Tədqiqatın nəzəri və praktik əhəmiyyəti




Download 68,01 Kb.
bet7/16
Sana24.07.2021
Hajmi68,01 Kb.
#15967
1   2   3   4   5   6   7   8   9   10   ...   16
Tədqiqatın nəzəri və praktik əhəmiyyəti. Tədqiqat işi texniki sahə terminologiyaları ilə müqayisədə mütəhərrikliyi və dəyişkənliyi ilə seçilən pedaqogika terminologiyasının formalaşması və inkişafına fərqli prizmalardan yanaşma ilə səciyyələnir. Pedaqoji terminlərin arxaikləşməsi, terminoloji mənasının daralması və genişlənməsi, pedaqoji terminologiyada polisemantiklik və sinonimlik, nəhayət pedaqoji terminologiyaya başqa sahə terminologiyalarının nüfuzetmə səbəbləri, beynəlxalq pedaqoji terminlərin yaranması ilə bağlı məsələlər tədqiqatın nəzəri əhəmiyyətini təşkil edir. İlk dəfə olaraq Azərbaycan dilində pedaqoji terminlərin struktur-semantik xüsusiyyətləri araşdırılmış, çoxkomponentli terminoloji birləşmə­lə­ri­nin əmələ gəlməsi yolları nəzəri cəhətdən aydınlaşdırılmışdır.

Tədqiqat işi Azərbaycan dili pedaqogika terminologiyasının sistemləş­dirilməsində və müxtəlif lüğətlərinin hazırlan­masında tətbiqini tapa bilər. İş terminologiyanın ümumi məsələləri, pedaqogika terminologiyasının xüsusi məsələləri üzrə seminar və mühazirələrin təşkili üçün praktik əhəmiyyət daşıyır. Dissertasiyada əldə olunmuş nəticələr terminologiyanın ümumi nəzəri məsələlərinin həlli, müxtəlif sahə terminologiyalarının nizama salınması, unifikasiyası və standartlaşdırılmasına tətbiq oluna bilər.




Download 68,01 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Download 68,01 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Tədqiqatın nəzəri və praktik əhəmiyyəti

Download 68,01 Kb.