Toleransiya və Qlobal Vətəndaşlıq
Toleransiya və qlobal vətəndaşlıq, dünya cəmiyyətlərində tərəqqi və sülh üçün əhəmiyyətli
olan iki əsas mənəvi dəyərdir. Bu mənbələr, müxtəlif etnik və mədəni fərqliliklərə hörmətlə
yanaşmağı, müstəqil düşünməyi təşvik etməyi və dünya vətəndaşları arasında birgə işləməyi
təmin etməyi məqsədləyir.
Toleransiya, fərqli etnik, dini, cins, və ya sosial qruplara aid olan insanların bir-birilə
hörmətlə yanaşmağı və bir-birilə qarşı hörmət və adil müstəqil münasibət qurması deməkdir.
Tolerans, müstəqil düşünməni təşvik edir və cəmiyyətlərdə birgə yaşamağı gücləndirir.
Fərqli fikir və inancların olduğu bir cəmiyyətdə, toleransın olması, bu fərqlilikləri zənginlik
kimi qəbul etməyi və hər bir şəxsin insan haqlarına hörmətlə yanaşmağı təmin edir.
Qlobal vətəndaşlıq isə dünya vətəndaşlarının öz müstəqil fikir və inanclarını qoruyub
saxlamağı, digər insanlarla birgə çalışmağı və planetimizi bir tək əlində tutmağı məqsədləyir.
Bu prinsip, dünya cəmiyyətlərinin bir-biri ilə əməkdaşlıq etməsini, müxtəlif regionlar
arasında münasibətlərin gücləndirilməsini və dünya problemlərinin həlli üçün birgə
fəaliyyəti təmin edir.
Qlobal vətəndaşlıq fikri, insanların yalnız öz ölkələrinin maraqlarını nəzərə almadan, dünya
problemlərinin həllində ortaq fəaliyyət göstərmələrini təşvik edir. Bu prinsip, mütəmadi
olaraq artan dünya problemləri ilə başa çıxmağa nail olmaq və dünya əhalisinin birgə
gələcəyini təmin etmək üçün əhəmiyyətli bir vasitədir.
Toleransiya və qlobal vətəndaşlıq prinsipləri, dünya cəmiyyətlərini daha tolerant, ədalətli və
bir-biri ilə əlaqəli hərəkət etməyə təşvik edir. Bu dəyərlər, müstəqil düşünməni, digərlərinə
hörmətlə yanaşmağı və planetimizi birgə qorumağı təmin edir.
Bu nümunələr, alimlər və dünya liderlərinin insanın şəxsiyyətinin formalaşmasında
əhəmiyyətli gördükləri bir neçə əsas qiymət və inancları təsvir etmək üçündür. Hər bir alim
və liderin bu məsələyə baxışı fərqli ola bilər və müxtəlif mədəni və ideoloji kontekstələr bu
baxışları formalaşdıra bilər
Cəmiyyətin inkişafı, qanunauyğunluqları, hadisələrin başvermə səbəbləri, hərəkətverici
mexanizmi haqqında dialektik və metafizik inkişaf konsepsiyası mövcuddur. Təbii ki, insan-
fərd bir varlıq kimi inkişaf edərək formalaşır. Bir çox görkəmli dünya alimləri fərdin
inkişafına irsiyyət nöqteyi-nəzərindən yanaşmaqda haqlıdırlar. İnkişaf təbiət və
cəmiyyət hadisələri ilə bağlıdır və hərəkətlə, tərəqqi ilə, yaradıcılıqla səciyyələnir. Bu, eyni
zamanda mühit və tərbiyə ilə də şərtlənir. İnsanın inkişafı deyərkən 3 mühüm əlamət-fiziki
anatomik-fizioloji inkişaf, yəni insanın bioloji fərd kimi inkişafı, psixoloji inkişafı və sosial
inkişaf, insanın vətəndaş-şəxsiyyət kimi yetişməsi nəzərdə tutulur.
Bu əlamətlər ayrılıqda xüsusi kəmiyyət və keyfiyyət dəyərlərinə malikdir. Psixoloji inkişafa
insanın idrak prosesinin, duyğuların, qavrayış və təsəvvürün, nəticə və təxəyyülün, diqqətin,
nitq və təfəkkürün, hafizə və iradənin, necə təşəkkül tapması daxildir. İnsanın sosial inkişafı,
onun cəmiyyətdəki iştirakı konkret adamlar və kollektiv üzvləri ilə münasibətdə özünü
göstərir, ətraf aləmdə cərəyan edən hadisələrin müşahidəçisinə çevirir. Buna görə də insanın
inkişafından danışarkən şəxsiyyət anlayışı önə çəkilir. Bu dəyərlər insanları mənəvi-sosial
həyatda formalaşdırır və onları şəxsiyyət statusuna yüksəldir. Beləliklə, şəxsiyyət, onun
maraqlarının və meyillərinin, temperamentlərinin funksional xüsusiyyətləri nəticəsində
əmələ gəlmiş fərdi fərqlər sayəsində həyatda fəal mövqe tutur. İnsan dünyaya bioloji varlıq
kimi gəlir, lakin bir şəxsiyyət kimi özünün fərdi həyatı və fəaliyyəti prosesində uzun və
mürəkkəb yol keçərək yetkinləşir.
Hazırda cəmiyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsi xeyli dərəcədə fəal və
hərəkətli inkişaf etmiş şəxsiyyətin formalaşdırılması prosesinin səmərəliliyindən asılıdır.
Şəxsiyyətin inkişafı ilə əlaqədar olaraq yalnız bugünkü təcrübənin deyil, həm də pedaqoji
fıkrin zəngin ideyalarını nəzərə almaq lazımdır. Azərbaycan maarifpərvərləri şəxsiyyətin ən
müsbət cəhətlərini onun cəmiyyətdəki münasibət və fəaliyyətində axtarmışlar, çünki
münasibətlər insanın həyat təcrübəsinin nəticəsi olmaqla onun hərəkətlərini və daxili
hisslərini müəyyənləşdirir.
Nəticədə insanın bir şəxsiyyət kimi formalaşması prosesinə təsir edən amillər haqqında
müxtəlif fikirlər meydana gəlmişdi. Əsrlər, min illər boyu bu amillər içərisində üstünlük
irsiyyətə verilmiş və belə bir fikir irəli sürülmüşdür ki, valideynlərdə müsbət və mənfi nə
varsa övladlara keçir. İrsiyyət nəzəriyyəsinin hakim olduğu dövrlərdə zəka sahibləri həmin
nəzəriyyəni qəbul etməklə yanaşı, tərbiyəyə böyük əhəmiyyət verirdilər. Elmin, təhsilin,
tərbiyənin böyük gücünə inanan və onu təbliğ edən Nizami Gəncəvi bəzən irsiyyətin mütləq
təsirini inkişafın əsas amili kimi götürürdü.
İnsanın cəmiyyətdə düzgün tərbiyə edilməsində bir sıra amillər mühüm rol oynayır. İnsan
ayrı-ayrı yaş dövrlərində fiziki, psixi və mənəvi cəhətdən müxtəlif xüsusiyyətlərə malik olur,
onun xarakterində müəyyən yeniliklər, dəyişikliklər yaranır. Buna görə də cəmiyyətimizin
üzvü olan insan bilməlidir ki, hansı şəraitdə və hansı amillərin təsiri altında inkişaf edir,
onun inkişafında irsiyyətin, mühit və tərbiyənin rolu nədən ibarətdir.
Bu məsələlərin dərindən öyrənilməsi və tərbiyənin roluna dair həm qədim dövrlərdə, həm də
sonralar müxtəlif fikirlər irəli sürülmüş, uzun mübahisələr və tədqiqatlar aparılmışdır. Hələ
qədim yunan mütəfəkkirləri Sokrat, Platon və Aristotel insan həyatında tərbiyənin böyük
rolu olduğunu göstərmişlər. Platon (e.ə. 347-127-ci illər) "Qanunlar" əsərində yazmışdır:
"İnsanı həqiqətən tərbiyə etsək o, ən sakit və ilahi məxluq olar". Bununla belə, sonralar
başqa fikirlər irəli sürüldü. Məsələn, orta əsrlərdə insanın inkişafında irsiyyəti həlledici amil
hesab edirdilər. "İrsiyyət nəzəriyyəsi" tərəfdarları belə deyirdilər ki, insanın qabiliyyəti, zəka,
ideya və əxlaqi sifətləri, iradəsi ilə xasiyyəti anadan gəlmədir. Bu keyfiyyətlər uşaq
doğularkən valideynindən ona irsən keçir. O vaxtkı iqtisadi və ictimai şəraitdən irəli gələn
təlimə görə, bilikli, mərifətli, bacarıqlı insanlar böyüdükdə valideynlərinə oxşamalıdırlar.
Y.A.Komenski "Böyük didaktika" adlı əsərində yazırdı: "Bizə təbiət əxlaqı verirsə də, biliyi
və xeyirxahlığı vermir". Komenski şəxsiyyətin inkişafı üçün məktəb, təlim-tərbiyə işini
təkmilləşdirməyi, təlimin insan tərbiyəsi üzərində ciddi çalışmasını zəruri bilirdi.
İngilis filosofu Con Lokk (1637-1704-cü il) "İdeyaların fitriliyi" nəzəriyyəsinə qarşı çıxaraq,
vaxtilə Aristotel tərəfindən qaldırılan bu ideyanın əsasında özünün məşhur "Fabula rasa" (ağ)
nəzəriyyəsini irəli sürdü. Con Lokkun fıkirincə, insan dünyaya gəldikdə, irsən ona heç bir
qüvvə verilmir. Uşağın ruhu ağ lövhəyə bənzəyir, bu təzə ağ lövhə üzərində tərbiyə vasitəsilə
hər nə istəsən yazmaq olar. Uşaqda istənilən keyfiyyəti tərbiyə etmək, yaratmaq olar.
Cəmiyyət öz yerində saymır, daim inkişaf edir, tərbiyənin insan şəxsiyyətinin
formalaşmasındakı rolu böyükdür. XIX əsrin utopik sosialistləri Sen Simon, Şarl Furye,
Robert Ouen tərbiyənin qüvvəsinə həddindən artıq inanır, cəmiyyəti tərbiyənin gücü ilə
dəyişdirməyə ümid edirdilər. Onlar insanı mühitin passiv, aciz məhsulu kimi
qiymətləndirirdilər. XIX əsrdə yaşamış rus demokratları Çernışevski, Belinski,
Dobrolyubov, Pisarev insan şəxsiyyətinin formalaşmasında tərbiyənin böyük rol oynadığını
qeyd edirdilər. Onların fikrincə, yalnız şəxsiyyətin deyil, dövlətin, cəmiyyətin, ölkənin də
taleyi gənc nəslin düzgün tərbiyəsindən asılıdır. Belinski yazırdı ki, həm həyat, həm ölüm,
həm xilas olmaq, həm də məhv olmaq tərbiyədən asılıdır.Tərbiyə insan yaratmır, doğulmuş
varlığın yaxşı və ya pis olmasına kömək edir. İnsanın inkişafına, şəxsiyyətin
formalaşmasına, ictimai mühitin necə təsirinə dair elmə məlum 40-dan çox "homo ferus"
mövcuddur. Dobrolyubov yazırdı ki, insanlarla ünsiyyətdə olmayan, meşədə heyvanlar
arasında böyüyən adamlar vəhşiləşir, onların anlayışları inkişaf etmir.
Hind şahzadəsi Əkbər öz alimləri ilə mübahisə etmişdi ki, insanın insan olması üçün onun
insan mühitində yaşaması zəruridir. Alimlər buna etiraz etdikdə o belə bir eksperiment
aparmışdır. Hind, Çin, Benqal uşaqlarını anadan olan kimi valideyinlərindən almış, onları
bağlı kameralarda saxlamış, uşaqları ünsiyyət, insani münasibətlər dünyasından məhrum
etmişdir.Yeddi yaşında uşaqlar yalnız heyvani səslər çıxarmışlar. Elmə məlum olan bu cür
faktları araşdıran nəzəriyyəçi Dubinin belə nəticəyə gəlir ki, insana mənəvi keyfiyyətlər irsən
verilmir, bunlar tərbiyənin və ictimai mühitin nəticəsidir. İnsan şəxsiyyət kimi doğulmur.
İnsanın fərdi inkişafı, onun şəxsiyyətinin formalaşması son mərhələdə ictimai həyat
şəraitindən, ictimai münasibətlər sistemindən və istehsal münasibətlərdən asılı olur. İnsan
ictimai münasibətlərin məcmusudur. İctimai mühit deyərkən insanın həyat fəaliyyətini,
inkişafını əhatə edən xarici şərait nəzərdə tutulur. İctimai mühit daim dəyişir və yeniləşir.
İnsan inqilabi fəaliyyəti vasitəsilə həm mövcud ictimai mühiti dəyişib öz arzusuna müvafiq
qura bilir, həm də bu prosesdə fəal fəaliyyət göstərməklə öz təbiətini dəyişdirir. Tərbiyə
sayəsində uşaqda yeni qabiliyyət və keyfiyyətlər yetişir, müəyyən xarakter yaranır və
formalaşır. Uşaq təlim və tərbiyə vasitəsilə ictimai həyata hazırlanır, geniş dünyagörüşünə
sahib olur.
Hazırda təlim prosesinin pedaqogika və psixologiya elmlərinin nailiyyətlərindən istifadə
edilir. Şəxşiyyətin inkişafına təsir göstərən ictimai institutlardan, təlim-tərbiyə
müəssisələrindən, məktəbdənkənar uşaq müəssisələrindən, mədəni-maarif ocaqlarından,
ictimai təşkilatlardan, KİV-dən, cəmiyyətin əsas hüceyrəsi olan ailədən geniş şəkildə istifadə
edilməsi tərbiyəvi təsir imkanlarını genişləndirir. Şəxsiyyətin formalaşmasında ailənin rolu
böyükdür. Ailə insan üçün mədəni-məişət şəraiti yaradır, emosional həyat sahəsinə təsir edir,
ilk sosial və mədəni təsəvvürlərin formalaşmasında, xarakterin təşəkkülündə vasitə rolunu
oynayır. Həzrəti Məhəmməd əleyhissəlam, buyurmuşdur ki, ata övladına gözəl tərbiyədən
qiymətli hədiyyə verə bilməz. Uşaq böyüyür, məktəbə gəlir, onun həyatında yeni dövr
başlayır. Müəllim də, valideyn də uşağa böyük təsir göstərir. Azərbaycanın dünya şöhrətli
mütəfəkkiri N.Tusi valideynlərə məsləhət görürdü ki, uşaq süddən ayrıldıqdan sonra dərhal
onu tərbiyə etməyə, ona nizam-intizam öyrətməyə başlamaq lazımdır. Şəxsiyyətin
inkişafında orqanizmlə mühit arasındakı ziddiyyətlər meydana çıxır. Lakin bu ziddiyyətlər
genişlənib konfliktə çevrildikdə inkişafın hərəkətverici qüvvəsi olmur. Burada inkişafla
tərbiyəni bir-birindən təcrid etmək olmaz və onlar ziddiyyətlərin mübarizəsində davam edir.
Məşhur tərbiyə nəzəriyyəçisi Monozson yazmışdır: "Tərbiyə və inkişafın hərəkətverici
qüvvəsi daxili və xarici şərait sistemində ziddiyyətlərin mübarizəsidir. Daxili ziddiyyətlər
şəxsiyyətin formalaşdığı bütün mərhələlərdə insanda yeni yaranmış tələbatları ödəmək
vasitəsinin məhdudluğudur. Məhz bu ziddiyyət uşağı ilk yaşdan fəallığa təhrik edir.
Uşaqların müstəqilliyə can atması yaşlılar arasında bəzən narahatlıq yaradır. Düzgün tərbiyə
belə ziddiyyətləri asanlıqla aradan qaldırır, uşaqlarda müstəqilliyin inkişafına kömək edir.
Əks təqdirdə, intizamın pozulması halları baş verir, mübahisə və digər neqativ vəziyyətlər
yaranır.
Tərbiyəçinin vəzifəsi şəxsiyyətin daxili qüvvələrini stimullaşdırmaqdan və onlara düzgün
istiqamət verməkdən ibarətdir. Stimul deyərkən şəxsiyyətə zahiri təsir, onu müəyyən
fəaliyyətə yönəltmək başa düşülür. Fəaliyyət insanın təlim və tərbiyə məqsədini
müəyyənləşdirən amil kimi çıxış edir və onun bütün proseslərini bir-biri ilə sıx əlaqələndirir.
Beləliklə, insanın inkişafında və onun bir şəxsiyyət kimi formalaşmasında ünsiyyət, mühit və
tərbiyə amilləri qarşılıqlı surətdə mühüm əhəmiyyət daşıyır. Təlim və tərbiyə prosesində
bunların nəzərə alınması vacibdir.
Təlim-tərbiyə milli dəyərlərimiz olan adət-ənənələrə uyğun əsas keyfiyyət-ləri insanın
inkişafında formalaşdırır. Cəmiyyətdə yeni nəslin milli adət-ənənələrimiz ruhunda tərbiyə
edilməsi hərtərəfli mənəvi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.
Müstəqilliyimizin hazırkı mərhələsində gənc nəslin əxlaq tərbiyəsinin rolu və əhəmiyyəti
xeyli artır. Milli şüurun artması, onun əxlaqi keyfiyyəti cəmiyyətin inkişafında vacib və
önəmlidir. Məhz buna görə də təlim-tərbiyə məsələsi ön planda durmalıdır. Gəncləri milli
adət-ənənələrimiz ruhunda tərbiyə etmək, onları mərd və cəsur tərbiyə etmək deməkdir.
Cəmiyyətdə yeni nəslin əxlaq tərbiyəsi gələcəyimiz üçün zəruri şərtdir. Ən mütərəqqi və
insani əxlaqı olan Azərbaycan xalqının adət və ənənələri çox zəngindir.
Mühüm problemlərdən birincisi insanın cəmiyyətə münasibətidir, milli dəyərlərimizə və
xalqımıza sədaqət, müstəqil respublikamıza məhəbbət, dövlətçiliyimizin xeyrinə vicdanla
işləmək, milli sərvətlərimizi qoruyub saxlamaq, artırmaq qayğısına qalmaqdır.
İkinci məsələ insanların cəmiyyətdə bir-birinə qarşılıqlı münasibətidir. Buraya kollektivçilik
və qarşılıqlı yoldaşlıq yardımı, vətəndaşlar arasında insanpərvərlik münasibətləri və qarşılıqlı
hörmətdir.
Üçüncü məsələ insanın cəmiyyətdə mənəvi xasiyyətini təşkil edir, düzlük, mənəvi saflıq,
ictimai və şəxsi həyatda çətinlik və təvəzökarlıqdır. Bu prinsiplər elə yüksək mənəvi-əxlaqi
keyfiyyətləri ifadə edir ki, bunlara yiyələnmədən ümumi əxlaq prinsiplərinə yiyələnmək
olmaz. Təlim-tərbiyə prosesi dərin məzmunlu geniş bir elmdir.
|