• Visual Basic -də hazırlanmış proqram layihəsinin qrafik interfeysi və hadisəvi prosedurları
  • End Sub
  • Forma və idarəedici elementlərin formada yerləşdirilməsi .
  • “ Qrafik interfeys yaradılması” layihəsi
  • Option Explickt
  • Obyektlər: xassələr, metodlar, hadisələr




    Download 1,13 Mb.
    bet23/63
    Sana29.12.2019
    Hajmi1,13 Mb.
    #6039
    1   ...   19   20   21   22   23   24   25   26   ...   63

    Obyektlər: xassələr, metodlar, hadisələr


    Obyektlərin xassələri (Properties). Hər bir obyekt müəyyən xassələr yığımına malik- dir ki, bunların da başlanğıc qiymətlərini dialoq pəncərəsindən təyin etmək mümkündür.

    Xassənin qiymətini proqram kodunda da dəyişmək olar. Bunun üçün: Obyekt.Xassə = QiymətXassə təlimatına əməl etmək lazımdır. Məsələn, fərz edək ki, mətnin ayrılmış fraqmentində (Selection obyekti) birinci simvol (Characters (1) obyekti) yarımqalın olmalıdır, yəni Bold xassəsi verilməlidir. Bold xassəsi verilərkən xassənin qiyməti True, əks halda False olacaqdır. Simvola Bold xassəsinin verilməsi üçün: Selection.Characters (1). Bold = True yazmaq lazımdır.

    Adətən obyektin bir neçə xassəsi olur. With…End With təlimatından istifadə etməklə, obyektə bir neçə xassəni bir dəfəyə mənimsətmək olar. Bunu etmək üçün:

    With Obyekt

    .Xassə1 = QiymətXassə1

    .Xassə2 = QiymətXassə2

    ...


    .XassəN = QiymətXassəN

    End With

    yazmaq kifayətdir.

    Məsələn, 10 simvoldan ibarət olan aylmış mətn fraqmentinə yarımqalın kursiv‖ vermək üçün aşağıdakı proqram kodundan istifadə etmək olar:

    For I=1 to 10

    With Selection.Characters (I)

    .Bold = True

    .Italic = True End With

    Next I

    Obyekt metodları (Methods). Obyektin hər hansı əməli icra etməsi üçün onun malik olduğu metodlardan biri tətbiq edilməlidir. Bir çox metodlar icra ediləcək əməliyyatların parametrlərini daxil etməyə imkan verən arqumentlərə malikdir. Arqumentlərə konkret qiymət vermək üçün := işarəsindən, arqumentləri bir-birindən ayırmaq üçün isə vergüldən istifadə edilir. Metoda da, xassəyə müraciət edildiyi kimi, nöqtəli notasiya97 ilə müraciət edilir, yəni, metod sözündən əvvəl nöqtə qoyulur:

    Obyekt.Metod arq1:=qiymət, arq2:=qiymət



    Məsələn, açılmış Word sənədinin diskdə saxlanması üçün arqumentsiz Save

    metodundan istifadə edilir: Documents (―Azər.doc‖).Save Word sənədini açmaq üçün:



    Documents ().Open FileName:=‖C: \Kurs\Azər.doc‖ yazmaq, yəni, yolu da göstərmək lazımdır.

    Azər.doc sənədinin ilk 3 səhifəsini çap etmək üçün bir-neçə arqumentli PrintOut metodundan istifadə edilir. Bu halda Range (çap diapazonunun formatını verir), From To (çap ediləcək başlanğıc və son səhifələrin nömrələrini) arqumentləri daxil edilməlidir:



    Documents (―Azər.doc‖).PrintOut Range:=wdPrintFromTo, From:=‖1‖, To :=‖3‖

    Yəni, qrafik interfeysin çap dialoq pənrəsində 1-3 yazmaqla sənədin ilk 3 səhifəsi çap edilir.

    Hadisələr (Events). Hadisə obyektin tanıdığı əməldir. Hadisə istifadəçi tərəfindən (məsələn, klaviatura düyməsini basmaqla) və digər proqram obyektlərinin təsiri ilə

    97 Şərti yazılı işarələr sistemi

    yaradıla biləndir. Hadisəyə reaksiya (cavab) vermək üçün obyektin xassələrinin qiymətini dəyişən, metodları çağıran və s. prosedurlardan istifadə edilir. Məsələn, Document (sənəd) obyekti Open (açmaq), New (yaratmaq) və Close (bağlamaq) hadisələrinə, Selection (sənədin ayrılmış fraqmenti) obyekti isə Cut (kəsmək), Copy (üzköçürmə), Paste (yapışdırma), Delete (Silmə) və s. hadisələrə reaksiya verir.



        1. Visual Basic-də hazırlanmış proqram layihəsinin qrafik interfeysi və hadisəvi prosedurları


    Qrafik interfeys. Qrafik interfeys işləyən proqram əlavəsi ilə istifadəçi arasında dialoq yaratmaq üçündür. Qrafik interfeys yaratmaq üçün əsas instrument ekrana açılan formadır (Visual Basic-də Form, VBA-da UzerForm obyektlər sinfi) ki, bu da idarəedici elementlərin yerləşdirildiyi pəncərədən ibarətdir. Layihənin qrafik interfeysi bir-neçə formanı əhatə edə bilir.

    Qrafik interfeys vizual olaraq elə qurulmuşdur ki, mışın köməyi ilə forma üzərində idarəedici elementlərin şəklini çəkmək mümkün olur.

    İdarəedici elementlər sinfi (Controls) qrafik interfeysdə müxtəlif cür adlandırılır. Belə ki, məsələn, mətn sahəsi (TextBox), metka (Label), siyahılar98 (ListBox), qrafik pəncərələr99 (PictureBox), əmr düymələri (CommandButton), dəyişdirici açarlar (CheckBox), bayraqcıqlar (OptionsButton) və s.

    Forma üzərinə idarəeici elementlərin eyni sinfinə aid olan, lakin fərdi qiymətli xassələr nümayiş etdirən bir-neçə nüsxəsi (məsələn, Command1, Command2, Command3 və s.) yerləşdirilə bilər.

    İdarəedici element dedikdə, qrafik interfeysin elə elementi nəzərdə tutulur ki, o, istifadəçi və ya proqram obyektləri tərəfindən yaradılan hadisəyə reaksiya versin.

    Forma və idarəedici elementlər müəyyən xassə, metod və hadisə yığımları ilə xarakterizə olunur. Bəzi obyekt sinifləri, xassələr, metodlar və hadisələr aşağıdakı cədvəldə verilmişdir:



    Obyekt sinifləri

    Xassələr

    Metodlar

    Hadisələr

    Form (forma)

    Name (Ad)

    Show

    Load (yükləmə)


    98 Adətən verilənlərin daxil edilməsi və çıxarılması üçün istifadə edilir.

    99 Qrafikanın çıxarılması üçün istifadə edilir.


    UzerForm (forma)

    Capiton (Üst yazı)

    Font (Şrift) Height (Hündürlüyü) Width (Eni)

    (Göstərmək) Move (Yerdəyişmə)




    CommandButton

    (Əmr düymələri)



    Name (Ad) Capiton (Üst yazı) Font (Şrift)

    Height (Hündürlüyü) Width (Eni)

    Move

    (Yerdəyişmə)



    Click (Düyməbasma)

    TextBox (Mətn sahəsi)

    Name (Ad) Text (Mətn) Font (Şrift) Height (Hündürlüyü) Width (Eni)

    Move

    (Yerdəyişmə)



    DblClick

    (İkiqat düyməbasımı)





    Obyekt adlarının uzlaşdırılması. Layihənin obyektlərinə ad vermək məqsədəuy- ğundur. Çünki ad obyektin tipini və təyinatını müəyyən etməyə imkan verir. Ad obyektin tipini göstərən sözönü ilə başlayır. Forma üçün frm, əmr düymələri üçün cmd, mətn sahəsi üçün txt, üst yazı üçün lbl və s. sözönündən istifadə edilir. Sözönündən sonra adın məlumatverici hissəsi gəlir ki, bu da ya böyük hərflə başlanan söz (məsələn, frmFirst, lblText, cdmExit), ya da rəqəm (məsələn, txt1, txt2, txt3) ola bilər.

    Hadisəvi prosedurlar. Hər bir hadisəyə obyektin müəyyən münasibətini, başqa sözlə, reaksiyasını proqramlaşdırmaq olar. İstifadəçi qrafik interfeysin hər hansı elementinə mışla təsir etdikdə icra edilən əməllər hadisəvi prosedurlar sayılır. Prosedurun adı obyektin adından və hadisənin adından ibarətdir:

    Obyekt_Hadisə ()

    Beləliklə, hadisəvi prosedur dedikdə, müəyyən hadisənin reallaşdırılmasından sonra icraya başlayan alt proqram nəzərdə tutulur.

    Hadisəvi prosedurda bir-neçə obyekt iştirak edə bilər. Məsələn, birinci obyektdə baş verən hadisənin nəticəsində ikinci obyektin xassələri qiymətcə dəyişə bilər üçüncü obyekt hansısa metodu reallaşdırar və s.

    Hadisəvi prosedur alt proqram olduğundan, Sub100 açar sözlə başlayıb, End Sub açar

    sözlə bitir:

    Sub Obyekt (1)_Hadisə ()

    Obyekt (2) .Xassə = QiymətXassə

    Obyekt (3) .Metod arq1:=qiymət, arq2:=qiymət

    ...

    End Sub




        1. Visual Basic dilində proqram tərtibi üçün inteqrasiya edilmiş mühit101

    Visual Basic dilində proqram tərtibi üçün inteqrasiya edilmiş mühit istifadəçiyə münasib qrafik interfeyslə işləmək imkanı verir. Visual Basic işə buraxıldıqdan sonra yeni layihə üzərində işə başlamaq üçün File-New-Standart əmrini daxil etmək lazımdır. Bu halda sözü gedən inteqrasiya edilmiş mühit pəncərəsi ekrana açılır.

    İnteqrasiya edilmiş mühit pəncərəsinin yuxarısında sərlövhə sətri var ki, burada da Project1- Microsoft Visual Basic [design] göstərilir.102 Pəncərənin idarə düymələri sərlövhə sətrinin sağ ucundadır.

    Sərlövhə sətrinin altında baş menyü sətri vardır.

    Baş menyü sətrinin altında tez-tez istifadə edilən əmrlərin piktoqramları yerləşir.



    Formalar konstruktoru pəncərəsi. Bu, əsas işçi pəncərədir inteqrasiya edilmiş Visual Basic mühiti pəncərəsinin mərkəzində yerləşir. Qrafik interfeysin vizual quraşdırıl- ması bu pəncərədə həyata keçirilir. Formalar obyekt sinfinə aid olan formanın özü, yəni, frm1 obyekti məhz konstruktor pəncərəsində yerləşir. Formanın yerini və ölçüsünü dəyişmək olar. Qrafik interfeys yaradıldıqca forma idarəedici elementlərlə doldurulur.

    100 subroutine – alt proqram

    101 Bu mühitin yaranması üçün Visual Basic 5.0 CCE proqramlaşdırma sistemini CD-ROM-dan yükləmək lazımdır.

    102 Project1 - layihənin müvəqqəti adı, Microsoft Visual Basic - proqram mühiti, [design] - cari iş rejimi - layihələşdirmədir. İcra rejimində design rejimi run rejimi ilə əvəz olunur.

    Proqram kodu pəncərəsi. Proqram kodu proseduru saxlanan modul forma ilə sıx bağlıdır. Mətni daxil etmək redaktə etmək üçün proqram kodu pəncərəsindən istifadə edilir. Sərlövhəsi Project1-frm1(Code) sətrindən ibarət olan bu pəncərə [View-Code] əmri ilə ekrana çağırılır. Proqram kodunun sərlövhəsi altında 2 siyahı açılır. Sol siyahı formada yerləşdiriləcək layihə obyektlərini, sağ siyahı isə seçilmiş obyekt üçün mümkün olan hadisələri əks etdirir.

    Alətlər paneli. İnteqrasiya edilmiş mühit pəncərəsinin sol hissəsində alətlər paneli (ToolBox) var ki, burada da idarəedici elementlərin piktoqramları yerləşir. İdarəedici elementlərin standart yığımı 21 obyekt sinfini əhatə edir. Buraya: CommandButton (əmr düyməsi), TextBox (mətn sahəsi), Label (üst yazı) və s. aiddir. Alətlər panelini zənginləş- dirmək imkanı da vardır. Məsələn, standart siyahıya mətn sahəsinin təkmilləşdirilməsi (RichTextBox), şəkillər siyahısı (İmageList) və s. kimi yeni obyekt siniflərini əlavə etmək olar. Alətlər panelindəki lazımi elementi mışla seçib layihələşdirmə formasına gətirmək mümkündür. Bu zaman həmin elementin üzü köçürüldüyündən, istənilən sayda nüsxə köçürmək olur: Command1, Command2, Command3 s.

    Obyektin xassələri pəncərəsi. Sağ tərəfdə obyektin xassələri (Properties) pəncərəsi yerləşir. Bu pəncərədə artıq seçilmiş obyektlərin və onlara aid olan xassələrin siyahısı verilmişdir. Xassələrin siyahısı iki sütundan ibarətdir.Sol sütunda xassənin adı, sağda qiyməti əks etdirilir. Susma rejimində verilmiş qiymətləri dəyişmək olur. Xassə obyektin kəmiyyət və keyfiyyət cəhətlərini (ölçüsünü, rəngini, şrifti və s.) əks etdirir. Bəzi xassələr üçün qiymətləri siyahıdan seçmək imkanı da mövcuddur. Məsələn, fonun rəngini (BackColor) siyahıdan seçmək olur.

    Obyektlərə baxış pəncərəsi (Object Browser) [View-Object Browser] əmri ilə çağırılan vacib pəncərələrdəndir. Bu pəncərənin sol sütununda obyekt ya obyekt sinfi seçilir, sağ sütunda seçilmiş obyektə aid xassələr, metodlar hadisələr yığımı ekrana çıxır. Məsələn, sol sütunda Form obyektlər sinfi seçilərkən sağ sütunda Caption xassəsi, Circle metodu və Click hadisəsi pəncərəyə çıxır. Siyahıdakı elementi, məsələn, Click hadisəsini seçərkən pəncərənin aşağısına bu hadisə barədə qısa informasiya çıxır.

    Layihə bələdçisi pəncərəsi (Project). Bu, yuxarı sağ küncdə yerləşir. Cari layihənin tərkibini iyerarxik kataloq şəklində əks etdirir istənilən səviyyəyə asan keçilməsinə imkan verir. Layihə vbp tipli faylda saxlanır. Məsələn, prjVB1.vbp. Layihəyə aid olan

    formalar frm tipli ayrıca fayllarda saxlanır. Məsələn, frmVB1.frm.



    Formanın yerləşməsi pəncərəsi (Form Layout). Bu, aşağı sağ küncdə yerləşir. Bu pəncərə icra zamanı forma pəncərəsinin monitor ekranının harasında yerləşəcəyini göstərir. Formanın ekrandakı yerini mışla dəyişmək olur.

    Proqram əlavəsinin işlənib hazırlanması mərhələləri. Visual Basic mühitində proqram əlavəsinin tərtibi aşağıdakı mərhələlərdən keçir:

    1. Qrafik interfeysin yaradılması. Formalar konstruktoru pəncərəsində proqram əlavəsi ilə istifadəçi dialoquna imkan verən idarəedici elementlər yerləşdirilir.

    2. Qrafik interfeysin obyektlərinin xassələrinə qiymət verilməsi. Obyektin xassələri pəncərəsində əvvəlcədən forma üzərində yerləşdirilmiş idarəedici elementlərə qiymətlər verilir.

    3. Proqram kodunun yaradılması. Kod redaktoru pəncərəsində proqram kodu prosedurları daxil və redaktə edilir.

    1. Layihənin saxlanması. Layihə bir-neçə fayldan (o cümlədən, bir-neçə forma fayllarından) ibarət olduğundan, hər bir layihə üçün diskdə ayrıca qovluq yaratmaq məqsədəuyğundur. Layihənin saxlanması üçün File menyüsündən istifadə edilir. Əvvəlcə forma onunla əlaqəli proqram modulunu menyünün Save FormVB1.frm As... bəndi ilə saxlamaq lazımdır. Sonra Save Project As... əmri ilə layihə faylını prjVB1.vbp adı ilə saxlamaq olar.

    2. Layihənin proqram əlavəsində kompilyasiya edilməsi. Saxlanmış layihə yalnız Visual Basic proqramlaşdırma sistemində icra edilə bilir. Bunun üçün layihəni exe fayl tipində saxlamaq lazımdır. Bu məqsədlə [File-Make...] əmrindən istifadə edilir. Lakin bu imkan VB5.0 CCE versiyasında yoxdur.




        1. Visual Basic mühitində idarəedici quruluşlar

    Forma və idarəedici elementlərin formada yerləşdirilməsi.


    Fərz edək ki, məsələn, Birinci layihə kimi sözlərdən ibarət mətni çap edən proqram əlasi hazırlamaq tələb olunur.

    Mətn informasiyasının formaya çıxarılması üçün Label (Metka), TextBox (Mətn sahəsi) idarəedici elementlərindən və Print metodundan istifadə etmək olar.


    Qrafik interfeys yaradılması” layihəsi:


    1. Visual Basic sistemini işə buraxmalı. [File-New-Standart] əmri ilə yeni layihə yaratmalı.

    2. Formadakı alətlər panelinin köməyi ilə susma rejimində forma adını - Form1, metkanı - Label1, mətn sahəsini - Text1 əmr düyməsini - Command1 daxil etməli.

    3. Obyektin xassələri pəncərəsinin köməyi ilə aşağıdakı cədvəldə verilmiş idarəedici elementləri daxil etməli:

    Obyektlər sinfi

    Xassələr

    Susma rejimində qiyməti

    Yeni qiyməti

    Form (forma)

    Name

    Form1

    frm1

    Caption

    Form1

    Birinci layihə

    Label (üst yazı)

    Name

    Label1

    lbl1

    Caption

    Label1

    Birinci layihə

    TextBox

    (mətn sahəsi)



    Name

    Text1

    txt1

    Text

    Text1

    Birinci layihə

    CommandButton

    (əmr düyməsi)



    Name

    Command1

    cmd1

    Caption

    Command1

    Print metodu

    Növbəti addım hadisəvi prosedurun proqram kodunun yaradılmasından ibarətdir.



    Obyekt (forma və ya idarəedici element) üzərində mışın sol düyməsini 2 dəfə basmaqla proqram kodu pəncərəsini açmaq lazımdır. Açılmış pəncərədəki hadisəvi prosedurun sərlövhəsi boş olur. cmd1 düyməsi üzərində sol düyməni 2 dəfə basdıqda hadisəvi prosedurun sərlövhəsi cmd1_Click şəklinə düşür:

    Private Sub cmd1_Click ()

    End Sub


    1. cmd1 düyməsi üzərində mışın sol düyməsini 2 dəfə basmaqla cmd1_Click () boş prosedurlu proqram kodu pəncərəsini açıb, Print metodu prosedurunu daxil etməli. Bu prosedurun məzmunu aşağıdakı operatorlar ardıcılığından ibarət olmalıdır:

    frm1.Print Visual Basic dilinbirinci layihə‖ Layihənin ilk variantı arq icraya hazırdır.

    1. [Run-Start] əmrini daxil etməli. Bu zaman proqram əlavəsinin ılan pəncərə- sin Birinci layihə‖ sözləri görünəcəkdir. Bu hadi Print metodu düyməsi üzərin sol yməni basdıqda baş verir.

    Formanın rənginin və şriftin parametrlərinin verilməsi. Layihənin xarici görünü- şünü cazibədar etmək üçün obyektlərə məxsus görünüşü dəyişən xassələrin qiymətlərini dəyişmək və Print metodundan istifadə etmək lazımdır. Bunun üçün:

    1. frm1 formasını aktivləşdirməli. Obyekt xassələri pəncərəsində BackColor (fonun rəngi) xassəsini seçməli və sol düymə ilə açılan dialoq pəncərəsində rənglər palit- rasından bir rəng, məsələn, sarı rəng seçməli.

    2. lbl1 metkasını aktivləşdirməli. Obyekt xassələri pəncərəsində BackColor üçün yaşıl rəng, ForeColor (üst yazı) üçün göy rəng, Font (şriftin ölçüsü) üçün 18, Alignment (düzləndirmə) üçün mərkəz seçməli.

    3. txt1 mətn sahəsini aktivləşdirməli. Obyekt xassələri pəncərəsində ForeColor (üst yazı) üçün qırmızı rəng, Font (şriftin ölçüsü) üçün 14 və kursiv, Alignment (düzləndirmə) üçün mərkəz seçməli.

    4. cmd1 düyməsi üzərində sol düyməni iki dəfə basmaqla Proqram kodu pəncərəsini açmalı və cmd1_Click() prosedurunu və Font.Size = 12 sətrini daxil etməli.

    1. Layihəni işə buraxdıqdan və Print metodu düyməsini basdıqdan sonra qrafik interfeysin yeni görünüşü ekrana çıxacaqdır.

    2. Forma faylını [Save Form1.frm As…] əmri ilə frmVB1.frm adı ilə, layihə faylını isə [Save Project As...] əmri ilə prjVB1.vbp adı ilə yaddaşa yazmalı.

    Yəni, layihəni \textbook\VB\prjVB1\ adı ilə saxlamalı.

    QEYD: Komterdə Visual Basic sistemi yoxdursa, VBA-dan istifa etmək olar. VBA-nı Microsoft Excel elektron cədvəlindən çağırmaq üçün Excel/ Servis/ Makros / Redaktor Visual Basic marşrutu i gedib Menu/Insert/Uzer Form marşrutu i forma pəncərəsini açmaq lazımdır. Sonra alətlər panelindəki A düyməsi i metka (Label) yaratmaq olar. Bu məqsəd Name bəndi üzərin sol düyməni 2 fə basıb L1 metkası, Caption bəndin i metkanın münasib adı daxil etmək lazımdır. Əgər yaradılan layihə iki ədədin rqini hesablayan proqram kodundan ibarətdirsə, münasib ad Azalan‖ ola bilər. Sonra alətlər panelinki ab düyməsi ilə mətn sahəsi (TextBox) yaradılır. Bunun üçün Name bəndi sol düymə ilə açılır mətn sahəsi t1 adlandırılır. Sonra alətlər panelindəki A düyməsi i Name- L2 metkası, Caption-da Çıxılan‖ (Enter), sonra ab yməsi i TextBox-da Name- t2 mətn sahəsi, sonra A yməsi i Name-də L3 metkası, Caption-da Fərq (Enter), sonra ab düyməsi ilə TextBox-da Name- t3 mətn

    sahəsi yaradılır. Bundan sonra forma üzərində əmr düymələri (Hesabla, Təmizlə, Son)



    yaradılır. Bu məqsədlə alətlər panelindəki CommandButton yməsini bab Name-də cmdHes, Caption-da Hesabla yazmaq lazımdır. Bu qayda ilə Name- cmdTem, Caption-da Təmizlə‖, Name- cmdSon, Caption-da Son‖ yazılır. Sonra Formanın boş yerində sol yməni basıb Formaya ad vermək olar. Bunun üçün Name- FrmİEFH, Caption-da İki ədəd fərqinin hesablanması‖ yazıb enter basmaq lazımdır.


    Bütün bu işlərdən sonra proqram kodu yazılır. Bunun üçün kod pəncərəsi açılır. Kod pəncərəsi cmdSon əmr düyməsi üzərində sol düymə ilə açılır. Bu zaman kod pəncərəsində: Private Sub cmdSon_Click()

    End Sub


    yazı çıxır. Son‖ yməsinə aid prosedurun icrası üçün bu yazı end operatoru ilə tamamlanmalıdır. Yəni:

    Private Sub cmdSon_Click()

    end


    End Sub

    Sonra Forma(object) pəncərəsi keçib Təmizlə‖ prosedurunu harlayırıq. Yəni, cmdTem əmr yməsi üzərində sol düyməni 2 dəfə basıb kod pənrəsini açıb proseduru aşağıda kimi yazırıq:



    Private Sub cmdTem_Click()

    t1=”

    t2=”


    t3=”

    End Sub

    Sonra Forma(object) pəncərəsinə keçib Hesabla prosedurunu hazırlayırıq. Yəni, cmdHes əmr yməsi ürində sol düyməni 2 də basıb kod pəncərəsini açıb proseduru aşağıdakı kimi yazıq:


    Option Explickt


    Dim a, b, c As Single Private Sub cmdHes_Click() a=Val(t1)

    b=Val(t2) c=a-b t3=str(c) End Sub


    Sonra Run ya F5 yməsi i layihəni icraya buraxırıq. Sonra Son‖ düyməsini bab, işi bitiririk. Sonra Excel faylına ad verib yadda saxlayırıq. Sonra Сервис- Защита- Параметры-Безопасность-Средняя marşrutu ilə Excelin müdaf rejimini orta səviyyəyə endirməli. Sonra Servis-Redaktor Visual Basic- ok marşrutu i formanı açıb F5- işləmək olar. Sonra i Сервис- Защита-Параметры-Безопасность-Высокая marşrutu i Excelin müdafiə rejimini bərpa etmək lazımdır. Əgər vbəti açılışda forma görünməzsə, Alt+F11 yməsi i module bəndinə kmək sonra Play ndi ilə layihəni işlətmək olar. Ən yaxşısı Excel səhifəsin Forma açan düymə yaratmaqdır. Bunun üçün modulda:

    Sub Кнопка1_Щелкнут() IEFH.Show

    End Sub


    Yazmaq kifayətdir.



        1. Download 1,13 Mb.
    1   ...   19   20   21   22   23   24   25   26   ...   63




    Download 1,13 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Obyektlər: xassələr, metodlar, hadisələr

    Download 1,13 Mb.