamül nəzəriyyəsinə əsasən, bütün canlılar bir-birlərindən törəmişlər. Əvvəlcədən mövcud olan bir canlı növü zaman ərzində başqa bir canlıya çevrilmiş və bütün növlər bu şəkildə meydana gəlmişlər. Nəzəriyyəyə əsasən, bu çevrilmə yüz milyon illəri əhatə edən zaman ərzində baş vermiş və mərhələ-mərhələ irəliləmişdir. Bu təqdirdə iddia edilən uzun çevrilmə prosesi çərçivəsində saysız-hesabsız “ara növlər” əmələ gəlməli və yaşamalıdırlar.

Məsələn, keçmişdə balıq xüsusiyyətlərini hələ də daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanmış yarıbalıq-yarısürünən canlılar yaşamalıdır. Yaxud da sürünən xüsusiyyətlərini daşıyan və eyni zamanda da bəzi quş xüsusiyyətləri qazanmış sürünən quşlar əmələ gəlməlidir. Bunlar çevrilmə prosesində olduqları üçün şikəst, natamam, qüsurlu canlılar olmalıdır. Keçmişdə yaşadıqları güman edilən bu nəzəri canlılar “ara keçid formalar” adlandırılır.

Əgər həqiqətən bu cür canlılar keçmişdə yaşayıblarsa, onların sayı və növü milyonlarla, hətta milyardlarla olmalıdır. Bu canlıların qalıqlarına mütləq rast gəlinməlidir. Çünki bu ara keçid formalarının sayı bu gün məlum olan heyvan növlərindən də çox olmalı və dünyanı n hər tərəfi fosilləşmiş ara keçid formaların qalıqları ilə zəngin olmalıdır. Bu həqiqət Darvin tərəfindən də qəbul edilmişdir və Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:

Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birilə əlaqələndirən saysız-hesabsız ara keçid növlər mütləq yaşamalıdır... Onların yaşadığına dair dəlillər isə ancaq fosil qalıqları arasında tapıla bilər.39

Bu sətirləri yazan Darvin bu ara-keçid formalarının fosillərinin heç cür tapılmadığını da bilirdi. Bunun öz nəzəriyyəsi üçün böyük problem olduğunu da görürdü. Ona görə “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında duran çətinliklər” (Difficulties on theory) adlı bölməsində belə yazmışdı:

Əgər həqiqətən növlər digər növlərdən tədrici inkişafla törəmişdirsə, nə üçün saysız-hesabsız ara-keçid formaya rast gəlmirik? Nə üçün bütün təbiət qarmaqarışıq deyil, tam nizam halındadır? Saysız-hesabsız ara keçid forması olmalıdır, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər çox olan təbəqələrində onları tapmırıq? Nə üçün hər geoloji forma və hər təbəqə bu cür ara-keçid formaları ilə dolu deyil? Geoloji cəhətdən yaxşı dəyərləndirilmiş dövr müəyyən edilməmişdir və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaqdır.40

Darvinin bu böyük problem qarşısında irəli sürdüyü yeganə açıqlama isə o dövrdəki fosillərin kafi olmaması idi. Fosillər hərtərəfli şəkildə təhlil edildikdə itmiş ara formaların mütləq tapılacağını iddia etmişdi.




Download 1.74 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   ...   209




Download 1.74 Mb.