d. Konstruktiv təlimə muasir nəzər.
Konstruktivizm bir pedaqoju psixolojı istiqamət kimi XX əsrin ikinci yarısından sonra güclənməyə başlamışdı. «Konstruktivizm bizim dövrümüzün ən önəmli nəzəriyyəsidir». (Con Lokens, Universitet Toronto). Bu pedaqoji texnologiyalarının avanqardıdır və o XXI əsrin axırında öz inkişafını tapacaq. Konstruktivizm şəxsiyyətin fəal və məqsədəuyğun inkişafını vurqulayır bununla da bahəm sistemlərin məqsədə uyğun inkişafını nəzərdə saxlayır.Sistemlər və əsasəndə bilik sistemləri cari biliklərin keyfiyyətli dəyişməsinə, mürəkkəbliyinin artırılması istiqamətindən alınan yeni keyfiyətcə yüksək biliyin alınmasından inkişaf edirlər.
Biliklər heç vaxt reallığıqın dəqiq təsviri ola bilməz, biliyin hər bir real təqdimatı onu daha da yüksək səviyyədə izahatını tələb edir. (Piaje, İnelder).Burada hər bir fərd öz biliyini ətraf mühitə uyğunlaşdırmaq bacarığını aşkarlayır.
Amerikanın bir çox məktəb və kolleclərində şagirdlərin təlimi konstruktiv nəzəriyyələr əsasında qurulur. Belə ki, Çikaqo elmlər akademiyasının nəzdindəki kollec və məktəblərin dərslikləri və tədris planları konstruktiv təlim nəzəriyyəsi əsasında qurulmuşdur. Akademiyanın müəllimləri hesab edirlər ki, təlim şagirdlərin ətraf mühit haqqında biliklərindən asılıdır. Akademiyanın «Ka os klubu» - konstruktivist nəzəriyyəsinin sinifdə necə istifadə etmək üçün təlimat təqdim edir. Bu təlimat şagirdlərin öz elmi konsepsiyalarını yaratmaq üçün praktik bazanı özündə ehtiva edir.
Frendeks Landinq «konstruktivizm» internet saytında müəllimlər üçün belə məsləhətlər verilir:
- Konstruktivizmin tədris proqramı standart proqramdan imtina etməyi çağırır. Konstruktivistlərin proqramı elə qurulub ki, o keçmiş biliklərin istifadəsinə yardımçı olur.
- Təlimat konstruktivist nəzəriyyəsinə əsasən müəllimlər öz diqqətlərini faktlar əsasındakı əlaqəyə cəmləşdirməli və şagirdlərin yeni anlamını möhkəmləndirməlidirlər. Onlar şagirdlərin fikirlərini təhlil etməlidirlər, onu açmalıdırlar, şagirdlər arasında konstruktivist dialoq yaratmalıdırlar, onları ruhlandırmalı və qiymətləndirməlidirlər.
- Qiymətləndirmə – qiymətləndirmə təlim prosesinin bir hissəsi olur. Şagirdlər özləri öz irəliyişlərini qiymətləndirirlər. Konstruktivist müəllim onların anlam səviyyəsini və əqli modellərini qiymətləndirir. Şagirdlərin səhvi konstruktivist müəllimə çox vacibdir, çünki səhvlir müəllimə şagirdlərin indiki anlamına diqqət yetirmək, daxil olmaqa imkan yaradır.
Amerikanın «Sed letter» jurnalında çap olunan «Konstruktivizmin praktikası» məqalədə qeyd olunur ki, konstruktivist müəllim «səhnədə müdrük rolunu» oynamır, o ən yaxşı halda şagirdlərin öz anlamlarının indiki anlamla qiymət vermək üçün istiqamət yaradandır. Həmən məqalədə göstərilir ki, əgər konstruktivist təlim köhnə bilik əsasında qurulursa onda müəllim şagirdlərin anlamı və yeni biliklər arasında ziddiyət yaratmalıdır.
Üçüncüsü əgər şagirdlər bu günkü anlamalarını tətbiq edirlərsə, onda müəllim onu ön plana çəkməli və şagirdlərə vacib olan problemlərin həllinə daxil etməlidir. Müəllimlər şagirdlər arasında qarşılıqlı əlaqəni stimulaşdırmalıdırlar, çünki bu əlaqələr şagirdlərin öz fikirlərini düzləndirir və başqalarınınkı ilə müqayişə etməyə imkan yaradır.
Amerikalı iki müəllim Corc B. Qaqnon və Mişel Collu(George W.Gaqon, and Mishelle Collay) birlikdə «Konstruktiv təlimin proyekti» məqaləsində konstruktiv dərsi planlaşdırma yanaşması ilə yox, proyektləşdirmə yanaşmasından izah etməyə çalışmışdılar. Onlar öz yanaşmalarını izah edərək qeyd etmişdilər ki, əgər müəllim təlim prosesin mərkəzindədirsə o onda nə edəcəyini planlaşdırır, amma əgər müəllim şagirdlərin fəalliyətini proyektləşdirirsə onda o şagirdlərin nə edəcəyi məsələsi üzrə fikrini cəmləşdirir. Koqnitiv nəzəriyyəyə əsaslanaraq onlar konstruktiv dərsin altı elementin işləmişlər. Bunlar situasiya, qruplaşma, körpü, suallar, əlavə və əks etmədir. Müəllimlər şagirdlər üçün situasiyanı izah etmək üçün situasiyanı inkişaf edirlər, materialları qruplaşdırırlar, şagirdlərin bildikləri və bilmək istədiklərinin arasında əlaqə qururlar, sual gözləyirlər və onlara cavab verməyib, şərait yaradırlar ki, onlar suallara özləri izahat versinlər. Başqa bir araşdırıcı alim Teodor Sizerin (Amerika) sözünə görə şagirdləri fəal bilik qazanmaq fəalliyətinə gətirərək, hər bir tədris planı konstruktivizmə uyğunlaşa bilər.
80 – ci illərin sonunda keçmiş Sovetlər ittifaqında gedən yenidən qurma prosesində məktəbin modernləşdirilməsi aktual bir məsələyə çevrilmişdir. O vaxtlar pedaqoji məkan bir ideya arenasına çevrilərək araşdırmalar, yeniliklər yuxarıdakıların göstərişi ilə yox, aşağıdakıların duyumları ilə, düşüncələri ilə, anlamları ilə aparılırdı. Çoxları başa düşürdü ki, bilik ötürmək nəyi isə yadda saxlayıb bilik almaq, hələ bilik qazanmaq deyil.Konstruktiv təlim haqqında Rusiyada ilk dəfə olaraq Kemerevo universitetitin müəllimi Natalya Şatalova öz monoqrafiyasında yazıb. Müəllif qərb alimlərinə və araşdırıcılarına istinadən Viqotskini konstruktivist adlandırdığı üçün tənqid atəşinə məruz qalmışdı. Lakin Maxmutovun, Cosanovun və başqalarının təklif elədikləri problemli təlim düşüncəli, anlamlı təlim kimi xarakterizə olursada, onları konstruktivist müəllim və texnoloq kimi görmürlər.
Keçmiş SSRİ nin bir hissəsi olan Azərbaycanda 90-cı illərin əvvəlində təlimin məntiqi yolu ənənəvi təlimə bir alternativ təlim üsulu kimi təqdim olunmuşdur. (Бунятова Ф. Дж. «Логический способ обучения.. Альтернативное образование» Баку 1990 г. из-во Маариф ) Sonralar bu təlim sosiallaşaraq «Təlim və tərbiyyədə pedaqoji texnologiyalar» Bakı 2000 öz əksini tapmışdır. 2001– ci ildən «Konstruktiv təlim» haqqında sil-silə yazılar «Azərbaycan müəllimi» qazetində çap olunaraq onun mahiyəti, prinsipləri digər konstruktivist yanaşmalardan fərqi və oxşarlığı göstərilmişdir. Sözsüz ki, bunlar hamısı konstruktivizm haqqında deyilən fikirlərin, irəli sürülən baxışların hələ başlanğıcı sayıla bilər, çünki biz hələ anlam qapısının ağzında olaraq onu açmaq istəyindəyik.
|