Tədqiqat prosesində əldə edilən nəticələri aşağıdakı şəkildə ümumiləşdirmək olar




Download 68,01 Kb.
bet15/16
Sana24.07.2021
Hajmi68,01 Kb.
#15967
1   ...   8   9   10   11   12   13   14   15   16
Tədqiqat prosesində əldə edilən nəticələri aşağıdakı şəkildə ümumiləşdirmək olar:

1. Anlayışın meydana çıxması mürəkkəb və uzunmüddətli prosesdir. Anlayışlar elmin yeni nailiyyətlərini, eləcə də ictimai praktikanın yeniliklərini özündə birləşdirir. Hər bir elmin, o cümlədən də pedaqogikanın anlayışlar sisteminin və terminologiyasının yaranması bu elmin inkişafı ilə sıx bağlıdır. Pedaqogikada üç qrup leksik vasitə vardır: 1) sözün həqiqi mənasında terminlər; 2) yalnız nominativ funksiya yerinə yetirən nomenklaturlar; 3) qismən pedaqogikaya aid olan terminlər.

2. Azərbaycan pedaqogikası qədim türk tərbiyə və təlim sisteminin tərkib hissəsi kimi təşəkkül tapmışdır. Türk dilinə aid ən qədim yazılı abidələrdə tərbiyə məsələləri, tərbiyə sistemi ayrılıqda şərhini tapmır. Bununla belə ailənin yaranması ilə ailə tərbiyəsinin də formalaşması faktları ayrı-ayrı fikir və kontekstlərdə üzə çıxır. İbtidai cəmiyyətdə məktəbəoxşar müəssisələr formalaşmışdırsa, quldarlıq dövründə artıq müxtəlif səciyyəli və təyinatlı məktəblər, təlim müəssisələri fəaliyyət göstərmişdir. Bu müəssisələrin adları, burada çalışanların və xidmət göstərənlərin adları olmuşdur. Həmin adların bir qismi sonralar pedaqogika terminologiyasına daxil edilmişdir.

3.Şərqdə nəsihətnamələr, ümumi təlim-tərbiyə kitablarının yazılmasına diqqət verilmişdir. “Qobusnamə”, “Gülüstan”, “Bustan”, “Əxlaqi-nasiri”, “Siyasətnamə”, “Kəlilə və Dimnə” ayrı-ayrı nəsihətnamələr tərbiyə vasitələri və demək olar ki, ilk dərsliklər funksiyasını yerinə yetirmişdir.

4. XVIII əsrdə Azərbaycan dilinin pedaqoji terminologiyada, əsasən ərəb-fars mənşəli terminlər üstünlük təşkil etmişdir. Azərbaycanın Rusiya tərkibinə ilhaq edilməsi rus pedaqoji terminologiyasının təsirini gücləndirmiş və XIX əsrin sonlarında, XX əsrin əvvəllərində bu sahədə rus dilindən alınan terminlərin artması ənənəsi müşahidə olunur.

5. Azərbaycan pedaqogika terminologiyasında dilin daxili imkanları hesabına yaranan və müxtəlif dillərdən (yunan, latın, rus, ərəb, fars, ingilis və s.) alınma terminlər işlənir. Pedaqoji terminologiyanın müasir səviyyəsində beynəlmiləl pedaqoji terminlər də üstünlük təşkil edir.

6. Pedaqoji terminlərin yaranmasının beş üsulu vardır: 1) semantik; 2) morfoloji; 3) sintaktik; 4) kalka; 5) sözlərin ixtisarı və qısaldılması (abberveaturlar).

Pedaqogika terminologiyasında semantik üsulla termin yaradıcılığı sahənin yaranma dövrü üçün daha səciyyəvidir. Bu sahə terminologiyasında ümumişlək sözlərin terminləşməsi geniş yayılmışdır. Semantik üsulla yeni terminlərin yaranması iki formada gedə bilər. Birinci halda dilin ümumişlək leksik qatındakı sözün semantikasında dəyişmə baş verməklə terminləşmə gedir. İkinci halda bir sahə termini semantikasını dəyişərək başqa sahə termininə çevrilir. Bu iki istiqamətdə terminləşmə həm dilin mənşəcə öz vahidləri, həm də alınmalarda özünü göstərir.

7. Söz yaradıcılığında olduğu kimi, terminologiyada da morfoloji üsul məhsuldarlığı ilə seçilir. Azərbaycan dilində pedaqoji terminlərin yaranmasında morfoloji şəkilçilərdən fəal iştirak edir. Morfoloji-sintaktik üsulla əmələ gələn mürəkkəb söz quruluşu pedaqoji terminlərdə təşkiledici komponentlərdən birinin tərkibinə sözdəyişdirici morfoloji vasitə daxil olur.

8. Pedaqoji terminlərin müəyyən qismi termin-söz birləşmələri şəklində olub, komponentləri həm qrammatik, həm də semantik cəhətdən bir-biri ilə bağlanır. Pedaqogika terminologiyasında termin -söz birləşmələrini müxtəlif prinsiplər üzrə qruplaşdırmaq mümkündür. Azərbaycan dilinin pedaqoji terminologiyasında həm ismi, həm də feli söz birləşmələri vardır. İsmi birləşmələr üç növ təyini söz birləşməsi şəklində qruplaşdırılır. Pedaqogika terminologiyasında hər üç növ təyini söz birləşməsi şəklində olan termin-söz birləşmələri işlənir.

9. Pedaqogikanın bir çox terminləri rus dilindən Azərbaycan dilinə kalka olunmuşdur. Kalka yolu ilə yaranan terminlər quruluşuna görə müxtəlifdir. Kalkalar bir sözdən, iki sözdən və çoxkomponentli terminoloji birləşmələrdən olur. Sadə kalkalar, əsasən, morfoloji kalkalardır. Morfoloji kalkalarda ekvivalent morfemlərə ayırma, hər morfemi qarşılığı ilə əvəz etdikdən sonra onları yenidən birləşdirmə yolu ilə aparılır. Morfoloji kalkalarda affiksal morfem tərcümə edilir. Leksik morfem də bu halda ya tərcümə olunur, ya da alınma leksik vahid (termin) saxlanılır.

10. Pedaqoji terminlər əvvəllər yalnız rus dilindən kalka olunurdusa, müstəqillik dövründə ingilis dilindən kalkalara da geniş yer verilir. İkikomponentli birləşmələri ingilis dilindən kalkaların üç əsas forması qeydə alınır: 1. Hər iki tərəf kalka olunur. 2. Birinci tərəf kalka olunur, ikinci tərəf saxlanılır. 3. Birinci tərəf alınır, ikinci tərəf kalka edilir.

11. Azərbaycan dilinin pedaqoji terminologiyasını terminlərin mənşəyinə görə aşağıdakı kimi təsnif etmək mümkündür: 1) mənşəcə dilin özünə aid pedaqoji terminlər; 2) ərəb-fars mənşəli pedaqoji terminlər; 3) rus mənşəli pedaqoji terminlər; 4) Avropa mənşəli pedaqoji terminlər.

12. Ərəb-fars dillərindən alınma pedaqoji terminlər sahənin təşəkkül, formalaşma və ilkin inkişaf dövrünə aiddir. Bu proses Azərbaycan dilinin rus dili ilə əlaqələrinin güclənməsinə qədər və ya Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədərki dövrü əhatə edir.

13. Azərbaycan pedaqogika elmi uzun illər rus pedaqogikası ilə əlaqəli şəkildə inkişaf etsə də terminoloji sistemdə birbaşa alınmalara, demək olar ki, yer verilməmiş, terminlər kalka yolu ilə ya Azərbaycan dilinin öz sözləri, ya da Azərbaycan dilinin ümumişlək leksik qatı əsasında yaranmışdır. Leksik qatına keçmiş ərəb-fars mənşəli alınmalarla əvəz edilmişdir. Bunun müqabilində rus dili vasitəsilə Azərbaycan dilinə keçmiş kifayət qədər çox Avropa mənşəli alınmalar vardır.

14. Pedaqoji terminologiyada istər daha əvvəl istifadə olunmuş terminlərin, istərsə də yeni alınma terminlərin izah və şərhlərində kifayət qədər əhəmiyyətli fərqlər vardır. Bütün bunlar pedaqoji terminologiyanın toplanıb müzakirə olunmasını, onların nizama salınmasını və unifikasiyasını tələb edir.


Download 68,01 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   16




Download 68,01 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Tədqiqat prosesində əldə edilən nəticələri aşağıdakı şəkildə ümumiləşdirmək olar

Download 68,01 Kb.