e. Azərbaycan psixopedaqoqikasında konstruktiv




Download 0.82 Mb.
bet22/24
Sana13.06.2021
Hajmi0.82 Mb.
#15003
1   ...   16   17   18   19   20   21   22   23   24
e. Azərbaycan psixopedaqoqikasında konstruktiv

öyrənmə konsepsiyaları.

Muasir Azərbaycan pedaqoji psixologiyasının görkəmli nümayəndəsi olan professor Əbdül Əlizadə “İdrak prosessləri və hisslər” Bakı 2006. kitabında Azərbaycan alim və pedaqoqların təhsil konsepsiyasınin əsaslarında şagird təffəkkürün inkişafını görürdü.”Akademik A. Mirzəcanzadə yaratdığl texniki humanitar liseyində “Yeni metodla tədris etdiyi qeyri adi kurs “Fiziki-kimyavi-riyazi tənqidi təffəkkür dərsləri” yəqin ki, ömürləri boyu şagirdlərin yadından çıxmayacaq. Çünki akademikın fikrincə şagirdlərə bilikləri öyrətməkdən çox, onlara bilik toplamaq yollarını, prosesini aydınlaşdırmaq lazımdır. Bu yönümlü tədris prosesində şagirdlərdə biliklə yanaşı, nəzəri və tənqidi təffəkkür formalaşır”.

Kimya elmləri doktoru, professor Mustafa Salahov “Təhsildə dinamik fəza təffəkkürü konsepsiyasında təbiətşünaslığın və ən əsası kimyanın tədris prosesində şagirdlərin təffəkkürünü hansı yollarla inkişaf etdirmək problemini qoyur.Professorun fikrincə bu yönümdə təffəkkürün inkişafı dünyanın vəhdəti baxımından öyrənilməsi məqsədəuyğundur.

Əbdül Əlizadə Azərbaycan psixopedaqoji salnaməsində “İdrak məktəbi”nin axtarışları və uğurlarına böyük diqqət yetirir.

“Məktəb müəllimi ürəkli və cəsarətli addım atmış və XX yüzilliyi görkəmli psixoloqu J. Piajenin genetik psixologiyasını məktəb təcrübəsində tətbiq etməyə başlamışdı və özünün yaratdığı “İdrak məktəbi”ndə Piajenin genetik psixologiyasının uğurları axarında şagirdlərin ağlını inkişaf etdirdi.

F. Büynatova genetik epistemologiyanın başlıca postulatlarına əsaslanaraq uşaqlarda təffəkkürün inkişafını məntiqi ölcülərlə araşdırırdı. Bünyatova J. Piajenin məntiq sahəsindəki axtarışlarında Azərbaycan psixopedaqoqikası üçün önəmli olan bir sahəyə dünya şöhrətli alim, professor Ə. Lütfü-Zadənin qeyri səlist məntiqinə gəlib çıxdı. Bu öz özlüyünə çox dəyərli tapıntıdır və onun açıqlaması çox çeşidli sualların əmələ gəlməsini şərtləndirir: Görəsən Y. Piajenin məntiqi ilə Ə. Lütfü-Zadənin məntiqi psixopedaqoqikada yeni bir istiqamətin formalaşdırılmasında həllediçi rol oynaya bilərmi?” Professor Əlizadə dünya psixopedaqoqikasına bu görümləri ilə yeni fikir, yeni ideyalar gətirmiş oldu. Bu o deməkdi ki,Lütfü-Zadənin əsasını goyduqu yüksək texnologiyalar- nanotexnologiyalar pedagoji proseslərin modelləşdirilməsində istifadə oluna bilər . Bu gün yaxın qonşumuz olan Rus psixoloqları qarşısında nanotexnologiyaları məsələsi qoyulsada, bu istiqamətdə hələ bir iş görülməyib.

Hörmətli professorun sualın birinə cavab olaraq onu demək istəyirəm ki, Piajenin təbii idrak konsepsiyası və Lütfü-Zadənin süni idrak konsepsiyasının əsasında fənn biliklərinin yeni nanostrukturda modelləşdirilməsi üçün dünya psixopedaqoqikasında ilk olaraq hələ bir neçə il bundan öncə nanopsixopedaqoji texnologiya yaradılmışdır. Bu texnologiya əsasında yeni nanostruktur quruluşunda modelləşdirilən fənn bilikləri nizamlanaraq bir tamlığa çevrilir. Bu biliyin yeni modeli interaktiv metodlarla tədris olunanda onda fənn biliklərinin öyrənilməsinə ayrılan vaxrt 20-30 % azalmış olur. Bu da XX əsrin sonunda Amerika alimi Seymur Peypertin “Biz elə bir təlim metodları yaratmalıyıq ki, o təlim müddətini 2-3 il azaltsın” çağırışına bir növ cavab ola bilər.



Download 0.82 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   24




Download 0.82 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



e. Azərbaycan psixopedaqoqikasında konstruktiv

Download 0.82 Mb.