Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiyanın əsas məqsədi Azərbaycan dilində pedaqogika terminologiyasının əsasını təşkil edən pedaqoji terminlərin kompleks şəkildə tədqiq olunmasıdır. Bu məqsədlə aşağıdakı vəzifələr həyata keçirilmişdir:
– Azərbaycan dilində pedaqogika terminlərinin təşəkkülü, formalaşması və inkişaf xüsusiyyətlərini araşdırmaq;
– Azərbaycan dilində pedaqogika terminologiyasının zənginləşməsi mənbələrini və yollarının müəyyənləşdirmək;
– Azərbaycan dilində pedaqoji terminlərin yaranma üsullarını və xüsusiyyətlərini aydınlaşdırmaq;
– Azərbaycan dilində pedaqogika terminologiyasında terminalmanın səbəblərini və alınma terminlərin pedaqoji terminlər sistemindəki yerini təyin etmək;
– Azərbaycan dilində alınma pedaqoji terminlərin mənşəcə təsnifini vermək;
– Azərbaycan dilində pedaqogika terminlərinin nizama salınması və unifikasiyası məsələlərini nəzərdən keçirmək
|