İnteraktiv və aktiv texnologiya ənənəvi pedaqogikanın alternatividir




Download 0.82 Mb.
bet10/24
Sana13.06.2021
Hajmi0.82 Mb.
#15003
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
İnteraktiv və aktiv texnologiya ənənəvi pedaqogikanın alternatividir.

Dünya pedaqoji praktikasında interaktiv (qarşılıqlı fəaliyyət) və aktiv (fəal)

texnologiyalar ənənəvi pedaqogikanın alternativi kimi qəbul olunur. Ənənəvi

pedaqogikanın əsas göstəricilərindən biri- müəllimin fəallığı və öyrəniləcək biliyi şagirdlərə ayrı-ayrı üsüllarla öyrətməsi götürülmüşdür. Burada şagirdin yaddaşı, alınan biliyi yadda saxlamaq bacarığı və onu tətbiq etmək üsulları ön plana çəkilir.

Aktiv texnologiyada şagird özü öz fəaliyyəti ilə bilik qazanmaq yolunda olur. Müəllim burada yardımcı, köməkçi və istiqamətverici funksiyanı yerinə yetirir. İnteraktiv təlimdə şagirdlər bir-biri ilə qarşılıqlı əlaqəyə girərkən, dərsdə fəallıq göstərərək yeni bilik qazanırlar. Bu qazanılan bilik bir ağlın və şagirdin fəaliyyətindən irəli gəlmir. Burada şagirdlər öz fikirlərini bir-biri ilə bölüşür, təkmilləşdirir və ortaq bir rəyə gələrək onu ümumiləşdirirlər,yəni komandada, qrupda işləyərkən hər bir şagird bilir ki, onun fikri qəbul olunacaq. Amma bu fikrin nə qədər düzgün olub- olmaması ümumi anlaşmadan sonra müəyyənləşir. Yəni şagird interaktiv təlimdə həm fikir yürütmək, başqalarının fikrini qəbul etmək bacarığına yiyələnir, zəkasını işlədir, həm də idrakının strukturunu qurur, xüsusilə sərbəst halda düşünmək bacarığına və s. malik olub əqidəli, sosial vərdişlərə yiyələnir.

Rus almi P.İ. Pidkaslinin sözü ilə desək, pedaqoji texnologiyalar, yəni təlim

texnologiyaları pedaqoji elmdə yeni bir istiqamətdir, və o, yeni, optimal pedaqoji sistemləri quraşdırmaqla, təlim prosesinin proyektləşdirilməsi ilə məşquldur. Yəni bu texnologiyalarla işləyən müəllim bu gün XXI əsrin tələbinə uygun olaraq şagirdi biliklə yükləməyə çalışmır, onu bilik qazanmaq yoluna istiqamətləndirir, onun yaddaşını yox, əqli bacarığını inkişaf etdirir,onu bilik daşıyıcısı kimi yox, öz biliyindən çıxış edərək yeni bilik qazanan görür. Bəs bu texnologiyalara müəllim necə yiyələnməkdədir? O, öz dərslərində ondan necə istifadə etməlidir? Sözsüz ki, yeni pedaqoji texnologiyalara, keçmiş sovet dövründə olduğu kimi, hansısa qabaqcıl müəllmin təcrübəsini yaymaq, ona baxıb, yararlanmaq üsulu ilə yiyələnmək olmaz. Hər bir pedaqoji texnologiyanın, təlim üsulunun öz əsasları, prinsipləri və istiqamətləri vardır. Bu üsulları yaradanlar,onların müəllifləri öz gördüklərini, duyğularını, bacarıqlarını, dərsin gediş qaydasını öz treninqlərində(yəni məşqələlərində) müəllimlərlə ötürüb öyrədirlər və bu öyrətmə böyüklərin öyrənməsi əsasında qurulur. Pedaqoji treninqi keçməyən, amma texnologiyalardan istifadə edən müəllimin dərsində oturub, onun zahiri hissəsindən (yəni qrup halında oturmaq, işçi vərəqlərindən istifadə etmək və s.) istifadə edən hər bir müəllim öz dərsində yenilik gətirmək əvəzinə xaotik bir dərs prosesi yaradır və bununla da yeni üsulların üzərinə kölgə salmış olur. Treninqlərdən keçmiş müəllim dərsin quruluşunu, onun idarə olunmasını, biliklərin bir-biri ilə əlaqəli təqdim olunmasını və s. öyrənərək öz dərslərində tətbiq etməklə onu tədricən öz pedaqoji bacarığına çevirmiş olur. Bu bacarıqlara yiyələnmiş müəllimlər ənənəvi üsuldan yeni üsula keçid alırlar.

Bu keçidin göstəriciləri aşağıdakılardır:






Download 0.82 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Download 0.82 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İnteraktiv və aktiv texnologiya ənənəvi pedaqogikanın alternatividir

Download 0.82 Mb.